Məhkəmə qərarları › İş №2(011)-4541/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4541/2021

14.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4541/2021 14.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16.11.2019-cu il tarixli müqaviləsinə əsasən, Kenwood Kombayn üçün 566 manat ödənilməmiş hissə, 56 manat cərimə, 21.01.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********11896 olan X3 8T markalı telefon üçün 561 manat ödənilməmiş hissə, 56 manat cərimə, 22.04.2020-ci il tarixli müqaviləyə əsasən, BOSCH tozsoran üçün 108,8 manat ödənilməmiş hissə, 10,2 manat cərimə borcu olmaqla, ümumilikdə 1358 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi R.M.Aslanov iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdeh, "xxxx" MMC ilə 16.11.2019-cu il, 21.01.2020-ci il, 22.04.2020-ci il tarixli müqavilələrinə əsasən, Kenwood Kombayn, İMEİ Kodu **********11896 olan X3 8T markalı telefon, BOSCH Tozsoran almışdır, hazırda 16.11.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 760 manat Kenwood Kombayn üçün ümumilikdə, 622 manat olmaqla ondan, 566 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 56 manat cərimə borcu, 21.01.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 612 manat İMEİ Kodu **********11896 olan X3 8T markalı telefon üçün ümumilikdə, 617 manat olmaqla ondan, 561 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 56 manat cərimə borcu, 22.04.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 160.8 manat BOSCH Tozsoran üçün ümumilikdə, 119 manat olmaqla ondan, 108.8 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 10.2 manat miqdarında borcu yaranmışdır, cavabdehin cəmi ödədiyi məbləğ 297 manat təşkil edir, ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Hesab edir ki, cavabdeh müqavilə öhdəliklərini pozduğundan onun borcu məhkəmə qaydasında tutulmalıdır. Sonda R.M.Aslanov iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 16.11.2019-cu il tarixdə 01054067 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Kenwood Kombayn KMX750RD cavabdehə satılmışdır. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 21.01.2020-ci il tarixdə 20052278 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən İMEİ Kodu **********11896 olan X3 8T markalı telefon cavabdehə satılmışdır. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 22.04.2020-ci il tarixdə 20235690 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən BOSCH tozsoran cavabdehə satılmışdır. İş materiallarında olan 16.11.2019-ci il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, Kenwood Kombayn KMX750RD Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan 21.01.2020-ci il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, İMEİ Kodu **********11896 olan X3 8T markalı telefon Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan 22.04.2020-ci il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, BOSCH tozsoran Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan 16.11.2019-ci il tarixli ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İş materiallarında olan 21.01.2020-ci il tarixli ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İş materiallarında olan 22.04.2020-ci il tarixli ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçıya borcu16.11.2019-cu il tarixli müqaviləyə əsasən, Kenwood Kombayn üçün 566 manat ödənilməmiş hissə, 56 manat cərimə, cəmi 622 manat, 21.01.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********11896 olan X3 8T markalı telefon üçün 561 manat ödənilməmiş hissə, 56 manat cərimə, cəmi 617 manat, 22.04.2020-ci il tarixli müqaviləyə əsasən, BOSCH tozsoran üçün 108,8 manat ödənilməmiş hissə, 10,2 manat cərimə borcu, cəmi 119 manat olmaqla ümumilikdə 1358 manat təşkil edir. İş materiallarında olan 26.04.2021-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 19.01.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarından görünür ki, iddiaçı cavabdehə borcunu ödəməsinə dair 24.11.2020-ci il tarixli xəbərdarlıq məktubu göndərmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında iddia tələbində göstərilən əşyalara dair 22.04.2020-ci il 21.01.2020ci il, 16.11.2019-ci il tarixli alqı-satqı müqavilələri bağlanmış, müqavilələrə əsasən satıcı öhdəliyini lazımınca icra edərək əşyaları alıcıya təhvil vermiş, alıcı həmin əşyaları almışdır, cavabdeh müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmiş, buna görə onun iddiaçıya borcu qalmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, 16.11.2019-cu il tarixli müqaviləyə əsasən, Kenwood Kombayn üçün 566 manat ödənilməmiş hissə, 56 manat cərimə, 21.01.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********11896 olan X3 8T markalı telefon üçün 561 manat ödənilməmiş hissə, 56 manat cərimə, 22.04.2020-ci il tarixli müqaviləyə əsasən, BOSCH tozsoran üçün 108,8 manat ödənilməmiş hissə, 10,2 manat cərimə borcu olmaqla, ümumilikdə 1358 manat borc və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 30 manat Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Dövlət rüsumunun kimə aid edilməsi məsələsinə münasibətdə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 16.11.2019-cu il tarixli müqaviləyə əsasən, Kenwood Kombayn üçün 566 manat ödənilməmiş hissə, 56 manat cərimə, 21.01.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********11896 olan X3 8T markalı telefon üçün 561 manat ödənilməmiş hissə, 56 manat cərimə, 22.04.2020-ci il tarixli müqaviləyə əsasən, BOSCH tozsoran üçün 108,8 manat ödənilməmiş hissə, 10,2 manat cərimə borcu olmaqla, ümumilikdə 1358 (min üç yüz əlli səkkiz) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar