Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4657/2022 03.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı1, Cavabdeh İB-nin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı1 Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh İB-yə qarşı “yeni abunə kodu verilməklə sayğacın digər şəxsin adına keçirilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişlər ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 3101 saylı bağ evi faktiki olaraq yaxın qohumları X1 yaşayış yeri üzrə rəsmi qeydiyyatda olmaqla onun istifadəsindədir. Həmin ünvan abonent kodu **********00000 olmaqla cavabdeh tərəfindən qazla təmin olunur. Tünzalə Kərimova 2-ci qrup əlil olduğu üçün həmin ünvanda qaz təminatı üzrə ödənişlər İddiaçı2 tərəfindən hər ay aparılır. 2021-ci ilin aprel ayının 23-ndə istismar müddətinin bitməsi səbəb olaraq İtron G4 kartla əvvəlcədən ödəniş tipli qaz sayğacı **********3 nömrəli Zenner G4 mexaniki sayğacla cavabdeh- Azəriqaz idarəsinin əməkdaşları-Vüsal Fərəcov və Məmmədov Şahin(icraçı) tərəfindən əvəzlənmişdir. 3 ay sonra Maştağa qəsəbəsi və ətraf ərazilərin qaz istehlakı şöbəsində təqdim olunmuş sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı aktda hər hansı irad qeyd olunmamışdır. 2021-ci ilin avqust ayında qaz sayğacı üzrə ödənişlərin kodunu öyrənmək məqsədilə Maştağa qəsəbəsi və ətraf ərazilərin qaz istehlakı şöbəsinə yaxınlaşdıqda, onlara 28 fevral 2020-ci il tarixli ******* nömrəli akt təqdim olunmuş və 1051.60 manat məbləğində borc yazıldığı qeyd olunmuşdur. Cavabdeh Azəriqaz İB BRQSD-nin rəisi Zelum Rəsulovun təsdiq etdiyi bu sənədə nəzər yetirdikdə, akta əlavə olunmuş fotoşəkillərdə təqdim olunan ərazinin, sayğacın, qazpaylayıcı borunun, hasarın və evin onların ünvanına-Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, bağ evi, 3101 yerləşən bağ evinə aid olmadığı heç bir şübhə doğurmur. Bununla bağlı Xətai Rayon Məhkəməsi müvafiq ekspertiza komissiyasını istənilən anda göndərə bilər. Aktda onların tanımadıqları vətəndaş –Kərimov Şamilin aktı imzalamaqdan imtina etdiyi bildirilmişdir. Onlar bu şəxsi tanımırlar və hansı səbəbdən onların sayğacının bu şəxsin adına qeyd olunması səbəbi onlara məlum deyil. Sadəcə soyadları eynidir. Qeyd olunanlarla bağlı haqlı iradlarını 2021-ci ilin sentyabr ayının 2-də cavabdehə - X5 Bakı Regional Qaz Satışı Departamentinin rəisi Zamin Mehrəliyevin adına ərizə yazmaqla bildirmişlər. Bu ərizə 02 sentyabr 2021-ci il tarixində adı çəkilən departament üzrə K-70-45 daxili dərkənar nömrəsilə qeydiyyata alınmışdır. Ərizənin nəticəsi olaraq 11 oktyabr 2021-ci il tarixində cavabdehin əməkdaşları ünvana gələrək baxış keçirmişlər. Lakin baxış keçirərkən cavabdehin əməkdaşları Səbuhi Qasımovun sədrliyi ilə, Rəfael Əkbərov, Ürfan Əliyev, Natiq Bayramov və Mehdi Əsgərzadə ərizələrinin əsas məqamı-28 fevral 2020-ci il tarixli ******* nömrəli aktdakı fotoşəkillərin onların ünvanına aid olmadığı ilə bağlı heç bir qeyd aparmamışlar. Tərtib olunmuş 11 oktyabr 2021-ci il 201 saylı istehlakçının qaz təsərrüfatının inventar aktında isə ümumi ifadələrdən istifadə edilərək baxış zamanı nöqsanın aşkar edilmədiyi qeyd edilmişdir. 22 oktyabr 2021ci il tarixdə cavabdehin əməkdaşı-Bakı Regional Qazın Satışı Departamentinin rəis müavini Hicran Abbasova imzası ilə onların müraciətlərinə baxılması barədə SOCAR**********30560046X02844 saylı cavab vermişdir. Bu cavabda da ərizələrinin əsas məqamı-28 fevral 2020-ci il tarixli ******* nömrəli aktdakı şəkillərin onların ünvanına aid olub-olmadığı barədə heç bir fikir bildirmədən cavabdehin haqlı olduğu ifadə olunmuşdur. Halbuki, qayda pozuntusu aşkarlanan və onların ünvanına qəti aid olmayan şəkillərdə qeyd olunan işıq sayğacı (abunə kodu **********90002) onların heç vaxt tanımadıqları X4 aiddir. Azəriqaz və Azərişıq elektron məlumat bazalarında uyğunlaşdırmanın nəticəsinə əsasən, X7 2020-ci ilin dekabr ayında öz ünvanına yeni sayğac quraşdıraraq və abunə nömrəsi **********05347 açdırmışdır. X3 bu əməlini artıq inzibati deyil, cinayət kimi dəyərləndirirlər. Çünki onun külli miqdarda qaz oğurluğundan sonra yeni sayğacın alınması ilə borcu onların ünvanında olan sayğaca keçirilməsindəki qeyri-qanuni əməllərdə cinayət əməli vardır. Təəssüf ki, dəfələrlə müraciətlərinə baxmayaraq, cavabdehin əməkdaşları faktlarla sübut olunmuş iradlarını dinləmir və heç bir tədbir görmür. Göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 3101 saylı bağ evinə **********3 nömrəli Zenner G4 mexaniki sayğac üzrə əsassız olaraq borc kimi yazılmış olan 1051.60 manatın aktlarda olan şəkildəki ünvanda yaşayan və bilavasitə pozuntunu edən X2 abunə kodu **********05347 olan Kərimov Şamil tərəfindən qeyd olunan **********05347 koda keçirməklə ödənilməsi, onların ünvanında yerləşən **********3 nömrəli Zenner G4 mexaniki sayğacın isə yuxarıda qeyd olunan borc olmadan yeni abunə kodu verilməklə - Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 3101 saylı bağ evinin sahibi İddiaçı2 adına keçirilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı1 iddia tələbinin dəyişdirilməsi haqqında ərizə təqdim edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 3101 saylı bağ evinə **********3 nömrəli Zenner G4 mexaniki sayğac üzrə Cavabdeh İB-si tərəfindən əsassız olaraq borc kimi yazılmış 1051.60 manatın silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh İB-nin nümayəndəsi X12 cavabdehə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. X12 izahatında bildirmişdir ki, mübahisələndirilən borc məbləğinin iddiaçılara aidiyyəti yoxdur. Belə ki, həmin borc X3 istifadəsində olan ünvan 2 ünvanına hesablanmışdır, halbuki iddiaçılara məxsus ev Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 3101 saylı bağ evidir. Sayğacın yaxud abonent kodunun dəyişdirilməsi ilə bağlı isə iddiaçılar Cavabdeh İB-nə müraciət etməlidirlər. Məhkəmə iclası barədə digər İddiaçı2 lazımı qaydada məlumat verilməsinə baxmayaraq, həmin iddiaçı hazırki məhkəmə iclasına gəlməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli № 2(011)- 4657/2022 saylı qərardadına əsasən İddiaçı2 Cavabdeh İB-yə qarşı “yeni abunə kodu verilməklə sayğacın digər şəxsin adına keçirilməsi tələbinə dair” iddia ərizəsi baxılmamış saxlanılmışdır. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin çıxışlarını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Abonentin saldosundan görünür ki, Şamil Kərimovun istifadəsində olan ünvan 2 ünvanına 2021-ci il üçün 1051.60 manat borc hesablanmışdır. İş materiallarında olan Cavabdeh İB-si tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 fevral 2020-ci il tarixli, ******* nömrəli aktın surətindən məlum olur ki, Şamil Kərimovun istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Bağlar ünvanında sayğaca baxış zamanı “mənzildə qaz sayğacından kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi” aşkar edilmişdir. İş materiallarında olan Cavabdeh İB-si tərəfindən verilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Şamil Kərimovun istifadəsində olan ünvan 2 ünvanında yerləşən fərdi evdə “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən məlum olur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, bağ evi 3101 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin subutların mümkünlüyünü müəyyən edən 81-ci maddəsi təsbit edir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 3101 saylı bağ evinə **********3 nömrəli Zenner G4 mexaniki sayğac üzrə əsassız olaraq borc kimi yazılmış olan 1051.60 manatın aktlarda olan şəkildəki ünvanda yaşayan və bilavasitə pozuntunu edən Cavabdehndə abunə kodu **********05347 olan Kərimov Şamil tərəfindən qeyd olunan **********05347 koda keçirməklə ödənilməsi, onların ünvanında yerləşən **********3 nömrəli Zenner G4 mexaniki sayğacın isə yuxarıda qeyd olunan borc olmadan yeni abunə kodu verilməklə - Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 3101 saylı bağ evinin sahibi İddiaçı2 adına keçirilməsinə dair iddia qaldırsalar da, daha sonra iddiaçılardan İddiaçı1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 3101 saylı bağ evinə **********3 nömrəli Zenner G4 mexaniki sayğac üzrə Cavabdeh İB-si tərəfindən əsassız olaraq borc kimi yazılmış 1051.60 manatın silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, sözügedən mübahisəli ünvanın onlara məxsus olmasına dair hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, iş materiallarında olan sübutlarla təsdiq edilir ki, İddiaçı2 mülkiyyətində olan bağ evi Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 3101 saylı bağ evi olduğu halda, mübahisələndirilən borc X3 istifadəsində olan ünvan 2 ünvanına hesablanmışdır. Bununla yanaşı məhkəmə qeyd etməyi zərur hesab edir ki, iddia tələbi dəyişdirilsə də, iddiaçılar ilk növbədə məhkəməyə müraciət etdikləri tələblə bağlı Cavabdeh-yə müraciət etməli və yalnız həmin orqan tərəfindən onlara imtina cavabı verildiyi halda həmin orqanın hərəkətlərindən inzibati icraat qaydasında müvafiq məhkəməyə müraciət etməlidirlər. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 oktyabr 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.1-ci maddəsinə uyğun olaraq, qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı hüquqi və ya fiziki şəxs inzibati orqandır. Dövlət tərəfindən təbii inhisar subyektlərinə inzibati aktlar qəbul etmək suveren səlahiyyətinin ötürülməsi, onların inzibati hüquq müstəvisində fəaliyyətlərini həyata keçirdikləri zaman inzibati orqan kimi çıxış etmələrinə əsas yaradır. Adı çəkilən Qərarda Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, təbii inhisar subyektlərinin publik hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibatiiqtisadi məhkəmələr tərəfindən baxılır. Məhkəmə mülki işdə olan sübutları qiymətləndirib, işin faktiki hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan və sübutlarla təsdiq edilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı1 Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-4657/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4657/2022
03.11.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver