Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4325/2023 20.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi’’ barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2003cü il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2003-cü il təvəllüdlü X3 ərizəçinin övladıdır. Oğlu anadan gəlmə “ağır kəmağıllıq, kəskin imbesillik, kobud nitq və davranış pozuntuları” ciddi qulluq və müalicə tələb edən pozuntu olmaqla, tez-tez qıcolma tutulmaları ilə nitq artikulyasiyasının spesifik pozuntusu xəstəliyi vardır. Oğlunun anadan gəlmə xəstəliyi ilə əlaqədar olaraq daimi qulluğa, yardıma ehtiyacı vardır. Ərizəçi bildirir ki, illərdir oğlu bu xəstəlikdən əziyyət çəkir və onun xəstəliyi getdikcə dərinləşmişdir. Belə ki, X3 xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilmir, öz hərəkətlərini idarə, etmək iqtidarında deyildir. Daima kənar şəxsin qulluğuna, nəzarətinə ehtiyacı vardır. O, tam fəaliyyət qabiliyyəti olmayan bir şəxsdir. Oğlu bu xəstəliyə dair müalicələr olunsa da, lakin heç bir nəticə verməmişdir, bu müalicəsi olmayan bir xəstəlikdir. Həmçinin, oğluna verilmiş arayışlara əsasən onun xəstəliklə əlaqədar ciddi pozuntusunun olması faktı öz təsdiqini tapmışdır. Belə ki, Bakı Baş Səhiyyə Mərkəzi 2 nömrəli klinik psixiatriya xəstəxanası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışda da onun psixiatr müşahidəsində olması öz əksini tapmışdır. Ərizəyə əlavə edilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspet Komissiyası tərəfindən verilmiş arayışdan görünür ki, X1 “ağır kəmağıllıq, kəskin imbesillik, kobud nitq və davranış pozuntuları”, teztez qıcolma tutumaları ilə nitq artikulyasiyasının spesifik pozuntusu xəstəliyi vardır. Belə ki, o, İ qrup əlildir. Göründüyü kimi, X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi, onun qəyyumu təyin olunması üçün zərurət yaranmışdır. Tərəflərin izahatları: Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Xətai rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik şöbəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: İş materialında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.2003-cü il tarixdə anadan olmuşdur. İş materialında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1973cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan, xx.xx.2023-cü il tarixli Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair forma 88 üzrə məlumat vərəqəsindən görünür ki, xx.xx.2003-cü il təvəllüdlü X2 ağır dərəcəli əqli gerilik, ağır kəmağıllıq, kəskin imbesillik,kobud nitq və davranış pozuntuları diaqnozu qoyulmuş, daima kənar şəxslərin qulluğuna və himayəsinə ehtiyacı var İQ-25.Müddətsiz əmək qabiliyyətsizdir və birinci dərəcə əlildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan çıxarışından görünür ki, xx.xx.2003-cü il təvəllüdlü X2 ağır kəmağıllıq, kəskin imbesillik, kobud nitq və davranış pozuntuları diaqnozu qoyulmuş, daima kənar şəxslərin qulluğuna və himayəsinə ehtiyacı var İQ-25. İş materiallarında olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 saylı KPX tərəfindən verilən ambulator stasionar xəstənin xəstəlik tarixindən xx.xx.2012-ci il tarixli çıxarışından görünür ki, xx.xx.2003-cü il təvəllüdlü X2 orta kəmağıllıq, yüngül imbesillik dərəcəsində, davranış pozuntuları diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli 2120 saylı ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyinə əsasən xx.xx.2003-cü il təvəllüdlü X3 ağır dərəcəli əqli gerilikdavranış pozuntuları ilə müəyyən edlimiş, öz psixi vəziyyətinə görə hərkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də, xx.xx.2003-cü il təvəllüdlü X3 hazırki psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Azərbaycan Respublikası MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Mülki Prosessual Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin mövqeyi: Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, Ərizəçi X1 atası olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair iş qaldırmaqda haqlıdır. Məhkəmə iclasında X1 psixi xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını dərk etməməsi və hərəkətlərinə rəhbərlik edə bilməməsi faktı öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.2003-cü il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Azərbaycan Respublikasının MPM-nin 321.2-ci maddəsinə əsasən Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasına fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş X1 üzərində qəyyum təyin edilməsi həvalə edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-4325/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4325/2023
20.09.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver