Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4327/2023 17.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi’’ barəsində ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1984cü il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1984-çü il təvəllüdlü X6 oqlu ərizəçinin övladıdır. Oğlunu "nitq və davranış pozğunluğu ilə debillik dərəcəsində ağıl zəifliyi" ciddi qulluq və nəzarət tələb edən nitq və əqli pozuntu xəstəliyi vardır. Onun körpə yaşlarında keçirdiyi ağır xəstəlik səbəbindən daimi qulluğa və kənar nəzarətə ehtiyacı vardır. İddiaçı bildirir ki, uzun müddət ərzində aldığı müalicə prosedurlarına baxmayaraq oğlunun normal əqli inkişaf və sağlamlığı bərpa olmamışdır. Belə ki, xx.xx.1984-cü il təvəllüdlü X4 öz hərəkətlərinin mənasını dərk etmir və özünü tam idarə etmək iqtidarında deyildir. Daima kənar şəxsin qulluğuna və nəzarətinə ehtiyacı vardır. O. tam fəaliyyət qabiliyyəti olmayan bir şəxsdir. Ərizəyə əlavə edilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Espert Kommisiyası tərəfindən verilmiş arayışdan görünür ki. xx.xx.1984-cü il təvəllüdlü X4 əmək qabiliyyətsizdir. Həmin arayışdan da aydın olduğu kimi “nitq və davraniş pozğunluğu ilə debillik dərəcəsində ağıl zəifliyi", qulluq və nəzarət tələb edən spesifik əqli pozuntusu xəstəliyi vardır. Hal hazırda X4 birici dərəcəli əlildir. Oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi, ərizəçinin onun qəyyumu olması üçün zərurət yaranmışdır. Oğlunun atası - həyat yoldaşı mərhum Əlicanov Mürsəl 2013-cü ildə dünyasını dəyişdiyi üçün bir ana kimi oğlu üzərində qəyyumluğu öz üzərinə götürmək istəyir. İddiaçı hesab edir ki, xx.xx.1984-cü il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini tam qanuni və məqsədə uyğundur. Tərəflərin izahatları: Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Xətai rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik şöbəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: İş materialında olan AA0612375 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1984-cü il tarixdə anadan olmuşdur. İş materialında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən surətindən görünür ki, Ərizəçi xx.xx.1956-cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.1984cü il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası X5, anası Ərizəçi İsrafil qızıdır. İş materiallarında olan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya sistemindən əldə olunmuş xx.xx.2023cü il tarixli , ********** nömrəli əlillik haqqında arayışdan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü X4 anadan gəlmə nitq və davranış pozğunluğu ilə debillik dərəcəsində ağıl zəifliyi diaqnozu qoyulmuş, birinci dərəcəli əlildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli 2121 saylı ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyinə əsasən xx.xx.1984-cü il təvəllüdü X2 ağır dərəcəli əqli gerilik davranış pozuntuları ilə aşkar olunur, X4 öz psixi vzəiyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyil, psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X2 müəyyən edilən öz psixi vəziyyəti ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Azərbaycan Respublikası MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Mülki Prosessual Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin mövqeyi: Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, Ərizəçi X1 anası olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair iş qaldırmaqda haqlıdır. Məhkəmə iclasında X1 psixi xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını dərk etməməsi və hərəkətlərinə rəhbərlik edə bilməməsi faktı öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1məd Hadi küçəsi ev 101, 63 nömrəli mənzil ünvanında qeydiyyatda olan X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Azərbaycan Respublikasının MPM-nin 321.2-ci maddəsinə əsasən Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasına fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş X1 üzərində qəyyum təyin edilməsi həvalə edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-4327/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4327/2023
17.10.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver