Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4226/2023 30.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi’’ barəsində ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 14 may 2005-ci il tarixdə doğulmuş X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı Ərizəçi X6 ilə rəsmi nikaha daxil olmuşdur və nikahı 07 iyul 2005-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon VVADQ şöbəsində rəsmiləşdirilmişdir. Birgə nikahdan 14 may 2005-ci il tarixdə X8 doğulmuşdur. N.Nəzərli doğulduğu tarixdən kvadroplegik spastik serebral iflic, yataq xəstəsidir. X8 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən müayinədən keçmiş və “kvadroplegik spastik serebral iflic, yataq xəstəsidir, spastik tetraplegiya, davranış pozğunluğunun olması və ya zəif dərəcədə təzahür etməsinə dair diaqnoz qoyulmuş və 1-ci dərəcəli əlillik verilmişdir. X8 xəstəliyi ilə əlaqədar hərəkətlərinin mənasını başa düşmədiyindən öz hərəkətlərini idarə bilmir. X7 1-ci dərəcəli əlillik verilsə də N.Nəzərlinin xəstəliyi ilə əlaqədar əlilliyə görə pulun verilməsi barədə kartını ala bimir. N.Nəzərli iflic xəstəsi olduğuna və öz hərəkətlərinin mənasını başa düşmədiyinə görə Ərizəçi qızını qəyyumluğa götürmək istəyir. X4 qəyyumluğa götürməyinə ailə üzvlərinin etirazı yoxdur. Ərizəçi məhkəməyə ərizə ünvanlanaraq işə ərizəçinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Xətai rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik komissiyası məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir və məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materialında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2005-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, anası Ərizəçi, atası X1r. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2005-ci il tarixində 1333 № ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” X11 xx.xx.2023-cü il tarixli 2061 saylı ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyinə əsasən X5 “kvadroplegik spastik serebral iflici ilə əlaqədar ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində)” aşkar olunur. X8 öz psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını şüurlu dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X8 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X5 müəyyən edilən “Kvadroplegik spastik serebral iflici ilə əlaqədar ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində)” diaqnozlu xəstəlik ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, Ərizəçi X4 anası olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair iş qaldırmaqda haqlıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Mülki-Prosessual Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə iclasında X4 psixi xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını dərk etməməsi və hərəkətlərinə rəhbərlik edə bilməməsi faktı öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.2005-ci il tarixdə Bakı şəhərində anadan olmuş X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasına fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş X4 üzərində qəyyum təyin edilməsi həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-4226/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4226/2023
30.10.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver