Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4296/2023 29.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, Ərizəçi Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyətli faktın məyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: Ərizəçi- ləğv olunmuş Bakı şəhər Soveti İcraiyyə Komitəsinin Bağ təsərrüfatı Tresti ilə bağlanmış "Bağ sahələrinin, tikililərinin uzun müddətli icarəyə verilməsi haqqında" xx.xx.1967-ci il tarixli 14318 nömrəli müqavilənin X2 məxsus olması faktının müəyyən edilməsi, həmin müqavilədə "İcarədar"ın ata adının "Baloğlan" kimi oxunmalı olduğu, çıxarılan qətnamənin X1 Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 0,25 hektar torpaq sahəsi olan 604 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsas olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin mərhum atası X8 xx.xx.1967-ci il tarixində Bakı şəhər Soveti İcraiyyə Komitəsinin Bağ təsərrüfatı Tresti ilə "Bağ sahələrinin, tikililərinin uzun müddətli icarəyə verilməsi haqqında" müqavilə bağlayaraq Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 0,25 hektar torpaq sahəsi olan 604 nömrəli bağ sahəsini icarəyə götürmüşdür. Həmin bağ sahəsi mərhum atasının vəfat etdiyi tarixədək onun istifadəsində olmuşdur.Ərizəçi bildirir ki, atasının ölümündən sonra, vərəsəlik hüquqlarının həyata keçirilməsi üçün ərizəçi xx.xx.2022- ci il tarixində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X21 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək atasının həmin bağ sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. Lakin adıçəkilən İdarənin xx.xx.2023-cü il tarixli **********70 nömrəli bildirişinin məzmunundan müəyyən olmuşdur ki, xx.xx.1967-ci il tarixli icarə müqaviləsində atasının ata adı (babamın adı) qeyd olunarkən hərf səhvinə yol verilmişdir. Belə ki, müqavilənin 2-ci səhifəsində hüquq sahibinin atasının adı "Baloğlan" əvəzinə "Balaoğlan" olaraq yazılmışdır. Göründüyü kimi, icarə müqaviləsində hüquq sahibinin ata adındakı bir hərfdən ibarət olan fərqlilik ərizəçinin vərəsəlik hüququnun həyata keçirilməsinə maneə yaratmışdır. Bütün bu halları nəzəzrə alaraq Ərizəçi hesab edir ki, xx.xx.1967-ci il tarixli icarə müqaviləsində "İcarədar"ın ata adının "Baloğlan" kimi oxunmalı olduğu və müqavilənin mərhum atası X2 məxsus olması faktı yalnız məhkəmə tərəfindən müəyyən oluna bilər. Tərəflərin izahatları: Ərizəçi, onu nümayəndəsi və vəkili Vəkil məhkəmədə ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan, AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1994-cü il tarixdə doğulmuşdur. İş materiallarında olan, xx.xx.1994-cü il tarixdə Yardımli rayon VVAQ şöbəsi tərfəindən verilən doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, ata adı qrafasında X8, ana adı qrafasında X12 yazılmışdır. İş materiallarında olan, xx.xx.2021-ci il tarixdə Yardımlı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2021-ci il tarixdə Yardımlı rayonunda vəfat etmişdir. İş materiallarına olan, müvəqqəti qeydiyyat vəsiqəsindən görünür ki, Ərizəçi Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, məh.2337, ev 120D, m.86 ünvanında qeydiyyatdadır. İş materiallarında olan, xx.xx.1967-ci il tarixli, 14318 saylı “Bağ sahələrinin, tikililərinin uzun müddətli icarəyə verilməsi haqqında” müqavilənin surətindən görünür ki, "İcarədar" X5 ilə Bakı Soveti İcraiyyə Komitəsinin Bağ təsərrüfatı Trestinin müdiri arasında Nardaran qəsəbəsində yerləşən 0,25 hektar torpaq sahəsi olan 604 nömrəli bağ sahəsini dair müqavilə bağlanmışdır. İş materiallarında olan, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərfindən verilən xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, idarənin mütəxəssisləri tərəfindən yerində baxış keçirilən zaman torpaq sahəsinin faktiki olaraq digər fiziki şəxsin istifadəsində olduğu aşkar edilmişdir. Həmçinin şərti göstərilən torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Bundan əlavə, torpaq sahəsinin icarəyə verilməsinə dair 14318 saylı, xx.xx.1967-ci il tarixli müqavilədə qeyd olunan hüquq sahibinin ata adı ilə 62 nömrəli, xx.xx.2022-ci il tarixli notariat ofisinin məktubunda miras qoyan hüquq sahibinin ata adı arasında hərf fərqi mövcuddur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.16-cı maddəsinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işləri aparılmalı və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yer quruluşu planlarının hazırlanması təmin edilməlidir.Torpaq islahatı haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi vo fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. Qeyd olunanlar nəzərə alınaraq, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. İş materiallarında olan, Yardımlı Rayon Notariat Ofisi tərəfindən verilən xx.xx.2022-ci il tarixli məktubun surətinədin görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə bildirilmişdir ki, qanunvericiliyin tələbinə görə vərəsəlik şəhadətnaməsi yalnız miras əmlaka mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarış təqdim edildikdən sonra verilə bilər. Vərəsəlik işini rəsmiləşdirməkdən ötrü mərhum X2 məxsus olan əmlak barəsində DƏDRX-dən çıxarış verilməsi xahiş edilmişdir. İş materiallarında olan, Yardımlı rayon Qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında akt qeydindən görünür ki, Mirzəyev Əhmədullanın ata adı Baloğlan kimi qeyd edilmişdir. İş materiallarında olan, 218 nömrəli doğum haqqında akt qeydindən görünür ki, X6 ata adı xx.xx.1935 – ci il təvəllüdlü X8 göstərilmişdir. İş materiallarında olan, 219 nömrəli doğum haqqında akt qeydindən görünür ki, Ərizəçi ata adı xx.xx.1935 – ci il təvəllüdlü X8 göstərilmişdir. İş materiallarında olan, 935 nömrəli doğum haqqında akt qeydindən görünür ki, X9 ata adı X5 göstərilmişdir. İş materiallarında olan, 2723 nömrəli doğum haqqında akt qeydindən görünür ki, X3 ata adı X8 göstərilmişdir. İş materiallarında olan, 1386 nömrəli doğum haqqında akt qeydindən görünür ki, X4 ata adı X5 göstərilmişdir. İş materiallarında olan, 2994 nömrəli doğum haqqında akt qeydindən görünür ki, xx.xx.1964-cü il təvəllüdlü X7 ata adı X8 göstərilmişdir. İş materiallarında olan, 1411 saylı nikah bağlanması haqqında akt qeydindən görünür ki, X8 ilə X11 nikahı xx.xx.1963-cü il tarixdə qeydə alınmışdır. İş materiallarında olan, 156 nömrəli nikah pozulması haqqında akt qeydindən görünür ki, X5 ilə X10 nikahları xx.xx.2007-ci il tarixdə pozulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Əhalinin Dövlət Reyestrindən Çıxarışdan görünür ki, X8 xx.xx.1935-ci il tarixdə doğulmuş, xx.xx.2021ci il tarixdə ölmüşdür. İş materiallarında olan, xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, Ərizəçi tərəfindən iddia ərizəsinin verilməsi üçün Bakı şəhər Xətai Rayon Məhkəməsinə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları da müəyyən edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarın 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmənin mövqeyi: Məhkəmə ərizəçinin, onun nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə qismən əsaslıdır. Buna görə də qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Ərizəçi atası X8 xx.xx.1935-ci il tarixdə doğulmuş, xx.xx.2021-ci il tarixdə ölmüşdür. Bakı Soveti İcraiyyə Komitəsinin Bağ təsərrüfatı Tresti ilə bağlanmış "Bağ sahələrinin, tikililərinin uzun müddətli icarəyə verilməsi haqqında" xx.xx.1967-ci il tarixli 14318 nömrəli müqavilədə “icarədar”ın adı X15 yerinə X13 kimi qeyd olunmuşdur. Bu hal ərizəçinin vərəsəlik hüququnu həyata keçirilməsinə maneə yaratdığından məhkəmə hesab edir ki, ərizəçi ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır və həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən ərizə qismən təmin edilərək, ləğv olunmuş Bakı Soveti İcraiyyə Komitəsinin Bağ təsərrüfatı Tresti ilə bağlanmış "Bağ sahələrinin, tikililərinin uzun müddətli icarəyə verilməsi haqqında" xx.xx.1967-ci il tarixli 14318 nömrəli müqavilənin X2 məxsus olmasına dair hüquqi fakt müəyyən edilməli və həmin müqavilədə “İcarədar”ın ata adı “Baloğlan” kimi oxunmalıdır. . Məhkəmə ərizənin “çıxarılan qətnamənin X1 Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 0,25 hektar torpaq sahəsi olan 604 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsas olması” hissəsini araşdıraraq hesab edir ki, ərizənin bu hissəsi inzibati orqanın üzərinə öhdəlik qoyulması ilə bağlıdır. Belə ki, iş materiallarında olan daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən görünür ki, torpaq sahəsinin faktiki olaraq digər fiziki şəxsin istifadəsində olduğu, həmçinin şərti göstərilən torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edildiyi aşkar edilmişdir. Məhkəmə qeyd edir ki, hər hansı inzibati orqanın üzərinə öhdəlik qoyulması ümumi məhkəmənin səlahiyyətləri xaricindədir. Odur qeyd olunanları nəzərə alaraq, ərizə bu hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə qismən təmin edilsin. Ləğv olunmuş Bakı Soveti İcraiyyə Komitəsinin Bağ təsərrüfatı Tresti ilə bağlanmış "Bağ sahələrinin, tikililərinin uzun müddətli icarəyə verilməsi haqqında" xx.xx.1967-ci il tarixli 14318 nömrəli müqavilənin X2 məxsus olmasına dair hüquqi fakt müəyyən edilsin. Həmin müqavilədə “İcarədar”ın ata adının “Baloğlan” kimi oxunsun. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-4296/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4296/2023
29.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver