Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4220/2021 09.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə borcun tutulması” barədə ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “müqavilə üzrə borcun tutulması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 06 iyul 2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********94284 olan Nokia markalı telefon üçün 100 manat ödənilməmiş hissə, 10 manat cərimə; 06 oktyabr 2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********47534 olan Samsung J2 Core markalı telefon üçün 176 manat ödənilməmiş hissə, 17 manat cərimə; 09 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********97199 olan X1 8 markalı telefon, aksessuar üçün 64 manat ödənilməmiş hissə, 6 manat cərimə olmaqla, ümumilikdə 373 manat borc, 20 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 393 manat pulun Cavabdeh alınaraq “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə “xxxx” MMC arasında bağlanmış 06 iyul 2019-cu il, 06 oktyabr 2019-cu il və 09 dekabr 2019-cu il tarixli alğı-satqı müqavilələrinə əsasən, cavabdeh Nokia markalı telefon, Samsung J2 Core markalı telefon və X1 8 markalı telefon və aksessuar almış və nəticədə 373 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 06 iyul 2019-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən, cavabdehin alğı-satqı qiyməti 246 manat olan Nokia markalı telefon üçün ümumilikdə 110 manat olmaqla, 100 manat ödənilməmiş hissə, 10 manat cərimə pulu borcu; 06 oktyabr 2019-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən, cavabdehin alğısatqı qiyməti 264 manat olan Samsung J2 Core markalı telefon üçün ümumilikdə 193 manat olmaqla, 176 manat ödənilməmiş hissə, 17 manat cərimə pulu borcu: 09 dekabr 2019-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən, cavabdehin alğı-satqı qiyməti 673 manat olan X1 8 markalı telefon, aksessuar üçün ümumilikdə 70 manat olmaqla, 64 manat ödənilməmiş hissə, 6 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 843 manat təşkil edir. Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında alğı-satqı müqavilələri bağlanmış, cavabdeh Nokia markalı telefon, Samsung J2 Core markalı telefon və X1 8 markalı telefon və aksessuar almışdır. Müqavilələrə əsasən cavabdeh öhdəliyi lazımınca icra etmədiyindən onun 08 aprel 2021-ci il tarixə ümumilikdə 373 manat borcu yaranmışdır. Cavabdehə yaranmış borcla bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (dəbbə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İş materialları ilə müəyyən edildi ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış alğı-satqı müqaviləsinə əsasən sonuncu müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən yuxarıda qeyd edilən müqavilə üzrə ümumilikdə 373 manat pul məbləği iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iş materiallarından göründüyü kimi iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən 20 manat məbləğində dövlət rüsumu ödəmişdir, iddia tələbi tam təmin olunduğundan cavabdehdən 20 manat məbləğində rüsum tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. 06 iyul 2019-cu il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borc 100 (bir yüz) manat, dəbbə pulu 10 (on) manat, 06 oktyabr 2019-cu il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borc 176 (bir yüz yetmiş altı) manat, dəbbə pulu 17 (on yeddi) manat, 09 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borc 64 (altmış dörd) manat, dəbbə pulu 6 (altı) manat olmaqla, ümumilikdə 373 (üç yüz yetmiş üç) manat pul və dövlət rüsumuna görə ödənilmiş 20 (iyirmi) manat, cəmi 393 (üç yüz doxsan üç) manat pul vəsaiti Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-4220/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4220/2021
09.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver