Məhkəmə qərarları › İş №2(011)-42/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-42/2023

12.01.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-42/2023 12.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, ünvan 1 ünvanda qeydiyyatdadır, elə həmin ünvanda da yaşayır. O, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, H. Balakişiyev küçəsində yerləşən 5/1 № li fərdi yaşayış evini isə 15 may 2012-ci il tarixində Daşınmaz Əmlakın AN- İ № ******* alqı-satqı müqaviləsi əsasında X1 almışdır. Lakin həmin ünvanda yaşamır. 2010-cu ildə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, H. Balakişiyev küçəsində yerləşən 59 ”A” №-li evi qaz təchizatı ilə təmin etmək üçün, küçədə 1011AQ**********8 № li sayğac quraşdırılmış, plomb vurulmuş və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, H. Balakişiyev küçəsində yerləşən 5 №li evin sahibi X2 adına **********10000 № li abonent kodu verilmişdir. İddiaçı 2012-ci ilin yay aylarından etibarən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, H. Balakişiyev küçəsində yerləşən 5/1 (yeni qayda ilə 65) ünvanında təbii qazdan istifadə etmir. Həmçinin həmin ünvanda elektrik enerjisindən qismən istifadə edir. Belə ki, həyətdə avtomobilini yuyanda və ya yaşıllıqları sulayanda “su motorundan” istifadə edir hətta elektrik təchizatının dayandırılması üçün "xxxx" ASC-nin hesab koduna artıq ödəniş də etmişdir. xx.xx.2021-ci il tarixdə Cavabdeh İB tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, H. Balakişiyev küçəsində yerləşən 59 ”A” ünvanına ZENNER G4T MEXANİKİ tipli, **********6 № li sayğac quraşdırılmış, 11469536 № li plomb vurulmuş, şəffaf qutu qoyulmuş, şəffaf qutuya 11460388 və 11460389 №li plomb vurulmuş, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında” iddiaçının adına ******* № li akt tərtib edilmiş, lakin “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” heç bir müqavilə bağlamamışdır. Müqavilənin bağlanmamasına səbəb **********10000 № li abonent kodunun evin keçmiş sahibi X2 adına olmasıdır. xx.xx.2022-ci il tarixdə Bakı Regional Qazın Satışı Departamentinin Sabunçu rayonu üzrə nümayəndələrin keçirdiyi yoxlama zamanı küçədəki qaz xəttindən mənzilə daxil olan qaz xəttinin ağ rəngli rezin boru ilə birləşdirilməsi faktı aşkar edilmiş, foto-video çəkiliş edilmiş ağ rəngli rezin boru ləğv olunmuş, faktla bağlı ******* № li Akt tərtib edilmiş və dəymiş ziyan 15120 kub metr hesablanmışdır. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istirmarı haqqında” tərtib edilmiş ******* № li Aktda əvvəl quraşdırılmış sayğacın oğurlanması qeyd edilmiş, ******* № li Aktda isə sayğacın və şüşə qutunun plomblarının qırılması barədə heç bir qeydiyyat aparılmamışdır. Bundan əlavə, elektrik sayğacının foto-şəklindən görünür ki, xx.xx.2021-ci il tarixdə küçədəki qaz xəttindən mənzilə daxil olan qaz xəttini ağ rəngli rezin boru ilə Bakı Regional Qazın Satışı Departamentinin Sabunçu rayonu üzrə nümayəndələri bildirmiş, foto-şəkilləri çəkmiş və xx.xx.2022-ci il tarixdə isə təbii qazdan sayğacdan kənar qeyriqanuni istifadəsi barədə ******* № li Akt tərtib etmişlər. Yeni quraşdırılmış qaz sayğacı və qaz xətti küçədə yerləşdiyindən ona edilmiş müdaxilə iddiaçı tərəfindən edilməsi belə aşkarlanmamışdır. İddiaçı tərəfindən qaz xəttinə müdaxil edilməmiş və heç bir əlavə xətt qoyulmamışdır. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, H. Balakişiyev küçəsində yerləşən 5/1 (yeni qayda ilə 65) ünvanında heç kimin yaşamadığı səbəbindən iddiçının sayğacdan kənar qeyri-qanuni qaz xəttinə qoşulmasına belə ehtiyyac yoxdur. Bakı Regional Qazın Satışı Departamentinin Sabunçu rayonu üzrə nümayəndələri tərəfindən çəkilmiş foto-şəkillərdə ağ rəngli rezin boru vasitəsi ilə istifadə olunan xəttin nə vaxt aşkar edildiyi və foto-şəkilin nə vaxt çəkildiyi təqdim edilməmişdir. Cavabdeh İB-nin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdə çəkilmiş foto-şəkildə artıq qaz sayqacı quraşdırılmamışdır və digər foto-şəkildə artıq sayğacının quraşdırıldığını və qaz sərfiyyatının 01100 kub metr olması öz əksini tapmışdır. Əgər küçədəki qaz xəttindən mənzilə daxil olan qaz xəttinin rezin boru ilə birlədirilməsi xx.xx.2021-ci il tarixdə, sayğac quraşdırılmamışdan qabaq aşkar edilmişdirsə də, bu barədə abonentə xx.xx.2021-ci il tarixdə sayğac quraşdırılarkən heç bir məlumat verilməmişdir. xx.xx.2022-ci il tarixdə “dəymiş ziyanın hesablanması və ödənməsi” barədə tərtib edilmiş ******* № li Aktda Birliyin əməkdaşları küçədəki qaz xəttindən mənzilə gedən qaz xəttini çəkmiş, qaz sayğacını quraşdırmamış, abonentin iştirakı və imzası olmadan Akt tərtib etmişlər. Cavabdeh İB abonentin qazdan artıq istifadə etməsi barədə heç bir mütəxəssis araşdırılması aparılmadan şişirdilmiş rəqəm yazılmışdır. 28 fevral 2022-ci il tarixli “Abonentin Saldosu”ndan məlum oldu ki, təbii qazın itirilməsinə görə, əsassız olaraq iddiaçının hesab koduna 1859.76 manat borc yazılmışdır. Ümumi sərfiyyat 0 kub metr olduğu halda, 150.0 manat ödəniş olmuşdur. “Abonentin Gasrepi”ndən görünür ki, 2012-ci ilin avqust ayına qədər 832 kub metr qaz sərfiyyatı olmuş, sərfiyyatın məbləği 83.20 manat olduğu halda 123.30 manat ödəniş etmişdir. Yalnız bir dəfə 2013-cü ilin iyun ayında 20 kub metr qaz sərfiyyatına görə 2.00 manat ödəniş edilmişdir. Bu sübut edir ki, həqiqətən də Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, H. Balakişiyev küçəsində yerləşən 5/1(yeni qayda ilə 65) ünvanında heç kim yaşamır, təbii qazdan istifadə olunmur və sayğacdan kənar qeyri-qanuni istifadəyə də ehtiyac yoxdur. İddiaçı bildirmişdir ki, mübahisənin düzgün həlli üçün ilkin olaraq tələbin qanuni əsası tapılmalıdır. Hazırki halda iddiaçı cavabdehdən qaz xəttinə sayğacdan kənar qanunsuz qoşulma barədə tərtib edilmiş qeyri-qanuni Aktın ləğvini tələb edir. İddiaçı göstərilənləri nəzərə alaraq, Cavabdeh İB tərəfindən tərtib edilmiş xx.xx.2022ci il tarixli, 03289291 № li Aktın ləğv edilməsinə, həmin aktdan irəli gələn 1859.76 manat məbləğin hesab kodundan silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddia tələbinə etiraz etməklə yanaşı, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin çıxışlarını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh İB-i tərəfindən verilmiş abonentin saldosundan məlum olur ki, İddiaçı 2022-ci il üçün 1859.76 manat borcu vardır. İş materiallarında olan Cavabdeh İB tərəfindən tərtib olunmuş “Dəymiş ziyanın hesablanması və ödənməsi haqqında” 31 yanvar 2022-ci il tarixli, ******* nömrəli Aktın surətindən məlum olur ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, H. Balakişiyev küçəsində yerləşən 5/1 (yeni qayda ilə 65) ünvanda qaz sayğacına baxış keçirilmiş və “Mənzildə təbii qazdan sayğacsız qeyri-qanuni istifadə edilməsi aşkar olundu” qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 3/1357 saylı, 1 noyabr 2022-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertə təqdim edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, H. Balakişiyev küçəsində yerləşən 5/1 (yeni qayda ilə 65) ünvanda təqdimata təqdim edilən qaz sayğacının üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Beləliklə, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda Cavabdeh İB tərəfindən tərtib edilmiş “Dəymiş ziyanın hesablanması və ödənilməsi haqqında” 31 yanvar 2022-ci il tarixli, ******* nömrəli aktın surətində “Mənzildə təbii qazdan sayğacsız qeyri-qanuni istifadə edilməsi aşkar olundu” qeyd edilsə də, cavabdeh iddiaçı tərəfindən sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsi, eyni zamanda iddiaçının evinə dair hesablanmış 1859.76 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/1357 saylı, 1 noyabr 2022-ci il tarixli ekspert rəyindən də görünür ki, ekspertə təqdim edilmiş İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, H. Balakişiyev küçəsində yerləşən 5/1 (yeni qayda ilə 65) ünvanda qaz sayğacının üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilmədiyi müəyyən edilməmişdir. Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İB tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 03289291 № li Akt ləğv edilməli, Cavabdeh tərəfindən iddiaçıya məxsus evlə bağlı hesablanmış 1859.76 manat borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İB tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 03289291 № li Akt ləğv edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, H. Balakişiyev küçəsində yerləşən 5/1 (yeni qayda ilə 65) ünvanda yerləşən evə dair hesablanmış 1859.76 manat borc məbləğini silmək vəzifəsi Cavabdehnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar