Məhkəmə qərarları › İş №2(011)-425/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-425/2022

16.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-425/2022 16.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, X1 İddiaçı MMC-nin nümayəndəsi X5, Cavabdeh2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı kommunal xidmətlər haqqının ödənilməsi iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı MMC Cavabdeh1 qarşı tərəflər arasında bağlanmış müqavilənin 3-cü bəndinin 3.1 və 3.2. maddələrinə uyğun olaraq 2018-ci, 2019-cu, 2020-ci və 2021-ci illər üçün Cavabdeh1 İddiaçı MMC-nin xeyrinə 1192 manat məbləğində pulun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2016-cı ildə Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları üçün 624 ailəlik yaşayış kompleksi tikilib istifadəyə verilmişdir. Mənzillər "xxxx" MTK tərəfindən müxtəlif illərdə ipoteka yolu ilə satılmışdır. Mənzillər satılarkən hər bir mülkiyyətçi ilə MTK arasında yaşayış kompleksində mənzil-kommunal xidməti göstərmək məqsədi ilə müqavilələr bağlanmışdır. Sonradan MTK öz fəaliyyəti dayandırdığına görə Vergilər Nazirliyi tərəfindən 22 iyun 2018-ci il tarixdə İddiaçı MMC yaradılmışdır və həmin MMC bu günə qədər mülkiyyətçilərə mənzil-kommunal xidməti göstərməkdədir. Çox təəsüf ki, bir çox sakinlər və mülkiyyətçilər dəfələrlə şifahi, rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, müxtəlif bəhanələr gətirərək bu günə qədər mənzil-kommunal xidmət haqqını ödəməkdən yayınırlar ki, bu da son nəticədə müəssisənin fəaliyyətinə çox mənfi təsir göstərir. Mülkiyyətçi Cavabdeh1 12.08.2017-ci il tarixdə "xxxx" MTK-dan ünvan 1 ünvanında 85,7 kvadrat metr sahəsi olan ev almışdır. Elə həmin tarixdə də "xxxx" MTK ilə mülkiyyətçi arasında mənzil-kommunal xidməti haqqında müqavilə bağlanmışdır. Bağlanmış müqavilənin 3-cü bölümünün 3.1-ci bəndində göstərildiyi kimi, 2.1 maddəsində nəzərdə tutulmuş öhdəliklərin MTK tərəfindən yerinə yetirilməsi müqabilində hər ayın 1-ci tarixindən gec olmayaraq 30 manat məbləği icraçı MTK-ya nağd və ya köçürmə yolu ilə ödəməli idi. Lakin, mülkiyyətçi Cavabdeh1 müqavilənin 2-ci bəndinin 2.2 və 2.3 maddələrinə əməl etməyərək 2018-ci ilin mart ayından 2021-ci ilin oktyabr ayına kimi mənzil-kommunal xidmət haqqını ödəməmişdir. İddiaçının nümayəndəsi iddianın ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsində yerləşən 99 saylı binada göstərilən kommunal xidmətlərə görə 2018-ci, 2019cu, 2020-ci və 2021-ci illər üçün Cavabdeh1 və Cavabdeh2 İddiaçı MMC-nin xeyrinə 1192 manat məbləğində pulun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını və mülki iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC tərəfindən təqdim edilmiş 20.01.2021-ci il tarixli arayışın surətindən görünür ki, 2020-ci ilin iyul ayında İddiaçı MMC-nin mənzilkommunal xidmət göstərdiyi Sərhəd Qoşunlarının zabitləri üçün 8 korpusdan ibarət 624 ailəlik yaşayış kompleksində yeni mənzil –kommunal xidmət tarifinin müəyyən olunması üçün korpuslar üzrə sakinlərlə aparılan söhbətlər və araşdırmalar əsasında müəyyən olunmuşdur ki, kompleksdə təmizlik, təmir-tikinti, abadlıq işlərinin görülməsi, liftlərin, su motorlarının, həyətin, binaların pilləkənlərinin, dəhlizlərin işıqlandırılmasına sərf olunan elektrik enerjisi haqqının ödənilməsi, məişət tullantılarının daşınması, transformator yarımstansiyasına texniki qulluq göstərilməsi, xidmət işçilərinin ə/h v\ digər dövlət rüsumları üçün hər ay 11500-12000 manat vəsait lazımdır, Bu tələbata görə də hesablamar nəticəsində hər ay üçün hər 1 kvadrat metr 0,27 manat olmaqla yeni tarif tətbiqi razılaşdırmışdırlar. MMC-nin 31.07.2020-ci il tarixli 20 nömrəli əmir ilə 01.08.2020-ci ildən yeni tarif tətbiq edilmişdir. Buna qədər "xxxx" MTK-nın 23.05.2016-cı il tarixli ümumi yığıncağın qərarı təsdiq olunmuş tarifə görə 3 otaqlı mənzillər üçün 35 manat, 2 otaqlı mənzillər üçün 30 manat, 1 otaqlı mənzillər üçün 20 manat məbləğində mənzil-kommunal xidmətlərə görə tarifi təsdiq edilmişdir və ödənişlər ona uyğun aparıldı. İş materiallarında olan 28.09.2021-ci il tarixli İddiaçı MMC-nin arayışından görünür ki, Cavabdeh1 ondan ötrü o, həqiqətən ünvan 1 ünvanında qeydiyyatdadır və 2018-ci ilin mart ayından 2021-ci ilin sentyabr ayı daxıl olmaqla kommunal xidmət haqqını ödəniş etmədiyinə görə 43 ay, yəni 1192 manat (2018-ci ilin mart-dekabr ayları, 2019-cu ilin yanvar-dekabr ayları, 2020-ci ilin yanvar ayından avqust ayına kimi tarif 30 manat olduğu üçün 29 ay x 30 manata = 870 manat, 2020-ci ilin avqust ayından 2021-ci ilin yanvarsentyabr ayları üzrə tarif dəyişdiyinə görə və aylıq ödənişi 23 manat olduğu üçün 14 ay x 23 manat = 322 manat borc təşkil edir. İş materiallarında olan "xxxx" MTK ilə Cavabdeh1 arasında bağlanılmış 12.08.2017ci il tarixli müqavilənin surətindən görünür ki, tərəflər aşağıda şərtlər barəsində razılığa gəlmişdirlər: - Sifarişçinin tapşırığı ilə icraçı öz üzərinə ev 99 mərtəbə 4, mənzil 6 yaşayış kompleksində yerləşən sahədən və yerləşdiyi binadan istifadə ilə bağlı istismar mənzil sahə-kommunal xidmətlərinin həyata keçirilməsi, həyətyanı sahənin yaşıllaşdırılması, abad saxlanması və mühafizəsi öhdəliyini götürür; - İcraçının götürdüyü öhdəliklərin layiqli yerinə yetirilməsi müqabilində sifarişçi bu müqavilə ilə müəyyən olunan aylıq ödəniş məbləğini icraçıya ödəməyi öhdəsinə götürür; - Sifarişçi bu müqavilənin 2.1-ci maddəsində nəzərdə tutulmuş öhdəliklərinin icraçı tərəfindən yerinə yetirilməsi müqabilində hər ayın 1 tarixindən gec olmayaraq 30 manat məbləği icraçıya ödəyir (ödəniş nağd və ya köçürmə yolu ilə aparılır); - Ödəmənin hər gecikdirilən günü borcun məbləğinin 0,1 faizi miqdarında, ümumi məbləğin 10 faizindən çox olmamaqla dəbbə pulu hesablana bilər. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil Cavabdeh2 tam payla xüsusi mülkiyyətindədir. İş materiallarında olan İddiaçı MMC-nin X7 arasında bağlanılmış 01.08.2020-ci il tarixli Mənzil – Kommunal Xidməti haqqında Müqavilə, Sərhədçi Servis” MMC-nin X10 arasında bağlanılmış 01.08.2020-ci il tarixli Mənzil – Kommunal Xidməti haqqında Müqavilə, İddiaçı MMC-nin X11 arasında bağlanılmış 10.08.2020-ci il tarixli Mənzil – Kommunal Xidməti haqqında Müqavilə, İddiaçı MMC-nin X23 arasında bağlanılmış 01.08.2020-ci il tarixli Mənzil – Kommunal Xidməti haqqında Müqavilə, İddiaçı MMC-nin X24 arasında bağlanılmış 01.08.2020-ci il tarixli Mənzil – Kommunal Xidməti haqqında Müqavilə, İddiaçı MMC-nin X4 arasında bağlanılmış 01.08.2020-ci il tarixli Mənzil – Kommunal Xidməti haqqında Müqavilə, İddiaçı MMC-nin X8 arasında bağlanılmış 01.08.2020-ci il tarixli Mənzil – Kommunal Xidməti haqqında Müqavilə, İddiaçı MMC-nin X12 arasında bağlanılmış 01.08.2020-ci il tarixli Mənzil – Kommunal Xidməti haqqında Müqavilə, Sərhədçi Servis” MMC-nin X18 arasında bağlanılmış 22.08.2020-ci il tarixli Mənzil – Kommunal Xidməti haqqında Müqavilə, İddiaçı MMC-nin X3 arasında bağlanılmış 15.10.2021-ci il tarixli Mənzil – Kommunal Xidməti haqqında Müqavilə, İddiaçı MMC-nin X20 arasında bağlanılmış 01.08.2020-ci il tarixli Mənzil – Kommunal Xidməti haqqında Müqavilə, İddiaçı MMC-nin X13 arasında bağlanılmış 01.08.2020-ci il tarixli Mənzil – Kommunal Xidməti haqqında Müqavilə, İddiaçı MMC-nin X14 arasında bağlanılmış 01.08.2020-ci il tarixli Mənzil – Kommunal Xidməti haqqında Müqavilə, İddiaçı MMC-nin X15 arasında bağlanılmış 01.08.2020-ci il tarixli Mənzil – Kommunal Xidməti haqqında Müqavilə, İddiaçı MMC-nin X25 arasında bağlanılmış 14.08.2020-ci il tarixli Mənzil – Kommunal Xidməti haqqında Müqavilə, İddiaçı MMC-nin X6 arasında bağlanılmış 01.08.2020-ci il tarixli Mənzil – Kommunal Xidməti haqqında Müqavilə, İddiaçı MMC-nin X21 arasında bağlanılmış 26,.08.2020-ci il tarixli Mənzil – Kommunal Xidməti haqqında Müqavilə, İddiaçı MMC-nin X9 arasında bağlanılmış 01.02.2020-ci il tarixli Mənzil – Kommunal Xidməti haqqında Müqavilənin surətlərindən görünür ki, İddiaçı MMC Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsində yerləşən 99 binada istismar, mənzil-kommunal xidmətlərin həyata keçirilməsi, həyətyani sahənin yaşıllaşdırılması, abad saxlanılması və mühafizə edilməsi üzrə xidmətləri həyata keçirir. Beləliklə, məhkəmə araşdırması zamanı tərəflərin izahatları və iddiaçı tərəfindən binanın sakinləri ilə imzalanmış müqavilələrdən müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsində yerləşən 99 nömrəli binada kommunal xidmətlər və binanın idarə edilməsi İddiaçı MMC tərəfindən həyata keçirilir. Məhkəmə araşdırması zamanı, həmçinin müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən mənzilə dair ilkin müqavilə Cavabdeh1 ilə bağlanılmış olsa da, həmin mənzilə dair mülkiyyət hüququ 2018-ci ildən Cavabdeh2 adına Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.3-cü maddəsinə əsasən qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi mənzil-tikinti kooperativi üzvləri üçün mənziltikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan, yaşayış sahəsinin mülkiyyətçisi üçün yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaranmış hesab edilir. Həmin Məcəllənin 136.2-ci maddəsinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə, kommunal xidmətlərə görə haqlardan ibarətdir. Həmin Məcəllənin 136.3-cü maddəsinə əsasən yaşayış binalarının mülkiyyətçiləri müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağladıqları müqavilələrə uyğun olaraq, həmin binaların saxlanması və təmiri üzrə xərcləri çəkir, habelə kommunal xidmətlərə görə haqq ödəyir. Həmin Məcəllənin 137.1-ci maddəsinə əsasən çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir. Həmin Məcəllənin 137.6-cı maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı halda, idarəedici təşkilat tərəfindən idarə olunan çoxmənzilli binanın sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları həmin idarəedici təşkilata ödəyirlər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsində yerləşən 99 nömrəli binada yaşayış sahəsinə malik Cavabdeh2 binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır və o, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməli olduğu halda, idarəedici təşkilat olan İddiaçı MMC-yə bununla bağlı hər hansı ödəniş etməmiş və, onun binada göstərilən kommunal xidmət haqqına görə 1192 manat məbləğində borcu yaranmışdır. Odur ki, iddia Cavabdeh2 münasibətdə əsaslı hesab edilərək təmin edilməlidir. Məhkəmə qeyd edir ki, digər Cavabdeh1 ilə İddiaçı MTK arasında kommunal xidmətlərin göstərilməsi ilə bağlı müqavilə bağlanılsa da, onun ünvan 1 ünvanında 85,7 kvadrat metr sahəsi olan mənzilin mülkiyyətçisi olmadığı müəyyən edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, həmin şəxsin yuxarıda qeyd edilən binada göstərilən kommunal xidmətlər görə ödəniş etmək öhdəliyi yoxdur. Odur ki, iddia həmin şəxsə münasibətdə əsassız hesab edilərək rədd edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 1192,00 (bir min yüz doxsan iki) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən tərəflərə rəsmi qaydada təqdim edildiyi edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar