Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-439/2022 18.01.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2, Cavabdeh və onun nümyəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilənin dəyişdirilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı – İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixli 6 nömrəli müqavilənin 1-ci bəndində və həmin müqaviləyə xx.xx.2018-ci tarixli əlavədə yeni tikilən mənzilin ümumi ölçüsünün 15% əlavə edilməklə 80 kv.metr mənzillə təmin edilməsi hissəsində dəyişiklik edilməsi və İddiaçı MMC ilə Cavabdeh Mövlüd oğlu arasında xx.xx.2017-ci il tarixli 6 nömrəli müqavilənin 1-ci bəndində və həmin müqaviləyə xx.xx.2018-ci il tarixli əlavədə dəyişiklik edilərək mənzil sahəsinin 60,93 kv.metr x 15%= 9,135 kv.metr + 60.93 kv.metr = 70,0695 kv.metr olmasının müəyyən edilməklə dəyişiklik edilməsi, cavabdeh tərəfindən ona əlavə verilmiş 10 kv.metr mənzil sahəsinin dəyərinin ödənilməsi barəsində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı ıl tarixli 86 nömrəli qərarına əsasən Bakı şəhəri Xətai Rayon ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə uyğun yaşayış binalarının tikilməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 35 ünvanda yerləşən və yaşayış üçün qəzalı və təhlükəli evin əvəzinə müasir tələblərə cavab verən çoxmərtəbəli və çoxmənzilli yaşayış evinin tikintisini həyata keçirməsi nəzərdə tutulmuşdur. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixli 6 nömrəli müqaviləyə və xx.xx.2018-ci il tarixində həmin müqaviləyə əlavə edilmişdir. Əlavəyə əsasən yeni tikilən 35 saylı evin 1-ci bloku, 3-cü mərtəbəsi, 9 saylı 2 otaqlı mənzilin cavabdehə verilməsi nəzərdə tutulmuşdur. Müqavilənin 1-ci bəndinə əsasən Cavabdeh yaşadığı iki otaqlı, ümumi sahəsi 60.93 kv.metr-dən ibarət mənzilinin əvəzinə yeni tikiləcək binada 2 otaqlı, lakin mənzilin ümumi ölçüsünün 15% əlavə edilməklə 80 kv.metr mənzillə təmin edilməsini öz üzərinə götürmüşdür. Lakin hazırda müəyyən edilmişdir ki, müqavilədə texniki hesablamalar səhv aparılmış və Cavabdeh Mövlüd oğluna verilməli mənzilin ümumi kvadratı səhv hesablanmış və cavabdehə ümumilikdə 80 kv.metr mənzil sahəsinin verilməsi göstərilmişdir. Halbuki, hazırda aparılmış hesablamalara görə müəssisə tərəfindən Cavabdeh Mövlüd oğlunun mülkiyyətində olan 60.93 kv.metr mənzil sahəsinin 15% artığı 9,1395 kv.metr təşkil edir. (60,93 kv.metr x 15% = 9,135 kv.metr). Deməli 60,93 kv.metr + 9,135 kv.metr = 70,0695 kv.metr mənzil sahəsi Cavabdeh verilməli olduğu halda, faktiki olaraq cavbdehə verilən mənzil sahəsi 80 kv.metr olmuşdur. Bu isə ona dəlalət edir ki, cavabdeh Nadirova 10 kv.metr mənzil sahəsi artıq verilmişdir. Müəssisə Cavabdeh verilmiş artıq mənzil sahəsinə görə vergilər ödəmişdir. Cavabdehlə bağlanmış müqavilədə ona verilməli yeni mənzil sahəsinin texniki səhv nəticəsində çox hesablanması ilə əlaqədar cavabdehə artıq mənzil sahəsinin ödənilməsi təklif olunmuş, lakin cavabdeh ona artıq hesablanmış mənzil sahəsinin ödənilməsi barədə təkliflə münasibət bildirməmişdir. Cavabdehə verilmiş artıq mənzil sahəsi müəssisənin ziyana düşməsi ilə nəticələndiyindən, cavabdeh ona verilmiş artıq mənzil sahəsinin dəyərini ödəməlidir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, məhkəmədən iddia ərizəsinin xahiş hissəsinin 2-ci bəndində dəqiqləşdirmə etməklə, Cavabdeh tərəfindən ona əlavə verilmiş 10 kv.m mənzil sahəsinin hər kvadrat metrinə görə 1000 manat olmaqla cəmi 10000 manat alınaraq, "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X5 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh və onun nümyəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddiaya etiraz edərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin ******* saylı xx.xx.2021-ci il tarixli arayışından görünür ki, X10, X3, X6, X7, X1, X14, X12 və X8 Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, 35 saylı evin 6 saylı mənzilində qeydiyyatdadırlar. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 857/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh "xxxx" MMC-yə qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qərardan həçinin görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-cı il tarixli, 10/1175 nömrəli ekspert rəyindən görünür ki, ünvan 2 ünvanında "xxxx" MMC tərəfindən inşa olunmuş yaşayış binasında yerləşən Cavabdeh məxsus mənzil üzrə tədqiqat aparılmışdır. Baxış zamanı əldə edilən ölçü işlərinə əsasən aparılmış hesablamalar nəticəsində tədqiq olunan mənzilin ümumi sahəsi cəmi 88,09 kv.metrdir. Qeyd olunmuşdur ki, Cavabdeh məxsus mənzildə təmin işləri aparılaraq, yaşayış otaqlarının divarlarına şpaklyovka çəkilmiş, sanitar qovşağının divarlarına kafel vurulduğu müəyyən edilmişdir. Mənzildə aparılmış təmir işləri zamanı divarlara vurulmuş suvağ, şpaklyovka və kafel sementinin qalınlığı mənzilin sahəsini azalmasına səbəb olduğu müəyyən edilmişdir. Baxış zamanı əldə edilən ölçü işlərinə əsasən aparılmış hesablamalar nəticəsində tədqiq olunan Cavabdeh məxsus mənzillə eynilik təşkil edən mənzilin ümumi sahəsi, eləcədə tikililərinin cəmi sahələri 93,02 kv.metrdir. Aparılmış tədqiqat nəticəsində "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli 6 saylı müqaviləyə əsasən ünvan 3 ünvanında inşa edilən yeni binada Cavabdeh Müvlud oğluna verilmiş mənzilin ümumi sahəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-nın tələbləri nəzərə alınmaqla 88,09 kv.m təşkil edir. Qeyd olunur ki, iddiaçıya məxsus mənzildə təmir işləri aparılaraq, yaşayış otaqlarının divarlarına şpaklyovka çəkilmiş, sanitar qovşağının divarlarına kafel vurulduğu müəyyən edilmişdir. Mənzildə aparılmış təmin işləri zamanı divarlara vurulmuş suvağ, şpaklyovka və kafel sementinin qalınlığı mənzil sahəsinin azalmasına səbəb olmuşdur. Bundan başqa "xxxx" MMC tərəfindən inşa edilmiş binada iddiaçıya verilmiş mənzil ilə eynilik təşkil edən digər təmirsiz mənzilə baxış keçirilərək, ölçü işləri aparılmışdır. Tədqiq olunan iddiaçıya məxsus mənzil ilə eynilik təşkil edən mənzilin ümumi sahəsi Azərbaycan Respublikası Şəhərsalma və tikinti Məcəlləsinin 59.2, 59-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-nın tələbləri nəzərə alınmaqla 93.02 kv.metr təşkil edir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9543/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-857/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan İddiaçı MMC ilə mülkiyyətçi Cavabdeh arasında bağlanmış 6 nömrəli xx.xx.2017-ci il tarixli müqavilədən görünür ki, MMC qəzalı vəziyyətdə olan ünvan 3 ünvanda yerləşən 2 mərtəbəli, 8 mənzilli yaşayış binasında mülkiyyətçinin mülkiyyətində olan 60,63 kv.metrdən ibarət olan mənzilin Dövlət Reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə əlavə 15% əlavə etməklə tikiləcək binanın 1-ci blokunda 80 kv.metrdən ibarət 3-cü mərtəbədə 9 saylı mənzili mülkiyyətçinin sərəncamına verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan olan İddiaçı MMC ilə mülkiyyətçi Cavabdeh arasında bağlanmış 6 nömrəli xx.xx.2017-ci il tarixli müqaviləyə xx.xx.2018-ci il tarixli əlavənin surətindən görünür ki, ünvan 3 ünvanda yerləşən 2 mərtəbəli, 8 mənzilli yaşayış binasında mülkiyyətçinin mülkiyyətində olan 60,63 kv.metrdən ibarət olan mənzilin ümumi sahəsinə 15% əlavə edilməklə, 80 kv.metr əvəzində sahəsi 92,9 kv.metr olan mənzil götürmüş və 12,9 kv.metr sahə üçün 7000 manat pul ödəyir. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqaviləyə əsasən, İddiaçı MMC tərəfindən qəzalı vəziyyətdə olan ünvan 3 ünvanında yerləşən 2 mərtəbəli 8 mənzilli yaşayış binası söküldükdən sonra, həmin binada 60,63 kv.metr sahəsi olan mənzilin mülkiyyətçisi Cavabdeh yeni tikiləcək binada əvvəlki mənzilinin ümumi sahəsi olan 60,63 kv.metrə 15% əlavə edilməklə yeni mənzil təhvil verilməlidir. Tərəflər arasında bağlanmış müqavilədə və ona əlavədə yeni mənzilin 15% əlavəsi ilə sahəsi 80 kv.metr olaraq göstərilmişdir. İddiaçıya sonradan məlum olmuşdur ki, mülkiyyətçiyə təhvil verilməli yeni mənzilin sahəsi müqavilədə və onun əlavəsində səhv hesablama aparılaraq, 70,0695 kv.metr əvəzinə 80 kv.metr olaraq göstərilmişdir. İddiaçı hazırda cavabdehlə aralarında bağlanmış müqavilədə və ona əlavədə dəyişiklik edilərək, təhvil verilməli olan mənzilin sahəsinin 70,0695 kv.metr göstərilməsini və cavabdehə artıq təhvil verilmiş 10 kv.metr mənzilin sahəsinin əvəzinin ona ödənilməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddiaçının tələbləri qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 422.1-ci maddəsinə əsasən, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Qeyd edilən Məcəllənin 422.2-ci maddəsinə əsasən, əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər. Göstərilən Məcəllənin 422.4-cü maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsinə müqavilənin ləğvinin ictimai mənafelərə zidd olduğu və ya tərəflərə müqavilənin məhkəmə tərəfindən dəyişdirilmiş şərtlərlə icrası üçün zəruri məsrəflərdən xeyli çox olan zərər vuracağı müstəsna hallarda məhkəmənin qərarı ilə yol verilir. Yenə həmin Məcəllənin 424.3-cü və 424.5-ci maddələrinə əsasən, müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sadalanan qanunvericilik normalarına əsasən, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilədə və müqaviləyə əlavədə təhvil verilməli mənzilin sahəsinin səhv yazılması nəticəsində, iddiaçının müqavilənin əsasında durmuş təsəvvürləri yalnış çıxmışdır. Bununla da, şərait əhəmiyyətli dərəcədə dəyişmiş və iddiaçıya maddi ziyan dəymişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 6 nömrəli müqavilənin “Müqavilənin predmeti” hissəsinin ilk abzasında və həmin müqaviləyə dair xx.xx.2018-ci il tarixli əlavənin ilk abzasında təhvil verilməli mənzilin 80 kv.metr olmasına dair hissələrində dəyişiklik edilərək, təhvil verilməli olan mənzilin sahəsi 69,72 kv.metr (60,63+ (60,63x15/100)) olaraq göstərilməli və əlavə olaraq təhvil verilmiş 10 kv.metr sahə üçün ödənilməli olan 5426,35 manat (xx.xx.2018-ci il tarixli müqaviləyə əlavədə 12,9 kv.metr sahə üçün 7000 manat ödənilirsə, o zaman hər kvadrat metr üçün cəmi 542,63 manat ödənilməli və 10 kv.metr üçün həmin məbləğ 5426,35 manat etməlidir) məbləğində pul vəsaiti Cavabdeh tutularaq, İddiaçı MMC-nə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 6 nömrəli müqavilənin “Müqavilənin predmeti” hissəsinin ilk abzasında və həmin müqaviləyə dair xx.xx.2018-ci il tarixli əlavənin ilk abzasında təhvil verilməli mənzilin 80 kv.metr olmasına dair hissələrində dəyişiklik edilərək, mənzilin sahəsinin 69,72 kv.metr olması müəyyən edilsin. Cavabdeh 5426,35 (beş min dörd yüz iyirmi altı manat otuz beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli
Məhkəmə qərarları › İş №2(011)-439/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-439/2022
18.01.2022 · Müqavilələrin dəyişdirilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver