Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4213/2022 19.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh X2 iştirakı ilə İddiaçı cavabdeh X4 qarşı kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh X4 qarşı iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, 2335-36-cı məhəllə, 3 saylı evin, 80 saylı mənzilindən 5000 manat kompensasiya ödənilməsi müqabilində istifadə hüququna xitam verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin yaşayış ünvanı kimi göstərdiyi Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsində 2335-36-cı məhəllə 3 saylı evin 80 saylı mənzili iddiaçının şəriksiz mülkiyyəindədir. Həmin əmlak üzərində hüquqları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə qarşı "öhdəlik qoyulmasına dair” iddiası üzrə başlanmış 2-1(112)-7424/2020 saylı iş üzrə Bakı İnzibati Məhkəməsinin 15 aprel 2021-ci il tarixli qərarı əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmış və çıxarış verilmişdir. Cavabdeh iddiaçının keçmiş gəlinidir, oğlu X14 ilə xx.xx.2016-cı İt tarixdən 20 İyun 2018-ci il tarixədək nikahda olmuş, nikahları Bakı şəhəri, Səbail rayon Məhkəməsinin 2(009)-1289 saylı mülki iş üzrə 20 İyun 2018-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Birgə nikahdan onların uşqaları olmamışdır, Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 2(011)-6608/2018 saylı mülki iş üzrə 05 oktyabr 2018-ei il tarixli qətnaməsi ilə X6 iddiaçıya qarşı mənzildən istifadə hüququnun tanınması tələbinə dair iddiası təmin edilmişdir. İddiaçıınn qətnamədən verdiyi apellyasıya və kassasıya şikayətləri təmin edilməmişdir. Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 2(011)- 6608/2018 saylı mülki iş üzrə 05 oktyabr 2018-ci il tarixli qətnaməni qəbul edərkən və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası həmin qətnaməni qüvvədə saxlayarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci Mənzil Məcəlləsinin 68ci maddələrinə istinad etmiş, bu nəticəyə gəlmişdir ki, X1 tərəfindən yaşayış sahəsinə köçürüldüyündən onun həmin mənzildə istifadə hüququ yaranmışdır. X10 oğluyla nikaha daxil olandan az sonra iddiçının razılığı olmadan evinə köçdüyünə görə oğluyla birlikdə onu da evdən çıxarmışdı və hər ikisi Hövsan qəsəbəsində yaşayırdılar. O mənzilə köçdükdən sonra iddiaçı ailə üzvləriylə mənzildən çıxmağa məcbur olmuş, hazırda ailə üzvləriylə birlikdə kirayədə yaşamağa məcburdur. Yəni mülkiyyətçi olmayan şəxs faktiki mülkiyyətçi hüquqlarından istifadə edir, qanuni mülkiyyətçi isə mülkiyyət hüquqlarından istifadə edə bilmir. Odur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edir. Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 2(011)-6608/2018 saylı mülki iş üzrə 05 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə X6 iddiaçıya qarşı mənzildən İstifadə hüququnun tanınması tələbinə dair iddiası təmin edərkən ''„.işin hallarını, yəni mübahisəli mənzilin dövlət mənzil fonduna aid olduğunu” nəzərə almışdır (Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 817/2019 saylı iş üzrə 29 yanvar 2019-cu il tarixli qətnaməsi, səh 2, abzas 3), Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4552/2019 saylı mülki iş üzrə 11 iyun 2019-cu il tarixli qərarı, səh 3, abzas 2) İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh X7 məhkəmə iclasında iddiaya etiraz edərək bildirmişdir ki, o Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsində 2335-36-cı məhəllə 3 saylı evin 80 saylı mənzildə yaşamışdır, buna görə də istifadə hüququ var. Bundan əlavə X14 ilə birgə nikah dövründə kreditlə avtomobil götürmüşlər, krediti hələ də o ödəyir, lakin avtomobil X11 istifadəsindədir. Bundan əlavə təklif edilən kompensasiya məbləği də azdır. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi “Üfüq” İstehsalat Birliyi “Radioquraşdırma zavodu” tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 02/136 saylı arayışdan görünür ki, İddiaçı ailəsi ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsində 2335-36-cı məhəllə 3 saylı evin 80 saylı mənzildə yaşayır. İş materiallarına əlavə edilmiş Xətai Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli, 57 nömrəli Sərəncamdan Çıxarışdan görünür ki, İddiaçı “Radioquraşdırma” X3 İttifaqı Komitəsinin xx.xx.1998-ci il tarixli 42 saylı və xx.xx.2009-cu il tarixli 93 saylı protokoluna əsasən iş yeri üzrə növbəlilik əsasında ayrılmış Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsində 2335-36-cı məhəllə 3 saylı evin 80 saylı mənzilinə daimi yaşayış hüququ verilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 6608/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X6 Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi. 3 ünvanda yerləşən, 80 saylı mənzilin yaşayış sahəsindən 2016-cı ildən istifadə hüququnun tanınması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-817/2019 saylı, 29 yanvar 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6608/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanlmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4552/2019 saylı, 11 iyun 2019-cu il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 817/2019 saylı, 29 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2377/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı iddiası təmin edilmiş, ünvan 3 ünvanında yerləşən mənzil üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və onun adına qeydiyyata alınma barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə üzərinə qoyulması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsində 2335-36-cı məhəllə 3 saylı evin 80 saylı mənzili tam mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1289/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə X14 və Mirzəyeva (Xanməmmədova) Nübar Elxan qızı arasında xx.xx.2016-cı il tarixdə rəsmiləşmiş nikah pozulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2175/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı, X5, X15, X12 və X8 Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsində 2335-36-cı məhəllə 3 saylı evin 80 saylı mənzilə köçürülməsi qət edilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2175/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnamə ilə müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı, X5, X15, X12 və X8 Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsində 2335-36-cı məhəllə 3 saylı evin 80 saylı mənzilinə olan sahiblik və isifadə hüquqları cavabdeh X6 qanunsuz hərəkətləri nəticəsində pozulmuşdur. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin qiymətləndirmə rəyindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsində 2335-36-cı məhəllə 3 saylı evin 80 saylı mənzilin xx.xx.2022-ci il tarixə olan birotaqlı mənzilin aylıq icarə dəyəri 170 (bir yüz yetmiş) manat, üçotaqlı mənzilin aylıq icarə dəyəri 250 (iki yüz əlli) manat təşkil edir. Eyni zamanda məhkəmə iclası zamanı məhkəmə tərəfindən cavabdehə ödəniləcək kompensasiya məbləğinin 6120 manat məbləğində müəyyən edilməsi təklif edilmiş, iddiaçı isə bu məbləğlə razılaşmışdır. Məhkəmə iddianın cavabdeh X2 Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, 2335-36-cı məhəllə, 3 saylı evin, 80 saylı mənzilindən kompensasiya ödənilməsi müqabilində istifadə hüquqlarının itirilməsi hissəsinə hüquq qiymət verərək belə qənaətə gəlir ki, iddia əsaslıdır, buna görə də təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsində 2335-36-cı məhəllə ünvanında yerləşən ümumi sahəsi 74.70 kv.m olan üçotaqlı, 3 saylı evin 80 saylı mənzilə dair mülkiyyət hüququ tanınmışdır. X2 Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsində 2335-36cı məhəllə ünvanında yerləşən ümumi sahəsi 74.70 kv.m olan üçotaqlı, 3 saylı evin 80 saylı mənzilə dair istifadə hüququ tanınmışdır. Belə ki, X7 isə 2016-cı ildən həmin mənzildə yaşamışdır və hal-hazırda yaşamağa davam edir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2175/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı, X5, X15, X12 və X8 Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsində 2335- 36-cı məhəllə 3 saylı evin 80 saylı mənzilə köçürülməsi qət edilsə də iddiaçı və onun ailə üzvləri hal-hazırda da həmin mənzildə yaşamırlar Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Yenə Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına istinadən qeyd edir ki, mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusiya əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusiya məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarı). Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107- 2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2011-ci il tarixli Qərarı). Burada həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi, 71ci maddəsinin İİ hissəsi və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir Mülki mübahisənin hüquqi əsanın təşkil edən Mülki Məcəllənin 228.2-ci maddəsinə əssən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bu isə o deməkdir ki, kompensasiya istifadəçiyə mənsub olmayan mülkiyyət hüququnun əvəzi kimi çıxış etmədiyindən, onun ədalətliliyi mülkiyyətə mənzil əldə etmək üçün kifayət edib-etməməsinə görə deyil, yaşayış sahəsindən istifadə etmək hüququnu ağlabatan müddət ərzində təmin edə bilməsinə kifayət etməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh X2 mənzildə istifdə hüququna xitam verilməsi üçün kompensasiya 6120 manat məbləğində müəyyən edilərək. Cavabdhin mənzildən istifadə hüququna xitam verilməlidir. Belə ki, kompensasiyanın məbləğinin müəyyən edilməsi zamanı müəyyən müddət daxilində oxşar yaşayış sahəsi ilə təmin edilmək üçün zəruri olan xərclər əsas götürülməlidir. İş materiallarına əlavə edilmiş mütəxəssisin rəyinə görə həmin mənzilə oxşar mənzilin orta aylıq kirayə haqqı bir otaq üçün 170 manat, üç otaq üçün 250 manat təşkil edir. Məhkəmə cavabdehin 2018-ci ildən mübahisəli mənzildə tək yaşadığını nəzərə alaraq belə qənaətə gəlir ki, kompensasiya məbləği müəyyən edildiyindən cavabdehə üç il müddət daxilində oxşar şəraiti olan bir otaqlı mənzilin aylıq kirayə haqqı yəni 170 manat (170 manat x 36 ay =6120 manat) əsas götürülməlidir. Bunun əksinə olaraq kompensasiya məbləğinin cavabdehin iddia etdiyi kimi üç otaqlı mənzilin kirayə haqqı əsasında müəyyən edilməsi və ya bu əsasla iddianın rədd edilməsi, cavabdehin mənzilə dair huquqlarının müdafiəsi məqsədilə mənzilin mülkiyyətçisinin konstitusion hüququ olan mülkiyyət hüququnun tənasübsüz şəkildə məhdudlaşdırılması ilə nəticələnəcək. Odur ki, iddia təmin edilərək cavabdeh X2 İddiaçı məxsus olan Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, 2335-36-cı məhəllə, 3 saylı evin, 80 saylı mənzildən istifadə hüququna 6120 manat məbləğində kompensasiya ödənilməklə xitam verilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh X2 Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, 2335-36-cı məhəllə, 3 saylı evin, 80 saylı mənzilindən 6120 (altı min yüz iyirmi) manat kompensasiya ödənilməklə istifadə hüququna xitam verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-4213/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4213/2022
19.10.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver