Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-4650/2023 01.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçı Seyid oğlunun iştirakı ilə, İddiaçı Seyid oğlunun Cavabdeh İB-yə qarşı borcun silinməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Seyid oğlunun Cavabdeh İB-yə qarşı – Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Abbasov küçəsi (abonent kodu: **********00015) ünvanına hesablanmış 2882.40 manat borcun Cavabdeh İB tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Seyid oğlu məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)- 1616/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, cavabdeh İddiaçı 756 manat dəymiş zərər, 1179.65 manat debitor borc, 400 manat hüquqi xidmət haqqı və 43.35 manat dövlət rüsumu olmaqla, ümumilikdə 2379 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Cavabdeh bank hesabına ödənilməsi qət olunmuşdur. Göründüyü kimi, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1616/2023 nömrəli xx.xx.2023-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, tərəflər arasında qətnamə mövcud olduğundan və həmin qətnamə qanuni qüvvədə olduğundan, bununla da eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvədə olan qətnaməsi olduğundan, iş üzrə İddiaçı Seyid oğlunun Cavabdeh İB-yə qarşı – Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Abbasov küçəsi (abonent kodu: **********00015) ünvanına hesablanmış 2882.40 manat borcun Cavabdeh İB tərəfindən silinməsi barədə mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, iş üzrə icraata xitam verilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261-262, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Seyid oğlunun Cavabdeh İB-yə qarşı – Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Abbasov küçəsi (abonent kodu: **********00015) ünvanına hesablanmış 2882.40 manat borcun Cavabdeh İB tərəfindən silinməsi barədə mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-4650/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-4650/2023
01.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver