Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4232/2023 21.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclas katibi Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçı1 etibarnamə üzrə nümayəndəsi X1 Cavabdehnə qarşı borcun silinməsi tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı1 Cavabdeh İB-nə qarşı Bakı şəhəri, ünvan 1 ünvanı üzrə tərtib edilmiş Cavabdeh 04 may 2023-cü il tarixli aktının etibarsız hesab edilməsi, akta əsasən hesablanmış 3739 manat borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. İddiaçının dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçı ünvan 2 ünvanında yaşayır. Cavabdeh İB-nin əməkdaşları həmins sayğaca müdaxilənin aşkar olunduğunu bildirmiş və abonentə 3739 manat məbləğində borc hesablanmışdır. Cavabdehin etirazının dəlilləri Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları - Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı1 mülkiyyətindədir. - Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzil üzrə **********00700 kodlu abonent hesabına 2023-ci ilin iyun ayı üzrə abonentə qeyri ödənişlər qrafası ü2347.84 manat məbləğində borc hesablanmışdır (**********00700 kodlu abonent saldosu); İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanunu Maddə 13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması ...8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 77. Sübütetmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Göründüyü kimi, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hesablanmalı olduğu halda, iddiaçıya 2023-cü ilin iyun ayı üzrə mənşəyi bəlli olmayan 2347,84 manat məbləğində borc hesablanmışdır. Məhkəmə hesab edir ki, qeyd edilən borcun hesablanması qanunvericiliyin tələblərinə ziddir. ODigər tərəfdən iddiaçı Bakı şəhəri, ünvan 1 ünvanı üzrə tərtib edilmiş Cavabdeh 04 may 2023-cü il tarixli aktının etibarsız hesab edilməsi və ümumilikdə 3739 manat məbləğində borcun silinməsini tələb etsə də, məhkəmə araşdırması zamanı qeyd edilən ünvan üzrə 04 may 2023-cü il tarixli aktın tərtib edildiyi faktı öz təsdiqini tapmamış, iddiaçının 3739 manat deyil 2347,84 manat məbləğində əsassız borcun hesablandığı müəyyən edilmişdir. Odur ki, qismən təmin edilməli, "Azəriqaz " İB tərəfindən hesablanmış 2347,84 manat məbləğində borc silinməlidir. Məhkəmə mərhəmə xərclərinin tutulması ilə bağlı məsələyə qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyinə görə iddianın təmin edilən hissəsinə müvafiq olaraq məhkəmə xərcinə daxil olan 43.47 manat məbləğində dövlət rüsumu da “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsi və Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İB tərəfindən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzrə abonent İddiaçı1 (abonent kodu: **********00700) hesablanmış 2347.84 (iki min üç yüz qırx yeddi manat səksən dörd qəpik) manat məbləğində borc silinsin. 43.47 (qırx üç manat qırx yeddi qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-4232/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4232/2023
21.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver