Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-4377/2023 30.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Eyvazova Samirə Əli qızı İddiaçı cavabdehlər Cavabdeh2 və X1rşı abonent kodunun iddiaçının adına rəsmiləşdirilməsi tələbinə dair iddia ərizəsini və əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və X1rşı abonent kodunun iddiaçının adına rəsmiləşdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinə əsasən ünvan 1 ünvanında yerləşən fərdi evin 2013-cü ildən istifadəsində olan **********02942 abonent kodunun Cavabdeh2 adından çıxarılaraq İddiaçı adına rəsmiləşdirilməsi xahiş edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 31.1. aidiyyət qaydalarının pozulmasına yol verilmir. 153.2. hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. “Məhkəmələr və hakimlər” haqqında Azərbaycan Respublikası Qanunu:
15. işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması yolverilməzdir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Yuxarıda qeyd edilən mülki prosessual qanunvercilik normalarının məzmunundan da göründüyü kimi mübahisənin məhkəmə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla mülki prosessual qanunvericiliyə uyğun olaraq müəyyən edilir. Həmçinin məhkəmə qeyd edir ki, mülki iş materiallarına iddiaçı tərəfindən məhkəməyəqədər iddia tələbi ilə bağlı müvafiq orqana müraciət etməsini və müvafiq orqanın iddiaçının müraciətinə cavabını təsdiq edən sənədlər əlavə edilməmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbinin xarakterini nəzərə alaraq, yəni, hüquq münasibətinin xarakterindən irəli gələrək hazırki mübahisəyə ümumi məhkəmədə baxıla bilməz. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 153, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və X1rşı abonent kodunun iddiaçının adına rəsmiləşdirilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması ümumi qaydada aidiyyəti üzrə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.
Hakim Samirə Eyvazova