Məhkəmə qərarları › İş №2(011)-4330/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4330/2022

02.09.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4330/2022 02.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2, Cavabdeh nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Neft şirkəti Cavabdeh tərəfindən **********00000 abonent kodlu ”İTRON” G-4 markalı 1502AZ**********07 saylı qaz sayğacına itirilmiş qaz sərfiyyatına görə qanunsuz olaraq hesablanmış cari 599 manat məbləğində borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili K.T.İsgəndərova iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçının yaşadığı ünvan 1 ünvanında quraşdırılmış qaz sayğacının yoxlanması üçün cavabdeh tərəfindən ona məxsus qaz sayğacına baxış keçirilmiş, bu barədə akt tərtib olunaraq, iddiaçının sayğacı çıxarılmış, əvəzinə yeni sayğac quraşdırılmışdır, daha sonra iddiaçı smart qaz katına pul yükləyəndə kart yüklədiyi pulun borca silindiyi ona məlum olmuşdur, bu barədə iddiaçı cavabdehə müraciət etmiş və ona 599 manat borcun hesablandığı bildirilmişdir, cavabdehə müraciət etdikdə ona qaz sayğacına baxış keçirildiyini və uyğun olaraq təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktla guya iddiaçıya məxsus ünvanda quraşdırılmış sayğacın düzgün istifadə edilməməsi nəticəsində dəymiş zərərə görə itirilmiş qaz sərfiyyatına görə borc hesablanmışdır, bu barədə məlumat verilməsini tələb etdikdə cavabdeh tərəfindən iddiaçıya Gasrep sənədi təqdim edilmişdir, həmin sənəddən də göründüyü kimi, iddiaçının cari borcu 599 manat təşkil edir, iddiaçı heç vaxt qaz sayğacına müdaxilə etməmişdir, uzun illərdir ki, qaz sayğacı quraşdırılmış, 2016-2020-ci illərdə qazdan mütəmadi istifadə edilmişdir, iddiaçı tərəfindən vaxtı-vaxtında sərf edilmiş qazın dəyəri ödənilmişdir, lakin hər dəfə yüklənən puldan borc çıxırlar, bu səbəbdən yazılmış borcun silinməsi məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda iddiaçının nümayəndəsi və vəkili K.T.İsgəndərova iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi R.V.Əliyev iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddia ərizəsində göstərilənlər əsassızdır, belə ki, iddiaçıya məxsus sayğac çıxarılmış, yeni sayğac ilə əvəzləşdirilmişdir, həmin aktdan da göründüyü kimi sayğacın mexaniki göstəricisində 6990 kub/metr qazın sərf edildiyi görünmüşdür, sayğac çıxarılarkən onun üzərində borc olmuşdur, həmin borcdan cəmi 100 manat ödənilmişdir, yerdə qalan məbləğ isə ödənilməmişdir, iddiaçıya hər hası akt əsasında borc yazılmamışdır, hazırda tələb olunan 599 manat pul iddiaçının öz borcudur, Sonda R.V.Əliyev iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh və X1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” Müqavilənin surətindən görünür ki, tərəflər arasında istehlakçının keyfiyyətli qazla təmin olunması barədə müqavilə bağlanmışdır. İş materiallarında olan qaz istismar sahəsinin nümayəndəsi Məmmədli E. və abunəşi Məmmədli A. tərəfindən imzalanmış xx.xx.2014-cü il tarixli Daxili qaz avadanlığına baxış və profilaktik xidmət işlərinin keçirilməsi haqqında Aktdan görünür ki, xx.xx.2014-cü il tarixdə Xaqani 14 ünvanında mənzildaxili qaz avadanlığına texniki baxış və profilaktik xidmət işləri keçirilmiş, qaz xəttlərinin və cihazların istismara yararlılığının normal olması, sızma olmaması qeyd edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı 314874 saylı Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X1 xx.xx.2008-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Cavabdeh İB tərəfindən tərtib edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında xx.xx.2016-cı il tarixli ******* saylı Aktdan görünür ki, isthelakçı İddiaçı məxsus Binə qəsəbəsində yerləşən ünvandan ”İTRON” G-4 markalı 1402AZ**********85 saylı sayğac çıxarılmış, ünvana yeni ”İTRON” G- 4 markalı 1502AZ**********07 saylı qaz sayğacı quraşdırılmışdır, sayğac çıxarılan zaman son göstəricisi 6990 kub/metr olmuşdur, akt İddiaçı tərəfindən imzalanmışdır. İş materiallarında olan Binə bələdiyyəsi tərəfindən verilmiş 380 №-li xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır və orada yaşayır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Gasrep sənədindən görünür ki, abonent İddiaçı məxsus ünvan 3 ünvanı üzrə 04/2016 tarixində mənfiyə getmə 5790 kub/m olmuş, **********00000 abonent koduna 06/2016 tarixində Qalıq olaraq 599 manat borc yazılmışdır, Tədqiq edilmiş sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının yaşadığı Binə qəsəbəsi, Xəqani küçəsində yerləşən fərdi yaşayış ünvanı üzrə evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış ”İTRON” G-4 markalı 1402AZ**********85 saylı sayğac xx.xx.2016-cı il tarixdə ******* saylı Akt tərtib olunmaqla yenisi ilə əvəz olunmuşdur, əvəzləşdirilən sayğacın son göstəricisi “6990 m3” olmuşdur və həmin sərfiyyat məbləği 699 manatdır, **********00000 abonent kodu üzrə 2014-2016-cı illərdə ödəniş məbləği 100 manatdır, hazırda iddiaçı yeni ”İTRON” G-4 markalı 1502AZ**********07 saylı markalı qaz sayğacı vasitəsi ilə təbii qazdan istifadə edir, onun **********00000 saylı abonent koduna təbii qaz sərfiyyatına görə cari borcu 599 manat təşkil edir. Bununla belə, iddiaçıya məxsus abonent koduna cavabdeh tərəfindən akt əsasında əsassız olaraq borc hesablanmasına dair hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin 6-cı hissəsinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 6.1.4-cü bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə Qaz paylayıcısı qazın verilməsini dayandıra bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “Azərbaycan Respublikası Dövlət Neft şirkəti Cavabdeh tərəfindən **********00000 abonent kodlu “”İTRON” G-4 markalı 1502AZ**********07 saylı qaz sayğacına itirilmiş qaz sərfiyyatına görə qanunsuz olaraq hesablanmış cari 599 manat məbləğində borcun silinməsi barədə” iddia tələbi rədd edilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdehnə qarşı “Azərbaycan Respublikası Dövlət Neft şirkəti Cavabdeh tərəfindən **********00000 abonent kodlu “”İTRON” G-4 markalı 1502AZ**********07 saylı qaz sayğacına itirilmiş qaz sərfiyyatına görə qanunsuz olaraq hesablanmış cari 599 manat məbləğində borcun silinməsinə dair” iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar