Məhkəmə qərarları › İş №2(011)-4232/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4232/2022

04.08.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4232/2022 04.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız olaraq borc kimi yazılmış məbləğin silinməsi, eyni zamanda başqa şəxsin adına rəsmiləşdirilmiş sayğacın öz adına keçirilməsi və ünvanın düzgün qeyd olunması” barədə iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə, abonent kodu **********00000 olmaqla əsassız olaraq borc kimi yazılmış olan 593 manatın silinməsi, sözügedən sayğacın səhv olaraq X1 adına rəsmiləşdirilmiş sayğacın yenisi ilə əvəz olunaraq öz adına rəsmiləşdirilməsi və ünvanın (ünvan 2nmasının Cavabdeh İB tərəfindən həyata keçirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçıya məxsusdur. Həmin ünvanda abonent kodu **********00000 olmaqla Cavabdeh İB tərəfindən qazla təmin olunmaqdadır. Qeyd olunan yaşayış evində qazla işləyən üç ədəd cihaz: 1 ədəd dörd gözlü qaz, 1 ədəd su qızdırıcı kalonka və 1 ədəd ceyran qızdırıcısı mövcuddur. Cavabdeh İB tərəfindən verilmiş sənədə əsasən 2010-cu ilin iyun ayından 2012-ci ilin may ayınadək əsassız olaraq 810 manat borc göstərilmiş (bu müddət ərzində qeyd olunan borc barədə iddiaçıya məlumat verilməmişdir) 2012-ci ildə iddiaçının iştirakı və xəbəri olmadan mexaniki sayğacın smartkart tipli sayğacla əvəz etmişlər. Sözügedən ünvanda daimi yaşamadığına görə sonradan sayğacın dəyişdirildiyini görüb Cavabdeh İB-dən smart kartı əldə etdiyi zaman iddiaçıya borc barədə heç bir məlumat verilməmişdir. 2022-ci ilin yanvar və fevral ayları borcun olmadığı, lakin fevralmart aylarında yenidən cavabdehin nümayəndələri iddiaçının iştirakı olmadan növbəti dəfə smart kart tipli sayğacı mexaniki sayğacla ünvanı və yaşayış evinin sahibinin adını düzgün qeyd etməməklə quraşdırmış, eyni zamanda 593 manat miqdarında borc qəbzi bildirişinin yazıldığını iddiaçıya bildirmişlər. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş üzrə İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində ayrıca qaz sayğacı quraşdırılmışdır. Lakin İddiaçı təbii qazdan istifadəyə görə aylıq ödənişləri X1 adına rəsmiləşdirilmiş abunə kodu vasitəsilə həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Göründüyü kimi, cavabdehin səhvi ucbatından iddiaçıya məxsus ünvanda təbii qazdan istifadə üçün quraşdırılmış qaz sayğacına məxsus abunə kodu X1 adına olduğundan, iddiaçı qazın dəyərinə dair ödənişləri həmin şəxsin adı ilə aparır. Hazırkı iş üzrə iddiaçı olan qaz istifadəçisinin ünvanına başqa şəxsə aid və başqa ünvan üzrə qeydiyyatda olan sayğacın quraşdırılması, hazırkı iddiaçının X1 adına olan sayğac üzrə yazılmış borca aidiyyətini məhkəmə iclasında müəyyən etmək mümkün olmamışdır. Beləliklə iddiaçının özünə aid olmayan borcun silinməsi ilə bağlı olan iddiası hazırkı mülki işin çərçivəsində baxıla bilməz. Məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, sayğacın hazırda iddiaçının adına deyil, başqa şəxsin adına olmasında istehlakçı olaraq iddiaçının təqsiri müəyyən edilmədiyindən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində X1 adına rəsmiləşdirilmiş sayğacın yenisi ilə əvəz olunaraq İddiaçı adına yeni sayğacın quraşdırılması və ünvanın düzgün qeyd olunması vəzifəsi Cavabdeh üzərinə qoyulmalıdır. İddia tələbinin fərdi yaşayış evinə əsassız olaraq yazılmış 593 manatın silinməsi hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan cavabdehdən 30 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində X1 adına rəsmiləşdirilmiş sayğacın yenisi ilə əvəz olunaraq İddiaçı adına yeni sayğacın quraşdırılması və ünvanın düzgün qeyd olunması vəzifəsi Cavabdeh üzərinə qoyulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar