Məhkəmə qərarları › İş №2(011)-4377/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-4377/2025

03.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-4377/2025 03.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “istehlakçı hüquqlarının müdafiəsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı “istehlakçı hüquqlarının müdafiəsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəmə iclasına təkrar gəlməmiş və işi ilə əlaqədar məhkəmə baxış iclasının iştirakı olmadan keçirilməsini xahiş etmiş, lakin məhkəməyə üzrlü səbəbdən iştirak etməməsi barədə əsaslı sübut təqdim etməmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında bildirmişdir ki, hər bir tərtib olunmuş akt iddiaçının öz imzası ilə təsdiq edilmişdir. 2018-ci ildə tərtib edilmiş akt silinib. Əgər iddiaçı aktla bağlı iddia qaldırırdısa, ilkin olaraq 2017-ci ildə tərtib olunan akt barədə tələb irəli sürməli idi. İddiaçı tərəf özü də bilir ki, öz təqsiridir. 2017, 2018, 2019-cu illərdə aktlar tərtib olunub. Daimi qazdan istifadə edir. İddianın təmin edilməməsini xahiş edərək işə mahiyyəti üzrə baxılmasını tələb etmədi. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.7-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanır. Həmin Məcəllənin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı mülki işə baxılarkən iddiaçının iştirak etməsi, işin halları ilə bağlı izahat verməyi zəruridir. İddiaçı məhkəmə iclasına gəlməmiş, habelə ərizəsinə nə məhkəmə iclasında iştirak etməməsinin üzrlü olması barədə sübutları əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət etməyə haqlıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdehnə qarşı “istehlakçı hüquqlarının müdafiəsi” barədə iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar