Məhkəmə qərarları › İş №2(011)-4467/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4467/2023

15.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4467/2023 15.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Energetika X3 Tənzimləmə Agentliyinin Bakı Filialının nümayəndəsi Elşad Məmmədovun iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabunçu rayonu, Nizami küçəsi, ev 428, mənzil 5 ünvanında yerləşən evə əsassız olaraq borc kimi yazılmış 7.822 manat məbləğinin silinməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 iddiaçıya məsusdur. Cavabdeh nümayəndəsi tərəfindən həmin yaşayış evində sayğac dəyişdirilərək yeni smart-kart tipli sayğaclar quraşdırmağa başlamışlar. Cavabdehən əməkdaşları tərəfidən onun köhnə qaz sayğacına aparıldıqdan sonra və sonradan məlumat verdilər ki, onun sayğacda problem olub və o cərimə ödəməlidir. Həmin evdə təbii qazdan istifadəyə görə yaranmış borclar hər ay gecikdirilmədən ödənilmişdir. İndiyə qədər təbii qaza görə yaranmış borcla hər hansı mübahisə yaranmamışdır. İddiaçı nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək, iddianı müdafiə etdi və bildirdi ki, 1 ilə yaxındır ki, sayğac işləmədiyindən kənar xətdən istifadə olunmuşdur və hər ay özünü cavabdeh təşkilatın nümayəndəsi kimi təqdim edən şəxsə ayda 20-30 manat nağd pul ödənilmişdir. Hər hansı qəbz alınmayıb. Təxmini olaraq 2021-2022-ci ildən işlək olan sayğac quraşdırılmışdır və hazırda kənar xətti yoxdur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmədə nümayəndənin iştirakını təmin etməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Energetika X3 Tənzimləmə Agentliyinin Bakı Filialının nümayəndəsi Elşad Məmmədov bildirmişdir ki, cavabdeh təşkilat tərəfindən hesablama düzgün aparılmamışdır. Mövcud qaydalara əsasən hər iki cihaza görə 3 ay müddətinə, günlük 12 saat nəzərə alınmaqla hesabat aparılmalı idi. Hər ay sayğacın işlək olub-olmaması yoxlanılmalı idi. Lakin qazın talanmasının qarşısının alınması üçün sayğacdan kənar istifadə mövcud olan bütün müddətə borc hesablanmalıdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Təbii X5nın pozulması haqqında” xx.xx.2018-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, mənzildə sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi aşkarlanmışdır. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2018-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş xx.xx.2021-ci il tarixli ******* saylı akta əsasən 5.020 m3 həcmində itirilmiş qaz hesablanmışdır. İş materiallarında olan “Təbii X5nın pozulması haqqında” xx.xx.2018-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, mənzildə sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi aşkarlanmışdır. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2018-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən 1.990 m3 həcmində itirilmiş qaz hesablanmışdır. İş materiallarında olan “Təbii X5nın pozulması haqqında” xx.xx.2018-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, mənzildə sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi aşkarlanmışdır. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2018-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən 266 m3 həcmində itirilmiş qaz hesablanmışdır. İş materiallarında olan “Təbii X5nın pozulması haqqında” xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, mənzildə sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi aşkarlandı. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2021-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş xx.xx.2021-ci il tarixli ******* saylı akta əsasən 11.880 m3 həcmində itirilmiş qaz hesablanmışdır. İş materiallarında olan “Təbii X5nın pozulması haqqında” xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, mənzildə sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi aşkarlandı. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2021-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş xx.xx.2021-ci il il tarixli ******* saylı akta əsasən 3.888 m3 həcmində itirilmiş qaz hesablanmışdır. İş materiallarında olan “Təbii X5nın pozulması haqqında” xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, mənzildə sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi aşkarlandı. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2021-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş xx.xx.2021-ci il tarixli ******* saylı akta əsasən 7.848 m3 həcmində itirilmiş qaz hesablanmışdır. İş materiallarında olan “Təbii X5nın pozulması haqqında” xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, mənzildə sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi aşkarlandı. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2021-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş xx.xx.2021-ci il tarixli ******* saylı akta əsasən 10.080 m3 həcmində itirilmiş qaz hesablanmışdır. İş materiallarında olan “Təbii X5nın pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, abonentin mənzildə sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi aşkarlandı. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən 4.500 m3 həcmində itirilmiş qaz hesablanmışdır. İş materiallarında olan “Təbii X5nın pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, mənzildə sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi aşkarlandı. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən 5.040 m3 həcmində itirilmiş qaz hesablanmışdır. İş materiallarında olan “Təbii X5nın pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, abonentin mənzildə sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi müəyyən olunmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən 4.500 m3 həcmində itirilmiş qaz hesablanmışdır. İş materiallarında olan “Təbii X5nın pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, abonentin mənzildə sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi müəyyən olunmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən 2.484 m3 həcmində itirilmiş qaz hesablanmışdır. İddiaçı məxsus **********00005 abonentin saldosundan görünür ki, cədvəlin “qalıq və aktlar” bölməsində abonentin 2018-ci ilin yanvar ayı üzrə 1.004 manat, 2018-ci ilin mart ayı üzrə 398 manat, 2018-ci ilin aprel ayı üzrə 63,20 manat, 2021-ci ilin may ayı üzrə 1.188 manat, 2021-ci ilin iyul ayı üzrə 388,80 manat, 2021-ci ilin oktyabr ayı üzrə 784,80 manat, 2021-ci ilin dekabr ayı üzrə 1.209,60 manat, 2022-ci ilin yanvar ayı üzrə 540 manat, 2022-ci ilin fevral ayı üzrə 604,80 manat, 2022-ci ilin mart ayı üzrə 540 manat və 2022-ci ilin aprel ayı üzrə 298,08 manat borcu mövcud olmuşdur. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərininmüdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X5 ilə tənzimlənir. X5 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X5”nın 1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Qaydaların 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.5-1-ci maddəsinə görə istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır:

1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü;

2. əvvəlki dövrün orta gündəlik qaz sərfi;

3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. Həmin Qaydaların 6.5-2-ci maddəsinə görə istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Həmin Qaydaların 6.5-3-cü maddəsinə görə istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Göründüyü kimi, Mülki-Prosessual Məcəllənin 77.2- ci maddəsinin tələblərinə əsasən borcun hesablanmasına əsas olan aktı cavabdeh təşkilat qəbul etdiyindən, bu borcun əsaslı olmasını sübut etmək vəzifəsi məhz cavabdehin üzərinə düşür. Belə ki, iddiaçının kənar qoşulmadan istifadə etməsi işin mübahisəsiz halıdır. İddiaçı həmin müddətin 1 ilə yaxın olduğunu etiraf edir. Belə olduğu halda, borcun hesablanması ilə bağlı məhkəmə aşağıdakı halları qeyd edir. İş materialları ilə təsdiq olunur ki, 2018-ci ilin yanvar ayından 2022-ci ilin aprel ayınadək qaz xəttinə kənar qoşulma əsası ilə iddiaçıya borc məbləğləri hesablanmışdır. Abonentin saldosundan görünür ki, sayğac xx.xx.2022-ci il tarixində quraşdırılmışdır. İddiaçının izahatından görünür ki, sayğac quraşdırılanadək onun tərəfindən kənar qoşulmadan istifadə edilmişdir. Abonentin saldosuna əsasən iddiaçının istifadəsində 4 gözlü qaz peçi PQ-4 vardır. (saatda maksimal qaz sərfiyyatı 1.2 m3). İstifadə edilmiş qazın həcmi PQ-4 cihazının 4 il 6 ay (xx.xx.2018-06.2022) müddətində istifadə olunması və orta günlük iş rejimi 12 saat olmaqla, aşağıdakı kimi hesablanmalıdır: 1,2 m3 x 12 saat x 365 gün = 5.256 m3 = 630,72 manat (1 illik sərfiyyat). 1 aylıq sərfiyyat 52,56 manat təşkil edir. 4 il 6 ay müddəti üçün sərfiyyat 2.838,24 manat təşkil edir. İddia tələblərində göstərilən 7.822 manat məbləğindən yuxarıdakı qaydada hesablanmış 2.838,24 manat məbləği çıxıldıqda qalıq məbləği 4.983,76 manat təşkil edir. Buna görə də iddia qismən təmin edilərək, qaz sərfinə görə iddiaçıya hesablanmış 4.983,76 manat məbləğində borc silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 69,84 (altmış doqquz manat səksən dörd qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbləri qismən təmin edilsin. ünvan 1 ünvanı üzrə (abonent kodu:**********00005) İddiaçı hesablanmış 4.983,76 (dörd min doqquz yüz səksən üç manat yetmiş altı qəpik) manat məbləğində borc silinsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. 69,84 (altmış doqquz manat səksən dörd qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar