Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4331/2024 19.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynli Mehriban Qalib qızının katibliyi ilə Ərizəçi Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etdiyi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları:
1. Ərizəçinin oğlu xx.xx.2007-ci il təvəllüdlü X5 anadangəlmə daun sindromu səbəbindən öz hərəkətlərinin mənasını anlaya bilmir və öz hərəkətlərini idarə edə bilmir. Hazırda oğlu ərizəçinin himayəsində yaşayır.
2. Ərizəçi hazırda məhkəmə qətnaməsi olmadığından onun adından rəsmi hərəkətlər edə bilmir və qəyyum kimi çıxış edə bilmir.
Ərizəçinin tələbi:
3. xx.xx.2007-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyətli hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
Maraqlı şəxsin etirazı:
4. Maraqlı şəxs tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz, o cümlədən, hər hansı sənəd daxil olmamışdır.
İşdə iştirak edən şəxslərin izahatları:
5. Ərizəçi məhkəməyə xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək məhkəmə iclasında iştirak etməməsini üzrlü hesab etməyi və onun iştirakı olmadan ərizəyə baxılaraq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
7. AZ-İİ 111130 №-li Doğum haqqında şəhadətnaməyə əsasən, xx.xx.2007-ci il təvəllüdlü X2 atası X7, anası Ərizəçidır.
8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən arayışa əsasən xx.xx.2007-ci il təvəllüdlü X2 orqanizmin funksiyalarının pozulması 90% olmaqla, müddətsiz İ qrup əlilliyi müəyyən edilmişdir. Diaqnoz Q90 Daun sindromu, ağır kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi nitq və davranış pozuntuları ilə. İQ-29.
9. X1 tərəfindən verilmiş arayışa əsasən Oruczadə Sənanın qanının genetik müayinəsi zamanı mozaik xromosom toplumu aşkar edilmişdir. Diaqnoz: Daun sindromunun mozaik formasıdır.
10. Zəngilan Rayon Məhkəməsinin 2(034)-234/2012 nömrəli xx.xx.2012-ci il tarixli qətnaməsinə əsasən 20 yanvar 2003-cü il tarixdə Bakı şəhərində doğulmuş X3 və 09 avqust 2007-ci il tarixdə Bakı şəhərində doğulmuş X2 anaları Ərizəçi öhdəsində olmaları faktı müəyyən edilmişdir.
11. Seriya AA 190525 №li vəsiqəyə əsasən Əliyeva X6 rayonundan məcburi köçkündür. Xətai rayon 2 saylı MKİS-dən verilmiş xx.xx.2024-cü il tarixli yaşayış yerindən arayışa əsasən Əliyeva X6 rayonundan məcburi köçkün olaraq ünvan 1 ünvanında yaşayır.
12. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 tərəfindən verilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 1993 saylı rəyinə əsasən, İ Motivləşdirici hissə: Yoxlanılan şəxs X4 “Daun Sindromu nəticəsində yaranan ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində) davranış pozuntuları ilə” (F72.1) aşkar olunur. Bunu anamnestik məlumatlar (daun sindromu ilə doğulması, erkən yaşlarından psixofiziki inkişafda xeyli geri qalması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının arayışına əsasən “Daun sindromu. Ağır kəmağıllıq. Qulluq və müalicə tələb edən ciddi nitq və davranış pozuntuları ilə” diaqnozu ilə birinci dərəcəli əlil olduğunun qeyd edilməsi və.s), həmçinin, hazırki müayinə zamanı aşkar olunan əlamətlər (zahirən passiv olması, ünsiyyətə çətinliklə daxil olması, verilən sualların əksəriyyətini anlamaması, anlaşılmaz sözlər deməsi, anamnestik məlumatları açıqlaya bilməməsi, öz vəziyyətinə qarşı tənqidi münasibətinin olmaması və sair.) sübut edir. İİ Yekun hissəsi: Mülki işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: xx.xx.2007-ci il təvəllüdlü X5 ağıl zəifliyindən və ya ruhi xəstəlikdən əziyyət çəkirmi? Cavab: Yoxlanılan şəxs X4 daun sindromu nəticəsində yaranan ağır dərəcəli əqli gerilik davranış pozuntuları ilə aşkar olunur. 2-ci sual: xx.xx.2007-ci il təvəllüdlü X5 öz hərəkətlərinin mənasını başa düşüb öz hərəkətlərini idarə edə bilirmi? Cavab: X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını şüurlu dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X2 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün kifayət qədər əsaslar vardır.
Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 317.2 Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. 321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.
Məhkəmənin mövqeyi:
15. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir.
16. Məhkəmə hesab edir ki, Ərizəçi xx.xx.2007-ci il təvəllüdlü X2 anasıdır və oğlunun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ mövcuddur.
17. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, X2 əqli, ruhi və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi tibbi və digər sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixiatriya ekspertizasının rəyi (§12), habelə işin digər halları ilə tam sübuta yetirilir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, X5 əqli, ruhi və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X5 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməlidir.
18. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi xahiş edilən şəxsin öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmadığı sübuta yetirildiyindən xx.xx.2007-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.
Məhkəmə xərcləri:
19. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumunu ödəməkdən azaddırlar. Odur ki, məhkəmə dövlət rüsumu ilə bağlı məsələyə münasibət bildirmir.
20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
1. Ərizə təmin edilsin.
2. xx.xx.2007-ci il təvəllüdlü Bakı şəhərində anadan olmuş X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin.
3. Azərbaycan Respublikasının MPM-nin 321.2-ci maddəsinə əsasən Zəngilan Rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasına fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş X2 üzərində qəyyum təyin edilməsi həvalə edilsin.
4. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova