Məhkəmə qərarları › İş №2(011)-4213/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4213/2021

27.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4213/2021 27.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 04.07.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 74 manat ödənilməmiş hissə, 22 manat dəbbə pulu olmaqla 96 manat, 29.10.2018-ci il tarixli nisyə alqısatqı müqaviləsi üzrə 51 manat ödənilməmiş hissə, 15 manat dəbbə pulu olmaqla 66 manat, 28.01.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 12 manat ödənilməmiş hissə, 3 manat dəbbə pulu olmaqla 15 manat, 06.03.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 198 manat ödənilməmiş hissə, 59 manat dəbbə pulu olmaqla 257 manat, 30.06.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 204 manat ödənilməmiş hissə, 61 manat dəbbə pulu olmaqla 265 manat, 02.09.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 608 manat ödənilməmiş hissə, 183 manat dəbbə pulu olmaqla 791 manat, 11.09.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 55 manat ödənilməmiş hissə, 19 manat dəbbə pulu olmaqla 74 manat, 30.10.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 858 manat ödənilməmiş hissə, 175 manat dəbbə pulu olmaqla 1033 manat, 21.11.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 341 manat ödənilməmiş hissə, 65 manat dəbbə pulu olmaqla 406 manat, ümumilikdə 3003 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh “xxxx” MMC ilə bağladığı 04.07.2018-ci il, 29.10.2018-ci il, 28.01.2019-cu il, 06.03.2019-cu il, 30.06.2019-cu il, 02.09.2019-cu il, 11.09.2018-ci il, 30.10.2019-cu il və 21.11.2019-cu il tarixli müqavilələrə əsasən, Demir Dokum kombi, seksiya İmmergas, seksiya Optima, Hoffmann LED televizor, Samsung tozsoran, İMEİ Kodu **********13957 olan X4 7 markalı telefon, Xiaomi Mi qulaqlıq, Hoffmann aspirator, Hoffmann plitə, Hoffmann soba, Gorenje plitə, İMEİ Kodu **********41859 olan X4 8 markalı telefon almış və nəticədə 3003 manat borc yaranmışdır. Cavabdeh 11.09.2018-ci il müqaviləsinə əsasən, Hoffmann markalı Plitəni 30.10.2019-cu ilə qədər istifadə etdikdən sonra məhsuldan imtina etmiş və məhsul 270 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır.Cavabdehin cəmi ödədiyi məbləğ 3710 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verib iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında iddia tələbini qəbul edərək, həqiqətən də sadalanan müqavilələr əsasında qeyd olunan məhsulları aldığını, lakin, problemləri ilə bağlı borcunu ödəyə bilmədiyini göstərmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış:

1. 04.07.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, iddiaçı alqısatqı qiyməti 1332 manat olan (18 ay x 74 manat + 0 manat ilkin ödəniş) Demir Dokum kombi;

2. 29.10.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, iddiaçı alqısatqı qiyməti 315 manat olan (18 ay x 17 manat + 9 manat ilkin ödəniş) seksiya İmmergas;

3. 28.01.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, iddiaçı alqısatqı qiyməti 150 manat olan (12 ay x 12 manat + 6 manat ilkin ödəniş) seksiya Optima;

4. 06.03.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, iddiaçı alqısatqı qiyməti 396 manat olan (18 ay x 22 manat + 0 manat ilkin ödəniş) Hoffmann LED televizor;

5. 30.06.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, iddiaçı alqısatqı qiyməti 306 manat olan (18 ay x 17 manat + 0 manat ilkin ödəniş) Samsung tozsoran;

6. 02.09.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, iddiaçı alqısatqı qiyməti 816 manat (16 ay x 51 manat + 0 manat ilkin ödəniş), İMEİ Kodu **********13957 olan X4 7 markalı telefon;

7. 11.09.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, iddiaçı alqısatqı qiyməti 1240 manat olan (18 ay x 65 manat + 70 manat ilkin ödəniş) Hoffmann aspirator, Hoffmann plitə, Hoffmann soba;

8. 30.10.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, iddiaçı alqısatqı qiyməti 936 manat olan (24 ay x 39 manat + 0 manat ilkin ödəniş) Gorenje plitə;

9. 21.11.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, iddiaçı alqısatqı qiyməti 620 manat olan (20 ay x 31 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********41859 olan X4 8 markalı telefonu cavabdehə satmışdır. 09.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə borcu 04.07.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 74 manat ödənilməmiş hissə, 22 manat dəbbə pulu olmaqla 96 manat, 29.10.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 51 manat ödənilməmiş hissə, 15 manat dəbbə pulu olmaqla 66 manat, 28.01.2019-cu il tarixli nisyə alqısatqı müqaviləsi üzrə 12 manat ödənilməmiş hissə, 3 manat dəbbə pulu olmaqla 15 manat, 06.03.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 198 manat ödənilməmiş hissə, 59 manat dəbbə pulu olmaqla 257 manat, 30.06.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 204 manat ödənilməmiş hissə, 61 manat dəbbə pulu olmaqla 265 manat, 02.09.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 608 manat ödənilməmiş hissə, 183 manat dəbbə pulu olmaqla 791 manat, 11.09.2018-ci il il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 55 manat ödənilməmiş hissə, 19 manat dəbbə pulu olmaqla 74 manat, 30.10.2019-cu il il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 858 manat ödənilməmiş hissə, 175 manat dəbbə pulu olmaqla 1033 manat, 21.11.2019-cu il il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 341 manat ödənilməmiş hissə, 65 manat dəbbə pulu olmaqla 406 manat, ümumilikdə 3003 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 398.1-ci maddəsinə görə müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. 601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə məhkəmə tərəflər arasında hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilələri bağlanmış hesab edir o səbəbdən ki, alqı-satqı müqaviləsinin əsas mühüm şərti alqı-satqının predmeti olan mallar haqqında razılaşmanın olması ilə yanaşı digər mühüm şərtləri 1) malların qiyməti, 2) ödənişlərin qaydası, 3) müddətləri və 4) məbləğləri müqavilədə nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, satıcı-İddiaçı MMC 04.07.2018-ci il, 29.10.2018-ci il, 28.01.2019cu il, 06.03.2019-cu il, 30.06.2019-cu il, 02.09.2019-cu il, 11.09.2018-ci il, 30.10.2019-cu il və 21.11.2019-cu il tarixli nisyə alqı-satqı müqavilələrində nəzərdə tutulmuş müddətlərdə ödəmək vəzifəsini icra etməyən Cavabdeh verilmiş əşyaların ödənilməsini tələb etdiyindən, iddia təmin olunaraq həmin malların ödənilməmiş dəyəri cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, borcun vaxtında ödənilməməsinə görə dəbbə pulunun alınması tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Bu baxımdan məhkəmə belə bir nəticəyə gəlir ki, öhdəliyin vaxtında ödənilməməsinə görə tələb olunan dəbbə pulu tənasübsüz yüksək dəbbə pulu hesab olunmalı, 04.07.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 2 manat, 29.10.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 2 manat, 28.01.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1 manat, 06.03.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 19 manat, 30.06.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 11 manat, 02.09.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 63 manat, 11.09.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 5 manat, 30.10.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 55 manat, 21.11.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 15 manat məbləğinədək azaldılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təqribən 85 faiz həcmində təmin edildiyinə görə iddianın qaldırılması üçün ödənilmiş 30 manat məbdəğində dövlət rüsümunun 85 faizi, yəni 25,50 manat cavabdehə aid edilməklə ondan iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq,

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 04.07.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 74 manat ödənilməmiş hissə, 2 manat dəbbə pulu olmaqla 76 manat, 29.10.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 51 manat ödənilməmiş hissə, 2 manat dəbbə pulu olmaqla 53 manat, 28.01.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 12 manat ödənilməmiş hissə, 1 manat dəbbə pulu olmaqla 13 manat, 06.03.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 198 manat ödənilməmiş hissə, 19 manat dəbbə pulu olmaqla 217 manat, 30.06.2019-cu il tarixli nisyə alqısatqı müqaviləsi üzrə 204 manat ödənilməmiş hissə, 11 manat dəbbə pulu olmaqla 215 manat, 02.09.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 608 manat ödənilməmiş hissə, 63 manat dəbbə pulu olmaqla 671 manat, 11.09.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 55 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu olmaqla 60 manat, 30.10.2019-cu il tarixli nisyə alqısatqı müqaviləsi üzrə 858 manat ödənilməmiş hissə, 55 manat dəbbə pulu olmaqla 913 manat, 21.11.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 341 manat ödənilməmiş hissə, 15 manat dəbbə pulu olmaqla 356 manat, ümumilikdə 2573 (iki min beş yüz yetmiş üç) manat borc və ödənilmiş dövlət rüsumunun 25,50 (iyirmi beş manat əlli qəpik) manat hissəsi alınıb İddiaçı MMC-yə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar