Məhkəmə qərarları › İş №2(011)-4321/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4321/2022

23.12.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4321/2022 23.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus Bakı şəhəri, Nizami rayonu, Y.Əliyev kiiçəsi, ev 49 ünvanına (abonent kodu: **********00490) hesablanmış 1373,76 manat borcun və ünvan 1 ünvanına (abonent kodu: **********00491) hesablanmış 1296 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlaklar ona məxsusdur. Həmin fərdi yaşayış evləri yanaşı yerləşir. Cavabdeh İB-nin əməkdaşları məlumatı olmadan ona məxsus olan ünvanlara gəlmiş, guya onun hər iki ünvanda təbii qazdan qeydivyatsız istifadə eldiyini aşkar etmiş, buna görə itirilmiş qaz sərfıyyatının bərpa edilməsi məqsədi ilə bir ünvan üzrə 1373,76 manat, digər ünvan üzrə isə 1296 manat məbləğində olmaqla ümumilikdə 2669,76 manat əsassız borc yazmışdırlar. Aktlar yalnız Birliyin əməkdaşları tərəfindən imzalanmış, əlavə olunmuş fotoşəkillər isə həmin ünvana məxsus deyildir. İB tərəfindən tərtib olunmuş dəymiş ziyanın bərpasına dair tələbnamələrdə guya ona məxsus ünvanların birində PQ-4 tipli qaz peçinin, QSQ adlı qaz cihazının kombinin olduğu qeyd edilmiş, həmin qaz cihazlarının saatlıq qaz sərfıyyalı miivafıq olaraq 1,2 kub metr/saat, 1,5 kub metr/saat və 2,6 kub metr/saat, orta günlük iş rejimi 24 saat götürülmüşdür. İ lesabat müddəti isə 90 gün götürülmüşdür. Digər ünvanda isə yalnız kombinin və PQ-4 tipli qaz cihazının olması qeyd edilmişdir. Həmin cihazların saatlıq qaz sərfıyyatı PQ-4 tipli qaz cihazı üçün 1,2 kub metr, kombi üçün isə 2,6 kub metr orta günlük iş rejimi 24 saat, hesabat müddəti 90 gün götürülmüşdür. Evlərin heç birində QSQ adlı qaz cihazı olmamışdır. Cavabdeh İB-nin əməkdaşlarından ibarət komissiya tərəfindən təıtib olunmuş rəydə göstərilən qaz sərfiyyatının, bu sərfıyyat əsasında hesablanmış borc məbləğinin heç bir hüquqi əsası olmadığı üçün bununla razı deyil. Belə ki. Komissiya tərəfindən verilmiş rəydə PQ-4 tipli qaz cihazının saatlıq qaz sərfıyyatı 1.2 kub metr, orta günlük iş rejimi 24 saat hesablanmaqla hesabat müddəti yuxarıda qeyd etdiyi kimi götürülmüşdür. İstənilən yaşayış sahəsində hər hansı bir qaz cihazının, o cümlədən PQ-4 tipli qaz cihazının 90 gün müddətində 24 saat fasiləsiz işləməsi qeyri-mümkündür. 90 günlük müddət üçün isə ona yalnız PQ-4 tipli qaz cihazına görə bir ünvan üçün 5184 kub metr sərfıyyat, bu sərfiyyata görə 622 manat məbləğində borc, digər ünvan üçün isə həmin dövr üçün 2592 kub metr sərfıyyat və bu sərfiyyata görə 311,04 manat borc hesablamışdır. Maraqlıdır ki, evində bir PQ-4 tipli qaz cihazı mövcud olduğu halda birliyin əməkdaşları iki cihaza görə sərfıyyat hesablamışdırlar (PQ-4 tipli qaz peçi heç bir halda bir gün üçün 3,46 manat ekvivalentində qaz sərf edə bilməz. PQ-4 tipli qaz peçinin bir aylıq qaz sərfiyyatının 5 manat ekvivalentindən artıq olmaması sirr deyildir. Birliyin əməkdaşları tərəfindən aktlar xx.xx.2022-ci il tarixində tərtib olunmuşdur. Aktlarda göstərilən dövr noyabr, dekabr və yanvar aylarını əhatə etmişdir. Məhkəməyə təqdim olunmuş sənədlər ilə sübut olunur ki, noyabr ayında bir ünvan üzrə qaz sərfıyyatına görə smart sayğacın kartına 50 manat, digər ünvan üzrə isə 100 ödəniş olmuşdur. Buna baxmayaraq Birliyin əməkdaşları tərəfindən təqdim olunmuş mənə hər iki ünvana görə noyabr ayı üçün yenidən borc hesablamışdır. Digər tərəfdən hər iki ünvanda yerləşən sayğaclar evin yerləşdiyi həytyanı sahədən kənarda, küçədə, açıq ərazidə yerləşdiyi üçün sayğcları qorumaq mümkün deyildir. Məhkəmə iclasında çıxış edən İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan X2 xx.xx.2022-ci il tarixli, ******* saylı aktının surətindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Y.Əliyev kiiçəsi, ev 49 ünvanında sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, dəymiş ziyanın hesablanması qərara alınmışdır. X2 Bakı RQSD-nin xx.xx.2022-ci il tarixli "Dəymiş ziyamın bərpasına dair" tələbnaməsinin surətindən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında Bakı şəhəri, Nizami rayonu, Y.Əliyev kiiçəsi, ev 49 ünvanında qaz işiədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1 2 m3/saat, orta günlük iş reyimi 24 saat və hesabat müddəti 90 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, kombınm maksimal saatlıq qaz sərfi 2.6 m3/saat, orta günlük ış rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış, 11448 m3 qaz itkisi hesablanmış və ödənilməsi qərara alınmışdır. X2 xx.xx.2022-ci il tarixli, ******* saylı aktının surətindən görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanında sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, dəymiş ziyanın hesablanması qərara alınmışdır. X2 Bakı RQSD-nin xx.xx.2022-ci il tarixli "Dəymiş ziyamın bərpasına dair" tələbnaməsinin surətindən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında ünvan 1 ünvanında qaz işiədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, kombinin maksimal saatlıq qaz sərfi 2.6 m3/saat, orta günlük İş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış, 10800 m3 qaz itkisi hesablanmış və ödənilməsi qərara alınmışdır. Məhkəməyə təqdim olunan **********00490 nömrəli abonentin saldosundan müəyyən olunur ki, Bakı şəhəri, Nizami rayonu, Y.Əliyev kiiçəsi, ev 49 ünvanına akt üzrə tələb olunan qaz sərfiyyatına görə hesablanmış borc 1373,76 manat təşkil edir. **********00491 nömrəli abonentin saldosundan müəyyən olunur ki, ünvan 1 ünvanına akt üzrə tələb olunan qaz sərfiyyatına görə hesablanmış borc 1296 manat təşkil edir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-trasoloji ekspertizası təyin edilmişdir. xx.xx.2022-ci il tarixli, 3/1065 saylı ekspert rəyinə görə, ekspertə təqdim edilmiş Bakı şəhəri, Nizami rayonu, Y.Əliyev kiiçəsi, ev 49 və 49a ünvanlarında quraşdırılmış qaz sayğaclarının üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan zədə aşkar edilməmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-trasoloji ekspertizası təyin edilmişdir. xx.xx.2022-ci il tarixli, 3/1502 saylı ekspert rəyinə görə, ünvan 3 ünvanlarında ekspertə təqdim edilmiş borulaarın üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan zədə aşkar edilməmişdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir, Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011 -ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3.1.7-ci bəndinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli, istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz, edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-mn və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinin ikinci hissəsinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğacın yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən, həmçinin, işin araşdırılmış halları ilə iddiaçıya məxsus evlərdə sayğacdan kənar təbii qazdan istifadə olunması müəyyən edilmədiyinə görə. iddia ərizəsi əsaslı olduğundan təmin edilməli, İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Y.Əliyev kiiçəsi, ev 49 ünvanına (abonent kodu: **********00490) hesablanmış 1373,76 manat borc və ünvan 1 ünvanına (abonent kodu: **********00491) hesablanmış 1296 manat borc silinməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2., 77.1., 78.1.,80., 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, iddia tələbi təmin edildiyinə görə ödənilməli olan 46,70 manat dövlət rüsumu və ekspertiza tədqiqatının dəyəri 129 manat cavabdehdən tutulub Dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Y.Əliyev kiiçəsi, ev 49 ünvanına (abonent kodu: **********00490) hesablanmış 1373,76 (min üç yüz yetmiş üç manat 76 qəpik) manat və ünvan 1 ünvanına (abonent kodu: **********00491) hesablanmış 1296 (min iki yüz doxsan altı) manat olmaqla, cəmi 2669,76 (iki min altı yüz altmış doqquz manat 76 qəpik) manat borcun silinməsi Cavabdehnə həvalə edilsin. Cavabdehndən 46,70 (qırx altı manat 70 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinin hesabına köçürülsün. Ekspertiza tədqiqatının dəyəri 129 (yüz iyirmi doqquz) manat cavabdeh X1 tutularaq X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar