Məhkəmə qərarları › İş №2(011)-4325/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4325/2022

31.08.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4325/2022 31.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, M.S.Ordubadi küçəsi, ev 323 saylı fərdi yaşayış evinə əsassız olaraq Cavabdeh tərəfindən cərimə kimi yazılmış 2183,40 manat cərimə borcun silinməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, M.S.Ordubadi küçəsi, ev 323 saylı fərdi yaşayış evinə **********00144 abonent koduna əsassız olaraq Cavabdeh tərəfindən cərimə kimi yazılmış borcdan 1983 manat cərimə borcun silinməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, iddiaçı hazırda Bakı şəəri, M.Rəsulzadə qəsəbəsi, M.S.Ordubadi küçəsi, ev 323 saylı fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır, həmin yaşayış evini alan vaxt evdə qaz xətti və qaz sayğacı olmamışdır, xx.xx.2020-ci il tarixdə cavabdeh müraciət edərək ona məxsus fərdi yaşayı evinə öz şəxsi vəsaiti hesabına qazlaşdırılmasına və abunə kudnun açılmasını xahiş etmişdir, xx.xx.2020-ci il tarixdə ona məxsus fərdi yaşayış evinə G-4 tipli **********2 nömrəli mexaniki sayğac quraşdırılmışdır, bir müddət qazdan istifadə etmiş, lakin daha sonra cavabdehin əməkdaşları ona bildirmişdirlər ki, cərimə borcu vardır, bu barədə cavabehə müraciət etmiş, ona bildirmişlər ki, yaşayış evinin ondan əvvəl cərimə borcu olmuşdur, həmin borc əvvəldən yazılmış borcdur, iddiaçıdan həmin borcun ödənilməsini tələb etmişdirlər, lakin iddiaçının yaşadığı evdə sayğac mexanikidir, bu səbəbdən qaz sayğacına borcu olmamışdır, qaz sayğacına olan ödənişlərini isə vaxtıvaxtında ödəmişdir, həmçinin sayğaca müdaxilə də etməmişdir, onun plombu üzərində olmuşdur, borcun silinməsi üçün iddiaçı cavabdeh təşkilata müraciət etmişdir, lakin bunun nəticəsi olmamışıdır. Sonda İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi R.V.Əliyev iddia tələbini qəbul etməyərək məhkəməyə ünvanlanmış yazılı etiraz ilə bildirmişdir ki, borc məbləği əvvəlki mülkiyyətçi Zərifə Şahsuvarovaya aid olmuş, ona məxsus **********00100 saylı abonent hesabına yazılmışdır, həmin borc həm Zərifə Şahsuvarovaya, həm də iddiaçıya məxsus başqa istehlakçı koduna yazıla bilməz, iddiaçı mənzili əvvəlki mülkiyyətçidən almışdır, Zərifə Şahsuvarova uzun müddət təbii qazdan qeyri-qanuni yolla sayğacsız və istifadə etmişdir, nəticədə ona 2183,40 manat borc yazılmışdır, borc şərti olaraq mənzil üçün açılmış **********00100 saylı abonent hesabına qeyd edilmişdir. Sonda R.V.Əliyev iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh İB tərəfindən tərtib edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı məxsus ünvana Mexaniki G-4 markalı **********2 saylı sayğac quraşdırılmışdır. İş materiallarında olan 02 may 2020-ci il tarixli Ərizənin surətindən görünür ki, İddiaçı Cavabdeh İB-yə ərizə ilə müraciət edərək, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, M.S.Ordubadi küçəsi ünvanında yerləşən fərdi yaşayış evinin öz şəxsi vəsaiti hesabına qazlaşdırılmasına və abunəçi kodunun açılmasına köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarında olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktdan görünür ki, **********00100 saylı abonent hesabı üzrə M.Ə.Rəsulzadə küçəsində yerləşən ünvanda abonentin sayğacsız təbii qazdan istifadə etməsi qeyd olunmuş, dəymiş ziyanın ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2018-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən görünür ki, **********00100 saylı abonent kodu üzrə xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 648 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli ******* saylı aktdan görünür ki, **********00100 saylı abonent hesabı üzrə M.Ə.Rəsulzadə küçəsində yerləşən ünvanda abonentin sayğacsız təbii qazdan istifadə etməsi qeyd olunmuş, dəymiş ziyanın ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2018-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən görünür ki, **********00100 saylı abonent kodu üzrə xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 1044 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli ******* saylı aktdan görünür ki, **********00100 saylı abonent hesabı üzrə M.Ə.Rəsulzadə küçəsində yerləşən ünvanda abonentin sayğacsız təbii qazdan istifadə etməsi qeyd olunmuş, dəymiş ziyanın ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2018-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən görünür ki, **********00100 saylı abonent kodu üzrə xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 522 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli ******* saylı aktdan görünür ki, **********00100 saylı abonent hesabı üzrə M.Ə.Rəsulzadə küçəsində yerləşən ünvanda abonentin sayğacsız təbii qazdan istifadə etməsi qeyd olunmuş, dəymiş ziyanın ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2018-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən görünür ki, **********00100 saylı abonent kodu üzrə xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 522 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli ******* saylı aktdan görünür ki, **********00100 saylı abonent hesabı üzrə M.Ə.Rəsulzadə küçəsində yerləşən ünvanda abonentin təbii qazdan qeyri-qanuni istifadə etməsi qeyd olunmuş, dəymiş ziyanın ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2018-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən görünür ki, **********00100 saylı abonent kodu üzrə xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 522 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli ******* saylı aktdan görünür ki, **********00100 saylı abonent hesabı üzrə M.Ə.Rəsulzadə küçəsində yerləşən ünvanda abonentin təbii qazdan qeyri-qanuni istifadə etməsi qeyd olunmuş, dəymiş ziyanın ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2018-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən görünür ki, **********00100 saylı abonent kodu üzrə xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 504 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli ******* saylı aktdan görünür ki, **********00100 saylı abonent hesabı üzrə M.Ə.Rəsulzadə küçəsində yerləşən ünvanda abonentin təbii qazdan qeyri-qanuni istifadə etməsi qeyd olunmuş, dəymiş ziyanın ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2018-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən görünür ki, **********00100 saylı abonent kodu üzrə xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 504 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* saylı aktdan görünür ki, **********00100 saylı abonent hesabı üzrə M.Ə.Rəsulzadə küçəsində yerləşən ünvanda sayğacdan kənar xətt, qeyri-qanuni birləşmə aşkar olunması qeyd olunmuş, dəymiş ziyanın ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2019-cu il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən görünür ki, **********00100 saylı abonent kodu üzrə xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 504 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* saylı aktdan görünür ki, **********00100 saylı abonent hesabı üzrə M.Ə.Rəsulzadə küçəsində yerləşən ünvanda təbii qazdan qeyri-qanuni istifadə olunması qeyd olunmuş, dəymiş ziyanın ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2019-cu il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən görünür ki, **********00100 saylı abonent kodu üzrə xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 504 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* saylı aktdan görünür ki, **********00100 saylı abonent hesabı üzrə M.Ə.Rəsulzadə küçəsində yerləşən ünvanda sayğacdan kənar qeyri-qanuni birləşmə aşkar olunması qeyd olunmuş, dəymiş ziyanın ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2019-cu il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən görünür ki, **********00100 saylı abonent kodu üzrə xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 576 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* saylı aktdan görünür ki, **********00100 saylı abonent hesabı üzrə M.Ə.Rəsulzadə küçəsində yerləşən ünvanda sayğacdan kənar qeyri-qanuni birləşmə aşkar olunması qeyd olunmuş, dəymiş ziyanın ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2019-cu il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən görünür ki, **********00100 saylı abonent kodu üzrə xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 504 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* saylı aktdan görünür ki, **********00100 saylı abonent hesabı üzrə M.Ə.Rəsulzadə küçəsində yerləşən ünvanda təbii qazdan sayğacsız istifadə aşkar olunması qeyd olunmuş, dəymiş ziyanın ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2019-cu il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən görünür ki, **********00100 saylı abonent kodu üzrə xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 276 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* saylı aktdan görünür ki, **********00100 saylı abonent hesabı üzrə M.Ə.Rəsulzadə küçəsində yerləşən ünvanda sayğacdan kənar qeyri-qanuni birləşmə aşkar olunması qeyd olunmuş, dəymiş ziyanın ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2019-cu il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən görünür ki, **********00100 saylı abonent kodu üzrə xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 276 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* saylı aktdan görünür ki, **********00100 saylı abonent hesabı üzrə M.Ə.Rəsulzadə küçəsində yerləşən ünvanda sayğacdan kənar qeyri-qanuni birləşmə aşkar olunması qeyd olunmuş, dəymiş ziyanın ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2019-cu il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən görünür ki, **********00100 saylı abonent kodu üzrə xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 276 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* saylı aktdan görünür ki, **********00100 saylı abonent hesabı üzrə M.Ə.Rəsulzadə küçəsində yerləşən ünvanda sayğacdan kənar xətt qeyri-qanuni birləşmə aşkar olunması qeyd olunmuş, dəymiş ziyanın ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2019-cu il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən görünür ki, **********00100 saylı abonent kodu üzrə xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 276 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* saylı aktdan görünür ki, **********00100 saylı abonent hesabı üzrə M.Ə.Rəsulzadə küçəsində yerləşən ünvanda sayğacdan kənar xətt qeyri-qanuni birləşmə aşkar olunması qeyd olunmuş, dəymiş ziyanın ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2019-cu il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən görünür ki, **********00100 saylı abonent kodu üzrə xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 504 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* saylı aktdan görünür ki, **********00100 saylı abonent hesabı üzrə M.Ə.Rəsulzadə küçəsində yerləşən ünvanda sayğacdan kənar qeyri-qanuni birləşmə aşkar olunması qeyd olunmuş, dəymiş ziyanın ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2019-cu il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən görünür ki, **********00100 saylı abonent kodu üzrə xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 1656 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli ******* saylı aktdan görünür ki, **********00100 saylı abonent hesabı üzrə M.Ə.Rəsulzadə küçəsində yerləşən ünvanda sayğacdan kənar xətt, qeyri-qanuni birləşmə aşkar olunması qeyd olunmuş, dəymiş ziyanın ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan 30 yanvar 2020-ci il tarixli 07/833 saylı Aktın surətindən görünür ki, Şahsuvarova Zərifəyə məxsus M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən ünvanda sayğacdan kənar xətt qaynaq vasitəsilə ləğv olunmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2020-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən görünür ki, **********00100 saylı abonent kodu üzrə xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 1656 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli ******* saylı aktdan görünür ki, **********00100 saylı abonent hesabı üzrə M.Ə.Rəsulzadə küçəsində yerləşən ünvanda sayğacdan kənar qeyri-qanuni birləşmə aşkar olunması qeyd olunmuş, dəymiş ziyanın ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan 28 fevral 2020-ci il tarixli 07/856 saylı Aktın surətindən görünür ki, Şahsuvarova Zərifəyə məxsus ünvanda sayğacdan kənar qeyri-qanuni birləşmə qaynaq vasitəsilə ləğv olunmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2020-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən görünür ki, **********00100 saylı abonent kodu üzrə xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 1656 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli ******* saylı aktdan görünür ki, **********00100 saylı abonent hesabı üzrə M.Ə.Rəsulzadə küçəsində yerləşən ünvanda təbii qazdan sayğacsız istifadə olunması qeyd olunmuş, dəymiş ziyanın ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2020-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən görünür ki, **********00100 saylı abonent kodu üzrə xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 1656 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli ******* saylı aktdan görünür ki, **********00100 saylı abonent hesabı üzrə M.Ə.Rəsulzadə küçəsində yerləşən ünvanda təbii qazdan sayğacsız istifadə olunması qeyd olunmuş, dəymiş ziyanın ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2020-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən görünür ki, **********00100 saylı abonent kodu üzrə xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 864 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur İş materiallarında olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli ******* saylı aktdan görünür ki, **********00100 saylı abonent hesabı üzrə M.Ə.Rəsulzadə küçəsində yerləşən ünvanda təbii qazdan sayğacsız istifadə olunması qeyd olunmuş, dəymiş ziyanın ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2020-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən görünür ki, **********00100 saylı abonent kodu üzrə xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 1944 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 16 iyun 2022-ci il tarixli Abonent saldosundan görünür ki, Bakı, Binəqədi, M.Ə.Rəsulzadə qəsəbəsi ünvanı üzrə, abonent Şahsuvarova Zərifənin **********00100 abonent hesabına “Qalıq və aktlar” əsasında 4/2018 tarixi üzrə 129,60 manat, 6/2018 tarixi üzrə 208,80 manat, 7/2018 tarixi üzrə 104,40 manat, 8/2018 tarixi üzrə 115,20 manat, 9/2018 tarixi üzrə 104,40 manat, 10/2018 tarixi üzrə 52,20 manat, 11/2018 tarixi üzrə 50,40 manat, 12/2018 tarixi üzrə 50,40 manat, 01/2019 tarixi üzrə 50,40 manat, 02/2019 tarixi üzrə 50,40 manat, 03/2019 tarixi üzrə 57,60 manat, 04/2019 tarixi üzrə 50,40 manat, 05/2019 tarixi üzrə 27,60 manat, 06/2019 tarixi üzrə 27,60 manat, 07/2019 tarixi üzrə 27,60 manat, 08/2019 tarixi üzrə 27,60 manat, 09/2019 tarixi üzrə 27,60 manat, 10/2019 tarixi üzrə 27,60 manat, 11/2019 tarixi üzrə 50,40 manat, 12/2019 tarixi üzrə 165,60 manat, 01/2020 tarixi üzrə 165,60 manat, 02/2020 tarixi üzrə 165,60 manat, 03/2020 tarixi üzrə 165,60 manat, 04/2020 tarixi üzrə 86,40 manat, 05/2020 tarixi üzrə 194,40 manat borc yazılmışdır. İş materiallarında olan 06 iyun 2022-ci il tarixli Abonent saldosundan görünür ki, İddiaçı məxsus **********00144 saylı abonent koduna “Qalıq və aktlar” əsasında borc yazılmamışdır. İş materiallarında olan “Bildiriş-xəbərdarlıq”dan görünür ki, **********00144 saylı abonent kodu üzrə İddiaçı 2717,57 manat borcunun olduğu bildirilmişdir. Tədqiq edilmiş sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, M.S.Ordubadi küçəsində yerləşən yaşadığı evin öz şəxsi vəsaiti hesabına qazlaşdırılması və abunəçi kodunun verilməsi barədə cavabdehə 02 may 2020-ci il tarixdə müraciət etmiş, iddiaçıya **********00144 saylı abonent kodu verilmişdir, həmin abonent kodu üzrə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün xx.xx.2020-ci il tarixdə yeni sayğac quraşdırılmışdır, ünvan Bakı şəhəri Binəqədi, Binəqədi qəsəbəsidir, cavabdeh qeyd edilən ünvan üzrə başqa bir istehlakçı olan Zərifə Şahsuvarovanın adına qeydiyyata alınmış **********00100 saylı abonent hesabına xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı aktlar əsasında itirilmiş qazın bərpası üzrə hesablanmış 4/2018 tarixi üzrə 129,60 manat, 6/2018 tarixi üzrə 208,80 manat, 7/2018 tarixi üzrə 104,40 manat, 8/2018 tarixi üzrə 115,20 manat, 9/2018 tarixi üzrə 104,40 manat, 10/2018 tarixi üzrə 52,20 manat, 11/2018 tarixi üzrə 50,40 manat, 12/2018 tarixi üzrə 50,40 manat, 01/2019 tarixi üzrə 50,40 manat, 02/2019 tarixi üzrə 50,40 manat, 03/2019 tarixi üzrə 57,60 manat, 04/2019 tarixi üzrə 50,40 manat, 05/2019 tarixi üzrə 27,60 manat, 06/2019 tarixi üzrə 27,60 manat, 07/2019 tarixi üzrə 27,60 manat, 08/2019 tarixi üzrə 27,60 manat, 09/2019 tarixi üzrə 27,60 manat, 10/2019 tarixi üzrə 27,60 manat, 11/2019 tarixi üzrə 50,40 manat, 12/2019 tarixi üzrə 165,60 manat, 01/2020 tarixi üzrə 165,60 manat, 02/2020 tarixi üzrə 165,60 manat, 03/2020 tarixi üzrə 165,60 manat, 04/2020 tarixi üzrə 86,40 manat, 05/2020 tarixi üzrə 194,40 manat, ümumilikdə 2183.4 manat məbləğ hazırda iddiaçıdan tələb edilir (Zərifə Şahsuvarovanın adına qeydiyyatdan keçən başqa bir abonent kodu üzrə nəzərdə tutulan borc İddiaçı məxsus **********00144 saylı abonent koduna da daxil edilməklə ondan tələb edilir), iddia tələbi 1983 manat borcun silinməsi barədədir. Həmçinin, iddiaçı tərəfindən, təbii qazdan qeyri-qanuni istifadə olunmasına, habelə ona məxsus **********00144 saylı abonent koduna 2183.40 manat borc hesablanmasının əsaslılığına dair hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı əsassız olaraq hesablanmış borcun abonent hesabından silinməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, hesablanmış borc məbləği 2183,40 manat olsa da, iddiaçı ondan daha az olan 1983 manat miqdarda pulun silinməsi barədə iddia tələbi irəli sürdüyündən, məhkəmə, məsələyə irəli sürülmüş iddia tələbi həddində qiymət verməlidir. Bununla belə məhkəmə qeyd edir ki, cavabdeh təbii qazdan istifadə qaydalarının pozulması nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi məqsədilə **********00100 saylı abonent kodu üzrə istehlakçı Z.Şahsuvarovaya qarşı məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu hissəsinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə əsasən, istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Beləliklə məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, o cümlədən, sayğaca müdaxilədə iddiaçının təqsiri müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən iddiaçının hesabına (abonent kodu: **********00144) itirilmiş qazın bərpası məqsədilə hesablanmış 1983 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, dövlət rüsumu cavabdehə aid edilməli, iddianın qiyməti 1000 manatdan çox (1983 manat) olduğundan, cavabdehdən dövlət mədaxilinə 39,83 manat məbləğində dövlət rüsumu alınmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı **********00144 saylı abonent koduna Cavabdeh tərəfindən hesablanmış 1983 (min doqquz yüz səksən üç) manat borc silinsin. Cavabdehndən 39 (otuz doqquz) manat 83 (səksən üç) qəpik dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar