Məhkəmə qərarları › İş №2(011)-4325/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4325/2025

06.08.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4325/2025 06.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclas katibi Novruzova Gülsanə Emin qızının katibliyi, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı Cavabdeh İB-nə qarşı Cavabdeh tərəfindən hesablanmış 1249,92 manat cərimənin azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri ondan ibarət olmuşdur ki, Astara rayonu, Şiyəkəran kəndində özünə məxsus fərdi yaşayış evi vardır, təbii qazdan isifadə qaydalarına uyğun olaraq təbii qazla və istifadə olunan təbii qazın dəyərini müəyyənləşdirmək üçün sayğacla təmin olunmuşdur. Tarif planına uyğun olaraq təbii qazdan istifadəyə görə müəyyənləşdirilmiş ödənişləri etmişdir, heç vaxt abonent kimi öhdəliklərinin icrasından yayınmamışdır. Cavabdeh Lənkəran X5 İdarəsinin əməkdaşları fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinə və sayğaca baxış keçirmişlər. Ona xx.xx.2025-ci il tarixli, ******* saylı akt tərtib edilmişdir. Həmin akt əsasında 10416 kub metr itirilmiş qazın bərpasına görə dəymiş ziyan müəyyən edilməklə onun tərəfindən ödənilməsi tələb olunmuşdur. Qeyri-qanuni xəttə görə ona cərimə yazmışlar. Nəyə istinad edərək cəriməni hesablanmışdır bilmir. Ayda iki dəfə sahə nəzarətçisi sayğaca və xətlərə baxış keçirir. Cavabdehin iddiaçıdan qazdan istifadə qaydalarının pozulmasına görə birbaşa 1249,92 manat tələb etməsi də qanuna uyğun deyil. İddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsi ərizəsi ilə müraciət edərək xx.xx.2025ci il tarixli, ******* saylı akt ilə hesablanmış 1249,92 manat borcun tam silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin etirazının dəlilləri Cavabdehin nümayəndəsi məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, İddiaçı Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli ******* saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 1249,92 manat borcun silinməsi tələbi barədə iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Aşağıda göstərilənlərə əsasən iddia tələbini əsassız hesab edir və təmin edilməməsini məhkəmədən xahiş edir. Belə ki, İddiaçı Astara rayonu, Şiyəkəran kəndində yaşamaqla Lənkəran X5 İdarəsinin Astara Xidmət Sahəsində **********02660 saylı hesabla abonent qeydiyyatındadır. Abonent göstərilən ünvanın qaz xəttində istifadədə olan sayğac quraşdırılmışdır. Sayğac quraşdırılmasına baxmayaraq abonent təbii qazdan qeyri-qanuni (sayğacdankənar qaz xətti vasitəsi ilə) istifadə etdiyinə görə Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli ******* saylı akt tərtib edimiş və həmin akt əsasında hesablanmış 1249,92 manat dəymiş ziyan hesablanmışdır. Yuxrarıda qeyd olunanlara əsasən İddiaçı Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli ******* saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış borcun silinməsi tələbi barədə iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: İddiaçı məhkəməyə teleqram ilə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən iclasın cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları İddiaçı barəsində xx.xx.2025-ci il tarixdə ******* saylı akt tərtib edilmişdir. Aktda abonentin sayğacı açaraq rezin boru vasitəsilə kənar xəttdən istifadə etdiyi aşkar olunduğu qeyd edilmişdir. Abonent adına xx.xx.2025-ci il tarixli akta əsasən 1249,92 manat məbləğində borc hesablanmışdır (abonentin saldosu **********02660). İnzibati tənbeh vermə haqqında MN ******* saylı, xx.xx.2025-ci il tarixli qərara əsasən, İddiaçı tərəfindən 1249,92 manat məbləğində təbii qazın talanmasın xx.xx.2025-ci il tarixdə aşkar olunmuşdur. Nəticədə İddiaçı tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir və buna görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282- 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə X4 100 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X1 Filialının 3- 15-2-4/2-703/2025 nömrəli xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, ümumilikdə 10416 m3 × 0,12 manat = 1249,92 manat hesablanmsı qanunvericiliyin tələblərinə uyğun hesab edilmişdir. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 01 may 2022-ci il tarixindən sonra qüvvədə olan redaksiyası Maddə 13 ...8. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 77. Sübütetmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin mövqeyi:

Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Qanunvericiliyin müddəalarına əsasən Cavabdeh İB-nin əməkdaşları tərəfindən sayğaca müdaxilə və təbii qazdan qeyri-qanuni istifadə halları aşkar edildikdə bu barədə akt tərtib etməli, aktın bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidirlər. Hazırki mülki işin araşdırması zamanı müəyyən olunmuşdur ki, Azəriqaz” İB-nin əməkdaşları tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada akt tərtib edilmiş, inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün aktın nüsxəsi, inzibati xətanı təsdiq edən sübutlarla birlikdə Azərbaycan Respublikasının Energetika Nazirliyinə təqdim edilmişdir. Sonuncu tərəfindən araşdırma aparılmış, qazın talanması faktı öz təstiqini tapdığından abonent İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, "Azəriqaz" İB tərəfindən xx.xx.2025-ci il tarixli, ******* saylı akta üzrə hesablanmış borc əsaslıdır və Cavabdeh İB həmin borcun ödənilməsini tələb etməkdə haqlıdır. Odur ki, iddia əsassız hesab edilərək rədd edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən, mülki iş üzrə təqdim edilmiş sübutlara və tərəflərin izahatlarına məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia əsassız hesab edilərək rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi:

İddiaçı Cavabdehnə qarşı 1249,92 (min iki yüz qırx doqquz manat doxsan iki qəpik) manat məbləğində borcun silinməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar