Məhkəmə qərarları › İş №2(011)-4229/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4229/2022

05.10.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4229/2022 05.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakimi Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı Bakı şəhəri, Binəqədi rayonu, Mədən 2, korpus 93 ünvanında yerləşən yaşayış evi üzrə qaz sərfinə görə əsassız hesablanmış 528,80 manat məbləğində borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Mədən 2, korpus 93 ünvanında yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. xx.xx.2021ci il tarixdə Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçının istifadəsində olan qaz sayğacı yenisi ilə əvəz edilmişdir. Yeni sayğac quraşdırıldıqdan sonra iddiaçıya bildirdilər ki, guya sayğacın nasazlığı nəticəsində iddiaçının 528,80 manat məbləğində borcun yaranmışdır. İddiaçıya bildirdilər ki, guya, iddiaçı istifadəsində olan qaz sayğacına müdaxilə etmiş və buna görə 528,80 manat borc hesablanmışdır. İddiaçıya məxsus qaz sayğacı yaşayış evindən kənarda yol tərəfdə iddiaçının mühafizə edə bilməcəyi yerdə quraşdırılmışdır. Digər tərəfdən yeni qaz sayğacı quraşdırıldıqdan sonra iddiaçının aylıq sərfiyyatı 5-10 manat arası olmuşdur. Təqdim edilmiş abonent saldosundan görünür ki, iddiaçı hər ay smart karta ödənişlər müqabilində təbii qazdan istifadə etmişdir. Mövcud qanunvericiliyə görə qaz sayğacına görə məsuliyyət bütövlükdə cavabdehin üzərindədir və belə olan halda iddiaçının təqsirini sübuta yetirmədən sayğacın nasazlıq səbəbini iddiaçının təqsirindən olmasını iddia etmək qanunsuzdur. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, məhkəmə iclasında iştirak edən cavabdeh mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan abonent saldosundan görünür ki, iddiaçının mənfi qaz sərfiyyatının 2784 m3 olaraq, 528,80 manat məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.2.2-ci bəndinə əsasən istehlakçı tərəfindən istifadə olunmuş qazın sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək paylayıcının hüququdur. Həmin Qaydaların 2.3.1-ci maddəsinə görə, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəmək istehlakçının vəzifəsidir. Həmin Qaydaların 5.2-ci maddəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. Həmin Qaydaların 5.5-ci maddəsinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilən xüsusatlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçıya hesablanmış 528,80 manat məbləğində borc onun tərəfindən istifadə edilmiş təbii qazın dəyəri olaraq onun tərəfindən ödənilməlidir. Odur ki, həmin borcun silinməsi barədə iddia əsassız hesab edilərək rədd edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdehnə qarşı Bakı şəhəri, Binəqədi rayonu, Mədən 2, korpus 93 ünvanında yerləşən yaşayış evi üzrə qaz sərfinə görə əsassız hesablanmış 528,80 manat məbləğində borcun silinməsi barədə iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar