Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-443/2020 15.09.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İlyasova Nigar Mürşüd qızının katibliyi İddiaçının nümayəndəsi və vəkili X18, Cavabdeh nümayəndəsi Cəfərova Könül Eldar qızının iştirakı ilə İddiaçı MTK-nın Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Cavabdeh ilə İddiaçı MTK arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxxxxx” MTK ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixli müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən Bakı Şəhər İcra Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli Sərancamına əsasən İddiaçı MTK tərəfindən Bakı şəhəri, Xətai rayon, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli binanın A1 blokunun 10-cu mərtəbəsində yerləşən və ümumi sahəsi 82,7 kv.m təşkil edən yaşayış sahəsinin “Kooperativ” "Payçı”sı kimi cavabdehə (sahəsini tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qaydada ilə ödədikdən sonra) verilməsi, “Payçı” yəni cavabdeh isə həmin yaşayış sahəsinin qəbul etməyi öz öhdəsinə götürmüşdür. Həmçinin qeyd olunan yaşayış sahəsinin də daxil olduğu, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli binanın A1 blokunun yaşayış sahələrinin, 10, 11, 12-ci mərtəbələrindən ümumilikdə 880 kv.m yaşayış sahəsi ilə bağlı X33 ilə də müqavilə imzalanmışdır. Qeyd olunan uyğnsuzluqla bağlı, İddiaçı MTK-nın direktoru Hikmət Yıgitdöl barəsində Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanılmışdır. Həmçinin X19 ilə İddiaçı MTK arasında Bakı şəhəri, Xətai rayon, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli binanın A1 blokunun yaşayış sahələrinin, 10, 11, 12-ci mərtəbələrindən ümumilikdə 880 kv.m yaşayış sahələri ilə bağlı olan xx.xx.2007-ci il tarixdə bağlanılmış müqavilənin etibarsız sayılması ilə bağlı, məhkəmə mübahisləri başlanılmışdır. Belə ki, həmin dövrdə, cinayət işinin istintaqının gedişatı zamanı Cavabdeh çox narahat olduğu üçün, MTK ilə onun arasında belə bir razılığa gəlinmişdir ki, onunla MTK arasnda olan xx.xx.2016-cı il tarixli müqavilə üzrə olan, Bakı şəhəri, Xətai rayon, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli binanın A1 blokunun 10-cu mərtəbəsində yerləşən və ümumi sahəsi 82,7 kv.m təşkil edən yaşayış sahəsinə hüquqları itirildiyi təsdiq olunduğu təqdirdə ona həmin ünvanda yerləşən A1 blokunun 18-ci mərtəbəsində, 123,4 kv.m yaşayış sahəsi veriləcəkdir. Həmçinin, cavabdehi əmin etmək üçün, onunla xx.xx.2017-ci il tarixli müqavilə ımzalanmşdır. Həmin müqaviləyə əsasən, Bakı şəhəri, Xətai rayon, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli binanın A1 blokunun 18-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 123,4 kv.m təşkil edən yaşayış sahəsi cavabdehə satılmışdır. Həmin müqavilə bağlanarkən cavabdeh və onun tərəfindən təqdim olunmuş hüquqşünas və MTK-nın bir neçə işçisi orada iştirak etmişdir. Hal-hazırda X33 İddiaçı MTK ilə onun arasında olan xx.xx.2007-ci il tarixdə bağlanılmış müqavilənin icrasından imtina etmişdir. Həmçinin Axundov Eİdəniz Ağəli oğlu qeyd olunan müqavilə üzrə olan, Bakı şəhəri, Xətai rayon, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli binanın A1 blokunun yaşayış sahələrinin, 10, 11, 12-ci mərtəbələrindən ümumilikdə 880 kv.m yaşayış sahəsinin, cavabdehə verilmiş, Bakı şəhəri, Xətai rayon, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli binanın A1 blokunun 10-cu mərtəbəsində yerləşən və ümumi sahəsi 82,7 kv.m təşkil edən yaşayış sahəsindən də imtina etmişdir. Bu barədə, tərəflərin iştirakı ilə birgə fəaliyyət haqqında müqavilə imzalanmışdır. Lakin buna baxmayaraq, cavabdeh aralarında olan razılaşmanı pozaraq, aralarında bağlanmış xx.xx.2017-ci il tarixli, Bakı şəhəri, Xətai rayon, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli binanın A1 blokunun 18-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 123,4 kv.m təşkil edən yaşayış sahəsi ilə bağlı müqaviləni iddiaçıya qaytarmır və həmin mənzilin də ona aid olduğunu bildirir. İddiaçı ilə Cavabdeh arasında olan, Bakı şəhəri, Xətai rayon, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli binanın A1 blokunun 18-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 123,4 kv.m təşkil edən yaşayış sahəsi ilə bağlı, xx.xx.2017-cı il tarixli müqavilə əslində yuxarıda qeyd olunan məqsəd üçün bağlanmış müqavilədir. Həmin müqavilə üzrə Cavabdeh heç bir məbləği MTK-ya ödəməmişdir. Hesab edir ki, sözügedən müqavilə qanunvericiliyin tələblərinə zidd olaraq bağlanıldığından, bağlandığı andan etibarən etibarsız əqd hesab olunmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi Cəfərova Könül Eldar qızı məhkəmə iclasında iddianı qəbul etmədiyini bildirərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MTK (Kooperativ) ilə Cavabdeh (payçı) arasında bağlanmış xx.xx.2016-cı il tarixli Müqavilənin surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli Sərəncamına əsasən İddiaçı MTK Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli bina MTK üzvlərinin (payçıların) vəsaiti və imkanları hesabına tikilir; Buna əsasən Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin A1 blokunun 10-cu mərtəbəsində yerləşən və ümumi sahəsi 82,7 kv.m təşkil edən yaşayış sahəsini “Kooperativ” “Payçı”ya (sahəsini tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, “Payçı” isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürürlər. Müqavilənin 3.1-ci bəndinə əsasən təhvil veriləcək mənzilin ümumi sahənin ölçüsü 82,7 kv.m təşkil edir, bu sahənin ümumi dəyəri 81000 AZN məbləğində müəyyən edilir və hər 1 kv.metrinə 979,44 AZN. İş materiallarında olan İddiaçı MTK (Kooperativ) ilə Cavabdeh (payçı) arasında bağlanmış xx.xx.2017-ci il tarixli Müqaviləsinə əsasən, Bakı şəhər İcra Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli Sərəncamına əsasən İddiaçı MTK Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli bina MTK üzvlərinin (payçıların) vəsaiti və imkanları hesabına tikilir; Buna əsasən Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin A1 blokunun 18-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 123,4 kv.m təşkil edən yaşayış sahəsini “Kooperativ” “Payçı”ya (sahəsini tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, “Payçı” isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürürlər. Müqavilənin 3.1-ci bəndinə əsasən təhvil veriləcək mənzilin ümumi sahənin ölçüsü 123,4 kv.m təşkil edir, bu sahənin ümumi dəyəri 109000 AZN məbləğində müəyyən edilir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli Maliyyə arayışının surətinə əsasən Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən yaşayış binasındakı ev Cavabdeh A1 blokunun 18-ci mərtəbəsində yerləşən ümumi sahəsi 123,4 kv.m olan 70 saylı yaşayış sahəsi üçün 109000 AZN ödəmişdir. İş materiallarında olan AR Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdərisinin xx.xx.2020-ci il tarixli arayışına əsasən, xx xxxxx 2018-ci il tarixdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində X9, X25 və qeyrilərinin İddiaçı MTKnın vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə müraciətləri əsasında toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.1 və 313-cü maddələri ilə ********* №-li cinayət işi başlanaraq istintaqı davam etdirilmişdir. xx xxxx 2019-cu il tarixdə İddiaçı MTK-nin sədri Yiğitdöl Hikmet Süleyman oğlu Azərbaycan Respublikası CM-nin 29, 178.3.2, 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin tarixdə qeyd olunan maddələrlə ittiham elan edilmiş və cinayət işinin istintaqı yekunlaşdırılaraq xx.xx.2019-cu il tarixdə aidiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilmişdir. xx xxxx 2019-cu il tarixdə ********* №-li cinayət işindən fakta görə Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.2 və 313-cü maddələri ilə ********* №-li ayrıca cinayət işi ayrılmış, xx.xx.2019-cu il tarixdə isə Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən qeyd olunan cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işinin istintaqı zamanı müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2016-cı il tarixdə X40 81.000 manat məbləğində pul ödəməklə Bakı şəhəri, Xətai rayonu 1181-ci məhəllə, 32 saylı ünvanda yerləşən A1 blokunun 10-cu mərtəbəsində yerləşən 82,7 kv.m sahəsi olan mənzili satın almış, lakin Cavabdeh həmin mənzilin məhkəmə qərarı əsasında X12 məxsus olduğunu öyrəndikdən sonra Qabil Əliyevdən yeni mənzil tələb etdiyi üçün sonuncu girov məqsədi ilə xx.xx.2017-ci il tarixdə A1 blokunun 18ci mərtəbəsində yerləşən 123,4 kv.m sahəsi olan mənzili adına rəsmiləşdirmiş, Cavabdeh qeyd olunan mənzilə görə hər hansı bir ödəniş etməmişdir. X44 ilə Qabil Əliyev arasında olan mülki mübahisə həll olunduğu üçün xx.xx.2016-cı il tarixli müqavilə ilə Cavabdeh satılmış mənzil sonuncuya qaytarılmış, lakin Cavabdeh xx.xx.2017-ci il tarixli müqavilə üzrə girov kimi adına rəsmiləşdirilmiş mənzili qaytarmaqdan əsassız və qanunsuz olaraq imtina etmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli AR Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərarına əsasən ********* nömrəli cinayət işi üzrə Cavabdeh zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan AR Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdərisinin İstintaq İdarəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə xx.xx.2018ci il tarixli Zərər çəkmiş şəxsin dindirilməsi protokoluna əsasən zərər çəkmiş şəxs Cavabdeh istintaqa verdiyi ifadəsində bildirmişdir ki, o, 2016-cı ilin yay aylarında mənzil almaq məqsədilə. “xxxxxxx” MTK-nın Xətai rayonu, Xocalı prospekti 32 ünvanında tiktiyi, tamamlanmaq işləri aparılan binadan ev almaq məqsədilə orada özünü MTK-nın rəhbəri kimi tanıtmış Qabil adlı şəxslə görüşərək 10-cu mərtəbədə 82,7 kv.metr olan mənzili almaq barədə razılığa gəlmiş, xx.xx.2016-cı il tarixdə həmin ünvana gedib binanın ofisində 81.000 manat pulu Qabilə verib 10-cu mərtəbədə yerləşən 82,7 kv.metr sahəsi olan mənzili almışdır, Qabil həmin mənzili adına sənədləşdirmişdir, payçı qrafasında imza etmişdir. Bundan sonra, o həmin binada yaşaya-yaşaya başqa bir mənzil almaq qərarına gəlmiş, 2017-ci ilin aprel ayının ortalarında binanın ofisində Qabilin yanına getmiş, ona mənzil almaq istədiyini bildirmiş, Qabil ona A1 blokunun 18-ci mərtəbəsində 123,4 kv.metr sahəsi olan mənzilin satılıq olmasını bildirmiş, bundan sonra xx.xx.2017-ci il tarixdə ofisə gedib 109.000 manat pulu Qabilə verib 18-ci mərtəbədə yerləşən 123,4 kv.metr sahəsi olan mənzili almışdır, həmin mənzili təmir etdirmişdir. xx.xx.2016-cı il tarixli və xx.xx.2017ci il tarixli müqavilələrdə payçı qrafasında imza ona, sədr qrafasında olan imza isə Qabilə məxsusdur. İş materiallarında olan AR Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə xx.xx.2018ci il tarixli Şahidin dindirilməsi protokoluna əsasən şahid X33 bildirmişdir ki, İddiaçı MTKnın sədri Hikmət Yiğitdöl ilə aralarındakı razılığa əsasən Eldəniz Axundov 4.000.000 ABŞ dolları verərək Ceyranbatan qəsəbəsində yerləşən 10 Ha torpaq sahəsini “xxxxxxx” MTKnın tikəcəyi bina üçün almış, onun əvəzində Xətai rayonu, Xocalı prospekti 32 ünvanında yerləşən hündürmərtəbəli binanın A1 blokunda 1-2-3-4-cü mərtəbələrdə yerləşən 860 kv.metr qeyri-yaşayış sahəsi və 10-11-12-ci mərtəbələrdə yerləşən 1770 kv.metr yaşayış sahəsini onun adına rəsmiləşdirmişlər. İş materiallarında olan İddiaçı MTK (Kooperativ) ilə X33 (payçı) arasında bağlanmış 24 nömrəli xx.xx.2007-ci il tarixli Müqavilənin surətinə əsasən, Bakı şəhər İcra Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli Sərəncamına əsasən İddiaçı MTK Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli bina MTK üzvlərinin (payçıların) vəsaiti və imkanları hesabına tikilir; Buna əsasən Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin A1 blokunun 10-11-12-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 1770 kv.m təşkil edən yaşayış sahəsini “Kooperativ” “Payçı”ya (sahəsini tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, “Payçı” isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürürlər. Müqavilənin 3.1-ci bəndinə əsasən təhvil veriləcək mənzilin ümumi sahənin ölçüsü 1770 kv.m təşkil edir, bu sahənin ümumi dəyəri 885000 AZN məbləğində müəyyən edilir. İş materiallarında olan İddiaçı MTK (Kooperativ) ilə X41 (payçı) arasında bağlanmış xx.xx.2013-cü il tarixli Müqavilənin surətinə əsasən, Bakı şəhər İcra Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli Sərəncamına əsasən İddiaçı MTK Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli bina MTK üzvlərinin (payçıların) vəsaiti və imkanları hesabına tikilir; Buna əsasən Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin A1 blokunun 18-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 123,4 kv.m təşkil edən, 19-cu mərtəbəsində yerləşən və ümumi sahəsi 123,4 kv.m təşkil edən yaşayış sahəsini (dubleks- 246,8 kv.m) “Kooperativ” “Payçı”ya (sahəsini tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, “Payçı” isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürürlər. Müqavilənin 3.1-ci bəndinə əsasən təhvil veriləcək mənzilin ümumi sahənin ölçüsü 246, kv.m təşkil edir, bu sahənin ümumi dəyəri 885000 AZN məbləğində müəyyən edilir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli Maliyyə arayışının surətinə əsasən Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən yaşayış binasındakı evlər X26 məxsusdur, bu binanın A1 girişi ümumi sahəsi 246,8 kv.m olan 18 və 19-cu mərtəbədə yerləşən yaşayış sahəsinin pay dəyəri 246800 AZN ödənilmişdir. İş materiallarında olan AR Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə xx.xx.2019cu il tarixli Şahidin dindirilməsi protokoluna əsasən şahid Rüstəmov Rövşən Möhübbət oğlu bildirmişdir ki, Cavabdeh təqribən iki il bundan əvvəl tanımışdır. Belə ki, onun Bakı şəhərində özünə məxsus “Baku Port” hüquq şirkəti olmuş, Solmazın qızı Könül də iki il bundan əvvəl həmin şirkətdə iki aylığına köməkçi kimi işləmişdir. Lakin sonradan alınmadığı üçün 3-4 ay bundan əvvəl həmin şirkəti bağlamışdır. Təqribən iki il bundan əvvəl Könül ona demişdir ki, “Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında İddiaçı MTK-nın tikilməkdə olan binasından anası Solmaz ev alıb, lakin məhkəmə icraçıları gəlib onları evdən çıxarmaq istəyirlər, onlar 10-cu mərtəbədəki evi Qabil müəllimdən almışdır, məhkəmə qərarı əsasında mənzilimiz Eldəniz adlı şəxsə verilibdir”. Hüquqi məsləhət vermək üçün o Könülə evin sənədlərini gətirməsini xahiş etmişdir, Könül və Solmaz da evin sənədlərini, eləcə də məhkəmə qərarının surətini ona gətirmişdir, o sənədlərə baxıb görmüşdür ki, məhkəmə qərarı çıxandan sonra mənzil Qabil tərəfindən Solmaza satılıb, məhkəmə qərarı ilə həmin mənzil Eldəniz adlı başqa bir şəxsə verilmişdir, lakin o həmin Eldəniz adlı şəxsi tanımır. Solmaz həmin mənzili 10-cu mərtəbədən almışdır, lakin neçəyə almasın xatırlamır. Bundan sonra, o Solmazın adından şikayət ərizəsi yazıb Solmazın özünə vermiş və izah etmişdir ki, şikayət ərizəsi ilə prokurorluğa müraciət etsinlər. Şikayətdən 3-4 gün sonra Qabil ofisə onun yanına gəlib şikayəti nəyə görə verdiklərini, mənzili Solmaza verəcəyini bildirdi, o da Qabilə demişdir ki, “get Solmazgillə özün razılaş, o onların vəkili deyil, sadəcə olaraq onların ərizəsini yazmışdır”. Bu söhbətdən sonra Qabil getdi, Qabil getdikdən təqribən 10-15 gün sonra Könül o demişdir ki, “Qabil müəllim işıqlarını kəsib”, o Könül və Solmaz ilə birlikdə binada Qabilin yanına getmiş, Qabil isə işığı borca görə kəsdiyini bildirmişdir, o isə Qabilə izah etmişdir ki, nahaq yerə Solmazgilin işığını kəsmişdir. Hesab etmişdir ki, Solmaz Qabildən şikayət etdiyi üçün Qabil onun işığını kəsmişdir. Qabil müəllim Solmazgilin işığını qoşdurdu. Bundan sonra, Qabil müəllimə Solmazgilin mənzili barədə soruşduqda Qabil ona dedi ki, “istəyirsiniz 18-ci mərtəbədən Solmazın adına daha çox sahəsi olan mənzili yazsın, mənzil girov kimi Solmazın adında qalsın, Solmazgilin öz mənzilini Eldənizdən alıb onlara qaytardıqdan sonra Solmaz mənzili qaytarıb ona geri verər”. Həmin vaxt razılaşmışlar ki, Qabil 18-ci mərtəbədən girov kimi Solmazın adına başqa bir mənzil yazsın, əgər Solmazın 10-cu mərtəbədəki mənzili Qabil tərəfindən Solmaza geri verilməsə 18-ci mərtəbədəki mənzil Solmaza qalacaqdı, razılaşmaları belə olduqdan sonra Qabil 18-ci mərtəbədə yerləşən ümumi sahəsi 123,4 kv.m olan mənzili Solmazın adına rəsmiləşdirdi. Həmin vaxt o müqaviləni oxuyub gördü ki, Qabil həmin mənzili girov məqsədi ilə Solmazın adına rəsmiləşdirmişdir, ona görə də Qabildən xahiş etdi ki, müqavilədəki girov sözünü çıxartsın, mənzili alqı-satqı kimi Solmazın adına rəsmiləşdirsin, Qabil də onunla razılaşdı və müqaviləni dəyişib mənzili alqı-satqı kimi Solmazın adına girov kimi rəsmiləşdirdi. Orada Qabil müəllim Solmaza dedi ki, “siz narahat olmayın, məhkəməni o həll edəcəm, mənzil sizindir”. Solmazın 10-cu mərtəbədəki mənzili Qabildən alma proseslərində iştirak etməmişdir, bu barədə onun heç bir məlumatı olmamışdır, lakin ikinci mənzil onun yanımda girov məqsədi ilə Solmazın adına rəsmiləşdirilmişdir, həmin ikinci mənzilə görə Solmaz pul ödəməmişdir. İş materiallarında olan AR Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdərisinin İstintaq İdarəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə xx.xx.2019cu il tarixli Şahidin dindirilməsi protokoluna əsasən şahid X49 bildirmişdir ki, sənədləri tərtib edən Tənzilə xanımdan xahiş etmişdir ki, girov məqsədi ilə Solmazın adına 18-ci mərtəbədə olan 123,4 kv.m sahəsi olan mənzili yazıb versin, Tənzilə xanım da həmin mənzili Solmazın adına rəsmiləşdirdi, müqavilədə də mənzilin girov məqsədi ilə yazılmasını qeyd etdi, sonra Solmazın vəkili Rövşən müqaviləni oxuyub gördü ki, 18-ci mərtəbədəki mənzil girov məqsədi ilə Solmazın adına yazılmışdır, Rövşən ondan xahiş etdi ki, müqavilədən girov sözünü çıxarıb mənzili alqı-satqı kimi Solmazın adına rəsmiləşdirsin. O da Tənzilə xanıma demişdir ki, mənzili alqı-satqı kimi Solmazın adına rəsmiləşdirsin, girov sözünü müqavilədən çıxarsın, ona görə də Tənzilə xanım yenidən, müqavilə yazıb mənzili alqı-satqı kimi Solmazın adına rəsmiləşdirdi. Həmin mənzilə görə Solmaz pul ödəməmişdir, həmin mənzil girov məqsədi ilə Solmazın adına yazılmışdır. İş materiallarında olan AR Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdərisinin İstintaq İdarəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə xx.xx.2019cu il tarixli Şahidin dindirilməsi protokoluna əsasən şahid X3 bildirmişdir ki, Solmaz xx.xx.2016-cı il tarixdə İddiaçı MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181 -ci məhəllədə tikilmiş binanın A1 girişinin 10-cu mərtəbəsində yerləşən 82,7 kv.m sahəsi olan mənzili Qabil Əliyevdən 81.000 manata almışdır, həmin mənzilin müqaviləsini də o tərtib etmişdir. Solmaz da həmin mənzili təmir edib orada yaşayırdı. Həmin mənzil məhkəmə qərarı ilə Eldəniz Axundova veriləndə 2017-ci ilin əvvəllərində icraçıllar gəlib Solmazı mənzildən çıxarmaq istədi, lakin Solmaz mənzildən çıxmadı, mənzildə yaşayış olduğu üçün icraçılar yaşayış olduğuna görə həmin mənzillə bağlı icranı dayandırdı. X63 müəllimdən başqa bir mənzil tələb etdi, Qabil müəllim də həmin mənzilə görə Eldəniz Axundovun pul ödəmədiyini bildirib mənzilin Solmaza məxsus olmasını bildirmişdir. Lakin Solmaz təkidlə ona başqa bir mənzil verməyini bildirəndə Qabil müəllim həmin mənzilin Solmaza məxsus olduğunu, Eldənizin pul ödəmədiyini bildirib ona girov məqsədi ilə 18-ci mərtəbədə boş olan mənzil verə biləcəyini, 10-cu mərtəbədə olan mənzil özünə qaytarıldığında girov məqsədi ilə adına yazılmış mənzili geri qaytarmasını bildirmişdir. Solmaz da Qabil müəllimlə razılaşmışdır. Bundan sonra, xx.xx.2017-ci il tarixdə Solmaz və yanında olan Rövşən adlı vəkili Qabil müəllim ilə birlikdə binanın ofisinə gəldilər. Həmin vaxt ofisdə iş icraçısı işləyən İmran Hüseynov, o və sakinlərdən İmani Həsən də olmuşdur. Qabil müəllim ona bildirdi ki, girov məqsədi ilə Solmazın adına 18-ci mərtəbədə olan 123,4 kv.m sahəsi olan mənzili yazıb versin, o da həmin mənzili Solmazın adına rəsmiləşdirmişdir, müqavilədə də mənzilin girov məqsədi ilə Solmazın adına yazılmasını qeyd etmişdir, sonra Solmazın vəkili Rövşən müqaviləni oxuyub gördü ki, 18-ci mərtəbədəki mənzil girov məqsədi ilə Solmazın adına yazılmışdır, Rövşən Qabil müəllimdən xahiş etdi ki, müqavilədən girov sözünü çıxarıb mənzili alqı-satqı kimi Solmazın adına rəsmiləşdirək, Qabil müəllim də ona mənzili alqı-satqı kimi Solmazın adına rəsmiləşdirməyini, girov sözünü müqavilədən çıxarmağını bildirdi, ona görə də, o yenidən müqavilə yazıb mənzili alqı-satqı kimi Solmazın adına rəsmiləşdirdi. Həmin mənzilə görə Solmaz pul ödəməmişdir, həmin mənzil girov məqsədi ilə Solmazın adına yazılmışdır. Solmaz hazırda 10-cu mərtəbədəki evində yaşayır və ikinci mənzilə görə də yalandan pul ödəyib aldığını iddia edir. İş materiallarında olan AR Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdərisinin İstintaq İdarəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə xx.xx.2019cu il tarixli Şahidin dindirilməsi protokoluna əsasən şahid X20 bildirmişdir ki, xx.xx.2016-cı il tarixdə İddiaçı MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllədə tikilmiş binanın A 1 girişinin 10-cu mərtəbəsində yerləşən 82,7 kv.m sahəsi olan mənzili Qabil Əliyevdən 81.000 manata almışdır. Həmin mənzil məhkəmə qərarı ilə Eldəniz Axundova veriləndə 2017-ci ilin əvvəllərində icraçılar gəlib Solmazı mənzildən çıxarmaq istədi, lakin Solmaz mənzildən çıxmadı, mənzildə yaşayış olduğu üçün icraçılar yaşayış olduğuna görə həmin mənzillə bağlı icranı dayandırdı, o da icraçılar gələn zaman orada iştirak etmişdir. X63 müəllimdən başqa bir mənzil tələb etdi, Qabil müəllim də həmin mənzilə görə Eldəniz Axundovun pul ödəmədiyini bildirib mənzilin Solmaza məxsus olmasını bildirmişdir. Lakin Solmaz təkidlə ona başqa bir mənzil verməyini bildirəndə Qabil müəllim həmin mənzilin Solmaza məxsus olduğunu, Eldənizin pul ödəmədiyini bildirib ona girov məqsədi ilə 18-ci mərtəbədə boş olan mənzil verə biləcəyini, 10-cu mərtəbədə olan mənzil özünə qaytarıldığında girov məqsədi ilə adına yazılmış mənzili geri qaytarmasını bildirmişdir. Solmaz da Qabil müəllimlə razılaşmışdır. Bundan sonra, xx.xx.2017-ci il tarixdə o, Tənzilə xanım və sakinlərdən İmani Həsən ofisdə olan vaxt Qabil müəllim Tənzilə xanıma bildirdi ki, girov məqsədi ilə Solmazın adına 18-ci mərtəbədə olan 123,4 kv.m sahəsi olan mənzili yazıb versin, Tənzilə xanım da həmin mənzili Solmazın adına rəsmiləşdirdi, müqavilədə də mənzilin girov məqsədi ilə Solmazın adına yazılmasını qeyd etdi, sonra Solmazın vəkili Rövşən müqaviləni oxuyub gördü ki, 18-ci mərtəbədəki mənzil girov məqsədi ilə Solmazın adına yazılmışdır, Rövşən Qabil müəllimdən xahiş etdi ki, müqavilədən girov sözünü çıxarıb mənzili alqı-satqı kimi Solmazın adına rəsmiləşdirək, Qabil müəllim də Tənzilə xanıma alqı-salqı kimi Solmazın adına sənədləşdirib girov sözünü müqavilədən çıxarmağını bildirdi, ona görə də Tənzilə xanım yenidən müqavilə yazıb mənzili alqı-satqı kimi Solmazın adına rəsmiləşdirdi. Həmin mənzilə görə Solmaz pul ödəməmişdir, həmin mənzil girov məqsədi ilə Solmazın adına yazılmışdır. Solmaz hazırda 10-cu mərtəbədəki evində yaşayır və ikinci mənzilə görə də yalandan pul ödəyib aldığını iddia edir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan iş üzrə 2(011)-7697/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərardada əsasən qərara alınmışdır ki, iddiaçılar X27, X28, X21, X6, X13, X22, Cavabdeh, X34, X9, X42, X35 ilə cavabdehlər X29 və xxxxx MMC arasında aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin: 1. xx.xx.2019cu il tarixdən cavabdeh X29 onunla İddiaçı MTK arasında bağlanmış xx.xx.2007-ci il tarixli 24 saylı müqaviləyə və həmin müqavilə əsasında çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(011)-5834/2015 saylı qətnaməsinə əsasən X23 təhvil verilmiş, Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa edilmiş yaşayış binasının A1 blokunun 10-11-12-ci mərtəbələrində yerləşən ümumi sahəsi 1770 m2 olan yaşayış sahəsindən “xxxxx” MMC ilə X54 arasında xx xxxxxx 2019-cu il tarixi birgə fəaliyyət haqqında müqavilənin şərtlərinə uyğun, hazırkı iş üzrə iddiaçılar X10 Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən binanın A1 blokunda yaşayışın 8-ci mərtəbəsində ümumi sahəsi 123,4 m2 olan mənzilinə, Cavabdeh Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yerləşən binanın A1 blokunun 10-cu mərtəbəsində ümumi sahəsi 82,7 m2 olan mənzilinə, X11 Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən binanın A1 blokunda yaşayışın 12–ci mərtəbəsində ümumi sahəsi 82,7 m2 təşkil edən mənzilinə, X21 (X36 vərəsəsi) Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yerləşən binanın A1 blokunda yaşayışın 11-ci mərtəbəsində ümumi sahəsi 122 m2 olan mənzilinə, X1 Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yerləşən binanın A1 blokunda 12-ci mərtəbəsində ümumi sahəsi 124,7 m2 olan mənzilinə, X5 Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yerləşən binanın A1 blokunda yaşayışın 6-cı mərtəbəsində (hazırki 10-cu mərtəbə) ümumi sahəsi 123,4 m2 olan mənzilinə, X24 Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən binanın A1 blokunda 10-cu mərtəbəsində ümumi sahəsi 124,7 m2 olan mənzilinə, X14 Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yerləşən binanın A1 blokunda 10-cu mərtəbəsində ümumi sahəsi 136,1 m2 olan mənzilinə, X15 Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən binanın A1 blokunda 11-ci mərtəbəsində ümumi sahəsi 82,7 m2 olan mənzilinə, X4 Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən binanın A1 blokunda 11-ci mərtəbəsində ümumi sahəsi 124,4 m2 olan mənzilinə və X7 Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən binanın A1 blokunda 12-ci mərtəbəsində ümumi sahəsi 136,1 m2 olan mənzilinə dair onların xeyrinə notarial qaydada mənzillərdən imtina verir, həmin mənzilləri iddiaçıların istifadəsinə verir və gələcəkdə həmin mənzillərə dair tərəflərə və ya üçünçü şəxslərə hər hansı tələb irəli sürmür. 2. Bu saziş imzalandığı andan cavabdeh X29, onunla “xxxxxxxxxxxxxx” MTK arasında A1blokunun 10-11-12-ci mərtəbələrində yerləşən ümumi sahəsi 1770 m2 olan yaşayış sahəsinə dair bağlanmış xx.xx.2007-ci il tarixli 24 saylı müqavilənin ləğv edilməsinə dair iddiaçılara notаrial ərizə verir 3. "xxxxx" MMC və X37 hazırkı barışıq sazışı imzalandığı andan Bakı şəhəri Xətai raoynu Xocalı prospekti 32 ünvanında İddiaçı MTK-nın inşa etdiyi yaşayış binasının A1 blokunun 10-11-12-ci mərtəbələrində yerləşən, hazırkı sazişin 1-ci bəndində qeyd olunan mənzilləri iddiaçılara təhvil verməyi öhdəsinə götürür. 4. “xxxxx” MMC və X33 arasında bağlanmış xx xxxxxx 2019- cu il tarixli “birgə fəaliyyət haqqında” müqavilənin şərtlərinə uyğun olaraq, cavabdeh “xxxxx” MMC, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli 443 saylı sərəncamı və Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2016-cı il tarixli 28 saylı ayrıc aktı ilə Bakı şəhəri Xətai rayonu Xocalı prospekti, 1181-ci məhəllə ünvanında, tikinti məqsədi ilə “xxxxx” MMC-nin istifadəsinə ayrılmış 0.4984 ha torpaq sahəsində inşa ediləcək yaşayış binalarının layihəsində A-D və A-7 oxlarının kəsişməsində, Ayaz İsmayılov küçəsi istiqamətində yerləşən 22.70 m. x 20.22 m. 458.994 m2 (yuvarlaq olaraq 459 m2) hissəsində layihəyə əsasən inşa ediləcək, hər mərtəbəsi 458.994 m2 (yuvarlaq olaraq 459 m2) 3 mərtəbəsi qaraj, 4 mərtəbəsi qeyri-yaşayış sahəsi olmaqla, ümumi sahəsi 3212.958 m2 olan 7 mərtəbədən ibarət qeyri-yaşayış sahəsini, tərəflərin qarşılıqlı razılaşmasına əsasən müəyyən edilmiş smeta dəyəri (yalnız tikinti xərcləri) hər mərtəbənin tikintisi üzrə hissə-hissə X33 tərəfindən mal material və ya pul şəklində ödənilməsi şərti ilə həmin qeyri yaşayış sahəsini 36 ay müddətində inşa edərək, 3-cü şəxslərin hüquqlarından və öhdəliklərindən azad şəkildə cavabdeh X23 təhvil verməyi öhdəsinə götürür. 5. “xxxxx” MMC hazırkı sazişin 4-cü bəndində qeyd olunan 3 mərtəbəsi qaraj, 4 mərtəbəsi qeyri-yaşayış sahəsi olmaqla, ümumi sahəsi 3212.958 m2 olan 7 mərtəbədən ibarət qeyri-yaşayış sahəsinin tikintisini mərhələli şəkildə (hər mərtəbənin tikintisi başa çatdıqdan dərhal sonra), cavabdeh X16 adına müqavilə və maliyyə arayışı əsasında sənədləşdirilməsini və buna dair “xxxxx MMC”-nin ümumi yığıncağının protokolunun və qərarının bir nüsxəsini 3-cü şəxslərin hüquqlarından və öhdəliklərindən azad şəkildə cavabdeh X23 təhvil verilməsini təmin etməyi öhdəsinə götürür. 6. “xxxxx” MMC və X38 arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli “birgə fəaliyyət haqqında” müqavilənin şərtlərinə uyğun olaraq, cavabdeh X33, bu sazişin 4-cü bəndində qeyd olunan Bakı şəhəri Xətai rayonu Xocalı prospekti 1181-ci məhəllə ünvanında, tikinti məqsədi ilə “xxxxx” MMC-nin istifadəsinə ayrılmış 0.4984 ha torpaq sahəsinin, həmin torpaq sahəsində inşa ediləcək yaşayış binalarının layihəsində A-D və A-7 oxlarının kəsişməsində, Ayaz İsmayılov küçəsi istiqamətində yerləşən 22.70 m. x 20.22 m. 458.994 m2 (yuvarlaq olaraq 459 m2) hissəsində layihəyə əsasən inşa ediləcək, hər mərtəbəsi 458.994 kv.m (yuvarlaq olaraq 459 m2) 3 mərtəbəsi qaraj, 4 mərtəbəsi qeyri-yaşayış sahəsi olmaqla, ümumi sahəsi 3212.958 m2olan 7 mərtəbədən ibarət qeyri yaşayış sahəsinin inşasına “xxxxx” MMC tərəfindən başlanıldığı vaxtdan, həmin qeyri yaşayış sahəsinin tərəflərin (“xxxxx” MMC ilə Eldəniz Axundovun) qarşılıqlı razılaşmasına əsasən müəyyən edilmiş smeta dəyərini (yalnız tikinti xərclərini) hər mərtəbənin tikintisi üzrə, mal material və ya pul şəklində hissə-hissə cavabdeh “xxxxx” MMC-yə ödəməyi öhdəsinə götürür. 7. Tərəflər razılığa gəlirlər ki, gələcəkdə yuxarıda qeyd edilən hallarla, əmlaklarla bağlı bir-birlərinə qarşı heç bir tələb irəli sürməyəcəklər. İddiaçılar X10, X11, X8, X2, X5, X7, Cavabdeh, X15, X4, X24, X14 cavabdehlər X12 və xxxxx MMC-yə qarşı mənzilin təhvil verilməsinə, mənzillərlə bağlı iddiaçıların istifadəsinə dair cavabdehlər E.A.Axundov və xxxxx MMC tərəfindən maneələrə son qoyulmasına, cavabdeh E.A.Axundov tərəfindən mənzillərə dair imtinaların verilməsinə dair 2(011)-7697/2019 saylı mülki iş üzrə icraata xitam verilsin. Beləliklə mülki işin araşdırması zamanı məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdeh xx.xx.2016-cı il tarixdə X40 81.000 manat məbləğində pul ödəməklə Bakı şəhəri, Xətai rayonu 1181-ci məhəllə, 32 saylı ünvanda yerləşən A1 blokunun 10-cu mərtəbəsində yerləşən 82,7 kv.m sahəsi olan mənzili satın almış, lakin qeydedilən mənzilin məhkəmə qərarı əsasında X12 məxsus olduğunu müəyyən edildiyindən, həmin mübahisənin tərəflər arasında həlli məqsədi ilə İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə ilə Bakı şəhəri, Xətai rayonu 1181-ci məhəllə, 32 saylı ünvanda yerləşən A1 blokunun 18-ci mərtəbəsində yerləşən 123,4 kv.m sahəsi olan mənzil Cavabdeh adına rəsmiləşdirmişdir. Cavabdeh qeyd olunan mənzilə görə hər hansı bir ödəniş etməmişdir. Cavabdeh qeyd olunan mənzili satın almaq müqabilində 109.000 manat məbləğində pul vəsaitinin ödənildiyini iddia etsə də, bu hal məhkəmə prosesi zamanı təhlil edilən sübutlarla təkzib olunmuşdur. Məhkəmə tərəfindən cavabdehə mübahisəli mənzilin dəyərinin həqiqətən ödənildiyinə dair müvafiq sübutun məhkəməyə təqdim edə bilməsi üçün kifayət qədər vaxt verilsə də, cavabdeh bu müddət ərzində hər hansı bir sübutu (maliyyə arayaşının və mədaxil orderinin əsli) məhkəməyə təqdim etməmişdir. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarlı olması şərtlərindən biri də iradə və iradənin vahidliyi (vəhdəti) hesab edilir. Əgər bu şərt pozularsa, əqd etibarsız sayılır. Buna iradəsi qüsurlu olan əqd deyilir. İradəsi qüsurlu olan əqdlər odur ki, bu əqdlər bağlanarkən daxili iradə lazımi olmayan şəraitdə formalaşır və ya bu iradə xaricən düzgün ifadə olunmur. Mülki Məcəllənin 340.2-ci maddəsinə görə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir, yalan əqd əhəmiyyətsizdir. Tərərflər arasında imzalanmış mübahisələndirilən müqavilənin forma baxımından bütün tələblərə əməl edilməklə bağlansa da, müqavilənin yalan əqd olduğu məhkəmə prosesi zamanı öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə hesab edir ki, mübahisəli yaşayış sahəsinə dair İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə yalan əqd kimi bağlandığından etibarsız hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsində nəzərdə tutulmuş əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddiaya tətbiq edilən bir illik müddətlə bağlı qeyd edir ki, hazırki iddia üzrə tərəflər mübahisəli müqavilə üzrə öhdəlikləri icra etmədiklərinə görə iddiaçı mübahisəli əqdin etibarsızlığı ilə bağlı tələbi irəli sürmək üçün qanunla müəyyən edilmiş müddəti ötürməmişdir. Belə ki, mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında imzalanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən İddiaçı MTK Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin A1 blokunun 18-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 123,4 kv.m təşkil edən yaşayış sahəsini “Kooperativ” Cavabdeh (sahəsini tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, Cavabdeh isə həmin yaşayış sahəsini qəbul etməyi və təhvil veriləcək mənzilin ümumi sahənin ölçüsü 123,4 kv.m təşkil edir, bu sahənin ümumi dəyəri 109000 AZN məbləğində vəsaiti ödəməyi öhdəsinə götürmüşdür. Lakin, mülki iş materiallarında olan sübutlardan, həmçinin AR Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə şahidlərin dindirilməsi protokollarından görünür ki, tərəflər etibarsızlığının müəyyən edilməsi tələb olunan müqavilə üzrə öhdəlikləri icra etməmişdir. Odur ki, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə etibarsız hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-443/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-443/2020
15.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver