Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4561/2021 27.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29.01.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung Paltaryuyan üçün 247 manat ödənilməmiş hissə, 24 manat cərimə, 19.12.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********25946 olan Samsung Galaxy A30s markalı telefon üçün 410 manat ödənilməmiş hissə, 41 manat cərimə, ümumilikdə 722 manat borc pulun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 29.01.2019-cu il və 19.12.2019-cu il tarixli müqavilələrə əsasən, cavabdeh Samsung Paltaryuyan və İMEİ Kodu **********25946 olan Samsung Galaxy A30s markalı telefon almış və nəticədə 722 manat borcu yaranmışdır, cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 29.01.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1062 manat (18 ay x 59 manat + 0 manat ilkin ödəniş) olan Samsung Paltaryuyan üçün ümumilikdə 271 manat olmaqla ondan 247 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq hesablanmış 24 manat cərimə pulu borcu, 19.12.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 630 manat (12 ay x 52 manat 50 qəpik+ 0 manat ilkin ödəniş) olan İMEİ Kodu **********25946 olan Samsung Galaxy A30s markalı telefon üçün ümumilikdə 451 manat olmaqla ondan 410 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq hesablanmış 41 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1035 manat təşkil edir. Ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 19.12.2019-cu il tarixdə 01140103 saylı müqavilə bağlanmışdır, müqaviləyə əsasən "xxxx" İMEİ Kodu **********25946 olan Samsung Galaxy A30s markalı telefonu müştəriyə satmış, o isə malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 29.01.2019-cu il tarixdə 00490978 saylı müqavilə bağlanmışdır, müqaviləyə əsasən "xxxx" Samsung Paltaryuyanı müştəriyə satmış, o isə malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 29.01.2019-cu il tarixli müqavilə üzrə Samsung Paltaryuyan üçün borcu ödənilməmiş məbləğ 247 manat, cərimə borcu 24 manat olmaqla, ümumilikdə ödənilməmiş borcunun məbləği 271 manat, 19.12.2019-cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********25946 olan Samsung Galaxy A30s markalı telefon üçün borcu ödənilməmiş məbləğ 410 manat, cərimə borcu 41 manat olmaqla, ümumilikdə ödənilməmiş borcunun məbləği 451 manat, cəmi ödənilməmiş məbləğ 657 manat, cərimə borcu 65 manat olmaqla, ümumilikdə ödənilməmiş borcunun məbləği 722 manat təşkil edir. İş materiallarında olan 19.12.2019-cu il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, İMEİ Kodu **********25946 olan Samsung Galaxy A30s markalı telefon Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan 29.01.2019-cu il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, Samsung Paltaryuyan Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan 22.04.2021-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə borcunu ödəməsinə dair 25.05.2020-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 29.03.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında İMEİ Kodu **********25946 olan Samsung Galaxy A30s markalı telefon və Samsung Paltaryuyana dair 19.12.2019-cu il tarixli və 29.01.2019-cu il tarixli alqı-satqı müqavilələri bağlanmış, müqavilələrə əsasən satıcı müqavilələr üzrə nəzərdə tutulmuş öhdəliyini icra edərək əşyaları alıcıya təhvil vermiş, alıcı Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilələrin şərtlərini pozmuşdur. Hazırda cavabdehin iddiaçıya olan borcu 19.12.2019-cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********25946 olan Samsung Galaxy A30s markalı telefon üçün ödənilməmiş məbləğ 410 manat, cərimə borcu 41 manat, 29.01.2019-cu il tarixli müqavilə üzrə Samsung Paltaryuyan üçün ödənilməmiş məbləğ 247 manat, cərimə borcu 24 manat olmaqla, ümumilikdə ödənilməmiş borcunun məbləği 722 manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, 29.01.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung Paltaryuyan üçün 247 manat ödənilməmiş hissə, 24 manat cərimə, 19.12.2019cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********25946 olan Samsung Galaxy A30s markalı telefon üçün 410 manat ödənilməmiş hissə, 41 manat cərimə, ümumilikdə 722 manat borc Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Ödənilmiş dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddia təmin edildiyindən və cavabdehin dövlət rüsumu ödəməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməli və cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimiistinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Tərəflər arasında bağlanmış 29.01.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung Paltaryuyan üçün 247 manat ödənilməmiş hissə, 24 manat cərimə, 19.12.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********25946 olan Samsung Galaxy A30s markalı telefon üçün 410 manat ödənilməmiş hissə, 41 manat cərimə, ümumilikdə 722 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-4561/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4561/2021
27.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver