Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4429/2023 04.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Cavabdeh İB Bakı X7 Departamenti ilə aralarında bağlanmış 08 mart 2013-cü il tarixli AKT N 684765 saylı “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən hüquq və vəzifələri müəyyən edilmişdir. Həmin tarixdən hazıradək iddiaçının mənzilində qazdan smart kartla istifadə olunur. Azərbaycan Respublikası Cavabdeh Bakı X7 Departamentinin 10 may 2023-cü il tarixli 14-2-2/2-Ə-9xx-xx/2023-1232 nömrəli aktında göstərilmişdir ki, əvəzlənən qaz sayğacına vizual baxış zamanı müdaxilə halı aşkarlanmışdır və sayğacın elektron və mexanizmləri göstəriciləri arasında fərq var. Əlavə olaraq “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktda qeyd edilmişdir ki, guya akta əsasən 8640.0 m3 (1036,80 manat) itirilmiş təbii qazın həcmi müəyyənləşdirilmişdir. Bu səbəbdən hesablamada 192.32 manat borc yaranmışdır və ümumilikdə borc 1229.12 manatdır və iddiaçı tərəfindən ödənilməlidir. “X4 Bakı X7 Depatamentinin” 10 may 2023-cü il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” qərarı qanunvericiliyin tələblərinə zidd və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, xx.xx.2023-cü il tarixli ******* nömrəli “Qaz sayğacının çıxarılması quraşdırılması və istismara qəbulu haqqında” aktla “əvəz olunan qaz sayğacına vizual baxış zamanı müdaxilə halı aşkarlanmışdır” rəyi verilməsini sayğacın plombunun qırılması, üzərində zədə, əzilmə, deşilmə və digər təsirin aşkar olunması qeyd edilməmişdir ki, bu da sayğacdakı qüsur kənar təsir nəicəsində yox, daxilindəki nasazlığın yaranmasının göstəricisidir. İddiaçı da onu da qeyd etmişdir ki, sayğacda olan qüsurun müəyyən edilməsində və hər iki aktın tərtib olunmasında iştirakı təmin olunmamış və bu barədə cavabdehin akt üzrə nəticəsi ilə də razılaşmaq olmaz. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh İB Bakı X7 Departamentinin “Təbii qazın istifadə qaydalarının pozulması haqqında” 10 may 2023-cü il tarixində 14-2- 2/2-Ə-42/2023-1232 nömrəli aktın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh İB tərəfindən ona borc olaraq yazılmış 1036,80 manat məbləğində vəsaitin silinməsi və onun tərəfindən ödənilmiş 192.32 manatın geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası barədə Cavabdeh İB-yə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hazırki məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən verilən abonentin saldosundan görünür ki, X3 2023-cü ilin sentyabr ayı üçün borcu 1036.80 manat təşkil edir. İş materiallarında olan Cavabdeh İB tərəfindən verilən, X5 məxsus hesabdan çıxarışdan görünür ki, borca görə tutulma olmamışdır. İş materiallarında olan Cavabdeh İB Bakı X7 Departamenti tərəfindən xx.xx.2023-cü il tarixdə təhvil alınmış İddiaçı şikayət ərizəsindən görünür ki, o, xx.xx.2023-cü il tarixdə də ərizə ilə Cavabdeh İB-yə şikayət etmişdir. Cavabdeh İB-nin əməkdaşları onun sayğacına baxış keçirmiş və ona bildirmişlər ki, sayğacda problem var, elektron sahəsi işləmir, sayğacın istismar vaxtı bitmişdir. Sayğac dəyişilmişdir. Bu hadisə xx.xx.2023-cü ildə olmuş, lakin gələn olmamışdır. Qaynar xəttə məlumat verdikdən sonra, xx.xx.2023-cü ildə sayğacı dəyişmişlər və üstündəki göstərici AKT N6970073 yazılmış, 6-cı punktda iqraza 453.00 qeyd etmişlər. İş materiallarında olan Binəqədi rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 549783 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 07 iyun 2012-ci il tarixdə vəfat etmişdir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na (bundan sonra - Qaydalar) müvafiq olaraq qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli, istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir (3.1.7). Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5.5, 5.6). Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə qaz paylayıcısı bu Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə qazın verilməsini dayandıra bilər (6.1.4). Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırlması və dəyişdirlməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə görə İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.”. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay paylayıcı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Bu maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Beləliklə, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, Cavabdeh İB iddiaçının yaşadığı mənzilə dair hesablanmış 1036.80 manat borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin edilməli, iddiaçının yaşadığı mənzilə dair hesablanmış 1036.80 manat məbləğində borc silinməlidir. Məhkəmə iddia tələbinin borc üzrə tutulmuş 192.32 manat məbləğində pul vəsaitinin geri qaytarılması hissəsini araşdıraraq hesab edir ki, məhkəməyə təqdim edilmiş sənədlərdən iddiaçı tərəfindən ödənilmiş borca görə 192.32 manat pul vəsaitinin tutulması müəyyən edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na əsasən qaz istehlakçıları ilə bağlanmalı olan müqavilənin forması və məzmunu dəyişdirilsə də, cavabdeh təşkilat həmin qaydaların tələbinə riayət etməmiş, X1 07 iyun 2012-ci il tarixdə vəfat etdiyi, evdə faktiki qaz istehlakçısı İddiaçı olduğu halda müqavilənin dəyişdirilməsini təmin etməmişdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. ünvan 1 ünvanına aid qaz sərfinə görə istehlakçı İddiaçı (Abonent kodu: **********00000) hesablanmış 1036.80 manat borc məbləğini silmək vəzifəsi Cavabdehnə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-4429/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4429/2023
04.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver