Məhkəmə qərarları › İş №2(011)-4208/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4208/2022

16.08.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4208/2022 16.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı borcun silinməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı istifadəsində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü Massiv, ev-112 və ünvan 1 ünvanda yerləşən evlərə əsassız olaraq cavabdeh tərəfindən yazılmış hər qaz sayğacı üçün 216 manat, ümumilikdə 432 manat cərimə borclarının silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, ünvan 2 ünvanında yerləşən yaşayış evi üzrə **********00151 saylı abonent kodu və ünvan 3 ünvanında yerləşən yaşayış evi üzrə **********02353 saylı abonent kodu ilə iddiaçı qeydiyyata alınmışdır. Yaşayış evlərinə quraşdırılmış qaz sayğacları xx.xx.2020-ci il tarixdə yenisi ilə əvəz edilmiş və bu barədə ******* və ******* saylı aktlar tərtib edilmişdir. xx.xx.2021-ci il tarixdə ünvan 2 ünvanında yerləşən mənzilə dair təbii qazdan istifadə qaydalarının pozulması barədə ******* saylı və xx.xx.2021-ci il tarixdə ünvan 3 ünvanında yerləşən mənzilə dair təbii qazdan istifadə qaydalarının pozulması barədə ******* saylı aktlar tərtib edilmiş, aktlarda sayğacın sayğacın çıxış plastmas borusunun deşilməsi və sayğacın yivli birləşmələrinin gövdəyə birləşən hissələrinin korreziyaya uğraması barədə qeyd aparılmış, pozuntu ilə bağlı Bakı Regional Qazın Satışı Departamenti tərəfindən itirilmiş qazın bərpası hesabat aparılaraq qaz itkisinin hər iki akt üzrə 2160 m3 (216 manat) olması barədə qərar qəbul edilmişdir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, o, hal-hazırda Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü Massiv, keçid-55 də ailəsiylə birlikdə yaşayır. Həmin ünvanda ayrı-ayrılıqda iki yaşayış evi olduğu üçün cavabdeh tərəfindən iki qaz sayğacı quraşdırılmışdır. Cavabdehin əməkdaşları xx.xx.2020-ci il tarixində ünvana yaxınlaşaraq köhnə qaz sayğaclarını söküb yerinə yeni qaz sayğacları quraşdırmışlar. Yeni qaz sayğacları quraşdırdıqda köhnə qaz sayğaclarına heç bir borcu olmamışdır. Bir müddət qazdan istfadə etmişlər. Sonra cavabdehin əməkdaşları ona bildirmişlər ki, güya ki, onun köhnə qaz sayğaclarına görə hər sayğaca 216 manat cərimə borcu yaranmışdır. O, cərimənin hansı əsasa yazıldığını araşdırmaq üçün cavabdehə müraciət etmiş və ona bildirmişlər ki, ona məxsus evin qaz xəttinin üzərində quraşdırılmış qaz sayğacları yoxlamaya göndərilmişdir. Metrologiya Departamentinin xx.xx.2021-ci il tarixli MSK 29/1710-00668-1 və xx.xx.2021-ci il tarixli MSK 29/1710-01106-1 saylı aktlarda qeyd edilib ki, G-4 markalı 1302AZ**********53 və G- 4 markalı 1102AQİ********** nömrəli sayğacların çıxış plastmas boruları deşilmiş kimi qeyd edilmişdir. Cavabdehin əməkdaşları ona məlumat vermişlər ki, bilirlər ki, o sayğaca müdaxilə etməyib güya ki, “sayğacın yivli birləşməsi korroziyaya uğrayub” və bu səbəbdən də, əsassız olaraq o cərimə ödəməlidir, Bu səbəbdən də, hər qaz sayğacına görə 216 manat, ümumilikdə 432 manat məbləğində cərimə pulu ödəməyini tələb etdilər. Hansı ki, onun yaşadığı evdə çıxardılmış qaz sayğacları kart sistemi ilə işləyib, bu səbəbdən də onun qaz sayğaclarına heç bir borcu olmamışdır. Qaz sayğaclarına kartla ödənişləri vaxtı-vaxtında etmiş və qaz sayğaclarına heç bir müdaxilə etməmişdir. İddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə baxışında iddia tələbi ilə razı olmayaraq rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Məhkəmə hesab edir ki, mübahisənin düzgün həll edilməsi üçün sayğacın işlək vəziyyətdə saxlanılmasına və sayğacın üzərində olan plombların qorunmasına görə istehlakçının, yaxud qazpaylayıcının cavabdehlik daşımasının müəyyən edilməsinin iş üçün əhəmiyyəti vardır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacı evdən kənarda yerləşir. “Qazdan istifadə Qaydaları”na əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir (Qaydaların 1.3-cü bəndi). “Qazdan istifadə Qaydaları”nın yuxarıda qeyd edilən normalarından da göründüyü kimi, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacının işlək vəziyyətdə saxlanılması üçün cavabdehlik qaz paylayıcının, yəni Cavabdeh İB-nin üzərinə düşür. Eyni zamanda, fiziki şəxs olan istehlakçıların sayğaclarının üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün Cavabdeh İB tərəfindən müvafiq örtüklə örtülməlidir. Bundan başqa, təbii qazdan istifadə qaydalarının pozulması barədə aktlarda qeyd edilən pozuntunun iddiaçının təqsirindən baş verməsini təsdiq edən sübutları cavabdeh məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, aktlarda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsiri sübut olunmadığından, fiziki şəxs olan istehlakçıların sayğacları üzərində olan plombların kənar müdaxilələrdən qorunmaq üçün qaz paylayıcısı tərəfindən müvafiq örtüklə örtülməli olduğundan və fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşığından cavabdehin hesabladığı borc məbləğini iddiaçıdan tələb etməsi əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə, həmçinin, hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 1000 manatadək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. ünvan 1 (abonent kodu **********02353) və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü Massiv, ev-112 ünvanında yerləşən mənzilə (abonent kodu: **********00151) dair təbii qazın itkisinə görə İddiaçı hesablanmış ümumilikdə 432 manat məbləğində borc silinsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar