Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4678/2025 17.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın məyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Bakı şəhər X14 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 11/409 saylı qərarının əslində X5 aid olmasına dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi 05 sentyabr 2007-ci il tarixdə vəfat etmiş atası X3 vərəsəsidir. Belə ki, onun tərəfindən xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 36 saylı Notariat ofisinə vərəsəli şəhadətnaməsi verilməsi üçün ərizə ilə müraciət etmişdir. Ərizəçi atadan miras olaraq qalan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “2895 saylı, ümumi sahəsi 0,12 ha (12 sot) olan bağ sahəsinə dair vərəsəlik şəhadətnaməsi verilməsini istəmişdir. Bununla bağlı ərizəçi tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək mərhum atasının adına olan bağ sahəsinə dair çıxarış əldə etmək istəmişdir. xx.xx.2025 tarixli məktubla maraqlı şəxs tərəfindən hüquqların qeydiyyata alınmasından imtina edilmişdir. Orqanın məktubunda təqdim edilmiş sənədlərdə hüquq sahibinin adı və soyadında uyğunsuzluğun olması qeyd edilərək, orderdə hüquq sahibinin adı və soyadı “İsmayılov Elman”, Bakı şəhər X14 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 11/409 saylı qərarının arxiv çıxarışında isə “İmaylov Elçin” kimi qeyd edilməsi bildirilmişdir. Tərəflərindən yuxarıda qeyd olunan Bakı şəhər X14 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 11/409 saylı qərarının arxiv çıxarışı əldə olurmuşdur. Bu çıxarışda ad və soyadın mexaniki olaraq yanlış yazılması qənaətindədirlər. Belə ki, bu qərar əsasında vətəndaşa verilmiş orderin əslində ad və soyad məhz X6 qeyd edilmişdir. Həmçinin bildirmişdir ki, Azərbaycanda İmaylov deyə bir soyaddan istifadə edilmədiyindən bu yazının yalnız yanlışlıq olmasını ehtimal edilə bilər. Hazırki iş üzrə Bakı şəhər X14 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 11/409 saylı qərarında yazılan ad və soyadın əslində orderdə qeyd olunan ad və soyad olmalı olması faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Belə ki, əsil sənəd hesab olunan orderdə ad və soyad düzgün göstərilsə də maraqlı şəxs Bakı şəhər X14 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 11/409 saylı qərarını əsas götürərək mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtina edir. Bununla da, o, vərəsəlik hüquqlarını əldə edə bilmir. Həmçinin qeyd etməyi zəruri hesab edir ki, orderin əslində qeyd edilmiş Qərar nömrəsi ilə tarixi də məhz yuxarıda qeyd olunan Qərarın nömrə və tarixi ilə eynidir. Yəni order məhz 11/409 saylı Qərar əsasında verilmişdir. Bildirmişdir ki, tərəfindən xx.xx.2025-ci il tarixdə AR DİN BPQMİ-nin MAPS Şöbəsinə sorğu verilərək X10 adında bir vətəndaşın olub olmaması, varsa hansı ünvanda qeydiyyatda olması barədə sorğu verilmiş, xx.xx.2025-ci il tarixdə cavab məktubunda ona X4 qeydiyyat ünvanı barədə məlumat göndərilmişdir. (Ərizəyə əlavə olunur) Lakin cavab məktubunda qeyd edilmiş şəxs xx.xx.1988-ci il tarixində doğulmuşdur. Bundan sonra xx.xx.2025 tarixdə sorğunu təkrarlayaraq bir daha AR DİN BPQMİ-nin MAPS Şöbəsinə göndərsə də cavab eyni oldu. Tərəfindən xx.xx.2025 tarixdə AR Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinə sorğu verilərək X10 (İsmayılov deyil, məhz İmaylov) adında şəxsin olub olmaması (mövcud olub olmaması), varsa hansı tarixdə doğulması və valideynləri barədə ona yazılı arayış təqdim etmələrini xahiş etdi, lakin bu günədək bir cavab ala bilməmişdir. Daha sonra tərəfindən xx.xx.2025 tarixdə AR Milli Arxiv İdarəsinə sorğu verilərək 20 oktyabr 1989-cu il tarixli, 11/409 saylı Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin Qərarı və bu qərarın qoşması olan və ya əsas təşkil edən digər sənədlərin (Şəxsiyyəti təsdiq edən paspert, iclas protokolu və ya digər) onlara təqdim edilməsi istənilmişdir. Lakin cavab verilməmiş və xx.xx.2025 tarixdə AR Milli Arxiv İdarəsinə 2 ayrı sorğu ünvanlayaraq əvvəlki sorğunun cavablandırılması, yəni sənədlər istənilmiş, həmçinin 20 oktyabr 1989- cu iltarixli Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin Qərarında (rus dilində) vətəndaşın adı səhv yazıldığı üçün bu Qərarda qeyd edilən İmaylov kiçin İsfəndiyar (İsmayılov məhz İmaylov) oğlu adında bir vətəndaşın doğumu barədə qeydin AR Ədliyyə Nazirliyi yanında Notariat və Vətəndaşlıq vəziyyəti Aktları İdarəsinin arxiv fondunda mühafizə edilən qeydiyyat kitablarında hər hansı bir qeydin olun olmaması barədə arayış təqdim edilməsi qeyd olunmuşdur. Lakin AR Milli Arxiv İdarəsi yalnız 1 cavab məktubu göndərərək sorğuda qeyd olunan məlumat və sənədləri göndərməmişdir, (cavab məktubu da əlavə olunur). Tərəflərin izahatları: Ərizəçinin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında izahatında bildirmişdir ki, tərəflərindən aparılan araşdırmalar nəticəsində sübutlardan da görünür ki, 1989-cu il tarixli qərarda ad və soyad sadəcə səhv yazılmışdır, onlar tərəfindən aidiyyatı qurumlara sorğular göndərilmişdir. Torpaq sahəsinə aid sənədlər, orderin əsli məhkəməyə təqdim edilmişdir. Orada adı və soyadı düzgün yazılmışdır. Məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onların nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilən arayışlardan görünür ki, xx.xx.1988-ci il təvəllüdlü X1 Muxtar Respublikası, Naxçıvan şəhəri, Qoçüstü məhəlləsi, ev 3, mənzil 9 ünvanında qeydiyyatdadır. xx.xx.1989-cu il tarixli Bakı şəhər X14 İcraiyyə Komitəsinin 11/409 saylı qərara əsasən 9 №-li əlavənin arxiv çıxarışından görünür ki, Ləhic 123 №-li bağlar-tikinti kooperativi üzvlərinin siyahısında X10 qeyd edilmişdir. xx.xx.2024-cü il tarixli, X-363 saylı Bakı şəhəri 36 saylı Notariat ofisinin məktubundan görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X3 vərəsəsi qızı Ərizəçi xx.xx.2024-cü il tarixdə mərhum X2 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən, ümumi sahəsi 0,12 ha olan 2895 saylı torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün müraciət etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, təqdim edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən“2895” saylı torpaq sahəsi üzərində hüquq sahibinin adı və soyadında uyğunsuzluq mövcuddur, belə ki, orderdə hüquq sahibinin adı və soyadı “İsmayılov Elman”, Bakı şəhər X14 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 11/409 saylı qərarının arxiv çıxarışında “İmayılov Elçin” kimi qeyd olunmuşdur, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. 25 dekabr 1989-cu il tarixli 15 saylı orderdən görünür ki, Ləhiş bağ massivində yerləşən “2895 saylı, ümumi sahəsi 0,12 ha (12 sot) olan bağ sahəsi vətəndaş X5 verilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1981-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Ata adı qrafasında X8 qeyd olunmuşdur. AZE 00492389 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1943-cü il tarixdə Şəki şəhərində doğulmuşdur. 27493 saylı, xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, ərizəçi məhkəməyə müraciət edərkən, 100 manat məbləğində dövlət rüsumu tərəfindən ödənilmişdir. Şahid qismində dindirilmiş X12 bildirmişdir ki, mərhum qonşusunun əsl adı Elmandır. Sənəddə yanlışlığa yol verilmişdir. Onun atası ilə İsmayılov Elman həm dost, həm də qonşu olmuşdurlar. Uşaqlıqdan həmin əraziyə gedib-gəlmişdir. Sonuncu dəfə 15-20 gün olar ki, qeyd edilən torpaq sahəsinə getmişdir. Həmin torpaq sahəsi Nardaran ərazisində, Ləhiş bağlarında yerləşir. Orada yaşayış yoxdur, sahədə ağaclar mövcuddur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları da müəyyən edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarın 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmənin mövqeyi: Məhkəmə ərizəçinin izahatını, şahd ifadəsini dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də təmin edilməlidir. Beləliklə işin materialları ilə müəyyən edilmişdir ki, xx.xx.1943-cü il təvəllüdlü X8 xx.xx.2007-ci il tarixdə vəfat etməsi və Ərizəçi X3 vərəsəsi olması işin mübahisəsiz halıdır. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “2895” saylı 0,12 ha torpaq sahəsinə dair order Ərizəçi atası X3 adına verilmişdir, həmin orderdə adı və soyadı “İsmayılov Elman” olaraq qeyd edilmişdir. Bakı şəhər X14 İcraiyyə Komitəsinin xx.xx.1989cu il tarixli, 11/409 saylı qərarının arxiv çıxarışında səhvə yol verilərək, adı və soyadı “İmayılov Elçin” kimi göstərildiyindən, o həmin bağ sahəsinə dair vərəsəlik haqqında şəhadətnaməni ala bilmir. Məhkəmə hesab edir ki, ərizəçi ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır və həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən ərizə təmin edilərək, Bakı şəhər X14 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 11/409 saylı qərarının X5 məxsus olmasına dair hüquqi fakt müəyyən edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. Bakı şəhər X14 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 11/409 saylı qərarının X5 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-4678/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4678/2025
17.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver