Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4427/2022 27.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı – ünvan 1 ünvanı üzrə **********50150 nömrəli abonent kodu üzrə hesablanmış 145,69 manat borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh "xxxx" ASC-yə Xətai rayon bölməsinin əməkdaşı, elektrik enerjisindən istifadə qaydalarına uyğun olaraq aprel ayının 2-də elektrik sayğacında sərf edilmiş elektrik enerjisinin hesabatını məişət abonentinə təqdim etmək üçün sayğacı oxumaq istərkən, sayğacın yararsız olduğunu aşkar etmişdir. xx.xx.2022-ci il tarixində "xxxx" ASC satışa nəzarət idarəsinin əməkdaşları tərəfindən sayğaca baxış keçirilmiş, proqram təminatının pozulduğu, ekranın oxunmadığı, həmçinin impuls led lampasnın döyünmədiyi və sayğacın dövrədən keçən yükü qeyd etmədiyi əsas götürülərək NDM 028493 nömrəli akt tərtib edilmişdir. Saygac quraşdırma və uçota nəzarət idarəsinin əməkdaşları tərəfindən akta əsasən xx.xx.2022-ci il tarixində sayğac yenisi ilə əvəz olunmuş və 102626 nömrəli protokol tərtib olunmuşdur. Elektrik enerjisindən istifadə qaydalarının müvafiq maddələrinin tələblərini pozaraq iddiaçını yuxarıda qeyd etdiyi akt və protokol tərtibatında məlumatlandırmayıblar, iştirakini təmin etməyiblər. xx.xx.2022 tarixində sms vasitəsilə iddiaçının 2,72 azn borcu olduğu qeyd edilib. İddiaçı xx.xx.2022 tarixində borcunu ödəmşdir. Həmin tarixdə sonradan yenədə Elektrik enerjisindən istifadə qaydalarinin kobud şəkildə pozaraq 145,69 azn borcu olduğunu qeyd etmişlər. "xxxx" ASC-nin əməkdaşları Azərbaycan Respublikası Nazirlər kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş 'Elektrik enerjisindən istifadə qaydalari"nın müvafiq maddələrini kobud şəkildə pozmuşlar. Qanuna uyğun olaraq iddiaçı "xxxx" ASC-nin Xətai rayon şöbəsinə, "xxxx" ASC -nə və Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin bakı filialına yazılı müraciət etmişdir. "xxxx" ASC-nin iddiaçıya ünvanladigi cavab məktubunda, saygacin fərdi yaşayış evinə məxsus olduğunu və buna uyğun olaraq 1270 kv/s əlavə elektrik enerjisinin sərfiyyatının hesablandıgini qeyd edir.( Halbuki iddiaçı məişət abonentidir və fərdi yaşayış evində yox, yaşayış binasinin 8 ci mərtəbəsində 2 otaqlı mənzildə yaşayır. "xxxx" ASC- nin iddiaçıya ünvanladığı cavab məktubundan məlum olurki, "xxxx" ASC-nin əməkdaşlarının müəyyən hissəsinin Azərbaycan Respublikasının qanunlarından və Azərbaycan Respublikası Nazirlər kabinetinin təsdiq etdiyi qaydalardan xəbərləri yoxdur. Yuxarıda qeyd etdiyi "xxxx" ASC-nin və agentliyin göndərdikləri məktubların bir nüsxəsini təqdim edir. Azərbaycan Respublikasının Energetika nazirliyi X2 Agentliyi Bakı fılialinin iddiaçıya ünvanladığı cavab məktubunda "xxxx" ASC-nin əməkdaşlarının qanuna zidd hərəkətləri qanunauyğun qərar çıxarmadıqlari aydin qeyd edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 iddia etiraz edərək iddianın rədd edilməsini xahiş etmişdir. O məhkəmə iclasında verdiyi izahatında bildimişdir ki, iddiaçı hal-hazırda həmin ünvanda yaşasa da "xxxx" ASC ilə abonent müqaviləsi iddiaçı ilə deyil, X4 ilə bağlanmışdır. Ona görə də İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yoxdur. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 028493 nömrəli aktın surətindən görünür ki, sayğaca baxış keçirilən zaman məlum olmuşdur ki, abonentə məxsus elektrik sayğacının proqram təminatı pozulub, sayğac işləmir, ekran tablosu oxunmur, impuls led lampası döyünmür, sayğav dövrəsindən keçən yükü qeyd etmir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli məktubuna əsasən **********50140 nömrəli kod üzrə elektrik enerji hesabatı haqqında Abunə vərəqi təhlil olunarkən məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixində Satışa Nəzarət İdarəsinin əməkdaşları tərəfindən «Elektrik enerjisindən istifadə Qaydaları»na riayət olunmasının vəziyyəti yoxlanılarkən, fərdi yaşayış evinə məxsus elektrik hesabat təminatının pozulması (sayğac işləmir, ekran tablosu oxunmur, impuls led lampası döyünmür, sayğac dövrədən keçən yükü qeyd etmir) faktı aşkarlanaraq NDM 028493 nömrəli akt tərtib edilmiş. 1270 kVt.s (145,69 manat) dəyərində ödəniş sənədi hazırlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Energita Nazirliyi Enerji Məsələlərinin Tənzimləmə Agentliyi Bakı Filialının xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, NDM 028493 nömrəli akta əsasən yazılmış 1270 kVts elektrik enerjisi sərfiyyatının hesabatına “Elektrik enerjisindən istifadə Qaydalarının 8.16-cı bəndinin tələbinə əsasən yenidən baxılması, 086123 nömrəli aktın və cnun icrası ilə əlaqədar digər müvafiq sənədlərin nüsxəsinin Agentliyin Bakı filialına təqdim edilməsi üçün göndərilmiş məktublara cavab olaraq "xxxx" ASC-nin məktubunda ödəniş sənədi hazırlanarkən Qaydaların .tələblərinə riayət olunduğu qeyd edilmiş, 086123 nömrə aktın saxlanma müddəti müddəti bitdiyi üçün isə onunla bağlı sənədlərin təqdim oluna bilinməyəcəyi göstərilmişdir. Lakin cavab məktublarının təhlili zamanı "xxxx" ASC tərəfindən müraciətə mahiyyəti üzrə baxılmadığı məlum olmuşdur. Belə ki, hesabatın düzgün aparıldığı qeyd edilsə də. Qaydaların hansı bəndinə uyğun olaraq aparılması barədə məlumat verilməmişdir. İş materiallarında olan sms-bildirişdən görünür ki, xx.xx.2022-ci il tarixdə "xxxx" xidməti üzrə borc 2,72 manat təşkil edir. Məhkəmə iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etməkdə subyektiv hüququnun olub-olmaması barədə məsələyə hüquqi qiymət verərək, belə hesab edir ki, "xxxx" ASC ilə abonent müqaviləsi iddiaçı ilə deyil, X4 ilə bağlansa da xx.xx.2022-ci il tarixli, NDM 028493 nömrəli akt üzrə hesablanmış 145,69 manat məbləğində borc İddiaçı tələb edilir. Eyni zamanda həmin borc ödənilənə qədər İddiaçı ilə yeni abonent müqaviləsi bağlanmağa icazə verilmir. Bu hal isə İddiaçı istehlakçı kimi hüquqlarını pozur. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.13-cü hissəsinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. Məişət abonentləri ilə hesablaşmalarda elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) nəzərə alınmır və ona görə ödəniş tutulmur. Həmin Qaydaların 7.17-ci hissəsinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qaydaların 8.16-ci bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Yuxarıda istinad edilən normativ hüquqi aktın tələblərini nəzərə alaraq və mülki işin faktiki hallarını təhlik edərək məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilərək Cavabdeh ASC tərəfindən ünvan 1 ünvanı üzrə istehlak edilmiş elektrik enerjisinin ucotu bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfi nəzərə alınmaqla, hesablanmış 142,69 manat məbləğində borc silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 1000 manatadək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsində ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia qismən təmin edilsin. "xxxx" ASC tərəfindən ünvan 1 ünvanı üzrə (abonent kodu **********50150) elektrik enerjisinin istehlakına görə İddiaçı hesablanmış 142,69 (bir yüz qırx iki manat, altmış doqquz qəpik) manat məbləğində borc silinsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu "xxxx" ASC-dən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-4427/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4427/2022
27.07.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver