Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4681/2025 22.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Yusufzadə Nərmin Şiraslan qızının katibliyi, İddiaçı1 nümayəndəsi X4, İddiaçı2, Cavabdeh2, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər ünvan 5tariat Ofisi və Cavabdeh2 qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin və dövlət reyestrində aparılmış qeydiyyatının ləğvi, ləyaqətsiz vərəsə qismində tanınma” tələbinə dair iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər 40 saylı Notaraiat Ofisinin 08 mart 2023-cü il tarixli qərarının ləğv edilməsi, 1927-ci il təvəllüdlü X9 miras qalmış ünvan 1 ünvana dair vərəsəlik hüqunun tanınması haqqında şəhadətnamənin və mirasın qəbulu ilə bağlı verilmiş çıxarışın etibarsız sayılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı1 iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, atası X9 miras qalmış ünvan 1 ünvana dair 2012-ci il vərəsəlik hüququ ilə açılmış və Cavabdeh2 və X15 verilmiş 40 saylı notariat ofisində açılmış 2012-ci il şəhadətnamənin və eləcə də 2V-36 reyestr xx.xx.2023-cü il tarixli vərəsəlik şəhadətnamə almış Cavabdeh2 adına olan vərəsəlik şəhadətnaməsinin və xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyatın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, miras qoyan 1927-ci il təvəllüdlü X16 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanı vəsiyyət etməmişdir. Miras qoyan 1927-ci il təvəllüdlü X16 üç övladı olmuşdur,. Miras qoyan 1927 -ci il təvəllüdlü X16 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. ünvan 1 ünvanda vərəsənin X23 1927 -ci il təvəllüdlü X16 mülkiyyətində olan ünvan 1 ünvanda qeydiyatda olmaqla qızı 10 sentiyabr 1983-cü il təvəllüdlü X20 ilə yaşamışdır. Miras qoyanın xx.xx.1957-ci il təvəllüdlü qızı X23 08 fevral 2022-ci il tarixdə vəfat etmişdir. ünvan 1 ünvanda vərəsə X23 qeydiyatda olub yaşayan vərəsəsi 10 sentiyabr 1983-cü il təvəllüdlü X20 qeydiyatda olub yaşamışdır. ünvan 1 ünvanda yeddi nəfər qeydiyatda olmalarına baxmayaraq qanunsuz olaraq vərəsəlik hüquq haqqında şəhadətnamə açılmışdır. Miras qoyanın üç vərəsənin məlumatlar verilmədən vərəsəlik işi açılmışdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5942/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Əminə Abbasova) icraatında olan, İddiaçı2 Cavabdeh2 qarşı 01 aprel 2008-ci il tarixdə vəfat etmiş babası X9 miras qalan Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 40 saylı evin 103 saylı mənzilinin anası X15 aid hisəsinə dair Cavabdeh2 adına verilmiş 2V-36 reyestr sayı ilə qeyd edilmiş 27 fevral 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və Cavabdeh2 ləyaqətsiz vərəsə hesab edilib vərəsəlik hüququndan məhrum edilərək 01 aprel 2008-ci il tarixdə vəfat etmiş babası X9 miras qalan Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 40 saylı evin 103 saylı mənzilinə dair Bakı şəhəri 40 saylı notariat ofisi tərəfindən cavabdehin adına verilmiş reyestrdə 2V- 35 sayı ilə qeyd edilmiş 27 fevral 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin şəhadətnamələr əsasında cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış ********** saylı, xx.xx.2023-cü il tarixli qeydiyyatın ləğv edilməsi tələbinə dair iddiası üzrə 2(011)-5942/2025 nömrəli mülki iş İddiaçı1 cavabdeh ünvan 5tariat Kontoruna qarşı 08 mart 2023-cü il tarixli qərarının ləğv edilməsi, 1927-ci il təvəllüdlü X9 miras qalmış Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 40, 103 saylı mənzilə dair vərəsəlik hüququnun tanınması haqqında şəhadətnamənin və mirasın qəbulu ilə bağlı verilmiş çıxarışın etibarsız sayılması tələbi barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Şəhriyar Əliyevin) icraatında olan 2(011)-4681/2025 nömrəli mülki işə birləşdirilmişdir. İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 aprel 2008-ci il tarixdə vəfat etmiş babası X9 miras qalan Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 40 saylı evin 103 saylı mənzilinin anası X15 aid hisəsinə dair Cavabdeh2 adına verilmiş 2V-36 reyestr sayı ilə qeyd edilmiş 27 fevral 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və Cavabdeh2 ləyaqətsiz vərəsə hesab edilib vərəsəlik hüququndan məhrum edilərək 01 aprel 2008-ci il tarixdə vəfat etmiş babası X9 miras qalan Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 40 saylı evin 103 saylı mənzilinə dair Bakı şəhəri 40 saylı notariat ofisi tərəfindən cavabdehin adına verilmiş reyestrdə 2V-35 sayı ilə qeyd edilmiş 27 fevral 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin şəhadətnamələr əsasında cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış ********** saylı, xx.xx.2023-cü il tarixli qeydiyyatın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı2 iddia tələbinin dəqiqləşdirilməsi barədə xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, 01 aprel 2008-ci il tarixdə vəfat etmiş babam X9 miras qalan Bakı şəhəri,Xətai rayonu, General Şıxlinski küçəsi, 40 saylı evin 103 saylı mənzilinin anam X15 aid hisəsinə dair Cavabdeh2 adına verilmiş 2V-36 reyestr sayı ilə qeyd edilmiş 27 fevral 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və Cavabdeh2 ləyaqətsiz vərəsə hesab edilib vərəsəlik hüququndan məhrum edilərək 01 aprel 2008-ci il tarixdə vəfat etmiş babam X9 miras qalan 23 iyul 2012-ci il tarixli, reyestrdə 2-V-1-656 sayı ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin bankda olan əmanətin ½ hissəsinin oğlu Cavabdeh2 miras payı müəyyən edilməsinə dair hissəsinin,01 aprel 2008-ci il tarixdə vəfat etmiş babam X9 miras qalan Bakı şəhəri,Xətai rayonu, General Şıxlinski küçəsi, 40 saylı evin 103 saylı mənzilinin ½ hissəsinə miras payı müəyyən edilməsinə dair Bakı şəhəri 40 saylı notariat ofisi tərəfindən cavabdehin adına verilmiş reyestrdə 2V-35 sayı ilə qeyd edilmiş 27 fevral 2023cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin şəhadətnamələr əsasında cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış ********** saylı,xx.xx.2023-cü il tarixli qeydiyyatın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 tərəfindən Cavabdeh2 qarşı verilmiş iddia ərizəsi 01 aprel 2008-ci il tarixdə vəfat etmiş X9 miras qalan Bakı şəhəri,Xətai rayonu, General Şıxlinski küçəsi, 40 saylı evin 103 saylı mənzilinə dair Bakı şəhəri 40 saylı notariat ofisində açılaraq 2V-35 sayı ilə qeyd edilmiş vərəsəlik işinin və 2V-36 sayı ilə qeyd edilmiş vərəsəlik işinin təsdiq edilmiş surətləri Dövlət Notariat Arxivindən əldə edilməmişdən əvvəl məhkəməyə verilmişdir.Mövcud vəziyyətdə həmin vərəsəlik işlərinin təsdiq edilmiş surətləri əldə edildikdən sonra həmin vərəsəlik işlərindən Bakı şəhəri 40 saylı notariat kontorunun dövlət notariusu X5 tərəfindən təsdiq edilmiş 23 iyul 2012-ci il tarixli, reyestrdə 2-V-1- 656 sayı ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə 01 aprel 2008-ci il tarixdə vəfat etmiş X16 1-ci növbəli vərəsələri olan və Bakı şəhəri,Xətai rayonu, General Şıxlinski küçəsi, 40 saylı evin 103 saylı mənzilində yaşayan qızı X15 ½ hissə və oğlu Cavabdeh2 ½ hissə olmaqla miras payı müəyyən edilmişdir və həmin miras əmlakın bankda olan əmanətdən ibarət olduğu müəyyən olunur.Eyni zamanda 2V-35 sayı ilə qeyd edilmiş vərəsəlik işindən Cavabdeh2 müraciəti əsasında Bakı şəhəri 40 saylı notariat kontorunun xüsusi notariusu X5 tərəfindən təsdiq edilmiş 27 fevral 2023-cü il tarixli ,reyestrdə 2-V35 sayı ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə 01 aprel 2008-ci il tarixdə vəfat etmiş X16 1ci növbəli vərəsəsi olan və Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 40 saylı evin 103 saylı mənzilində qeydiyyatda olan oğlu Cavabdeh2 ½ hissə olmaqla miras payı müəyyən edildiyi və həmin miras əmlakın Bakı şəhəri,Xətai rayonu, General Şıxlinski küçəsi, 40 saylı evin 103 saylı mənzilindən ibarət olduğu müəyyən olunur.Bundan əlavə Cavabdeh2 müraciəti və xx.xx.2022-ci ildə vəfat etmiş bacısı X10 AR.MM-nin 1159-cu maddəsində nəzərdə tutulmuş başqa vərəsəsi olmaması barədə ərizəsi əsasında Bakı şəhəri 40 saylı notariat kontorunun xüsusi notariusu X5 tərəfindən təsdiq edilmiş 27 fevral 2023-cü il tarixli ,reyestrdə 2-V-36 sayı ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə 01 aprel 2008-ci il tarixdə vəfat etmiş X16 vərəsəsi olan qızı X10 xx.xx.2022-ci ildə vəfat etməsi ilə əlaqədar onun miras payının Bakı şəhəri,Xətai rayonu, General Şıxlinski küçəsi, 40 saylı evin 103 saylı mənzilində qeydiyyatda olan qardaşı Cavabdeh2 keçərək miras əmlakdan ½ pay almalı olduğu və həmin miras əmlakın Bakı şəhəri,Xətai rayonu, General Şıxlinski küçəsi, 40 saylı evin 103 saylı mənzilindən ibarət olduğu müəyyən olunur. Mövcud vəziyyətdə cavabdeh anam X10 vəfat etməsindən sui-istifadə edərək onun 1-ci nöbəli vərəsəsi olan övladının olmaması barədə notariusa qəsdən düzgün olmayan məlumat verərərək,anamın qanun üzrə 1-ci növbəli vərəsəsi olmaması əsası ilə ona aid hissəyə 2-ci növbəli vərəsə kimi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə aldığı,bununla da miras qoyanın son iradəsinə qəsdən maneçilik törədərək qanunsuz vasitə ilə əmlak payını artırdığı üçün AR.MM-nin 1137-ci maddəsinə əsasən ləyaqətsiz vərəsə hesab edilərək vərəsəlik hüququndan məhrum edilməlidir.Göstərilənlərə uyğun olaraq Bakı şəhəri 40 saylı notariat kontorunun dövlət notariusu X5 tərəfindən təsdiq edilmiş 23 iyul 2012-ci il tarixli, reyestrdə 2-V-1-656 sayı ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin 01 aprel 2008-ci il tarixdə vəfat etmiş babam X9 miras qalan bankda olan əmanətin ½ hissəsinin oğlu Cavabdeh2 miras payı müəyyən edilməsinə dair hissəsi, 01 aprel 2008-ci il tarixdə vəfat etmiş X9 miras qalmış Bakı şəhəri,Xətai rayonu, General Şıxlinski küçəsi, 40 saylı evin 103 saylı mənzilindən 1-ci növbəli vərəsəsi olan oğlu Cavabdeh2 ½ hissə miras payı müəyyən edilməsinə dair Bakı şəhəri 40 saylı notariat kontorunun xüsusi notariusu X5 tərəfindən təsdiq edilmiş 27 fevral 2023-cü il tarixli ,reyestrdə 2-V-35 sayı ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və Cavabdeh2 müraciəti və xx.xx.2022-ci ildə vəfat etmiş bacısı X10 AR.MM-nin 1159-cu maddəsində nəzərdə tutulmuş başqa vərəsəsi olmaması barədə ərizəsi əsasında 01 aprel 2008-ci il tarixdə vəfat etmiş X16 vərəsəsi olan qızı X10 xx.xx.2022-ci ildə vəfat etməsi ilə əlaqədar onun miras payının Bakı şəhəri,Xətai rayonu, General Şıxlinski küçəsi, 40 saylı evin 103 saylı mənzilinə olan ½ payının qardaşı Cavabdeh2 keçərək miras əmlakdan ½ pay almalı olması barədə Bakı şəhəri 40 saylı notariat kontorunun xüsusi notariusu X5 tərəfindən təsdiq edilmiş 27 fevral 2023-cü il tarixli ,reyestrdə 2-V-36 sayı ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamələr əsasında cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat ləğv edilməlidir Cavabdeh2 xx.xx.2025-ci il tarixli etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, icraatda iddiaçı X6 mənə qarşı Vərəsəlik hüququ haqqında Şəhadətnamənin və həmin şəhadətnaməsinə əsasında reyestrdə aparılmış qeydiyyatın ləğv edilməsi tələbinə dair" iddia ərizəsinə əsasən mülki iş var. Aşağıda qeyd olunan faktiki hallar və hüquqi asaslar üzrə hesab edim ki, ddiaçı Röyalə Cangirovanın Cavabdeh2 qarşı arizəsində iddia tələbləri qanuna va haqiqi hallara uyğun olmadığı üçün rədd edilməlidir. İddiaçı X20 məhkəməyə özünü baçım X11 qızı kimi təqdim etməklə bacım Solmaza manzildan payin olması ehtimal edərək ona çatası vərəsəlik hüququna iddia edir. Cavabdeh2 notariusdan bacısı Solmazın vərəsəsi olan Rövalənin olmasının gizlədərək, Röyalənin payına vərəsəlik hüququnu pozmuş, ləyaqətsiz vərəsə olmuş hesab olunmaqla onun adına verildiyi payın ləğv olunmasını arzusundadır. İddiaçı qeyd edir ki, Cavabdeh2 atası X32 2008-ci ildə vəfat edərkən cavabdeh X24 həmin mənzildə yox, öz ailəsi ilə başqa yerdə yaşamışdır. FAKTİKİ HALLARİ: Cavabdeh2 arvadı X37 arasında olan ailə nikahı xx.xx.1981-ci ildə ləğ olunmuşdur və Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, 40 №-li evin, 103 №-li mənzilində bu günədək yaşayır. (Boşanma haqqında Şəhadətnamə əlavə olunur). Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, 40 №-li evin, 103 Ne-li mənzildə Cavabdeh2 ilə birqə atası X32 xx.xx.2008-ci tarixədək və bacısı X23 xx.xx.2022-ci tarixədək yaşamışlar. X1 Bəyoğlan Famil oğluna ərə qetmişdir və ərinin soyadına Cangirovaya keçmişdir. 17.1- 20 oktyabr 1987-ci ildə X11 və X7 arasında olan nikah ləğv olunmuşdur və Solmaz Xıdır qızı ərinin soyadında Cangirova kimi qalmışdır. (Boşanma haqqında Şəhadətnamə əlvə olunur). 18- İddiaçı Cangirova Röyalə xx.xx.1983 ildə Azərbacan SSR-nin Yardımlı rayonunda Cavabdeh2 bacısı X21 ailəsində doğulmuşdur və Abışova Nəsibənin qızıdır. Cangirova Röyalə təxminən 1989-1990 illərdə Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, 40 №-li evin, 103 №-li mənzilə qətirilmişdir, yerli məktəbə verilmişdir, təhsilini başa çatmış, orta ixtisas təhsil müəssisənə daxil olub bitirdkdən sonra işə qetmiş və təxminən 2001-2002 illərdə həmin mənzildən çıxmışdır. Lakin qeydiyyatı qalmışdır. İddiaçı məhkəməyə Övladlığa götürmə haqqında Şəhadətnaməni təqdim svladlığa götürmüşdür və onun atası X26r. Bununla bağlı Cavabdeh2 məhkəməyə xx.xx.2000-ci il tarixdə vəfat etmiş X27 Ölüm haqqında Şəhadətnaməni təqdim edir. (Əlavə olunur). X43 heç vaxt öz soyadını Cangirov soyadına dəyişməmişdir və Röyalə Cangirovanı övladlığa götürməmişdir. Xüsusilə qeyd etmək lazımdır ki, X38 heç vaxt X11 əri olmamış, nikah bağlamamış, birlikdə yaşamamış və əyər X3 Röyələni övladlığa götürmüş olsayidi bu barədə özünün xəbərə olardı. Onun öz ailəsi, arvadı uşağı və s. var idi və X23 ilə və ya Cangirova Röyalə ilə birlikdə və ya bir ailədə Bakı şəhəri və ya hansı isə başqa yerdə heç vaxt yaşamamışdır. (Ölüm haqqında Şəhadətnamə əlavə olunur). Beləliklə, iddiaçı Cangirova Röyalə xalası olan Cangirova Solmazdan ehtimal olunan vərəsəlik hüququnun əsasını yaratmaq üçün Övladlığa götürmə haqqında Şəhadətnaməni saxtalaşdıraraq notariusa və məhkəmələrə təqdim etmişdir. Cavabdeh2 oğunun anası və X16 arvadı X17 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. Cangiroiva Solmaz mənzildə yaşayırdı lakin, notariat ofisinə müraciət etməmişdir. Çünki bilirdi ki atası Cahangirov Xıdır mənzilini oğlu Cahangirov Təliqə şifahi şəkildə vəsiyyət etmişdir. Cangirova Solmaz vərəsəliyi qəbul etmədiyi halda, lap saxta vərəsə olsada, Röyalə vərəsəliyə iddia edə bilməz. Ehtimal ilə Cangirova Röyalənin mənzildə yaşaması vərəsəlik hüququnu yaratmır. Cahangirov Xıdır heç vaxt Cangirova Solmaza mənzilini vəsiyyət etməmişdir. Bu barədə heç bir sübut təqdim olunmamışdır. Cangirova Röyalənin övladlıqla bağlı fərziyəsi indi ortaya çıxdı və saxtadır. Vərəsələr notariusa ərizə ilə müraciət etməklə öz vərəsəliyə dair hüququnu rəsmiləşdirirlər, təsdiqləyirlər. Lakin, Cangirova Solmaz bilərəkdən şüurlu şəkildə notariusa müraciət etməmişdir. 2008-ci ildən atası Xıdır Cahangirovun ölümündən sonra, 2022 ilədək özü ölənədək vərəsəlik hüququnun təsdiqləməsi üçün və sonra kimə isə vəsiyyət etmək üçün müraciət etmək imkanı var idi. X55 vərəsəliyi qəbul olmuş olsaydı və Cavabdeh2 notariusdan Solmaz Cangirovanın vərəsələrin olduğunu gizlətsəydi onda notarius özü dövlət informativ ümumi portalından bunu görmüş olardı, çünki ümumi informativ dövlət portalında bu barədə informasiya movcuddur. Deməli, Dövlət informasiya portalında Solmazın uşaqları olmamış kimi qeyd olunur. Bu isə Cangirova Röyalənin övladlığa götürmənin saxta olmasını dəlalət edir. MM-nin müddəası: ölən vərəsənin övladı ölümündən sonra doğularsa vərəsə hesab oluna bilər. Lakin, Cangirova Solmaz vaxtı ilə vərəsəliyi təsdiqlənmir, qəbul etmir, Cangirova Röyalə onun qızı olsaydı, Solmaz Cangirova özü miras payını qəbul edib sonra qızına vəsiyyət və ya bağışlanmanı edərdi, MM-nin ləyaqətsiz vərəsənin əsasları qeyd olunur. İş üzrə bu hallar müşahidə olunmur. Cavabdeh2 atası Xıdıra qarşı heçbir məcburetmə amoral və ya cinayət xarakterli hərəkət etməmişdir. Eyni zamanda Cavabdeh2 yaxşı qardaş kimi bacısı Cangirova Solmaza qulluq etmiş, axıra kimi öz qardaş borcunu yerinə yetirmişdir. Qeyd etmək lazımdır ki, Cangirova Röyalənin məhkəməyə təqdim etdiyi Övladlığa götürmə haqqında Şəhadətnamə saxtadır. Masimov İsaxan heç vaxt onun atası olmamış, anası Solmaz deyil, onun anası X28r. İddiaçı Cangirova Röyalə üç aylıq iddia müddətini ən pis halda 2022-ci ida Sürmüşdür. Əslində isə iddia müddətin hesablanması 2008-ci ildə Xıdır Cahangirovun ölümü ilə başlayır və altı aydan sonra tamamlanır. Onun ölümündən sonra, qız Solmaz 2022 ildə vəfat edir, və 2025 ildə mənzildə formal saslarla qeydiyyatda qalmış Cangirova Röyala 2025-ildə iddia qaldıraraq məhkəməyə müraciət edir. İş üzrə vərəsəlik münasibətləri xx.xx.2023-cü il tarixədək yarandığı üçün vərəsəliklə bağlı bütün iddia və mübahisələndirmə müddətləri ilə bağlı məhdudiyyətləri şamil olunur. Belə ki, 6 aydan sonra iddia etdiyi mənzilə dair Röyalə Cangirovanın vərəsəlik hüququ yaranmamışdır. Sonda Cavabdeh2 iş üzrə iddia müddətin keçməsi müddəası tətbiq edilməsi və qeyd olunan hüquqi əsaslar və faktiki hallar üzrə Röyalə Cangirovanın iddia ərizəsinin rədd edilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi X13 izahatında bildirdi ki, şəhadətnamə ləğv edilməlidir, Cavabdeh2 miras qoyanın vərəsələrinin olmasını gizlətmiş, bu yolla həm vərəsəlik şəhadətnaməsi, həm də daşınmaz əmlakın reyestrindən çıxarış almışdır. Bu səbəbdən həm şəhadətnamə, həm də çıxarış ləğv edilməlidir. Cahangirov Xıdır 2008-ci ildə vəfat etmişdir. İddiaçı1 həmin vaxt Yardımlı rayonunda yaşayıb. Atasının evinə köçməyib. Ata evi kimi İddiaçı1 ora gəlib-gedib. Cavabdeh həmin mənzildə yaşamamışdır. X41 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı2 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə təqdim etdiyi etiraza uyğun izahat verərək bildirdi ki, iki iddiaçı var, onlardan biri mərhum Cahangirov Xıdır doğma qızı İddiaçı1dir, digər İddiaçı2dır. İş üzrə iddia müddəti tətbiq olunmalıdır. Cavabdeh2 notariusa müraciət edəndə Canqirova Solmaz sağ idi. 2V-35 saylı vərəsəlik işi 2020-ci ildə başlanmışdır, qurtarma tarixi xx.xx.2023-cü ildir. Həmin vərəsəlik işində qeyd edilmişdir ki, Cavabdeh2 miras qoyan Xıdır Cahangirovun oğludur və mirasdan ½ pay almalıdır. Cavabdeh müraciət etdikdə həmin çıxarışı təqdim etmişdir. Ondan əvvəl isə çıxarış yox orderi təqdim etmişdir. xx.xx.2023-cü il tarixdə cavabdeh öz bacısının payını qəbul etməklə bağlı notariusa müraciət etmişdir. Notarius işində Solmaz Canqirovanın ailə vəziyyəti “bilinmir” kimi qeyd edilmişdir. 2V-35 saylı vərəsəlik işində order var. Orderdə qeyd edilmişdir ki, həmin ev 1978-ci ildə Cahangiov Xıdıra verilir, orderdə Cahangiov Xıdırın, onun həyat yoldaşı Fərasət xanımın, Cavabdeh2 və Canqirova Solmazın adı qeyd edilib. Notarius 2021-ci ildə DƏDRX-nə məktubla müraciət edərək, həmin evə mülkiyyət hüququnu təsdiq edən sənədin verilməsini xahiş edir. 2021-ci ildə çıxarış verilmişdir. 2021-ci ildə Solmaz xanım notariusa ərizə ilə müraciət etsə idi onda o öz payını ala bilərdi. Lakin cavabdehin atası Cahangirov Xıdır mənzili oğluna şifahi vəsiyyət edərkən heç bir müdaxilə olmamışdır. Cavabdeh iddiaçıları həmin mənzildən qeydiyyatdan çıxarmaqla bağlı İnzibati məhkəməyə müraciət edərkən iddiaçılar cavabdehə deyib ki, bizə pul ver gedək. İnzibati məhkəmə 4 nəfəri qeydiyyatdan çıxarmış, 1 nəfər qeydiyyatda qalmışdır. Apellyasiya məhkəməsi qərarı qüvvədə saxlamışdır. Sonradan İddiaçı2 həmin evə köçürülmə ilə bağlı məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi iddianı təmin etmiş, Apellyasiya Məhkəməsi qətnaməni qüvvədə saxlamış, Ali Məhkəmə qətnaməni ləğv edib, yenidən baxılması üçün göndərmişdir. Əsası da o olmuşdur ki, cavabeh evin mülkiyyətçisi olmuşdur. xx.xx.2021-ci ildə Cahangirov Xıdırın adına DƏDRX həmin mənzilə dair çıxarış verib, həmin vaxt Canqirova Solmaz sağ olmuşdur. Solmaz xanım 2008-ci ildən sonra qanuna əsasən 3 ay müddətində notariusa müraciət etməli idi ki, o vərəsədir, şəhadətnamə alsın. Amma müraciət etməyib faktiki olaraq orda yaşayıb. İddiaçı2 həm də 2V-36 nömrəli işin ləğv edilməsini, cavabdehin ləyaqətsiz vərəsə hesab olunmasını tələb edir. Birinci dəfə cavabdeh 2020-ci ildə notariusa orderlə müraciət etmiş, 2021-ci ildə çıxarış verilmiş, 2023-cü ildə isə Solmaz Canqirovanın payı ilə bağlı müraciət edir. Mülki Məcəllə mirasın qəbulu ilə bağlı 3 ay müddət müəyyən edir, 6 aydan sonra şəhadətnamə verilə bilməz. Həmin şəxslər Xıdır Cahangirovun mirasını qəbul müddətini, Solmaz Canqirovanın mirasını qəbul müddətini və mübahisələndirmə müddəti ötürülmüşdür. Həmin evdə Tofiq və Solmaz yaşamışdır. Sonda Vəkil2 hər iki iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki iş materiallarında olan AZ-İ seriyalı, 276992 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X32 xx.xx.2008-ci il tarixində Bakı şəhərində ölmüşdür. İş materiallarında olan AZ-İİ seriyalı, 425899 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X25 xx.xx.2022-ci il tarixində Bakı şəhərində ölmüşdür. İş materiallarında olan AZ-İİ seriyalı, 208317 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2002-ci il tarixində Bakı şəhərində ölmüşdür. İş materiallarında olan Yardımlı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı1 xx.xx.1948-ci il tarixdə Yardımlı rayon Əvçədulan kəndində anadan olmuşdur, onun atası X33, anası X34 olmuşdur. İş materiallarında olan AZ-İ seriyalı, 016396 nömrəli Övladlığa Götürmə haqqında şəhadətnamədən görünür ki, Masıyeva İddiaçı2 Solmaz Xıdır qızı tərəfindən övladlığa götürülmüş və ona Canqirova soyadı verilmiş, bu barədə övladlığa götürmə haqqında akt qeydləri kitabında xx.xx.1990-ci ildə, 31 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Yardımlı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı2 xx.xx.1983-cü il tarixdə Yardımlı rayonu Ökü kəndində anadan olmuş, atası X39, anası X18r. İş materiallarında olan 2012-ci ildə Bakı şəhəri 40 saylı notariat ofisində Cavabdeh2 adına açılmış vərəsəlik işinin surətindən görünür ki, Cavabdeh2 və X25 xx.xx.2012-ci ildə X14 miras qalmış əmanətin qəbul edilməsi barədə notariat kontoruna ərizə vermişdir. Həmin notariat işində olan Qanun üzrə Vərəsəlik hüququ haqqında xx.xx.2012-ci il tarixli şəhadətnaməyə əsasən, X19 vərəsələri Cavabdeh2 və X25 ½ hissədə miras əmlakdan irs almalıdır. Miras əmlak keçmiş SSRİ Əmanət Bankında 544, 07900515 nömrəli hesabda olan əmanətdən ibarətdir. İş materiallarında olan ünvan 5tariat Ofisinin 2V-35 nömrəli işindən görünür ki, Cavabdeh2 xx.xx.2021-ci ildə X14 miras qalmış daşınmaz əmlakın qəbul edilməsi barədə notariat kontoruna ərizə vermişdir. Həmin notariat işində olan X42 tərəfindən Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə göndərdiyi məktubdan görünür ki, yazaraq bildirirəm ki, 1927-ci ildə anadan olmuş, ölən günədək, yəni xx.xx.2008-ci il tarixədək ünvan 2 ünvanında yaşamış mərhum X9 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı oğlu Cavabdeh2 tərəfindən Bakı şəhəri 40 saylı notariat ofisinə müraciət daxil olmuş, tərəfimizdən vərəsəlik işi açılmış və o miras qoyanın vərəsəsi kimi tanınmışlar. ünvan 3 ünvanında yerləşən mənzilə dair X16 adına mülkiyyət hüququnu təsdiq edən sənəd verildikdən sonra onun vərəsələrinə vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcəkdir. Həmin notariat işində olan Qanun üzrə Vərəsəlik hüququ haqqında xx.xx.2023-cü il tarixli şəhadətnaməyə əsasən, X19 vərəsələri Cavabdeh2 miras əmlakdan ½ hissədə pay almalıdır. Miras əmlak ünvan 4 ünvanında yerləşən mənzildən ibarətdir. İş materiallarında olan ünvan 5tariat Ofisinin 2V-36 nömrəli işindən görünür ki, Cavabdeh2 xx.xx.2023-cü ildə X8 miras qalmış daşınmaz əmlakın qəbul edilməsi barədə notariat kontoruna ərizə vermişdir. Həmin notariat işində olan Qanun üzrə Vərəsəlik hüququ haqqında xx.xx.2023-cü il tarixli şəhadətnaməyə əsasən, X19 vərəsəsi X25 idi, lakin onun xx.xx.2022-ci ildə vəfat etməsi ilə əlaqədar miras onun qardaşı Cavabdeh2 keçir və o miras əmlakdan ½ hissədə pay almalıdır. Miras əmlak ünvan 4 ünvanında yerləşən mənzildən ibarətdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhər, Xətai rayon, General Şıxlinski küçəsi, ev 40, mənzil 103 ünvanında yerləşən mənzil tam payda xüsusi mülkiyyət hüququ ilə X19 adına xx.xx.2021-ci il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhər, Xətai rayon, General Şıxlinski küçəsi, ev 40, mənzil 103 ünvanında yerləşən mənzil tam payda xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 adına xx.xx.2023-cü il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Baki Şəhəri 36 Sayli Notariat Ofisi tərəfindən İddiaçı2 göndərilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Sizin ünvan 6 ünvanladığınız xx.xx.2025-ci il tarixli ərizənizə baxılmışdır. Bildirirəm ki, Bakı şəhəri 40 saylı Notariat ofisində xx.xx.2008-ci il tarixdə vəfat etmiş X9 miras qalmış Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 40 ünvanında yerləşən 103 saylı mənzilə dair Cavabdeh2 xx.xx.2023-cü il tarixdə 2V-35 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ½ hissəyə və 2V-36 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2022-ci il tarixdə vəfat etmiş X10 vərəsəsi kimi hissəyə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyindən Sizə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi imkan xaricindədir. Bununla əlaqədar məhkəməyə müraciət edə bilərsiniz. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı1 tərəfindən tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı2 tərəfindən tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, X32 xx.xx.2008ci il tarixində vəfat etmiş, onun X25, Cavabdeh2 və İddiaçı1 olmaqla 3 uşağı olmuş, Xıdır Cahangirovdan miras qalmış əmanətin qəbul edilməsi barədə Solmaz Canqirova və Cavabdeh2 tərəfindən xx.xx.2012-ci ildə notariat kontoruna ərizə verilmiş, onların həmin əmanətdən ½ hissədə pay almalarına dair xx.xx.2012-ci il tarixli vərəsəlik şəhadətnaməsi verilmiş, Xıdır Cahangirovdan miras qalmış daşınmaz əmlakın qəbul edilməsi barədə Cavabdeh2 tərəfindən xx.xx.2021-ci ildə notariat kontoruna ərizə verilmiş, xx.xx.2022-ci il tarixində X25 vəfat etmiş, onun İddiaçı2 adlı qızı olmuş, Solmaz Canqirovadan miras qalmış daşınmaz əmlakın qəbul edilməsi barədə Cavabdeh2 tərəfindən xx.xx.2023-cü ildə notariat kontoruna ərizə verilmiş, Cavabdeh2 Xıdır Cahangirovun vərəsəsi kimi ½ hissədə və Solmaz Canqirovanın vərəsəsi kimi ½ hissədə ünvan 4 ünvanında yerləşən daşınmaz əmlakdan pay almasına dair xx.xx.2023-cü il tarixli vərəsəlik şəhadətnaməsi verilmiş, həmin əmlak tam payda xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 adına xx.xx.2023-cü il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır. Hazırda İddiaçı1 atası X9 miras qalmış ünvan 1 ünvana dair 2012-ci ildə açılmış və Cavabdeh2 və X15 verilmiş 40 saylı notariat ofisində açılmış 2012-ci il şəhadətnamənin və eləcə də 2V-36 reyestr xx.xx.2023-cü il tarixli vərəsəlik şəhadətnamə almış Cavabdeh2 adına olan vərəsəlik şəhadətnaməsinin və xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyatın ləğv edilməsini tələb edir, İddiaçı2 isə babası X9 miras qalan Bakı şəhəri,Xətai rayonu, General Şıxlinski küçəsi, 40 saylı evin 103 saylı mənzilinin anası X15 aid hisəsinə dair Cavabdeh2 adına verilmiş 2V-36 reyestr sayı ilə qeyd edilmiş 27 fevral 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və Cavabdeh2 ləyaqətsiz vərəsə hesab edilib vərəsəlik hüququndan məhrum edilərək 01 aprel 2008-ci il tarixdə vəfat etmiş babam X9 miras qalan 23 iyul 2012-ci il tarixli, reyestrdə 2-V-1-656 sayı ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin bankda olan əmanətin ½ hissəsinin oğlu Cavabdeh2 miras payı müəyyən edilməsinə dair hissəsinin,01 aprel 2008-ci il tarixdə vəfat etmiş babam X9 miras qalan Bakı şəhəri,Xətai rayonu, General Şıxlinski küçəsi, 40 saylı evin 103 saylı mənzilinin ½ hissəsinə miras payı müəyyən edilməsinə dair Bakı şəhəri 40 saylı notariat ofisi tərəfindən cavabdehin adına verilmiş reyestrdə 2V-35 sayı ilə qeyd edilmiş 27 fevral 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin şəhadətnamələr əsasında cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış ********** saylı,xx.xx.2023-cü il tarixli qeydiyyatın ləğv edilməsini tələb edir. Cavabdeh2 isə iddia tələbi ilə razı deyil və iddianın rədd edilməsini tələb edir. Bununla belə iddiaçının vərəsəlik hüququnu istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə, iddia tələbinin “xx.xx.2023-cü il tarixli vərəsəlik şəhadətnamələrinin və həmin şəhadətnamələr əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış ********** saylı, xx.xx.2023-cü il tarixli qeydiyyatın ləğv edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, X25 tərəfindən Xıdır Cahangirovun miras əmlakının faktiki qəbul edilməsi işin mübahisəsiz halıdır, belə ki, cavabdehin nümayəndəsi və vəkili X36 Cahangirovun vəfatından sonra ünvan 4 ünvanında yerləşən mənzildə yaşadığını qeyd edir. Bununla da Solmaz Canqirova həmin əmlaka sahiblik etməyə və əmlakı idarə etməyə faktik başlamış və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Bu hal onu göstərir ki, həmin əmlak ½ hissədə Solmaz Canqirovanın miras aktivinə daxil olmuşdur. Digər tərəfdən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. X25 tərəfindən 2012-ci ildə Xıdır Cahangirovun miras əmlakı kimi bank əmanəti qəbul edildiyindən və həmin əmlakdan onun ½ hissədə payının müəyyənləşdirilməsi barədə vərəsəlik şəhadətnaməsi olduğundan, X52 Cahangirovun miras əmlakı kimi həm də ünvan 4 ünvanında yerləşən mənzili qəbul etmişdir. X2 birinci növbə qanun üzrə vərəsəsinin (İddiaçı2) olmasına və İddiaçı2 tərəfindən Solmaz Canqirovanın miras əmlakının qəbul edilməsinə baxmayaraq, xx.xx.2023-cü il tarixli vərəsəlik şəhadətnaməsi ilə miras əmlakdan Solmaz Canqirovanın ikinci növbə qanun üzrə vərəsəsi Cavabdeh2 pay alması müəyyən edilmişdir. Halbuki, əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna etməli idi. Bu səbəbdən həmin vərəsəlik şəhadətnamələri və onların əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış ********** saylı, xx.xx.2023-cü il tarixli qeydiyyat İddiaçı2 vərəsəlik hüquqlarını pozmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 40 saylı evin 103 saylı mənzilə dair Cavabdeh2 adına verilmiş 2V-35 və 2V-36 reyestr sayı ilə qeyd edilmiş 27 fevral 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr və həmin şəhadətnamələr əsasında cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış ********** saylı, xx.xx.2023-cü il tarixli qeydiyyat ləğv edilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, mübahisəli hüquq münasibəti bu hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun həll edilir. Mübahisəli vərəsəlik hüquq münasibəti X16 vəfatı ilə xx.xx.2008-ci il tarixində yaranmışdır. Həmin tarixə qüvvədə olan Mülki Məcəlləyə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı1 Xıdır Cahangirovun vəfatından sonra Yardımlı rayonunda yaşamış, Xıdır Cahangirovun miras əmlakı olan ünvan 4 ünvanında yerləşən mənzilə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamamış, həmçinin mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməmişdir. Eyni zamanda İddiaçı1 mirasın hər hansı bir hissəsinə sahiblik etməyə faktik başlaması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Bu da onu göstərir ki, İddiaçı1 Xıdır Cahangirovun miras əmlakını qəbul etməmişdir. Məhkəmə, eyni zamanda, iddiaçıların Cavabdeh2 qeyd edilən mənzildə yaşamaması ilə bağlı dəlillərinə münasibətdə hesab edir ki, Cavabdeh2 qeyd edilən mənzildə yaşamasa belə bu onun vərəsəlik hüququnu istisna etmir. Belə ki, mirası qismən qəbul etməyə yol verilmədiyindən və Cavabdeh2 atası Xıdır Cahangirovun miras əmlakı kimi 2012-ci ildə bank əmanətini qəbul etdiyindən o, mirası tamamilə qəbul etmişdir. Miras əmlaka həmin mənzil də daxil olduğundan Cavabdeh2 həmin mənzilə olan vərəsəlik hüququ bu əsasla istisna edilə bilməz. Məhkəmə, iddia tələbinin “xx.xx.2012-ci il tarixli vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, İddiaçı1 tərəfindən Xıdır Cahangirovun miras əmlakının qəbul edilməməsi səbəbindən və adı çəkilən vərəsəlik şəhadətnaməsinin ləğvi üçün hər hansı əsas olmadığından iddia həmin hissədə əsaslı deyil və iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə, iddia tələbinin “Cavabdeh2 ləyaqətsiz vərəsə hesab edilməsi və vərəsəlik hüququndan məhrum edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş şəxs həmin hallar məhkəmə tərəfindən təsdiq edildikdə nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz. Hazırki iş üzrə Cavabdeh2 nə Xıdır Cahangirovun, nə də Solmaz Canqirovanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətməsi və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərməsi halları müəyyən edilmir. Bu səbəbdən iddia həmin hissədə əsaslı deyil və iddia tələbi həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1137-ci maddəsinə əsasən, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı birinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.2-ci maddəsinə əsasən, ölənin bacıları və qardaşları qanun üzrə vərəsəlik zamanı ikinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1244-cü maddəsinə əsasən, mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər mirası öz qanuni nümayəndələri vasitəsilə qəbul edirlər. Həmin Məcəllənin 1274-cü maddəsin əsasən, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1281-ci maddəsinə əsasən, əgər mirası qəbul edən bütün vərəsələrin razılaşması ilə ayrı qayda müəyyənləşdirməyibsə, bölünməsi təsərrüfat təyinatının itirilməsinə və ya zəifləməsinə səbəb olacaq əmlak bölüşdürülmür və vərəsələrin paylarına uyğun onların ümumi mülkiyyəti olur. Həmin Məcəllənin 1291-ci maddəsinə əsasən, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Həmin Məcəllənin 1321.1-ci maddəsinə əsasən, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Həmin Məcəllənin 1321.2-ci maddəsinə əsasən, qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Həmin Məcəllənin 1325-ci maddəsinə əsasən, vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair“ Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 18 iyul tarixli Qərarı ilə formalaşdırılmış hüququi mövqeyə əsasən, mülki Məcəllənin 1243.2-ci maddələsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2020-ci il 16 oktyabr tarixli Qərarı ilə formalaşdırılmış hüquqi mövqeyə əsasən, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi İlə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 40 saylı evin 103 saylı mənzilə dair Cavabdeh2 adına verilmiş 2V-35 və 2V-36 reyestr sayı ilə qeyd edilmiş 27 fevral 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr və həmin şəhadətnamələr əsasında cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış ********** saylı, xx.xx.2023-cü il tarixli qeydiyyat ləğv edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, İddiaçı1 ödədiyi dövlət rüsumu özünə aid edilməli, iddia tələbi qismən təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul Cavabdeh2 alınaraq İddiaçı2 ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 40 saylı evin 103 saylı mənzilə dair Cavabdeh2 adına verilmiş 2V-35 və 2V-36 reyestr sayı ilə qeyd edilmiş 27 fevral 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr və həmin şəhadətnamələr əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış ********** saylı, xx.xx.2023-cü il tarixli qeydiyyat ləğv edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı1 ödədiyi dövlət rüsumu özünə aid edilsin. Dövlət rüsumunun əvəzi qismində 100 (yüz) manat Cavabdeh2 alınaraq İddiaçı2 verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-4681/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4681/2025
22.01.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver