Məhkəmə qərarları › İş №2(011)-4196/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4196/2021

25.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4196/2021 25.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən tərtib edilmiş 30.08.2019-cu il tarixli aktın ləğv edilməsini və həmin akt əsasında ona hesablanmış 486 manatın əsassız hesab edilərək silinməsi və sayğacın dəyərinin istənilməsinin qanunsuz hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, **********80027 saylı abonent hesabından çıxılmış 486 manat pulun ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli “D” y/s “ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır, 21.08.2019-cu il tarixində Cavabdeh İB-nin nümayəndələri ona məxsus olan mənzilə daxil olaraq köhnə qaz sayğacını yenisi ilə əvəz edib getmişlər, lakin sonradan ona məlumat vermişlər ki, sayğacda problem var imiş, bu səbəbdən ona 486 manat cərimə yazılıb, birliyin nümayəndələri tərəfindən 31.08.2019-cu il tarixində tərtib olunmuş akta əsasən, sayğacda blok aşkar edilmişdir, həmin akt tamamilə əsassızdır, çünki ona məxsus qaz sayğacı birliyin nümayəndələri tərəfindən sökülərkən yararlı olmuş, laboratoriyaya aparıldıqdan sonra pozuntu aşkar edilmişdir, İddiaçı borcun hansı əsasla hesablandığını bilmək üçün Cavabdeh İB-nə müraciət etmiş, birlik tərəfindən ona akt təqdim olunaraq bildirilmişdir ki, kənar təsir nəticəsində ona məxsus Smart kart tipli sayğacın plastmas borusunda dəlik aşkar edildiyindən ona qeyd olunan borc hesablanmışdır, bununla yanaşı, İddiaçı məxsus Smart tipli qaz sayğacı çıxarılan zaman sayğaca vurulan plomblar yerində olmuşdur, halbuki həmin plomblar birliyin əməkdaşları tərəfindən vurulmuş və sayğac açılan zaman sayğacda olan plomblar birliyin əməkdaşları tərəfindən açılmışdır, əgər Cavabdeh İB sayğacı dəyişdirmək istəyirdisə, bunu öz vəsaiti hesabına etməlidir, lakin onlar ona məxsus sayğacı çıxarıb apardıqdan sonra üzərində zədə aşkar etmişlər, bu səbəbdən qanunsuz olaraq qəbul edilmiş aktın ləğv edilməsini, əsassız olaraq hesablanmış borcun əvəzi olaraq həmin abonent hesabından çıxılmış 486 manat pulun ona qaytarılmasını istəyir. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi R.Əliyev iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının yaşadığı ünvanda yerləşən sayğac Cavabdeh İB-in əməkdaşları tərəfindən yenisi ilə əvəz edilmiş, sayğaca baxış keçirilərkən qüsur aşkarlanmış və akt tərtib olunmuş, tərtib olunmuş akta əsasən, sayğacın çıxış plastmas borusunda blok aşkar olunmuş, iddiaçının abonent hesabına 486 manat cərimə borcu hesablanmış və həmin məbləğ iddiaçıdan tələb olunaraq onun hesabından çıxılmışdır, lakin həmin məbləğ ödənildiyindən geri qaytarılması mümkün deyildir. Sonda R.Əliyev iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30.08.2019-cu il tarixli ******* saylı aktdan görünür ki, G4 markalı 1802AZ**********97 nömrəli sayğaca baxış keçirilən zaman həmin sayğacın ALARM-1 rejimində olması, çıxış plastmas borusunda blok və çıxış borusunda zədə olması aşkarlanmış, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan “Qaz sayğacının yoxlanması barədə” 27.08.2019-cu il tarixli 29/1710-02224 nömrəli aktdan görünür ki, 1802AZ**********97 nömrəli sayğac 21.08.2019cu il tarixdə Dövlət yoxlaması nəticəsində yararsız hesab olunmuşdur. İş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 573639 saylı aktdan görünür ki, iddiaçıya məxsus yaşayış evində “İTRON” tipli G4 markalı 1802AZ**********97 nömrəli qaz sayğacı yeni Smart G-4 markalı STS**********9 saylı qaz sayğacı ilə əvəz olunmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin 30.08.2019-cu il tarixli hesabatın surətindən görünür ki, **********80027 saylı abonent kodu üzrə sayğacın çıxış borusunda şlak aşkar olunmuş, çıxış borusu isə zədələnmişdir, həmin sayğacda 16.06.2018-ci il tarixdə ALARM- 1 rejimi aşkar olunduğundan təbii qaz itkisi yaranmışdır və itirilmiş qazın bərpası üzrə 4860 metr3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan iddiaçının abonent saldosundan görünür ki, onun **********80027 saylı abonent hesabına 08/2019-cu il üçün 486 manat hesablanmış, 2020ci il üçün ödəniş 486 manatdır, qalıq və aktlar üzrə borc yoxdur. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac yenisi ilə əvəzləşdirilmiş, həmin ünvanda təbii qazın itirilməsi barədə akt tərtib edilmiş və onun dəyəri kimi 2019-cu ilin avqust ayı üzrə 4860 m3 qaz sərfiyyatına görə 486 manat borc hesablanmış və həmin məbləğ iddiaçının abonent hesabından tutulmuşdur. Bununla belə, iddiaçının sayğaca müdaxilə etməsi halları məhkəmə tərəfindən müəyyən edilmədi. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı 30.08.2019-cu il tarixində tərtib edilmiş akt əsasında ona hesablanmış və abonent hesabından tutulmuş 486 manat pulun ona qaytarılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə, iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, o cümlədən sayğaca müdaxilədə iddiaçının təqsiri müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməli, İddiaçı **********80027 saylı abonent koduna Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış və həmin abonent hesabından çıxılmış 486 manat ona geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 500 manatdan az olduğundan, cavabdehdən dövlət mədaxilinə 20 manat məbləğində dövlət rüsumu alınmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli “D” y/s “ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair **********80027 saylı abonent kodu üzrə tutulmuş 486 (dörd yüz səksən altı) manat məbləğində pul İddiaçı geri qaytarılsın. Cavabdehndən 20 (iyirmi) manat dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar