Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4235/2020 16.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi, xx.xx.1940-cı il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi ünvan 1 ünvanda yaşayır. Onunla birlikdə yaşayan və eyni ünvanda qeydiyyatda olan anası, xx.xx.1940-cı il təvəllüdlü X8 1-ci qrup əlildir. Anası Anna onun köməyi olmadan hərəkət edə bilmir. Ağıl zəifliyi və orqanizm sisteminin ümumi xəstəliyindən əziyyət çəkir, nitq və eşitmə qabiliyyəti çox zəifdir. O, hərəkətlərini dərk etmir və digər şəxsin daima qulluğuna ehtiyacı vardır. Bununla əlaqədar xx.xx.1940 təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi məqsədilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Belə ki, xx.xx.1940 təvəllüdlü X8 əqli qüsur və ümumiyyətlə orqanizminin xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür və hərəkətlərinə rəhbərlik edə bilmədəyindən onun daima kənar şəxsin qulluğuna ehtiyacı vardır. Buna görə də anasının üzərində qəyyum təyin edilməyi ilə bağlı Xətai Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına şifahi müraciət etmişdir. Cavab olaraq Xətai Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında məhkəmənin qərarının olmasının vacib olduğu bildirilmişdir. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - AZE seriyalı, 04339304 saylı Şəxsiyyət vəsiqəsinə əsasən, X8 xx.xx.1940-cı il tarixdə Ukrayna, Poltava vilayəti, Opoşnyansk rayonunda şəhərində doğulmuşdur. - AZ-İ seriyalı 467486 nömrəli Nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən X9 ilə Ərizəçi nikahının bağlanması haqqında xx.xx.2009-cu il tarixli 123 nömrəli akt qeydi tərtib edilmişdir, nikah bağlandıqdan sonra ərə Qənbərov, arvada Məmmədova soyadı verilmişdir. - ******* nömrəli Doğum haqqında şəhadətnaməyə əsasən Ərizəçi xx.xx.1970-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası X11, anası X5. - Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi X2 sonuncu müayinəyə dair məlumata əsasən, xx.xx.1940-cı il təvəllüdlü X4 diaqnozu baş beynin sol y/kürəsində kəskin beyin qan dövranının pozulmasının nəticələri. Sağ tərəfli dərin hemiparez, apraksiya, İmmobillik (hərəkətsizlik). Sensomotor afaziya. Serebral ateroskleroz. Vaskulyar demensiya. Xroniki beyin işemiyası, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik, Arterial hipertenziya İİİ d., Ü.İ.X Aterosklerotik kardiosklerozdur. İş üzrə təyin edilmiş məhkəmə-psixiatriya ekspertizası üzrə verilmiş xx.xx.2020-ci il tarixli 1868 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyinə əsasən X7 mərkəzi sinir sisteminin damar mənşəli üzvi xəstəliyi nəticəsində dərin demensiya (ağıl zəifliyi) formasında psixi xəstəlik müəyyən edilir. X8 öz pxisi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsas var. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, Ərizəçi X1 olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə, X4 əqli, ruhi və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixiatrik ekspertizasının rəyi ilə tam sübuta yetirildi. Buna görə də məhkəmə hesab edir ki, X8 ağıl zəifliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X8 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamə xx.xx.1940-cı il təvəllüdlü X4 üzərinə qəyyum təyin edilməsi üçün əsas hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1940-cı il təvəllüdlü, ünvan 2 ünvanında qeydiyyatda olan X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırki qətnamə xx.xx.1940-ci il təvəllüdlü X4 üzərinə qəyyum təyin edilməsi üçün əsas hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-4235/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4235/2020
16.10.2020 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver