Məhkəmə qərarları › İş №2(011)-4214/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4214/2022

02.09.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4214/2022 02.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə. İddiaçı oglunun Cavabdeh ASC-yə qarşı “borcun silinməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı oglu Cavabdeh ASC-yə qarşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qanunsuz hesablanmış 507 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 2019-cu ilin yanvar ayında fəhlələr gəlib tualetin şaxtasında yerləşən su sayğacını çıxarmaq, suyu blokda çəkilən yeni xəttə qoşmaq işinə başlamışdır. Sayğac çıxarılarkən göstəricinin aktlaşdırılmasını tələb etsələr də, fəhlələr buna ixtiyarlarının olmadığını bildirmişdir. Xətai rayon Sukanal idarəsinə zəng etdikdə, müştəri xidmətlərindən bildirildi ki, bu məsələni su nəzarətçisi ilə həll etməlidirlər. X7 bildirmişdir ki,sayğacda göstərici 312dir, halbuki evdəki hesab-fakturada xx.xx.2018-ci il tarixə göstərici 304 olmuşdur. Ondan akt tərtib olunmasını xahiş etmişdir. Sayğacın plombu da üstündə olmuşdur. Heç bir narazılıq olmamışdır. Nəzarətçi ona narahat olmamasını, sayğacı çıxaranların onların işçiləri olmadığını, yaxınlıqda tikilən binanın fəhlələri olduqlarından, akt tərtib etmək hüquqlarının olmadığını bildirmiş, sayğacın çıxarılmasına və yeni xəttə qoşulmasına icazə verilməsini xahiş etmişdir. Bundan sonra icazə vermiş və fəhlələr işlərini görüb getmişlər. Lakin, xx.xx.2019-cu il tarixdən bu günə qədər ünvanına gələrək su təhcizatını dayandırmış, köhnə sayğacın göstəricisinin 312 deyil, 1285 olduğunu və 507 manat borcun olduğunu bildirmişdirlər. Evin müqavilə nömrəsi 15945694, abonent kodu isə **********210-dur. X1 Salman oglu 1-ci Qarabağ müharibəsinin qazisi, ağır dərəcəli əlil, yəni güzəştlidir.Onlara qarşı bu cür dələduzluq edilərək borc yüklənməsi barədə dəfələrlə Xətai rayon Sukanal idarəsinin rəisinə, Cavabdeh ASC-nin sədrinə şikayətlər yazsalar da, borc silinməmişdir. Dəxli olmayan cavablr verilmiş, hətta bir neçə dəfə sukanal idarəsinin rəisinin göstərişi ilə su təchizatı bərpa edilmişdir.Evdə 3 körpə qızı var. Qızlarından biri beyin insultlu, epilepsik və sair ağır xəstədir. Məhkəmə iclasında İddiaçı oglu iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iddia tələbini qəbul etməyərək, izahatında göstərdi ki, iddiaçının yaşadığ envanda sonuncu dəfə 2019-cu ildə sayğac dəyişdirilmişdir. İddiaçının sözügedən evə heç bir aidiyyəti yoxdur. Qapını açmırlar. Ona görə də, borc içəridən deyilmiş göstəricilər əsasında hesablanlmışdır. Göstəricilər isə səhv deyilmişdir. Sudan istifadə qaydalarını pozmuşdurlar. Hesablan borc sudan istifadə nəticəsində yaranmışdır. Odur ki, əsassız olduğundan iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh ASC-nin Müştəri xidmətləri departamenti tərəfindən ünvan 1 ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubun surətindən görünür ki, ərizəçinin müraciətinə baxılmış və bildirilmişdir ki, su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabat Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaiarı”na əsasən aparılır. Mənzilin su və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabatı (kod-**********210) xx.xx.2019-cu il tarixinə kimi 850019 nömrəli mexaniki tipli su sayğacının göstəricisinə əsasən aparılmışdır. Həmin tarixdən qeyd edilən sayğac son göstəricisi 1285 m3 olmaqla sökülmüş və yerində 18119631 nömrəli mexaniki tipli sayğac quraşdırılmışdır. Hazırda sayğac göstəricisi 52 m3 olmaqla su və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabında 501,46 manat borc var. Qeyd edilən borc 850019 və 18119631 nömrəli sayğacların göstəricilərinə əsasən hesablanmış məbləğin ödənilməmiş hissəsidir. Yaranmış borcun ödənilməsi xahiş olunur. İş materiallarında olan Cavabdeh ASC-nin Müştəri xidmətləri departamenti tərəfindən ünvan 1 ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubun surətindən görünür ki, ərizəçinin müraciətinə baxılmış və bildirilmişdir ki, qeyd edilən sayğac son göstəricisi 1285 m3 olmaqla istismardan çıxarılaraq laboratoriya yoxlamasından keçirilməsi üçün Cavabdeh ASC-nin X22 idarəsinin X4 laboratoriyasına göndərilmişdir. Laboratoriyanın rəyinə əsasən sayğacın istismara yararlı olmadığı və üzərindəki göstəricinin 1285 m3 olması müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixində 850019 nömrəli mexaniki tipli su sayğacı son göstəricisi 1285 m3 olmaqla sökülmüş və yerində 18119631 nömrəli mexaniki tipli sayğac quraşdırılmışdır. Hazırda sayğac göstəricisi 52 m3 olmaqla su və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabınızda 501,46 manat borc var. Qeyd edilən borc 850019 və 18119631 nömrəli sayğacların göstəricilərinə əsasən hesablanmış məbləğin ödənilməmiş hissəsidir. Yaranmış borcun ödənilməsi xahiş olunur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli hesab fakturadan görünür ki, abonent E.Zaqrabyana Xətai rayonu, İ.İsmayılov küçəsi, ev 56, m 21 ünvanında sudan istifadə üzrə 507 manat borcun hesablanması barədə bildiriş göndərilmişdir. İş materiallarında olan Xətai rayon Sukanal İdarəsi tərəfindən E.Zaqrabyana ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, xx.xx.2021-ci il tarixinə abonentin istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinə görə Cavabdeh ASC-yə 500,53 manat son ödəmə tarixi keçmiş, ödənilməmiş borcunun yarandığı, 7 iş günu müddətində borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə göstərilən xidmətlərin dayandırılacağı, yaranmış borcun və xidmətin dayandırılmasına çəkilmiş xərclərin məhkəmə qaydasında tutulmasının təmin ediləcəyi bildirilmişdir. İş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-416/2011 saylı, xx.xx.2011-ci ıl tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Mehdi-X13 cavabdehlər Bakı Şəhəri Xətai rayon İcra Hakimiyyətinə və Zaqrabyan Eİza Avanesovnaya qarşı “icarə müqaviləsinin ləğv edilməsi və yeni içarə müqaviləsinin bağlanması tələbinə dair” iddiasının təmin edilməməsi qət olunmuşdur. Məhkəmə baxışı zamanı aşağıdakılar müəyyən edilmişdir: - Bakı şəhəri Xətai rayonu Əhalinin Sosial Müdafiə Mərkəzi tərəfindən verilmiş 06 aprel 2005-ci il tarixli 147570 saylı vəsiqənin surətindən müəyyən edilir ki, X15 oğlu ikinci qrup əlil kimi qeydiyyatdadır. - Xətai Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 98 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2010-cu il tarixli, 586 saylı arayışdan görünür ki, X14 xx.xx.1990-cı il tarixdən ünvan 3 ünvanından qeydiyyatdan çıxmışdır. - Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 98 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 19 may 2010-cu il tarixli,85 saylı arayışından müəyyən edilir ki, xx.xx.1991-ci ildən X15 oğlu, xx.xx.1993-cü ildən oğlu X16 oğlu ünvan 3 ünvanında qeydiyyatdadırlar. Bina yerli İcra Hakimiyyətinə məxsusdur, sahibi isə X8. - Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyətinin M/543 saylı, xx.xx.2009-cu il tarixli məktubunun surətindən görünür ki, kirayəçinin ailə üzvü olmadığı üçün X15 oğlu ilə Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, 56 saylı evin 21-ci mənzilinə dair icarə müqaviləsi bağlanılmasından imtina edilmiş, mənzilin keçmiş kirayəçisi X9 qohumluq mönasibətlərini təsdiq edən sənəd təqdim olunarsa məsələyə mahiyyəti üzrə baxılacağı tövsiyyə olunmuşdur. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1661/2011 saylı xx.xx.2011-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(01l)- 416/2011 saylı, xx.xx.2011-ci ıl tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, qətnaməsi ləğv edilmiş, iddia təmin edilərək, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, İnqilab İsmayılov küçəsi, ev 56, mənzil 21-ə dair X10 adına bağlanılmış icarə müqaviləsinin ləğv edilməsi və X15 oğlu ilə həmin mənzilə dair icarə müqaviləsinin bağlanılması qət olunmuşdur. Apellyasiya baxışı zamanı müəyyən edilmişdi ki: - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsindən görünür ki, ərizəçi Mehdi-X13 X10 X5 doğma qızı olması faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilməmişdir. - Bakı şəhəri, Şaumyan rayon VVAQ şöbəsi tərəfindən verilmiş V-JQ No 292431 saylı, 26 dekabr 1989-cu il tarixli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X11 ilə X12 xx.xx.1989-cu il tarixdə nikaha daxil olmuşlar. Apellyasi məhkəməsi xüsusilə qeyd etmişdir ki, tərəflər iddiaçının ailə üzvləri il| birlikdə xx.xx.1989-cu ildən etibarən mübahisəli mənzilə köçərək bugünədək orada yaşamaqda davam etdiyi, eləcə də xx.xx.1991-ci il tarixdən etibarən mənzil üzrə qeydiyyata düşdüyünü mübahisələndirmirlər. İş üzrə mübahisələndirilməyən hal həmçinin ondan ibarətdir ki, Ermənistanın təcavüzkar siyasətinin nəticəsi kimi başlanılmış münaqişə ilə əlaqədar olaraq X12 və X14 daimi olaraq Azərbaycan Respublikasından köçüb getmişlər. xx.xx.1990-cı il tarixdən etibarən isə X14 mübahisəli mənzilə olan qeydiyyatdan çıxmışdır. Göstərilən işin faktiki hallarına qiymət verməklə məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının ailə üzvləri ilə birlikdə 1989-cu ildən etibarən bugünədək mübahisəli mənzildə ailə təsərrüfatı aparmaqla yaşadığı birmənalı müəyyən olunur. İşin bu halı iddiaçının ailə üzvlərinin bəzilərinin müxtəlif vaxtlarda mənzildə qeydiyyatda olmaları faktı, eləcə də oğlu X3 bu gün də mənzildə qeydiyyatda olması ilə bir daha öz təsdiqini tapır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, İnqilab İsmayılov küçəsi, ev 56, mənzil 21-ə dair ətrafli abonent kartından görünür ki, qeyd olunan mənzildə 850019 nömrəli su sayğacının göstəriciləri xx.xx.2015-ci il tarixdən ayda bir dəfə oxunmağa başlanmışdır. Həmin sayğacın dəyişdirilmək üçün çıxarıldığı xx.xx.2019-cu il tarixində son göstərici 304 m3 olaraq qeyd edilmişdir. Kartdan göründüyü kimi, iddiaçı (ailəsi) qanunsuz sudan istifadədə maraqlı olmamış, mütəmadi olaraq sudan və kanalizasiya xidmətlərindən istifadə üçün ödənişləri etmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Su təhcizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, Qanunun məqsədi istehlakçıların dövlət standartlarının tələblərinə cavab verən keyfiyyətli və lazımi miqdarda su ilə təmin edilməsi, tullantı sularının axıdılması sahəsində münasibətlərin tənzimlənməsidir. Həmin Qanunun 23-ci maddəsinin 1-ci hissəsinə görə, su təchizatı müəssisəsi öz su təchizatı zonasında yerləşən hər hansı istehlakçının müraciətinə əsasən onu aşağıdakı şərtlərlə su təchizatı sisteminə qoşmalıdır: a) müraciət edən istehlakçı mövcud və ya tikilməsi planlaşdırılan obyektin və ya onun bir hissəsinin sahibi olsun; b) qoşulma, fiziki şəxs olan istehlakçılar istisna edilməklə digər istehlakçı qruplar üzrə istehlakçının hesabına aparılsın. Həmin Qanunun 30-cu maddəsinə əsasən verilən suyun həcminin hesablanması qaydalarına görə su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafıq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Həmin Qanunun 31-ci maddəsinin tələblərinə əsasən:

3. Su təchizatı müəssisəsi bütün quraşdırılmış suölçən cihazların hesabatını aparmalıdır.

4. Su təchizatı müəssisəsinin səlahiyyətli nümayəndəsi suölçən cihazların göstəricilərinin qeydə alınması, onların quraşdırılması, təmiri, dəyişdirilməsi, çıxarılması, yerlərinin dəyişdirilməsi, onlara xidmət göstərilməsi və onlardan göstəricilərin silinməsi məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada su təchizatı cihazının yanına buraxılmaq hüququna malikdir.

5. Su təchizatının düzgün ölçülməsini və qeydiyyatını təmin etmək məqsədi ilə suölçən cihazın yerinin dəyişdirilməsi, təmiri, çıxarılması, quraşdırılması, onun fəaliyyətinə mane olan amillərin aradan qaldırılması və ya hər hansı digər işlər su təchizatı müəssisəsinin səlahiyyətli nümayəndəsi tərəfindən və ya onun iştirakı ilə aparılır.

6. İstehlakçının suölçən cihazın dəqiqliyinin yoxlanılması üçün su təchizatı müəssisəsinə yazılı şəkildə müraciət etmək hüququ var. Su təchizatı müəssisəsi müraciət daxil olduğu gündən üç həftə müddətində istehlakçının vəsaiti hesabına belə yoxlamanı həyata keçirməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 8.1.8-ci bəndinə əsasən istifadə edilmiş suyun hesabı istehlakçı tərəfindən bu Qaydaların tələblərinə uyğun olaraq vaxtında və tam ödənilmədikdə STKM “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istehlakçıların su təchizatını istehlakçını mütləq qaydada (bu Qaydaların 8.1.9-cu yarımbəndində nəzərdə tutulan hal istisna olmaqla) xəbərdar etmək şərtilə dayandıra bilər. “Sudan istifadə Qaydaları”nın 8.9-cu bəndinə əsasən suyun verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 8.1.2-ci və 8.1.9-cu yarımbəndləri istisna olmaqla) STKM tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, məhkəmə baxışı zamanı iş üzrə toplanılmış sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı Telman oglu ailəsi ilə birlikdə 1989-cu ildən etibarən ünvan 3 ünvanında yaşyır. 2019-cu ildə Cavabdeh tərəfindən İddiaçı Telman oglunun yaşadığı ünvan 3 ünvanında su sayğacının yeri dəyişdirilərək, yeni su sayğacı quraşdırılarkən köhnə sayğacın göstəricisi 304 m3 olmuşdur. Eyni zamanda qeyd etmək lazımdır ki, 2015-ci ildən götürülmüş göstəricilərdə bir sonrakı göstərici ilə əvvəlki göstərici arasındakı fərq 3-4 m3-dan artıq olmamışdır. Lakin, sayğac laboratoriya yoxlamasından keçirilməsi üçün Cavabdeh ASC-nin X22 idarəsinin X4 laboratoriyasına göndərildikdən sonra, laboratoriyanın rəyinə əsasən sayğacın istismara yararlı olmadığı, sayğaca müdaxilə olunmadığı və üzərindəki göstəricinin 1285 m3 olması müəyyən edilmiş və həmin göstəriciyə uyğun olaraq 507 manat su borcu iddiaçıdan tələb edilmişdir. 9 iyul 2021-ci il tarixli 363-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə ləğv edilmiş Azərbaycan Respublikasının MPM-nin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə qeyd edir ki, mübahisəli borc cavabdeh ASC tərəfindən hesablandığından göstərilən halların həqiqətə uyğun olmasının sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdehin nümayəndəsi ünvan 3 üzrə iddiaçıya 2019-cu il üçün hesablanılmış 507 manat məbləğində borcun hansı səbəbdən yaranması barədə hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Həmçinin, cavabdeh ASC tərəfindən mübahisəli borcun necə yarandığı və hansı əsasla, hansı qaydalara, təlimata və ya hansı normativ sənəd əsasında aparılmasını cavabdeh tərəf əsaslandıra bilməmiş və borcun hesablanmasının mənbəyi məhkəmə iclasında müəyyən edilməmişdir. İddiaçı qanunsuz sudan istifadədə maraqlı olmamış, mütəmadi olaraq ödənişləri etmişdir. Hazırda cavabdeh mötəbərliyini sübut edə bilmədiyi əsasla iddiaçıdan əlavə ödəniş tələb edir ki, bu da qəbul oluna bilməz. Bundan başqa məhkəmə, iddiaçının ünvan 3-ə heç bir aidiyyətinin olmaması, bu səbəbdən də, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olmaması barədə cavabdehin dəlillərinə hüquqi qiymət verərək, hesab edir ki, həmin dəlillər əsassız olmaqla, məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla, o cümlədən, müvafiq məhkəmə aktları ilə təkzib olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali MəhkəməsiPlenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, iddia tələbi təmin edildiyindən, cavabdehdən ödənilməli olan 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinin hesabına keçirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:

İddia təmin edilsin. İddiaçı oglunun yaşadığı ünvan 3 ünvanına (abonent kodu: **********210) hesablanmış 507 (beş yüz yeddi) manat borcun silinməsi Cavabdeh ASC-yə həvalə edilsin. Cavabdeh ASC-dən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar