Məhkəmə qərarları › İş №2(011)-4582/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4582/2021

09.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4582/2021 09.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ X10 İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil Cavabdeh2 MMC-nin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı, Bakı şəhəri, Gəncə prospekti 2935A ünvanında yüksək mərtəbəli binanın 1 blokunda 6-cı mərtəbəsində ümumi sahəsi 59,47 kv.metr olan mənzilə dair Cavabdeh1 ilə AENT-E MMC arasında bağlanmış 20.01.2014-cü il tarixli Ələsgəroğlu-K MMC ilə X2 arasında 117 saylı 20.07.2006-cı ildə bağlanmış müqavilədən Cavabdeh1 keçid müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X.Abdullayev izahat verərək bildirdi ki, İddiaçı 22.04.2019-cu il tarixli 005/2019 saylı müqaviləyə əsasən Texniki Proqress MMC tərəfindən tikilmiş Bakı şəhəri, Gəncə prospekti 2935A ünvanında yüksək mərtəbəli binanın 1 blokunda 6-cı mərtəbəsində ümumi sahəsi 59,47 kv.metr olan 42 saylı mənzili 38.000 manata almışdır, ona həmin mənzilin tam dəyərinin ödənilməsinə dair maliyyə arayışı da verilmişdir, həmin mənzili təmir etmiş və hazırda ailəsi ilə birlikdə həmin mənzildə yaşayır, lakin bu yaxınlarda Cavabdeh1 ilk əvvəl onun mənzilindən aşağıdakı mərtəbədə yerləşən mənzilə daha sonra da ona qarşı iddia qaldıraraq mənzilin ona məxsus olduğunu bildirmişdir, cavabdehin iddia etdiyi ev nəinki ona məxsusdur, hətta həmin mənzil MTK-nın keçmiş sədr əvəzi X6 tərəfindən saxtakarlıqla satılmış və başqasına məxsus olan ev də sonradan Cavabdeh1 satılmışdır, iddiaçının 2021-ci ilin may ayında evin ilk sahibi olmuş Mehtiyev Hidayətdən aldığı məlumata görə isə, ümumiyyətlə onun evi satmadığı və 2006-cı il tarixdə aldığı mübahisəli mənzilə dair MTK-dan pulunu almadığı məlum olmuşdur, həmin mənzilin pulu Mehdiyev Hidayət tərəfindən qismən ödənildiyinə görə onun müqaviləsi ləğv edilmiş və mənzil başqasına satılmışdır, bu faktları iddiçı özü araşdıraraq əldə etmişdir. Nümayəndə həmçinin bildirdri ki, Cavabdeh1 Azərsu ASC ilə bağladığı müqavilədə onun mənzilinin 35 saylı olduğu göstərilib, cavabdeh özü bilirdi ki, onun evi 7-ci mərtəbədə deyil aşağıdakıdır, çünki İcra Hakimiyyətinin verdiyi layihəyə görə onun evi binanın 7-ci mərtəbəsidir, lakin cavabdehin evi onun müqaviləsində və maliyyə arayışında yazıldığı kimi Bakı şəhər İcra Hakimiyyətinin layihəsinə əsasən 1-ci blok 6-cı mərtəbədir, belə olan halda onun iddia etdiyi mənzil aşağıdadır. Sonda X.Abdullayev iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirdi ki, hazırki iş üzrə Cavabdeh1 İddiaçı qarşı Xətai Rayon Məhkəməsinə müqavilənin etibarsız hesab edilməsi, mənzilin təhvil verilməsi barədə iddia tələbi ilə müraciət etmiş, Xətai rayon məhkəməsinin qətnaməsi ilə onun iddiası müqavilə formal olduğundan və onun hüquqi qüvvəsi olmaması əsası ilə təmin olunmamışdır, qətnamə ilə razılaşmayaraq apellasiya şikayəti verilmiş, apelyasiya məhkəməsinin qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə dəyişdirilərək, Cavabdeh1 iddiası təmin olunmuş, Gəncə prospekti 2935 A ünvanında yerləşən yaşayış binasının 1-ci blok, 6-cı mərtəbəsindəki, sahəsi 59,47 kv.m olan 1 otaqlı mənzillə bağlı "xxxx" MMC ilə V.Əliyev arasında bağlanmış 14.01.2013cü il tarixli müqavilə və Cavabdeh2 MMC ilə cavabdeh İddiaçı arasında bağlanmış 22.04.2019-cu il tarixli müqavilə etibarsız hesab edilmiş və həmin mənzilin boşaldılaraq Cavabdeh1 verilməsi qət edilmişdir, qarşı tərəf kassasiya şikayəti versə də, şikayət də təmin olunmamışdır, beləlik də iddia tələbinin təmin olunması ilə müqavilə etibarlı hesab edildi və müəyyən edildi ki mənzil iddiaçınındır, həmçinin indiki müqavilə və buna qədərki onların müqavilələri etibarsız hesab olundu, indiki halda həmin iş üzrə cavabdehlər mənzili boşaltmalı və iddiaçıya təhvil verməlidirlər. Sonda, Vəkil qeyd olunanların məhkəmə tərəfindən nəzərə alınmasını, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 MMC-nin nümayəndəsi A.Qocayev izahat verərək bildirdi ki, İddiaçı 22.04.2019-cu il tarixli A-005/2019 saylı müqaviləyə əsasən Cavabdeh2 MMC tərəfindən Layihə Smeta sənədlərinə əsasında tikilmiş Bakı şəhəri, Gəncə prospekti 2935A ünvanında yüksək mərtəbəli binanın 1 blokunda 7-ci mərtəbəsində ümumi sahəsi 59,47 kv.m olan 42 saylı mənzili X3 38.000 manata almışdır, ona Cavabdeh2 MMC tərəfindən həmin mənzilin tam dəyərinin ödənilməsinə dair maliyyə arayışı verilmişdir, 35 №-li mənzildə Qurbanova Xalidə “AENT-E MMC” ilə bağlanmış müqaviləyə əsasən yaşamışdırlar, sonradan həmin mənzilin birinci sahibi Mamantova Janna mənzilinə gəldikdə görmüşdür ki, Xalidənin oğlu Tumaşov Fəxri evi təmir etmişdir və mənzildə ailəsi ilə yaşayır, Mamantova Janna bildirmişdir ki, bu onun mənzilidir, Fəxri isə bildirib ki, onlar bu mənzili AENT-E MMC-dən almışdırlar və onlara məxsusdur, nəticədə Mamantova Janna Məhkəməyə müraciət etmiş və sonunda Ali Məhkəmənin Qərarı ilə mənzil Mamantova Jannaya verimişdir, qərar icra olunan zaman həmin mənzildən Cavabdeh1 çıxaraq bildiribdir ki, bu mənzil ona 20.01.2014-cü ildə, X2 tərəfindən satılıb, nəticədə Mamatova Janna təkrarən məhkəməyə müraciət edib, proses zamanı icra məmuru Beydullayev Siyavuş məhkəməyə dəvət olundu və o iclasda bildirdi ki, Qərardada əsasən mənzilə həbs qoyularkən 35 №-li mənzildə Qurbanova Xalidənin oğlu və gəlini yaşayırdırlar və həmin vaxt mənzilin içində sübut üçün video və şəkillərdə çəkilib, məhkəmədə məlum oldu ki, Xalidə və Könül eyni məqsədə xidmət edirlər, ”Xətai-6” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti yeni təsis olunanda bloklara elan vuruldu ki, sakinlər ofisə yaxınlaşsın xidmət müqaviləsi bağlasınlar, həmin gün biz Tumaşov Fəxriyə izah etdik ki, göstərilən xidmət rəsmi müqavilə əsasında olacaq, bu zaman Fəxri Könülə aid olan AENT-E MMC tərəfindən bağlanmış müqavilənin və şəxsiyyət vəsiqəsinin sürətlərini təqdim etdi, ”Xətai-6” MMMC tərəfindən 09 iyun 2017-ci il tarixdə Cavabdeh1 adına 35№-li mənzilə 02 №-li Xidmət müqaviləsi bağlandı, Könül xanım özü də gəldi müqaviləni oxudu və imza etdi, Nümayəndə daha sonra bildirdi ki, sonradan məlum olmuşdur ki, Könül, Xalidə və oğlu Fəxri, AENT-E MMC-yə rəhbərlik edən Əkbər Cəfərov ilə əlbir olaraq 35№li mənzili əvvəl 5-ci mərtəbə kimi Xalidənin adına, daha sonra isə 6-cı mərtəbə kimi Könülün adına müqavilə bağlamış, hər iki müqaviləni məhkəmədə sübuta yetirə bilmədikləri üçün sonradan 42№-li mənzilin 2013-cü il tarixdən sahibi olan Əliyev Vurğunu və Vurğunun 2019-cu ildə mənzili satdığı İddiaçı Məhkəməyə şikayət vermişdir, halhazırda həmin mənzil İddiaçı tərəfindən tam təmir olunub və o, ailəsi ilə birlikdə orada yaşayır, Cavabdeh1 əvvəl 35 №-li mənzilə iddia edirdi ki, mənzil ona məxsusdur, Qurbanova Xalidə ona məxsus olan mənzili səhvən təmir edib yaşamışdır, və o təmir xərcini verəcəkdir, bu faktlarıda Xalidənin oğlu Fəxri də təsdiq etmişdir, onlar mənzildə AENT-E MMC tərəfindən saxtakarlıqla bağlanmış müqavilə ilə yaşayıblar, Cavabdeh1 iddia etdiyi ev nəinki ona məxsus deyil hətta sonradan həmin məzil AENT-E MMC-yə rəhbərlik edən X6 tərəfindən saxtakarlıqla satılmış və başqasına məxsus olan ev Cavabdeh1 adına rəsmiləşdirilmişdir, evin Cavabdeh1 verilməsinə dair sonuncunun qaldırdığı iddia üzrə məhkəmə iclasında Cavabdeh1 vəkili Rübail qeyd etmişdir ki, evi guya Mehdiyev Hidayətdən alıb, lakin Cavabdeh1 AENT-E MMC-yə rəhbərlik edən X6 ilə cinayət əməlinə girərək Mehdiyev Hidayətin adına olan müqaviləyə sonuncu səhifəyə dəyişiklik edərək guya evin məhz Mehdiyev Hidayət tərəfindən MTK-nın xeyrinə imtina olunmasını yazdırmış və evin saxta sənədləşməsini qanuni etdirmişdir, Mehdiyev Hidayətlə və Əlimərdənov Vüqarla əlaqə saxladıqda məlum oldu ki, onlar ümumiyyətlə bu şəxsləri tanımırlar və evi də heç kimə satmayıblar, təqdim edilmiş Mehdiyev Hidayətin müqaviləsində də müqaviləyə başqa şəxs imza etməsi açıq-aşkar görünür, həmçinin AENT-E MMC-yə rəhbərlik edən X4 evi satmağa səlahiyyəti belə olmamışdır, bu şəxslər işlərini düzüb qoşmaq üçün 28.05.2012-ci il tarixə birgə təsərrüfat müqaviləsi düzəldərək evin dəqiqləşdirilməsini qanuni etmək istəyiblər, məhz həmin sənədi vəkil Rübail məhkəməyə təqdim etmişdir, həmin sənədin əsli heç yerdə yoxdur bu sənəd texniki vasitələrlə hazırlanmış bir sənəddir, çünki AENT-E MMC-yə rəhbərlik edən Ə.Cəfərovun cinayət işi gedərkən bu müqavilə ümumiyyətlə olmamışdır, məhz Ə.Cəfərov səlahiyyəti olmaya-olmaya Cavabdeh2 MMC-nin əmlakını (mənzilləri) təkrarən satdığına görə cinayət məsuliyyətinə cəlb edilmişdir, sənəd məhkəmə gedişatı dövründə Cavabdeh1 öz işlərini düzüb qoşmaq üçün saxta düzəltdiyi sənədlərdir, bu sənədə əsasən məhkəmə evin Cavabdeh1 məxsus olmasına əsaslanmışdır, Nümayəndə həmçinin bildirdi ki, Ə.Cəfərov həbsdə olan müddətdə belə saxta sənədlərlə evlərin satışını davam etdirmişdir, X.Qurbanova bu mənzilə dair iddia qaldırmışdır, Cavabdeh1 əlindəki müqavilə üzrə mənzil aşağı mərtəbəyə aiddir, İddiaçı yaşadığı mənzil deyildir, belə ki, Cavabdeh1 21.06.2017-ci ildə Azərsu ASC ilə bağladığı müqavilədə onun mənzilinin 35 saylı olduğu göstərilib, o bilirdi ki, evi aşağıdakıdır, çünki 2006-cı il tarixdə İcra Hakimiyyətinin verdiyi layihəyə görə həmin 42 saylı mənzil binanın 7-ci mərtəbəsidir. Nümayəndə həmçinin bildirdi ki, Cavabdeh1 AENT-E MMC tərəfindən verilən müqavilədə şəxsiyyət vəsiqəsinin seriyası X.Qurbanovanın şəxsiyyət vəsiqəsinin seriyası ilə eynidir. Sonda, A.Qocayev qeyd olunanların məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı və Cavabdeh1 lazımi qaydada məlumat verilsə də, onlar məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə iddiaçı və digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh2 MMC arasından bağlanmış 16.11.2005-ci il tarixli birgə təsərrüfat fəaliyyət haqqında müqavilənin təqsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri İH-nin başçısının 267 saylı, 12.10.2005-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektindəki 2935 “A” saylı məhəllədə 0,2 ha torpaq sahəsində 2 bloklu yaşayış binasının layihələndirilməsi və tikintisi ilə əlaqədar birgə fəaliyyət öhdəliklərinin yerinə yetirilməsini öz öhdələrinə götürmüşlər. İş materiallarında olan Cavabdeh1 və "xxxx" MMC arasında bağlanmış 20.01.2014cü il tarixli "xxxx" MMC ilə X2 arasında 117 saylı 02.07.2006-cı ildə bağlanmış müqavilədən Cavabdeh1 keçid” müqaviləsinin surətindən görünür ki, icraçı Bakı şəhəri, Gəncə prospekti 29/35 A ünvanında 12 mərtəbəli yaşayış evinin Bakı şəhəri İcra akimiyyətinin təsdiq etdiyi layihəyə əsasən, 1 ci blok 6-cı mərtəbəsində ümumi sahəsi 59,47 kv.m olan mənzil izole olunmuş 1 otaqdan ibarət bir pay kimi payçıya verməyi, payçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan idarəedici təşkilat "xxxx" mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti ilə Gəncə prospekti, ev 2935 A məhəlləsində yerləşən, 45 ci mənzilin mülkiyyətçisi Cavabdeh1 arasında bağlanmış 2 saylı 09.06.2017-ci il tarixli müqavilənin təsdiq olunmuş surətindən görünür ki, idarəedici təşkilat əmlakın saxlanması və təmiri üzrə müqavilənin 2 nömrəli əlavəsində qeyd edilən xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1081/2020 saylı, 03.02.2020-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri, Gəncə prospekti, 2935 “A” ünvanında yerləşən yaşayış binasının 1-ci blok, 6-cı mərtəbəsindəki, sahəsi 59,47 kv.m ola bir otaqlı mənzillə bağlı "xxxx" MMC ilə X8 arasında bağlanmış 14.01.2013-cü il tarixli müqavilə və Cavabdeh2 MMC ilə cavabdeh İddiaçı arasında bağlanmış 22.04.2019-cu il tarixli müqavilə etibarsız hesab olunmuş və həmin mənzil boşaldılaraq iddiaçıya verilməsi qət edilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Cavabdeh1 və "xxxx" MMC arasında bağlanmış 20.01.2014-cü il tarixli müqavilə əsasında Bakı şəhəri, Gəncə prospekti 29/35 A ünvanında 12 mərtəbəli yaşayış evinin 1 ci blok 6-cı mərtəbəsində ümumi sahəsi 59,47 kv.m olan mənzil Cavabdeh1 verilmişdir, iddiaçı həmin müqavilələrin etibarsız hesab edilməsi tələbini irəli sürmüşdür, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1081/2020 saylı, 03.02.2020-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Gəncə prospekti, 2935 “A” ünvanında yerləşən yaşayış binasının 1-ci blok, 6-cı mərtəbəsindəki, sahəsi 59,47 kv.m ola bir otaqlı mənzillə bağlı "xxxx" MMC ilə X8 arasında bağlanmış 14.01.2013-cü il tarixli müqavilə və Cavabdeh2 MMC ilə cavabdeh İddiaçı arasında bağlanmış 22.04.2019-cu il tarixli müqavilə etibarsız hesab olunmuş və həmin mənzilin boşaldılaraq Cavabdeh1 verilməsi qət edilmişdir. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, İddiaçı mübahisələndirilən müqavilənin tərəfi deyildir, belə ki, həmin müqavilə müvafiq olaraq Cavabdeh1 ilə 3-cü şəxslər arasında bağlanmışdır, iddiaçı həmin müqavilələrin etibarsız hesab edilməsi tələbini irəli sürmüşdür. Halbuki əqdlərin etibarsızlığından bəhs edən Mülki Məcəllənin 337.2-ci maddəsindən görünür ki, əqdin etibarsız hesab edilməsi tələbinin irəli sürməsi hüququ yalnız əqdin tərəfinə məxsusdur. Belə ki, həmin maddədə təsbit olunmuşdur ki, əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Göründüyü kimi əqdin mübahisələndirilməsi üçün ilk olaraq əqdin bir tərəfinin digər tərəfə bununla bağlı iradə ifadəsinin bildirilməsi tələb olunur. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi buna müvafiq subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırıldığından təmin edilə bilməz. Həmçinin məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “Bakı şəhəri, Gəncə prospekti 2935A ünvanında yüksək mərtəbəli binanın 1 blokunda 6-cı mərtəbəsində ümumi sahəsi 59,47 kv.metr olan mənzilə dair Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış 20.01.2014-cü il tarixli "xxxx" MMC ilə X2 arasında 117 saylı 20.07.2006-cı ildə bağlanmış müqavilədən Cavabdeh1 keçid müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimiistinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “Bakı şəhəri, Gəncə prospekti 2935A ünvanında yüksək mərtəbəli binanın 1 blokunda 6-cı mərtəbəsində ümumi sahəsi 59,47 kv.metr olan mənzilə dair Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış 20.01.2014-cü il tarixli "xxxx" MMC ilə X2 arasında 117 saylı 20.07.2006-cı ildə bağlanmış müqavilədən Cavabdeh1 keçid müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddia tələbi rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar