Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4549/2024 28.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:
1. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Sabir küçəsi 102 saylı fərdi yaşayış evi (bundan sonra – Fərdi yaşayış evi) üzrə **********200000 saylı abonent kodu ilə qeydiyyata alınmışdır.
2. Abonent saldosuna əsasən iddiaçının yaşadığı fərdi yaşayış evinə qaz sayğacı sonuncu dəfə xx.xx.2022-ci il tarixdə quraşdırılmışdır. İddiaçının yaşadığı Fərdi yaşayış evinə 2010-cu ilin iyul ayından 2022-ci ilin iyul ayınadək 33 dəfə təbii qazdan istifadə qaydalarının pozulması barədə aktlar tərtib edilmişdir.
3. Həmçinin, iddiaçının yaşadığı fərdi yaşayış evinə dair abonent saldosunun “qalıq və aktlar” bölməsində 2010-cu il üzrə 91,12 manat, 2011-ci il üzrə 152,20 manat, 2017-ci il üzrə 1216,40 manat, 2018-ci il üzrə 1840,20 manat, 2019-cu il üzrə 1164,60 manat, 2020-ci il üzrə 1025,50 manat və 2022-ci il üzrə 13,92 manat borcun olması əks olunmuşdur. Abonent saldosunun “o cümlədən qeyri ödənişlər” bölməsində 2020-ci ilin iyun ayı üzrə 2897,82 manat məbləğində ödəniş edildiyi qeyd edilmişdir. Həmçinin, iddiaçının yaşadığı fərdi yaşayış evinə dair abonent saldosunun “yeni tarifə keçid” bölməsində 2020-ci il üzrə 38,50 manat, 2021-ci il üzrə 0,16 manat, 2022-ci il üzrə 80,16 manat, 2023-cü il üzrə 24,56 manat və 2024-cü il üzrə isə 115,57 manat məbləğində yeni tarifə keçidlə əlaqədar olaraq borcun olduğu qeyd edilmişdir.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
4. İddiaçı cavabdeh tərəfindən tərtib edilmiş aktların ləğv edilməsi və ona (abonent kodu: **********200000) hesablanmış üumilikdə 10 048,27 manat məbləğində borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, 2010-cu il tarixdə cavabdehlə «Qaz Paylayıcısı ilə X1 İstifadəçisi arasında qazın alqı satqısı» müqaviləsi imzalanmış və yaşadığı fərdi yaşayış evinə yeni qaz sayğacı quraşdırılaraq, əvvəlki sayğac çıxarılıb aparılmışdır. Bu barədə «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu» haqqında akt tərtib edilmişdir. 2010-cu ildən bu günə kimi qaz sayğacı bir neçə dəfə deyişdirilmişdir. Hər dəfə bunun nə səbəbdən tez tez dəyişdirilməsini cavabdehin əməkdaşlarından soruşduqda onların cavabı istismar müddətinin başa çatması olmuşdur. Sonuncu dəfə də cavabdeh tərəfindən 2020-ci il tarixdə sayğac dəyişdirilmiş və ona ümumilikdə 10.048.27 manat məbləğində borc hesablanmışdır. Həmin borcu ona sayğaca müdaxilə kimi qiymətləndirərək qaz itkisi olduğu göstərilmişdir. Bu barədə cavabdehə müraciət edərkən ona sayğaca müdaxilə edildiyi və bu səbəbdən cərimə yazıldığı bildirilmişdir. O, heç vaxt qaz sayğacına müdaxilə etməmiş və daim istehlak etdiyi qaza görə borcunu ödəmişdir. Lakin cavabdeh qaz sayğacına müdaxiləni onun tərəfindən edilməsini sübuta yetirmədən və heç bir əsas olmadan ona yüksək məbləğdə cərimə hesablamışdır. Müqaviləyə və qanunvericiliyin normalarına uyğun olaraq o təqsir olmadan baş vermiş hadisəyə görə də öhdəlik daşımır.
Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
6. Cavabdehin nümayəndəsi etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
7. İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
8. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəllə:
9. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
10. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”
11. 5.2-ci bəndinə əsasən Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir.
12. Maddə 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
13. Maddə 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir.
14. Maddə 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
15. Maddə 77.2. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür (xx.xx.2021-ci il tarixədək qüvvədə olmuşdur).
İşə baxan məhkəmənin mövqeyi:
16. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.
17. Məhkəmə iddia tələbinin aktın ləğv edilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən tərtib edilmiş aktların ləğv edilməsini xahiş etsə də, hansı aktların ləğv edilməsini, həmin aktların tarixini və nömrələrini qeyd etməmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən nömrəsi və tarixi qeyd edilməmiş aktların ləğv edilməsi, gələcəkdə qətnamənin icrası mərhələsində qeyri-müəyyənliklərin yaranmasına səbəb olacaqdır.
18. Məhkəmə iddia tələbinin borcun silinməsi hissəsinə münasibətdə qeyd edir ki, işin həqiqi halları ilə müəyyən edilir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilmiş, təbii qazdan istifadə qaydalarının pozulması barədə aktlar tərtib edilmiş və itirilmiş qazın bərpası üçün hesablanmış məbləğ iddiaçıdan tələb edilmişdir.
19. Məhkəmə qeyd edir ki, iddiaçının adına olan abonent saldosu məlumatlarına əsasən iddiaçının yaşadığı fərdi yaşayış evinə dair 2010-2024-cü illər ərzində 33 dəfə təbii qazdan isitafadə qaydalarının pozulmasına dair aktın tərtiib olunduğu qeyd edilsə də, həmin borcun hesablanmasına əsas olmuş aktlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilə bilməmişdir.
20. Məhkəmə hesab edir ki, təbii qazdan istifadə qaydalarının pozulması barədə müəyyən edilmiş formada tərtib edilməsi nəzərdə tutulmuş aktda həm aktı tərtib edən cavabdehin əməkdaşlarının, həm də istehlakçının iştirakı nəzərdə tutulmuşdursa, mütləq qaydada istehlakçının iştirakı təmin edilməli, akt hər iki tərəfin iştirakı qaydasında tərtib edilməlidir. Əks halda, aktda qeyd edilən pozuntu hallarının həqiqətən də baş verməsi və yaxud istehlakçı tərəfindən edilməsi halları ciddi şübhə doğurur. İş materiallarından görünür ki, aktlar iddiaçının adına tərtib edilmiş və onun aktları imzalamaqdan imtina etməsi barədə qeyd aparılmışdır.
21. Aktın qəbul edilməsi üçün əsas olmuş mübahisə predmetini təşkil edən halları sübut etmək vəzifəsi həmin aktı qəbul etmiş subyektin üzərinə düşür (Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsi). Cavabdeh İB hüquq normasında qeyd edilən dövlət orqanı, icra və s. orqan olmasa da, insanların həyatı əhəmiyyətli təbii qazın istehlakı sahəsində inhisarçı mövqeyə malik olduğundan məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinin müddəaları da eyni ilə Cavabdeh İB tərəfindən tərtib edilən aktların mübahisələndirilməsi hallarına da şamil olunmalıdır.
22. Beləliklə, məhkəməyə təqdim edilmiş təbii qazdan istifadə qaydalarının pozulması barədə aktlarda göstərilən halın sübut edilməsi vəzifəsi cavabdehə aid olduğu qanunvericiliklə müəyyən olunsa da, həmin halın doğruluğunu təsdiq edən sübutları cavabdeh məhkəməyə təqdim edə bilməmiş, konkret olaraq iddiaçı tərəfindən sayğacdan kənar təbii qazdan istifadə edilməsini sübut edə bilməmişdir.
23. Bundan başqa, iş üzrə təyin edilmiş məhkəmə trasoloji ekspertizasının 3/1414 saylı, xx.xx.2024-cü il tarixli rəyinə əsasən tətqiqata təqdim edilmiş borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir.
24. Beləliklə, təbii qazdan istifadə qaydalarının pozulması barədə aktlarda göstərilən halın sübut edilməsi vəzifəsi cavabdehə aid olduğu qanunvericiliklə müəyyən olunsa da, həmin halın doğruluğunu təsdiq edən sübutları cavabdeh məhkəməyə təqdim edə bilməmiş, konkret olaraq iddiaçı tərəfindən sayğacdan kənar təbii qazdan istifadə edilməsini sübut edə bilməmişdir. Həmçinin, cavabdeh akt əsasında hesablanmış borcun iddiaçının sayğacdan kənar qanunsuz istifadəsi nəticəsində yarandığını da təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.
25. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, aktda qeyd edilən qazdan istifadə qaydalarının pozulaması hallarının törədilməsində iddiaçının təqsiri sübut olunmadığından cavabdehin hesabladığı maddi zərərin iddiaçıdan tələb etməsi əsassızdır.
26. Lakin, məhkəmə hesab edir ki, iddiaçı 10 048,27 manat məbləğində borcun silinməsini tələb etsə də, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, iddiaçının adına olan abonent saldosunun “qalıq və aktlar” bölməsində 2010-cu ilin iyul ayından 2024-cü ilin fevral ayınadək 5503,94 manat məbləğində borcunun olması qeyd edilmişdir. Həmçinin, abonent saldosunun “o cümlədən qeyri ödənişlər” bölməsində 2897,82 manat məbləğində borcun olması qeyd edilmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, 8401,76 (5503,94 + 2897,882 = 8401,76) manat məbləğində borc silinməlidir.
27. Məhkəmə qeyd edir ki, abonent saldosunun “ayın sonuna borc” bölməsində 10 048,27 manat məbləğind borcun olması qeyd edilsə də, həmin borcun 4401,88 manat hissəsi 2010-cu ilin iyul ayından 2024-cü ilin fevral ayınadək iddiaçının təbii qazdan istifadəyə görə hesablanmış sərfiyyat borcudur. Borcun 258,95 manat hissəsi isə yeni tarifə keçidlə əlaqədar olaraq iddiaçının abonent koduna hesablanmış borcdur.
28. Məhkəmə həmçinin, qeyd edir ki, iddiaçı istehlakçı olduğundan və qanunla dövlət rüsumundan azad olunduğundan, məhkəmədə işə baxılması ilə əlaqədar dövlət rüsumu cavabdehdən tutulmalıdır.
29. Göstərilən qanuni əsaslar “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci (iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur) və 9.1.5-ci maddəsində (istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar) nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, 104,01 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
30. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Sabir küçəsi 102 saylı fərdi yaşayış evinə (abonent kodu: **********200000) dair İddiaçı hesablanmış 8401,76 manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 104,01 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı