Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-4239/2022 07.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsiyaf oğlu - ərizəçi X1 maraqlı şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək ona verilmiş ümumi orta təhsil haqqında 18 iyul 2016-cı il tarixli Xırdalan şəhəri, 9 saylı Tam orta məktəbi tərəfindən A 644210 saylı attestatın və tam orta təhsil haqqında 08 iyul 2018-ci ildə Bakı şəhəri 138 saylı tam orta məktəb tərəfindən verilmiş E 141384 saylı Atesstatın Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş 0000*** saylı Qaçqın vəsiqəsinin və AZE YS0000058 saylı Yol Sənədinin daşıyıcısı kimi ona aid olması faktının hüquqi əhəmiyyətli fakt kimi müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Qeyd edilən müddəaların mənasından da göründüyü kimi, məhkəmənin hüquqi əhəmiyyətli olan faktı təsdiq etməsi üçün əsas şərt, həmin faktları təsdiq edə biləcək lazımi sənədləri ərizəçinin başqa qaydada ala bilməməsidir. Həmçinin, qanun müəyyən etmişdir ki, ərizəçi həmin sənədləri ala bilməməsini təsdiq edən sübutları əldə etməli, onu ərizəsində göstərməklə, ərizəyə əlavə etməlidir. Lakin ərizəçi ümumi orta təhsil və tam orta təhsil attestatlarında qeyd olunmuş səhvin aradan qaldırılması üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müraciət etməsi və sonuncunun bu səhvi aradan qaldırmasının mümkün olmaması barədə sübutunu ərizəsinə əlavə etməmişdir. Həmçinin, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12.04.2019-cu il tarixli 3 nömrəli Qərarının 1.6-cı bəndində qeyd edilir ki, məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPMnin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçi ümumi orta təhsil və tam orta təhsil barədə sənədlərində olan səhvlərin aradan qaldırılmasının başqa qaydada mümkün olmaması barədə sübutu ərizəsinə əlavə etmədiyindən ərizə geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessaul Məcəllənin 149.2.5-ci maddəsinə görə ərizədə ona əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Həmin Məcəllənin 150.0.5-ci maddəsinə əsasən iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri iddia ərizəsinə əlavə edilir Həmin Məcəllənin 152.1.1-ci maddəsinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 153.2.1, 263-264, 268ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A ALDİ: Ərizəçi X1 maraqlı şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi geri qaytarılsın. Ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması ərizəçiyə izah edilsin. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №2(011)-4239/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-4239/2022
07.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver