Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-428/2022 25.01.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X2, cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh X1rşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1rşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona məxsus ünvan 1 ünvanına (abonent kodu: **********00600) hesablanmış 2010,39 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 06.04.2017-ci il tarixdə yaşadığı, ünvan 2 ünvanında quraşdırılmış qaz sayğacının yoxlanması üçün Dövlət Neft şirkəti Cavabdeh enəkdaşları tərəfindən ******* saylı akt tərtib olunaraq “İTRON G-4” markalı X 2AQ **********0 saylı qaz sayğacı çıxarılaraq yerinə yeni “İTRON” G-4 markalı "02AZ**********38 nömrəli qaz sayğacı quraşdırılmışdır. Hal-hazırda, həmin ünvana quraşdırılmış “İTRON” G-4 markalı 1702AZ**********38 nömrəli qaz sayğacına əsassız yerə 2010.39 manat manat məbləğində borc yazılmışdır. Sözü gedən ərazidə fərdi yaşayış evi sonradan tikilmişdir, bundan öncəyə qədər fərdi yaşayış evi mövcud deyildi. Fəxsus fərdi evinin tikintisi başa çatdıqdan sonra qaz sayğacının quraşdırılması üçün cavabdehə müraciət etmiş, həmin sayğacın sərfiyyatı tiçün ödəniş etmək istəyəndə isə yeni quraşdırılmış sayğacın başqa bir şəxsin adına olduğu və borc hesablandığı məlum olmuşdur. Hadisələrin belə cərəyan etməsindən sonra isə cavabdehə dəfələrlə müraciət edərək başqasının adına olan və borc hesablanmış sayğacın dəyişdirilərək yenisi ilə əvəz olunmasını xahiş etsə də bu günədək heç bir tədbir görülməmişdir. Ümumiyyətlə, həmin sayğacdan ona məxsus fərdi yaşayış evində heç vaxt istifadə olunmamışdır. Borcun hesablanmasına əsas verəcək hər hansı bir qanunsuzluğa yol verilməmiş, tərəfindən heç bir vaxt qaz sayğacına hansı bir müdaxilə olunmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X6 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 iddia tələbini qəbul etməyərək, izahatında iddiaçının yaşadığı mənzildə qaz sayğacına müdaxilə olunduğunu, buna görə də itirilmiş qaz sərfiyyatına görə borc hesanlandığını göstərdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunan sübutları tədqiq edib, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan X3 əməkdaşları tərəfindən tərtib olunmuş 06.04.2017-ci il tarixli ******* saylı aktın surətindən müəyyən olunur ki, İddiaçı məxsus evdə “İTRON G-4” markalı X 2AQ **********0 saylı qaz sayğacı çıxarılaraq yerinə yeni “İTRON” G-4 markalı "02AZ**********38 nömrəli qaz sayğacı quraşdırılmışdır. Məhkəməyə təqdim olunan abonentin saldosundan müəyyən olunur ki, İddiaçı qaz sərfiyyatına görə borcu 2010,39 manat təşkil edir. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda 06.04.2017-ci il tarixdə yeni qaz sayğacı quraşdırılmışdır. Tələb olunan borcun əsas məbləği həmin tarixədək yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1ci bəndinin ikinci hissəsinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 77.2-ci maddəsinə əsasən Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, işin araşdırılmış halları ilə İddiaçı məxsus ünvan 3 ünvanında istehlakçının təqsirini sübuta yetirmədən ondan itirilmiş qaz sərfiyyatına görə pul vəsaiti tələb etməsi, həmçinin göstərilən bağ evində qaz xəttinə sayğaca müdaxiləni sübuta yetirilmədiyi tam olaraq təsdiq edilmişdir. Ona görə də məhkəmə iddia tələblərini əsaslı hesab edib təmin edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus ünvan 1 ünvanına (abonent kodu: **********00600) hesablanmış 2010,39 (iki min on manat 39 qəpik) manat borcun silinməsi cavabdeh X4 həvalə edilsin. Cavabdeh Azəriqaz İstehsalat Birliyindən dövlət rüsumuna görə 40,10 (qırx manat 10 qəpik) manat dövlət nəfinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-428/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-428/2022
25.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver