Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4533/2025 03.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 Cavabdeh İB-nə qarşı borcun silinməsi tələbinə dair mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 Cavabdeh İB-nə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanı üzrə cərimə kimi yazılmış 3198,50 manat borcun cavabdeh tərəfindən silinməsi barədə qətnamə qəbu edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən sayğac mərhum babası məmmədov Abas Mirzəməmməd oğlunun adına olmuşdur. Babası və ataı Məmmədov Nəcəfəli oğlu vəfat etmişdir. Cavabdeh İB-nin nümayəndələri yaşayış evində yoxlama apararkən akt tərtib edərək sayğacı yoxlanılması üçün laboratoriyaya göndərmişlər. Laboratoriya rəyində qeyd edilmişdir ki, guya onlar sayğaca müdaxilə etmişlər, ona görə də, haqsız cərimə borcu yazılmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsini müdaiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmiş, akt borcundan əlavə, sərffiyyat borc məbləğlərinin silinməsini həmin evdə yaşamadıqları ilə əsaslandırmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: Abonentin saldosundan görünür ki, **********30000 saylı abonent hesabı X2 (iddiaçının babası) adınadır. Ölüm haqqında şəhadətnamədən görünür ki, X4 (iddiaçının atası)xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Sabunçu rayon İHB-nın Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, X3 ünvan 1 ünvanında pasport qeydiyyatındadır. 0312900 saylı aktdan görünür ki, Cavabdeh İB tərəfindən X5nın pozulması barədə akt tərtib edilmiş, aktda sayğacın çıxış plastmas borusu deşilməsi barədə qeyd edilmişdir. Dəymiş ziyanın bərpasına dair xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, ******* saylı akta əsasən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və qaz itkisinin 2160 m3 olması müəyyən edilmişdir. Abonent saldosunun “qalıq və aktlar” bölməsindən görünür ki, iddiaçıya 2021-ci ilin avqust ayında 216 manat məbləğində akt borcu hesablanmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X5”: 4.6. Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə qeyd edir ki, abonent saldosu iddiaçının babasının adına olsa da, iddiaçının babsı və atası vəfat etdiyindən və iddiaçının həmin ünvanda yaşaması iş materialları ilə təsdiq olunduğundan X1 hazırki iddianı qaldırmağa subyektiv hüququ olmuşdur. İş materiallarında olan sübutlarla müəyyən edilir ki, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacı evdən kənarda yerləşir. “X5”nın yuxarıda qeyd edilən normalarından da göründüyü kimi, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacının işlək vəziyyətdə saxlanılması üçün cavabdehlik qaz paylayıcının, yəni Cavabdeh İB-nin üzərinə düşür. Eyni zamanda, fiziki şəxs olan istehlakçıların sayğaclarının üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün Cavabdeh İB tərəfindən müvafiq örtüklə örtülməlidir. Bundan başqa, “X5”nın 6.5 və 6.7-ci bəndlərinə əsasən akt tərtib edilərkən ilk növbədə abonentin iştirakı təmin edilməli, aktın bir nüsxəsi ona təqdim edilməlidir. Lakin hazırkı iş üzrə tərtib edilmiş ******* saylı, xx.xx.2018-ci il tarixli aktdan görünür ki, abonentin iştirakı təmin edilməmiş, aktın surəti rəsmi qaydada ona təqdim edilməmişdir. Qeyd edilənlər əsasında məhkəmə belə qənaətə gəlir edir ki, aktda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsiri sübut olunmadığından, eləcə də, fiziki şəxs olan istehlakçıların sayğacları üzərində olan plombların kənar müdaxilələrdən qorunmaq üçün qaz paylayıcısı tərəfindən müvafiq örtüklə örtülməli olduğundan və fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşığından cavabdehin itirilmiş qazın dəyərinə görə hesabladığı borc məbləğini iddiaçıdan tələb etməsi əsassızdır. Odur ki, məhkəmə hesab edir ki, ******* saylı, xx.xx.2021-ci il tarixli akta əsasən hesablanmış 216 manat borcun silinməsi hissəsində iddia əsaslıdır. Lakin, məhkəmə qeyd edir ki, iddiaçı 3198,50 manat məbləğində borcun silinməsini tələb etsə də, iddiaçının adına olan abonent saldosunun “qalıq və aktlar” bölməsində akta əsasən borc kimi yalnız 2021-ci ilin avqust ayı üzrə 216 manat borcun hesablandığı görünür. Digər borc məbləğinin sərfiyyat borcu olduğunu nəzərə alaraq, həmin borcun silinməsi ilə bağlı iddiaçının evdə yaşayış olmaması barədə dəlillinə münasibətdə məhkəmə qeyd edir ki, iş materialları ilə sərfiyyat borcu hesablanan zaman evdə yaşayış olmaması faktı sübut edilmir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi yalnız 216 manat borcun silinməsi hissəsində təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. “Təbii X5nın pozulması haqqında” xx.xx.2021-ci il tarixli akta əsasən Cavabdeh tərəfindən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi (abonent kodu: **********30000) üzrə hesablanmış 216 manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Leyla Şövkətli-Mənsimli
Məhkəmə qərarları › İş №2(011)-4533/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4533/2025
03.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver