Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-426/2022 24.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Heydər Əliyev adına X6 Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ünvan 1 ünvanında X3 tərəfindən aparılan özbaşına (qanunsuz) tikili hesab edilməsi və həmin tikilinin onun hesabına sökülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı sonradan ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin əsl cavabdeh olan Cavabdeh ilə əvəz edilməsi və Cavabdeh kimi cəlb edilməsini xahiş etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, ünvan 1 ünvanında (bundan sonra – Özbaşına tikili) X4 tərəfindən Heydər Əliyev adına X7 məxsus 2 ədəd neft məhsulu boru kəmərlərinin mühafizə zonasında özbaşına tikili inşa etmişdir. Özbaşına tikilidə hazırda cavabdeh ailəsi ilə birikdə yaşayır. İddiaçı qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində göstərmişdir ki, X4 xx.xx.2021-ci il tarixdə ərizə ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (bundan sonra SOCAR) müraciət edərək yaşadığı ünvan 2 ünvanında olan evin dam örtüyünün dəyişdirilməsinə icazə verilməsini xahiş etmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, Qasım Məmmədovun tikinti işləri aparmaq istədiyi ünvan zavoda məxsus 2 ədəd DŞ=250 mm. (benzin), Dş=200 mm. (dizel), Dş=150 mm. (çirkab su), Dş=400 mm.(mazut), Dş=300 mm.(DT-36), Dş=200 mm.(məhsula!tı su) və Dş=250 mm (yüngül fleqma) neft boru kəmərlərinin mühafizə zonasının 23 metrliyində yerləşir (bu barədə xx.xx.2021-ci il tarixli akt tərtib olunmuşdur). NEZ tərəfindən aparılmış araşdırmanın nəticəsinə dair SOCAR-a “məlumatın verilməsi barədə" xx.xx.2021-ci il tarixli məktub ünvanlanmış, SOCAR da öz növbəsində ünvan 2 ünvanında yaşayan X2 11.06 2021-ci il tarixli məktub ünvanlayaraq onun tikinti işləri apardığı torpaq sahəsinin NEZ-in istismarında olan neft boru kəmərlərinin 23 metrliyində mühafizə zonası daxilində yerləşdiyi və apardığı tikinti işlərinin özbaşına olduğu bildirilmişdir. 04 sentyabr 2021-ci il tarixdə SOCAR-ın Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Mingəçevir küçəsində NEZ-in 12 saylı istehsalatına məxsus Dş=300 mm-lik yerüstü mazut xəttinin 2.5-ci km-də, xəttin 26 metrliyində xəttə paralel birinci sırada köhnədən 12x9 metr ölçülərində inşa edilmiş, içərisində yaşayış olan evin dam örtüyünün və döşəməsinin təmir olunması məqsədi ilə sökülüb yeni damın vurulması məqsədi ilə taxta atmaların atılması faktı aşkarlanmışdır, özünü evin sahibi kimi təqdim edən X3 tərəfindən aparılan həmin işlər dərhal dayandırılmış və bu barədə akt tərtib edilmişdir. Daha sonra əraziyə təkrar baxış zamanı işlərin davam etdirilməsi müəyyən edilmiş və bu barədə aktlar tərtib edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli, 844 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsinə əsasən, NEZ Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturuna daxıl olan hüquqi şəxs statuslu müəssisə kimi fəaliyyət göstərir. İddiaçıya məxsus neft boru kəmərinin mühafizə zonasında yerləşən torpaq sahəsi faktiki olaraq cavabdeh tərəfindən zəbt edilmişdir ki, bu da həmin kəmərə qulluq edilməsinə, onun istismar edilməsinə maneçilik yaratmaqla yanaşı insanların həyatı üçün də təhlükə yaradır. Zavodun fəaliyyətinin təmin edilməsi üçün müxtəlif istehsalat və sahələrdə ayrıayrı texnoloji əməliyyatlar həyata keçirildiyindən, həmin istehsalat və sahələrin bir-birindən xeyli aralı məsafədə yerləşdiyini nəzərə alaraq, həmçinin hazır məhsulların anbarlara yığılması üçün aralarında boru kəmərləri çəkilmişdir. Bu neft boru kəmərləri qanunvericiliyə əsasən, magistral boru kəmərləri hesab olunur. Normativ sənədlərə əsasən, boru kəmərinin təyinatı, diametrı və kəmərdə olan təzyiqə görə boru kəmərləri ətrafında mühafizə zonası müəyyən olunmuşdur. Mühafizə zonalarının müəyyən edilməsi bir neçə amillə bağlıdır. İlk olaraq, boru kəmərləri və neft məhsulları anbarları dövlət əhəmiyyətli obyektlər hesab edilir. Bu obyektlərdə hər hansı bir qəza nəticəsində yanğın və partlayış baş verdiyi halda ətrafda olan şəxslər üçür böyük təhlükə yarada bilər. Digər tərəfdən, bu obyektlərin mühafizəsinin effektli təşkilinə həmin ərazidə inşa edilmiş tikililər maneçilik törədir. Bütün bunları nəzərə alaraq, mühafizə zorasının mövcudluğu olduqca zəruridir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, o, sökülməsi tələb edilən evi pul verərək almışdır. Həmin evin kommunal xidmətlərə görə ödənişləri özü edir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli aktdan görünür ki, iddiaçının əməkdaşları tərəfindən ünvan 2 ünvanına baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, Qasım Məmmədovun (özbaşına tikilini əvvəl inşa etmiş şəxsdir) tikinti işləri aparmaq istədiyi ünvan H.Əliyev adına X7 məxsus 2 ədəd DŞ=250 mm. (benzin), Dş=200 mm. (dizel), Dş=150 mm. (çirkab su), Dş=400 mm.(mazut), Dş=300 mm.(DT-36), Dş=200 mm.(məhsula!tı su) və Dş=250 mm (yüngül fleqma) neft boru kəmərlərinin mühafizə zonasının 23 metrliyində yerləşir. Həmçinin, iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin mühəndis-texniki ekspertizasının 10/2203 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Heydər Əliyev adına X7 məxsus Dş-300 mm-lik yerüstü neft kəməri arasındakı məsəfənin ünvan 3 ünvanında inşa edilmiş hər iki fərdi yaşayış evi ilə birlikdə cəmi 35,06 metr olduğunu nəzərə aldıqda, hər iki fərdi yaşayış evinin AR Yanacaq və Energetika Nazirlyinin xx.xx.2002-ci il tarixli, 45 nömrəli əmri ilə təsdiq edilmiş, AR Ədliyyə Nazirliyində xx.xx.2003-cü il tarixdə 2951 nömrəsi ilə qeydə alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nın 6.3-cü bəndində göstərilən 50 metrlik mühafizə zobasına düşdüyü müəyyən edilir. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh iddiaçıya məxsus olan neft boru kəmərlərinin mühafizə zolağında inşa etmiş fərdi evdə yaşayır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydalarının 4.1-ci bəndinə görə iracx neft boru kəmərlərinin (İNBK) istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə aşağıdakı mühafizə zonaları müəyyənləşdirilir: İNBK-nın marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır; çoxxətli İNBK xətləri (marşrutları) boyunca - kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır; Həmin Qaydaların 6.1-ci bəndinə əsasən bina və qurğuların tikintisi, ağac və kolların əkilməsi, quru otların və küləşin tayalanması, at bağlanan yerlərin təşkil edilməsi, mal-qara saxlanması, balıq saxlamaq üçün sahələrin ayrılması, balıq ovu və eləcə də başqa su heyvanlarının və bitkilərinin yetişdirilib istehsalının həyata keçirilməsi, heyvanların suvarılma yerlərinin təşkil edilməsi, buzun parçalanması işlərinin həyata keçirilməsi, boru kəmərləri marşrutu üzərində keçidlərin tikilməsi, yolların salınması, avtomobil nəqliyyatı vasitələri, traktorlar və mexanizmlər üçün dayanacaqların təşkil edilməsi, meliorasiya məqsədləri üçün torpaq işlərinin həyata keçirilməsi, suvarma və qurutma sistemlərinin tikintisi, hər cür mədən, tikinti-quraşdırma, geoloji çəkiliş, axtarış, geodeziya və quyuların, şurfların qazılması, qrunt nümunələrinin (torpaq nümunələrindən başqa) götürülməsi ilə əlaqədar digər tədqiqat işlərinin həyata keçirilməsi "Mühafizə Zonası"nda Energetika Nazirliyinin (istismarçı təşkilatın rəyini almaqla) icazəsi olmadan qadağandır Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər İşin qeyd edilən faktiki hallarına və sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, ünvan 4 ünvanında cavabdehlər tərəfindən hər hansı icazə və qanuni əsas olmadan tikili inşa edildiyindən, həmin tikili cavabdehin öz hesabına sökülərək, neft kəmərinin mühafizə zonasından çıxarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə tikinti-texniki ekspertizasının dəyəri də cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, məhkəmə hesab edir ki, işə baxılması ilə əlaqədar məsrəflər də – məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 manat məbləğində pu vəsaiti cavabdehlərdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Heydər Əliyev adına X6 neft boru kəmərlərinin mühafizə zonasında ünvan 4 ünvanında inşa edilən tikili özbaşına (qanunsuz) tikili hesab edilməklə, Cavabdeh hesabına sökülsün. Ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul vəsaiti əmmədov Habil İsa oğlundan alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qabul edildiyi gündən 1 ay keçdikdən nsonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №2(011)-426/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-426/2022
24.06.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver