Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-4446/2025 20.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “mülkiyyət hüququnun pozulmasının aradan qaldırılması və dəymiş ziyanın tutulması” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh1, Cavabdeh2 qarşı – mülkiyyətimdə olan ünvan 1 ünvanında onun tərəfindən inşa edilmiş divarın üzərinə yağış və qar sularının axıdılması üçün navalçanın quraşdırılmasına maneəçilik törədilməsinin cavabdehlər Cavabdeh1 və X2 qadağan edilməsi və mülkiyyətində olan ünvan 1 ünvanında onun tərəfindən inşa edilmiş divarın üzərində quraşdırdığı navalçanın sökülərək nasaz vəziyyətə salınması nəticəsində ona vurulmuş ziyan - 600 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirmişdir ki, eyni tələblə yenidən iddia qaldırmışdır. Ərizədə dəyişiklik etmişdir. İşlə bağlı yeni sübut, disk təqdim etmişdir. Əvvəlki iş üzrə çıxarılmış qətnamədən şikayət verilməmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 351/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə İddiaçı “ona məxsus ünvan 1 ünvanında onun tərəfindən əkilmiş meyvə ağaclarının suvarılması və təsərrüfat məqsədli istifadə zamanı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılmış maneələrin aradan qaldırılmasına və gələcəkdə ünvan 1 ünvanında tərəfimdən əkilmiş meyvə ağaclarının suvarılması və təsərrüfat məqsədli istifadə zamanı yaradılacaq maneələrin qadağan olunmasına, iddiaçı tərəfindən ona məxsus Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi ünvanında yerləşən 176 saylı fərdi yaşayış evinin çardağına navalçanın quraşdırılmasına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneələrin aradan qaldırılaraq qadağan olunmasına; iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi ünvanında yerləşən 176 saylı fərdi yaşayış evi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi ünvanında yerləşən ev 176 B saylı fərdi yaşayış evi arasında onun vəsaitləri hesabına tikilmiş, cavabdehlər tərəfindən sökülmüş divarın (hasar) cavabdehlərin hesabına yenidən tikilməsinə və əvvəlki vəziyyətə qaytarılmasına, iddiaçı tərəfindən ona məxsus Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi ünvanında yerləşən 176 saylı fərdi yaşayış evinin çardağına onun vəsaitləri hesabına tikilmiş, cavabdehlər tərəfindən sökülmüş navalçanın cavabdehlərin hesabına yenidən tikilməsinə və əvvəlki vəziyyətə qaytarılmasına, iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi ünvanında yerləşən 176 saylı fərdi yaşayış evi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi ünvanında yerləşən ev 176 B saylı fərdi yaşayış evi arasında iddiaçının vəsaitləri hesabına tikilmiş, cavabdehlər tərəfindən sökülmüş divarın (hasar) və navalçanın cavabdehlərin hesabına yenidən tikilməsi və əvvəlki vəziyyətə qaytarılması mümkün olmadıqda iddiaçı tərəfindən çəkilmiş xərcin əvəzi olaraq 600 (altı yüz) manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi” barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Məhkəmə tərəfindən adıçəkilən qətnamənin qanuni qüvvəsinin alıb-almaması barədə məlumat verilməsi məqsədi ilə sorğu verilmiş və xx.xx.2025-ci il tarixli, 2(011)-351/2025 saylı sorğuya verilmiş cavab məktubundan görünür ki, məhkəmənin 2(011)-351/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən işdə iştirak edən şəxslər tərəfindən apellyasiya şikayəti verilmiş və qətnamə xx.xx.2025-ci il tarixində qanuni qüvvəsini almışdır. Göründüyü kimi, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-351/2025 nömrəli xx.xx.2025-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, tərəflər arasında qətnamə mövcud olduğundan və həmin qətnamə qanuni qüvvədə olduğundan, bununla da eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvədə olan qətnaməsi olduğundan, iş üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “mülkiyyət hüququnun pozulmasının aradan qaldırılması və dəymiş ziyanın tutulması” barədə mülki iş üzrə icraata xitam verilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində dəyişiklik edilərək verildiyini bildirsə də, iddia ərizəsinə nəzər saldıqda məlum olur ki, həmin dəyişikliyin formal olaraq edildiyi, mahiyyəti üzrə əsaslı dəyişiklik olmadığı bəlli olur. Göründüyü kimi hər iki iddianın məğzi navalçanın quraşdırılmasına maneələrin yaradılması cavabdehlərə qadağan edilməsi və iddiaçının quraşdırdığı navalçanın nasaz vəziyyətə salınmasına görə 600 manat məbləğində pulun cavabdehlərdən alınmasından ibarətdir. Halbuki hazırkı iddia tələbləri iddiaçının əvvəlki iddia tələblərini də əhatə etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası MPM-nin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261-262, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh1, Cavabdeh2 qarşı – cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “mülkiyyət hüququnun pozulmasının aradan qaldırılması və dəymiş ziyanın tutulması” barədə mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (qəbz nömrəsi:**********) qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-4446/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-4446/2025
20.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver