Məhkəmə qərarları › İş №2(011)-458/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-458/2025

30.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-458/2025 30.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, X9 və Bakı şəhəri 6 saylı Dövlət Notariat Kontoruna qarşı “miras əmlakda payın müəyyən edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər X8 və Bakı şəhəri 6 saylı Dövlət Notariat Kontoruna qarşı “miras əmlakda payın müəyyən edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun miras əmlakda payının müəyyən edilməsi, ünvan 1 ünvanında yerləşən 22.2 kv.m mənzilə və digər miras əmlaklara (miras aktivlərinə) dair ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin AR Ədliyyə Nazirliyi ünvan 8 həvalə edilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun miras əmlakda payının müəyyən edilməsi üçün ünvan 2 ünvanında yerləşən 22.2 kv.m mənzil, "DAEWOO NEXİA" markalı, **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobil, X11nun işlədiyi "xxxx" QSC tərəfindən verilmiş istifadə edilməmiş məzuniyyətə görə 912,16 manat pul əvəzi, 644.76 manat qalıq məbləğ, 4.720,47 manat vəfat müavinəti və 2.360 manat maddi yardım üzrə ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ünvan 8 həvalə edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Şəfiqə Abbasova xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-458/2025 saylı qərardadına əsasən İddiaçı cavabdehlər X18 və Bakı şəhəri 6 saylı Dövlət Notariat Kontoruna qarşı “miras əmlakda payın müəyyən edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair mülki iş üzrə icraat X13 hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-458/2025 saylı qərardadına əsasən cavabdeh X13 varisləri müəyyən edildiyindən iş üzrə icraat təzələnmişdir və Cavabdeh3, Cavabdeh2, X14 iş üzrə cavabdehlər qismində cəlb edilmişlər. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o X11nun arvadıdır. Mərhum əri 05 sentyabr 2023-cü il tarixdə vəfat etmişdir və bununla bağlı müvafiq ölüm haqqında şəhadətnamə verilmişdir. Mərhum X2 ünvan 1 ünvanında yerləşən 22.2 kv.m mənzili almış və mənzilin mərhumun xüsusi mülkiyyətində olmasına dair müvafiq çıxarış verilmişdir. Mərhumun mülkiyyətində "DAEWOO NEXİA” markalı, **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobili də olmuş və hazırda digər şəxs tərəfindən qüvvədən düşmüş etibarnamə əsasında idarə edilir. Bundan başqa, mərhum həyat yoldaşı "Bakı Metropoliteni” QSC-də işləmiş və vəfat etdiyi tarixə istifadə edilməmiş məzuniyyətə görə 912,16 manat pul əvəzi və 644,76 manat qalıq məbləğ köçürülmüşdür. Əlavə olaraq vəfat müavinəti 4.720.47 manat və 2360 manat maddi yardım verilməsi nəzərdə tutulur. Həmin ödəmələr də vərəsəlik təqdim edildikdən sonra mümkün olacaqdır. Ondan başqa, miras qoyanın digər vərəsəsi isə mərhumun anası X19r. Miras əmlakda onun həmin əmlaklara birinci dərəcəli vərəsə kimi hüququ vardır. Mərhumun ölümündən sonra ünvan 8 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün müraciət etmişdir. Lakin Bakı şəhəri 6 saylı Notariat Ofisinin notariusunun xx.xx.2024-cü il tarixli məktubuna əsasən vərəsələr arasında ixtilaflar olduğu üçün şəhadətnamənin verilməsindən imtina edilmiş və məhkəmə orqanlarına müraciət eləməyi xahiş olunmuşdur. İddiaçı ilə cavabdeh X25 arasında həmin miras qalmış əmlakların bölünməsi ilə bağlı mübahisə yarandığından və vərəsə notariat orqanına getməkdən imtina etdiyindən, o da həmin əmlaklara payının əldə edilməsi üçün məhkəməyə müraciət etmişdir. Belə olan halda, qanun üzrə həmin miras əmlaka daxil olan əmlaklardan, yəni qanun üzrə vərəsə kimi ona düşən payın məhkəmə qaydasında müəyyən edilərək iddiaçıya verilməsini məhkəmədən xahiş etmək qərarına gəlmişdir. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, X9 və Bakı şəhəri 6 saylı Dövlət Notariat Kontoruna qarşı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahatlar vermişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahatlar vermişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə sual-cavab zamanı o bildirmişdir ki, onun mərhum Azər Abbasovla nikahının formal olması barədə cavabdehlərin dedikləri həqiqətə uyğun deyil. O, özü də A.Abbasovun vəfatı ilə əlaqədar yas mərasimi keçirmişdir. Əvvəllər nikahları pozulda da, daha sonra nikahı bərpa edib ailə olaraq yaşayıblar. Cavabdeh3 məhkəmə iclasında iddiaya etiraz etmişdir. O bildirmişdir ki, İddiaçı onun mərhum qardaşı X4 arvadıdır. Onlar uzun illər əvvəl boşanıblar və ayrı yaşayıblar. X53 tək yaşayırdı, iddiaçı qardaşına baxmayıb, ona qulluq etməyib. Onların nikahı formaldır. Miras əmlaka daxil olan mübahisəli mənzili də qardaşı alıb, İddiaçı həmin evin alınması zamanı qardaşı ilə nikahda olmayıb. Miras əmlaka daxil olan mübahisəli Nexia markalı avtomobil şəxsən onun özünə məxsusdur. Həmin avtomobili o öz puluna alıb, lakin mərhum qardaşının adına rəsmiləşdirib. Özü daha sonra avtomobili etibarnamə əsasında idarə edib. Hazırda da avtomobl ondandır. Mərhum X53un yas mərasimini ailəsi ilə özləri keçiriblər, İddiaçı yas mərasimində iştirak etməyib. Buna görə də dəfn pulu da İddiaçı verilməli deyil. Cavabdeh2 məhkəmə iclasında iddiaya etiraz etmişdir. O, qardaşı olan Cavabdeh3 izahatında qeyd olunanları təsdiq etdiyini bildirmişdir. Cavabdeh X14 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəməyə ərizə ünvanlayaraq işə cavabdehin onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Bakı şəhəri 6 saylı Notariat Ofisinin İddiaçı ünvanlandığı xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, o, xx.xx.2024-cü il tarixdə verilmiş olan sorğu ilə xx.xx.2023-cü ildə vəfat etmiş X23 miras qalmış Bakı şəhəri, ünvan 4 ünvanda yerləşən mənzilə dair X25 ilə ixtilaflar olduğunu bildirərək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün müraciət etmişdir. Həmin soruğuya cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi ilə bağlı ixtilaflar olduqda mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Qeyd olunanları nəzərə alaraq miras əmlakın bölüşdürülməsi üçün məhkəmə orqanlarına müraciət edilməsi xahiş olunmuşdur. - Azərbaycan Respublikası "xxxx" QSC tərəfindən Azərbaycan Respublikasının Ədliyyə Sahəsində Xidmətlər Baş İdarəsi ünvan 5 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, Bakı şəhəri 6 saylı Notariat ofisinin notariusu Cənab Ə.L.İmanovun xx.xx.2024-cü il tarixli 360 saylı məktubuna cavab olaraq bildirilir ki, "xxxx" QSC-də işləmiş (vəfat etmiş) X24 hesabına 15 sentyabr 2023-cü il tarixində işçinin istifadə edilməmiş məzuniyyətə görə 912.16 manat pul əvəzi və 24 oktyabr 2023-cü il tarixində işçinin qalıq məbləği 644.76 manat köçürülmüşdür. Əlavə olaraq vəfat müavinəti – 4.720,47 manat (ƏM 77-ci maddəsinin 7-ci bəndi) və kollektiv müqaviləyə əsasən maddi yardım – 2.360,00 manat verilməsi nəzərdə tutulur. Qeyd olunan ödəmələr vərəsəlik təqdim etdikdən sonra mümkün olacaqdır. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ünvanlandığı xx.xx.2024-cü il tarixli sorğuya məktubundan görünür ki, A.Abbasovun xx.xx.1967-ci ildə Xətai rayon qeydiyyat şöbəsində tərtib olunmuş doğumu haqqında akt qeydi nəzərdən keçirilərkən atasının X26, anasının isə X15 olduğu məlum olmuşdur. A.Abbasovun xx.xx.1993-cü ildə Səadət Sarayında (Bakı nikah evində) xx.xx.1972-ci il təvəllüdlü İddiaçı ilə bağlanmış nikahının pozulması xx.xx.2003-cü ildə Nizami rayon qeydiyyat şöbəsində qeydə alınmışdır. Onların birgə nikahından xx.xx.1995-ci ildə Leyla Abbasova adlı övladları doğulmuşdur. A.Abbasov xx.xx.2018-ci ildə 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzindəki qeydiyyat şöbəsində yenidən İddiaçı ilə nikaha daxil olmuş, həmin nikaha isə xx.xx.2023-cü ildə A.Abbasovun ölümü ilə xitam verilmişdir. - İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X38 xx.xx.2023-cü il tarixdə ölmüşdür. - İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2025-ci il tarixdə ölmüşdür. - İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X38 ilə İddiaçı xx.xx.2018-ci il tarixdə nikaha daxil olmuşlar, nikaha daxil olduqdan sonra arvada “Balayeva” soyadı verilmişdir. - İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1995-ci il təvəllüdlü X41 Bakı şəhərində anadan olmuşdur, valideynləri qrafasında atası X38, anası X16r. - İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1967-ci il təvəllüdlü X38 Bakı şəhərində anadan olmuşdur, valideynləri qrafasında atası X26, anası X10r. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən 22,2 kv.metr daşınmaz əmlak X30 məxsus olmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat Qeydiyyat və Reyestr Baş İdarəsi ünvan 7 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, məhkəmənin xx.xx.2024-cü il tarixli 2(011)-7494/2024 saylı sorğusuna cavab olaraq bildirilir ki, Bakı şəhər 6 saylı Notariat ofisində X24 xx.xx.2023-cü ildə vəfat etməsi ilə əlaqədar olaraq müraciət etmiş İddiaçı, X13 və X31 ərizəsi əsasında xx.xx.2023-cü ildə vərəsəlik işi açılmış və miras şərikləri arasında mirasın bölüşdürülməsi ilə bağlı ixtilaflar olduğu səbəbindən mübahisənin həlli üçün məhkəmə orqanlarında müraciət edilməsi xahiş olunmuşdur. Həmin sənədlərin kserosürəti aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. - xx.xx.2011-ci il tarixli AB № 564006 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, "DAEWOO NEXİA” markalı, **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobil X24 adına qeydiyyata alınmışdır. - X12 tərəfindən 6 saylı notariat ofisinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, oğlu X30 məxsus olan ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakı qəbul edir və ona qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş edir. - İddiaçı tərəfindən 6 saylı notariat ofisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, əri X30 məxsus olan ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakı qəbul edir və ona qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. - X41 tərəfindən 6 saylı notariat ofisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, atası X30 məxsus olan ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakı qəbul edir və ona qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. - AN-İ № ******* saylı xx.xx.2019-cu il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X27 ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 22.2 kv.metr olan daşınmaz əmlak alıcı X1. - "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdə ünvan 8 ünvanlanmış məktubdan görünür ki, "xxxx" ASC-nin “Rəqəmsal 4” filialı ilə X38 arasında bağlanmış 27.01,2023-cü il tarixli kredit müqaviləsinin şərtlərinə əsasən şəxsi məqsədlər üçün 48 (qırx səkkiz) ay müddətinə 13.500 (on üç min beş yüz) manat məbləğində pul vəsaiti verilmişdir. Sonradan müəyyən edilmişdir ki, X38 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin internet saytından əldə edilən məlumata əsasən X24 vəfatından sonra Bakı şəhəri 6 saylı Notariat ofisində vərəsəlik işinin açılması aşkarlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Qeyd edilənlərə əsasən X24 mirasını qəbul etmiş vərəsələr haqqında məlumatları (şəxsiyyət vəsiqəsi və vərəsəlik haqqında şəhadətnamənin surəti) Banka göndərilməsi xahiş edilmişdir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X59 İdarəsinin xx.xx.2024-cü il tarixli məhkəmə sorğusuna göndərilmiş cavab məktubun surətindən görünür ki, DİN Baş X59 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1967-ci il təvəllüdlü X24 adında xx.xx.2011-ci il tarixdən “DAEWOO NEXİA” markalı **-KP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır. Həmin məktuba əlavə edilmiş kompüter çıxarışından görünür ki, “DAEWOO NEXİA” markalı **-KP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2011-ci il tarixdən X24 adına qeydiyyata alınmışdır. Həmin avtomobilə dair xx.xx.2016-cı il tarixdən xx.xx.2024-cü il tarixədək qüvvədə olma müddəti olan, “nəqliyyat vasitəsindən istifadə etmək hüququ” ehtiva edən etibarnamə Cavabdeh3 verilmişdir. - “Elektron notariat” avtomatlaşdırılmış İnformasiya Sistemi vasitəsilə “Vətəndaşlıq Vəziyyəti aktları” AQİS-dən çıxarışdan görünür ki, X32 ilə X20 xx.xx.2010-cu il tarixdə Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində nikahı qeydə alınmışdır. Arvada Baxşəliyeva soyadı verilib. - “Elektron notariat” avtomatlaşdırılmış İnformasiya Sistemi vasitəsilə “Vətəndaşlıq Vəziyyəti aktları” AQİS-dən çıxarışdan görünür ki, X39 ilə X48 xx.xx.2016-cı il tarixdə nikaha daxil olublar. Arvada Əliyeva soyadı verilib. - İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1965-ci il təvəllüdlü Cavabdeh3 Bakı şəhərində anadan olmuşdur, valideynləri qrafasında atası X26, anası X10r. - İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1970-ci il təvəllüdlü X32 Bakı şəhərində anadan olmuşdur, valideynləri qrafasında atası X26, anası X10r. - İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1976-cı il təvəllüdlü X28 Bakı şəhərində anadan olmuşdur, valideynləri qrafasında atası X29, anası X10r. - İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X28 xx.xx.2009-cu il tarixdə X36 ilə nikaha daxil olmuşdur, arvada Zülfüqarova soyadı verilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ünvanlanmış məhkəmə sorğusuna cavabdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Vunq Tau küçəsi, ev 15, korpus 1, mənzil 916 ilkin olaraq X21 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 18 saylı DNK-nın 4Ə-03-446 reyestr nömrəli xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən mənzil X22 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 6 saylı DNK-nın 4Ə/935 reyestr nömrəli xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən mənzil X6 adına qeydiyyatdan keçmişdir. 2 saylı Bakı ASAN Xidmət Mərkəzinin notariusu tərəfindən təsdiqlənmiş 4Ə-211 reyestr nömrəli xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən mənzil X17 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 50 saylı DNK-nın 4Ə-259 reyestr nömrəli xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən mənzil X24 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. X24 mülkiyyətində digər daşınmaz əmlak aşkar edilməmişdir. Belə ki, işdən göründüyü kimi, tərəflər - xx.xx.2023-cü il tarixdə vəfat etmiş X24 vərəsələridir. İddiaçı onun arvadı, cavabdehlər isə - mərhum A.Abbasovun vəfat etdiyində sağ olan, lakin mirası qəbul edə bilməmiş vərəsəsi olan anası Şəfiqə Abbasovanın vərəsələri – onun övladlarıdırlar (cavabdehlər Cavabdeh3, Cavabdeh2, X14). Belə ki, mərhum cavabdeh Ş.Abbasova oğlu A.Abbasovdan qalan mirası qəbul etmədən vəfat etdiyindən, cavabdehlər irsi transmissiya qaydasında miras əmlaka varis hesab olunurlar. Bundan başqa iş materiallarından görünür ki, vəfat etmiş X24 qızı X41 da atasının birinci növbədən olan vərəsəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1159.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılır: birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1244-cü maddəsinə görə mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər mirası öz qanuni nümayəndələri vasitəsilə qəbul edirlər. Həmin Məcəllənin 1245-ci maddəsinə görə vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Həmin Məcəllənin 1268.2-ci maddəsinə görə əgər vərəsə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxsdirsə, mirasdan imtinaya məhkəmənin icazəsi ilə yol verilir. Həmin Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras onun açıldığı gündən altı ay ərzində qəbul edilə bilər. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə qüvvədən düşmüş hesab edilmişdir). Həmin Məcəllənin 1252-ci maddəsinə görə əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci bəndinə görə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c», 74-cü maddəsinin birinci hissəsinin «a» və «c» bəndləri ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinət ödəyir. İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir. Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin "ç" bəndi ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödəyir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi birgə mülkiyyətinə: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 32.3-cü maddəsinə əsasən, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. 35-ci maddəsinə əsasən nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. 36.3-cü maddəsinə əsasən, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. İşdən görünür ki, miras əmlakda payların bölüşdürülməsi zamanı vərəsələr arasında mübahisə olduğundan, notariat orqanında vərəsələlik haqqında şəhadətnamələr verilmədən işin icraatı dayandırılmışdır. Miras əmlak kütləsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələblərində sadalanmış əmlaklar aşağıdakı hissərdə mərhum A.Abbasovdan qalmış mirasa daxildir. Belə ki, ünvan 6 ünvanında yerləşən 22.2 kv.m mənzilin ½ hissəsi miras əmlaka daxildir. Nikah dövründə əldə edilmiş əmlakın ümumiliyi prezumpsiyasına əsasən həmin əmlak mərhum A.Abbasovun və iddiaçı Z.Balayevının ümumi birgə mülkiyyəti hesab olunur. Başqa bölgü qaydasını əsaslandıran sübutlar və ya nikah müqaviləsi olmadığından onların payları bərabər hesab olunur. Məhkəmə nəzərə alır ki, iddiaçı ilə mərhum A.Abbasovun nikahı xx.xx-1993-cü il tarixdən xx.xx.2003-cü il tarixədək və xx.xx.2018-ci il tarixdən A.Abbasovun vəfatı tarixinədək (xx.xx.2023) qüvvədə olmuşdur. İşdən görünür ki, mərhum A.Abbasovun birinci növbədən 3 nəfər (arvadı, qızı, anası) vərəsi olmuşdur, hazırki cavabdehlər isə mərhumun anasına çatacaq miras payı öz aralarında bərabər bölməklə irsi transmissiya qaydasında çağırılmış vərəsələr olduqlarından, mənzilin 2/3 hissəsi üzərində İddiaçı miras payı müəyyən edilməlidir (iddiaçıya birgə nikah dövründə məxsus ½ pay + miras əmlak təşkil edən mənzilin ½ hissəsinin 1/3 hissəsi). Bununla da, cavabdehlər Cavabdeh3, Cavabdeh2, X14 anaları Ş.Abbasovaya ayrılmalı olan 1/6 hissədə miras payı öz aralarında bərabər bölməli olduqlarından, onların hər birinin mənzilin 1/18 hissəsi üzərində miras payları müəyyən edilməlidir. ((1/2:3):3). Mənzilin 1/6 hissəsi üzərində vərəsə L.Əliyevanın miras payının olması nəzərə alınmalıdır. Miras əmlak kütləsinə daxil olan "DAEWOO NEXİA" markalı, **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobilin bölgüsünə dair məhkəmə qeyd edir ki, həmin əmlak birgə nikah dövründə əldə edilmiş əmlaka aid edilmədiyindən (avtomobil mərhumun nikahda olmadığı - xx.xx.2011-ci il tarixdə əldə edilmişdir), avtomobilin 1/3 hissəsi üzərində İddiaçı miras payı müəyyən edilməli. Cavabdehlər Cavabdeh3, Cavabdeh2, X14 anaları Ş.Abbasovaya ayrılmalı olan 1/3 miras payı öz aralarında bərabər bölməli olduqlarından, cavabdehlər Cavabdeh3, Cavabdeh2, X7 hər birinin avtomobilin 1/9 hissəsi üzərində miras payları müəyyən edilməlidir. Avtomobilin 1/3 hissəsi üzərində vərəsə L.Əliyevanın miras payının olması nəzərə alınmalıdır. "xxxx" QSC tərəfindən X24 hesabına istifadə edilməmiş məzuniyyətə görə 912.16 manat pul əvəzi, işçinin 644.76 manat qalıq məbləği, 2.360 manat maddi yardım olmaqla, 3.916,92 manat pul vəsaitinə münasibətdə məhkəmə qeyd edir ki, həmin ödənişlər nikah dövrünə aid ümumi gəlirlərə aid olduğundan, nikah dövründə əldə edilmiş əmlakın ərarvad arasında bərabər bölünməsi haqqında yuxarıdakı qaydalara əsasən, həmin məbləğin 2/3 hissəsi üzərində İddiaçı miras payı müəyyən edilməlidir. Cavabdehlər Cavabdeh3, Cavabdeh2, X14 anaları Ş.Abbasovaya ayrılmalı olan 1/6 payı öz aralarında bərabər bölməli olduqlarından, onların hər birinin bu məbləğin 1/18 hissəsi üzərində miras payları müəyyən edilməlidir. "xxxx" QSC tərəfindən X24 hesabına ödənilmiş 4.720,47 manat vəfat müavinəti vərəsələr arasında ümumi qaydada bölünməli olduğundan və nikah dövründə əldə edilmiş ümumi əmlaka aid edilmədiyindən, həmin əmlakın 1/3 hissəsi üzərində İddiaçı miras payı müəyyən edilməlidir. Cavabdehlər Cavabdeh3, Cavabdeh2, X14 anaları Ş.Abbasovaya ayrılmalı olan 1/3 payı öz aralarında bərabər bölməli olduqlarından, cavabdehlər Cavabdeh3, Cavabdeh2, X7 hər birinin bu ödənişin 1/9 hissəsi üzərində miras payları müəyyən edilməlidir. Bu ödənişin 1/3 hissəsi üzərində vərəsə L.Əliyevanın miras payının olması nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hər iki iddia ərizəsi qismən təmin edildiyindən dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbləri təmin edilsin. X3 miras qalmış Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Vunqtau küçəsi, ev 15, 1 korpus ünvanında yerləşən 916 saylı mənzilin 2/3 hissəsi üzərində İddiaçı miras payı müəyyən edilsin. Həmin mənzilin üzərində cavabdehlər Cavabdeh3, Cavabdeh2 və X7 hər birinin 1/18 hissədə miras payları müəyyən edilsin. Bakı Metropoliteni QSC tərəfindən X11na ödənilmiş 912,16 manat istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi, 644,76 manat qalıq məbləği, 2.360 manat maddi yardım olmaqla, cəmi 3.916,92 (üç min doqquz yüz on altı manat doxsan iki qəpik) manat məbləğin 2/3 hissəsi üzərində İddiaçı miras payı müəyyən edilsin. Həmin məbləğin üzərində cavabdehlər Cavabdeh3, Cavabdeh2 və X7 hər birinin 1/18 hissədə miras payları müəyyən edilsin. Bakı Metropoliteni QSC tərəfindən ödənilmiş 4.720,47 (dörd min yeddi yüz iyirmi manat qırx yeddi qəpik) manat vəfat müavinətinin 1/3 hissəsi üzərində İddiaçı miras payı müəyyən edilsin. Həmin müavinətin üzərində cavabdehlər Cavabdeh3, Cavabdeh2 və X7 hər birinin 1/9 hissədə miras payları müəyyən edilsin. X3 miras qalmış “Daewoo Nexia” markalı, **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1/3 hissəsi üzərində İddiaçı miras payı müəyyən edilsin. Həmin avtomobilin üzərində cavabdehlər Cavabdeh3, Cavabdeh2 və X7 hər birinin 1/9 hissədə miras payları müəyyən edilsin. Qeyd olunan paylara dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinin verilməsi 6 saylı Dövlət Notariat Kontoruna həvalə edilsin. X3 miras qalmış Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Vunq Tau küçəsi, ev 15, 1 korpus ünvanında yerləşən 916 saylı mənzilin 1/6 hissəsi; Bakı Metropoliteni QSCnin mərhuma ödədiyi 912,16 manat istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi, 644,76 manat qalıq məbləği, 2.360 manat maddi yardım olmaqla, cəmi 3.916,92 manat pul vəsaitinin 1/6 hissəsi; Bakı Metropoliteni QSC-nin ödədiyi 4.720,47 manat vəfat müavinətinin 1/3 hissəsi; “Daewoo Nexia” markalı, **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1/3 hissəsi üzərində X11nun qızı X31 miras payının olması nəzərə alınsın. 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh3, Cavabdeh2 və X5 müştərək qaydada alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar