Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4379/2021 10.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı “pul tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, 08 may 2018-ci il tarixli müqaviləyə əsasən Sony markalı musiqi merkezi üçün 92 manat ödənilməmiş hissə, 27 manat dəbbə pulu; 27 sentyabr 2018-ci il tarixli müqaviləyə əsasən Lenovo markalı İdeapad, Canyon markalı mouse və notebook çantası, Kaspersky Antivirus üçün 329 manat ödənilməmiş hissə, 98 manat dəbbə pulu; 12 mart 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********80176 olan Samsung Galaxy S10 markalı telefon üçün 129 manat ödənilməmiş hissə, 38 manat dəbbə pulu; 02 may 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********68802 olan Samsung Galaxy S10 markalı telefon üçün 318 manat ödənilməmiş hissə, 95 manat dəbbə pulu borcu; 14 iyun 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********33535 olan Samsung Galaxy S9+ markalı telefon üçün 765 manat ödənilməmiş hissə, 229 manat dəbbə pulu; 30 sentyabr 2019-cu il tarixli müqaviləyə əsasən 2 ədəd Malta markalı mebel, Transformer-Qonaq-Jurnal masa üçün 2.489 manat ödənilməmiş hissə, 510 manat dəbbə pulu; 20 noyabr 2019-cu il tarixli müqaviləyə əsasən Hoffmann Led markalı televizor üçün 747 manat ödənilməmiş hissə, 224 manat dəbbə pulu; 19 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən Philips markalı fen, Elari FixiTime markalı saat üçün 193.60 manat ödənilməmiş hissə, 58.40 manat dəbbə pulu; 20 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən Panasonic səs sistemi üçün 315 manat ödənilməmiş hissə, 93 manat dəbbə pulu; 06 fevral 2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********14138 olan Huawei Y9 Prime markalı telefon üçün 530.40 manat ödənilməmiş hissə, 158.60 manat dəbbə pulu; 03 mart 2020-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********02942 olan İphone 11 markalı telefon üçün 2.259 manat ödənilməmiş hissə, 487 manat dəbbə pulu olmaqla, ümumilikdə 10.185 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə “xxxx” MMC arasında bağlanmış 08 may 2018-ci il, 27 sentyabr 2018-ci il, 12 mart 2019-cu il, 02 may 2019-cu il, 14 iyun 2019-cu il, 30 sentyabr 2019-cu il, 20 noyabr 2019-cu il, 19 dekabr 2019-cu il, 20 dekabr 2019-cu il, 06 fevral 2020-ci il və 03 mart 2020-ci il tarixli müqavilələrə əsasən, cavabdeh Sony musiqi merkezi, Lenovo İdeapad, Canyon markalı mouse və notebook çantası, Kaspersky Antivirus, Samsung Galaxy S10 markalı telefon, Samsung Galaxy S9+ markalı telefon, 2 ədəd Malta markalı mebel, Transformer-Qonaq-Jurnal masa, Hoffmann Led markalı televizor, Philips markalı fen, Elari FixiTime markalı saat, Panasonic səs sistemi, Huawei Y9 Prime markalı telefon, İphone 11 markalı telefon almış və nəticədə 10.185 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 08 may 2018-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 1.144 manat olan Sony markalı musiqi merkezi üçün ümumilikdə 119 manat olmaqla, 92 manat ödənilməmiş hissə, 27 manat cərimə pulu borcu; 27 sentyabr 2018-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 1.128 manat olan Lenovo markalı İdeapad, Canyon markalı mouse və notebook çantası, Kaspersky antivirus üçün ümumilikdə 427 manat olmaqla, 329 manat ödənilməmiş hissə, 98 manat cərimə pulu borcu; 12 mart 2019-cu il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 2.077 manat olan Samsung Galaxy S10 markalı telefon üçün ümumilikdə 167 manat olmaqla, 129 manat ödənilməmiş hissə, 38 manat cərimə pulu borcu; 02 may 2019-cu il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 2.067 manat olan Samsung Galaxy S10 markalı telefon üçün ümumilikdə 413 manat olmaqla, 318 manat ödənilməmiş hissə, 95 manat cərimə pulu borcu; 14 iyun 2019-cu il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 1.530 manat olan Samsung Galaxy S9+ markalı telefon üçün ümumilikdə 994 manat olmaqla, 765 manat ödənilməmiş hissə, 229 manat cərimə pulu; 30 sentyabr 2019-cu il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 3.144 manat olan 2 ədəd Malta markalı mebel, Transformer-Qonaq-Jurnal masa üçün ümumilikdə 2.999 manat olmaqla, 2.489 manat ödənilməmiş hissə, 510 manat cərimə pulu borcu; 20 noyabr 2019cu il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 2000 manat olan Hoffmann Led markalı televizor üçün ümumilikdə 971 manat olmaqla, 747 manat ödənilməmiş hissə, 224 manat cərimə pulu borcu; 19 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 390.60 manat olan Philips markalı fen, Elari FixiTime markalı saat üçün ümumilikdə 252 manat olmaqla, 193.60 manat ödənilməmiş hissə, 58.40 manat cərimə pulu borcu; 20 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 378 manat olan Panasonic səs sistemi üçün ümumilikdə 408 manat olmaqla, 315 manat ödənilməmiş hissə, 93 manat cərimə pulu borcu; 06 fevral 2020-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 578.40 manat olan Huawei Y9 Prime markalı telefon üçün ümumilikdə 689 manat olmaqla, 530.40 manat ödənilməmiş hissə, 158.60 manat cərimə pulu borcu; 03 mart 2020-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 2.280 manat olan İphone 11 markalı telefon üçün ümumilikdə 2.746 manat olmaqla, 2.259 manat ödənilməmiş hissə, 487 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 8.550 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək onun qismən təmin olunmasını xahiş etdi. O, izahatında hazırda işləmədiyini, əsas məbləğə etiraz etmədiyini, ümumi borcu aylıq hissə-hissə ödəməyə razı olduğunu bildirdi, dəbbə pulunun azaldılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə ilk öncə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İş materiallarından görünür ki, tərəflər arasında 08 may 2018-ci il, 27 sentyabr 2018ci il, 12 mart 2019-cu il, 02 may 2019-cu il, 14 iyun 2019-cu il, 30 sentyabr 2019-cu il, 20 noyabr 2019-cu il, 19 dekabr 2019-cu il, 20 dekabr 2019-cu il, 06 fevral 2020-ci il və 03 mart 2020-ci il tarixli alğı-satqı müqavilələri bağlanmış, cavabdeh Sony musiqi merkezi, Lenovo İdeapad, Canyon markalı mouse və notebook çantası, Kaspersky Antivirus, Samsung Galaxy S10 markalı telefon, Samsung Galaxy S9+ markalı telefon, 2 ədəd Malta markalı mebel, Transformer-Qonaq-Jurnal masa, Hoffmann Led markalı televizor, Philips markalı fen, Elari FixiTime markalı saat, Panasonic səs sistemi, Huawei Y9 Prime markalı telefon, İphone 11 markalı telefon almışdır. Müqavilələrə əsasən cavabdeh öhdəliyi lazımınca icra etmədiyindən 16 aprel 2021-ci il tarixə onun cəmi 10.185 manat borcu yaranmışdır. Cavabdehə yaranmış borcla bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış alğı-satqı müqavilələrinə əsasən Cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş məbləğlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsas borca aid hissədə əsaslıdır və tam təmin edilməlidir. Məhkəmə iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, 08 may 2018-ci il tarixli kredit müqaviləsi üzrə hesablanmış 27 manat dəbbə məbləği azaldılaraq 5 manat məbləğində, 27 sentyabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə 98 manat dəbbə məbləği azaldılaraq 9 manat məbləğində, 12 mart 2019-cu il tarixli kredit müqaviləsi üzrə hesablanmış 38 manat dəbbə məbləği azaldılaraq 5 manat məbləğində, 02 may 2019-cu il tarixli kredit müqaviləsi üzrə hesablanmış 95 manat dəbbə məbləği azaldılaraq 10 manat məbləğində, 14 iyun 2019-cu il tarixli kredit müqaviləsi üzrə hesablanmış 229 manat dəbbə məbləği azaldılaraq 20 manat məbləğində, 30 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə hesablanmış 510 manat dəbbə məbləği azaldılaraq 50 manat məbləğində, 20 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə hesablanmış 224 manat dəbbə məbləği azaldılaraq 30 manat məbləğində, 19 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə hesablanmış 58.40 manat dəbbə məbləği azaldılaraq 4 manat məbləğində, 20 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə hesablanmış 93 manat dəbbə məbləği azaldılaraq 9 manat məbləğində, 06 fevral 2020-ci il tarixli kredit müqaviləsi üzrə hesablanmış 158.60 manat dəbbə məbləği azaldılaraq 8 manat məbləğində, 03 mart 2020-ci il tarixli kredit müqaviləsi üzrə hesablanmış 487 manat dəbbə məbləği azaldılaraq 50 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 08 may 2018-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borca görə 92 manat, dəbbə pulu 5 manat, 27 sentyabr 2018-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borca görə 329 manat, dəbbə pulu 9 manat, 12 mart 2019-cu il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borca görə 129 manat, dəbbə pulu 5 manat, 02 may 2019-cu il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borca görə 318 manat əsas, dəbbə pulu 10 manat, 14 iyun 2019-cu il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borca görə 765 manat əsas, dəbbə pulu 20 manat, 30 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borca görə 2.489 manat əsas, dəbbə pulu 50 manat, 20 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borca görə 747 manat əsas, dəbbə pulu 30 manat, 19 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borca görə 193.60 manat əsas, dəbbə pulu 4 manat, 20 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borca görə 315 manat əsas, dəbbə pulu 9 manat, 06 fevral 2020-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borca görə 530.40 manat əsas, dəbbə pulu 8 manat, 03 mart 2020-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borca görə 2.259 manat əsas, dəbbə pulu 50 manat, olmaqla, ümumilikdə 8.367 manat pul vəsaiti Cavabdeh alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı təşkilat 30.00 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilən 30 manat məbləğində pul vəsaitinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. 08 may 2018-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borca görə 92 (doxsan iki) manat, dəbbə pulu 5 (beş) manat, 27 sentyabr 2018-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borca görə 329 (üç yüz iyirmi doqquz) manat, dəbbə pulu 9 (doqquz) manat, 12 mart 2019-cu il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borca görə 129 (yüz iyirmi doqquz) manat, dəbbə pulu 5 (beş) manat, 02 may 2019-cu il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borca görə 318 (üç yüz on səkkiz) manat əsas, dəbbə pulu 10 (on) manat, 14 iyun 2019-cu il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borca görə 765 (yeddi yüz altmış beş) manat əsas, dəbbə pulu 20 (iyirmi) manat, 30 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borca görə 2.489 (iki min dörd yüz səksən doqquz) manat əsas, dəbbə pulu 50 (əlli) manat, 20 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borca görə 747 (yeddi yüz qırx yeddi) manat əsas, dəbbə pulu 30 (otuz) manat, 19 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borca görə 193.60 (yüz doxsan üç manat altmış qəpik) manat əsas, dəbbə pulu 4 (dörd) manat, 20 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borca görə 315 (üç yüz on beş) manat əsas, dəbbə pulu 9 (doqquz) manat, 06 fevral 2020-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borca görə 530.40 (beş yüz otuz manat qırx qəpik) manat əsas, dəbbə pulu 8 (səkkiz) manat, 03 mart 2020-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borca görə 2.259 (iki min iki üz əlli doqquz) manat əsas, dəbbə pulu 50 (əlli) manat, olmaqla, ümumilikdə 8.367 (səkkiz min üç yüz altmış yeddi) manat pul vəsaiti və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat Cavabdeh alınaraq iddiaçı “xxxx” MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-4379/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4379/2021
10.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver