Məhkəmə qərarları › İş №2(011)-469/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-469/2022

24.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-469/2022 24.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X8 iştirakı ilə İddiaçı cavabdeh X1rşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh X1rşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, 30.10.2019-cu il tarixli aktın ləğv olunması, həmin akt əsasında hesablanmış ziyanın əvəzinin silinməsi və bugünədək tutulmuş pul vəsaitinin ona geri qaytarılması, çəkdiyi yol xərcinə, vaxt itkisinə və vurulmuş mənəvi ziyana görə 500 manat məbləğində pulun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Prosesin gedişində iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, 30.10.2019-cu il tarixli aktın ləğv olunması və həmin akt əsasında hesablanmış 1451,40 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, uzun müddətdir Abşeron rayonu, Digah qəsəbəsində özümə məxsus olan fərdi yaşayış evində yaşayır. 2015-ci ildə cavabdeh tərəfindən evin qazlaşdırılması həyata keçirilmiş, qazın alqı-satqısı barədə Müqavilə bağlanmışdır. Bugünədək cavabdehlə heç bir mübahisəsi olmamışdır. Lakin 2021-ci ilin sentyabr ayında sayğaca kartda olan pulu yüklədikdən sonra ödədiyi məbləğin hamısının sayğaca yüklənmədiyini, nədənsə silindiyini görmüş, səbəbini aydınlaşdırmaq üçün qaz istismar sahəsinə müraciət etmiş və ona bildirilmişdir ki, kartın hesabında olan pulun tam olaraq sayğaca yüklənməməsinin səbəbi vurulmuş zərərin əvəzinin tutulması ilə bağlıdır. Abşeron Qaz İdarəsinə müraciət etmiş və sənədlərin surətlərini götürmüşdür. Məlum olmuşdur ki, cavabdeh tərəfindən onun xəbəri olmadan 2 ilə yaxındır ki, istifadə edəcəyi təbii qazın dəyərinə görə ödədiyi pulun yarısı qanunsuz olaraq tutulurmuş. Vurulmuş zərərin miqdarını və hazırki vaxtadək nə qədər pulun tutulduğunu soruşsa da bu barədə mənə dəqiq məlumat verə bilmədilər. Daha sonra 30.10.2019-cu ıl tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akrın surəti və ona əlavə edilmiş fotoşəkillər ona təqdim edildi. Aktda göstərilmişdir ki, BRQSD-nın əməkdaşları Məmmədov Əbülfəz və mühəndis Rzayev Məhərrəməli onunla birlikdə bu aktı tərtib ediblər ona görə ki. 30.10.2019-cu il tarixdə evində təbii qazdan istifadə qaydalarına riayət olunmasını yoxlayıblar və sayğacdan kənar qeyri-qanuni qoşularaq qazdan istifadə etdiyimi müəyyən ediblər. Hətta aktda onu imza etməkdən imtina etdiyi də qeyd ediblər. Dəfələrlə Cavabdeh İB-nin Abşeron qaz idarəsində və Mehdiabad qaz istismar sahəsində olsa da, tutulmuş pulları qaytaracaqlarını bildirmələrinə baxmayaraq, çox get-gələ saldılar, işi bir-birinin üstünə atdılar. Nəticədə belə qərara gəldi ki, məhkəməyə müraciət etsin. Ona məxsus olmayan sayğacda müəyyən olunmuş nöqsanın təqsirkarı deyil. Bu vaxtadək tərəfindən istehlak olunan qazın dəyəri vaxtlı-vaxtında ödənilmiş, ödəmələrlə bağlı qaz təchizatçısı ilə hər hansı bir problem yaranmamışdır. İstifadə etdiyi qaz sayğacında hər hansı nöqsan aşkar edilməmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X9 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddiaçıya itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmış, ziyanın məbləğinin 1451,40 manat olması müəyyən edilmişdir. İddiaçı həmin məbləği Azəriqaz İB-yə ödəməlidir. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunan sübutları tədqiq edib, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Abşeron rayonu, Digah qəsəbəsi ünvanı üzrə abonent kodu **********01260 olmaqla abonent kimi İddiaçı adına qeydiyyata alınmışdır. Belə ki, iş materiallarında olan X3 əməkdaşları tərəfindən tərtib olunmuş 29.03.2019-cu ıl tarixli ******* saylı, 30.04.2019-cu ıl tarixli ******* saylı, 28.06.2019-cu ıl tarixli ******* saylı və 30.10.2019-cu ıl tarixli ******* saylı aktın surətindən müəyyən olunur ki, X6 məxsus evdə qeyriqanuni olaraq sayğacdan kənar istifadə edildiyindən dəymiş ziyanın hesablanması qərara alınmışdır. X3 29.03.2019-cu ıl tarixli, 30.04.2019-cu ıl tarixli, 28.06.2019-cu ıl tarixli və 30.10.2019cu ıl tarixli tələbnamələrin surətindən müəyyən olunur ki, itirilmiş qazın bərpası üçün hesabat apanlmış, hesablanmış cəmi 12120 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. 04.04.2022-ci il tarixli, 10/820 saylı ekspert rəyinə görə, baxış zamanı Abşeron rayonu, Digah qəsəbəsində yerləşən fərdi yaşayış evini təbii qaz ilə təmin edən qaz xəttinin sayğaca qədər olan hisəsində kənar qoşulmalar aşkar edilməmişdir. Təqdim edilmiş abonent saldosundan müəyyən olunur ki, Abşeron rayonu, Digah qəsəbəsində yerləşən fərdi yaşayış evi ünvanına (abonent kodu: **********01260) itirilmiş qazın bərpası üçün hesablanmış borcun məbləği 1451,40 manat təşkil edir. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda yoxlama keçirilmiş, təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilmiş və itirilmiş qazın bərpası üçün hesablanmış məbləğ iddiaçıdan tələb edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1ci bəndinin ikinci hissəsinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, işin araşdırılmış halları ilə iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra istehlakçıya qarşı qanunsuz və əsassız akt tərtib edib bu akt əsasında qərar qəbul etməklə qanunsuz tələb irəli sürməsi, yəni istehlakçının təqsirini sübuta yetirmədən ondan itirilmiş qaz sərfiyyatına görə pul vəsaiti tələb etməsi, həmçinin göstərilən evdə qaz xəttinə sayğacdan kənar qoşulma faktının aşkar olunmadığı tam olaraq təsdiq edilmişdir. Ona görə də, məhkəmə iddia tələblərini əsaslı hesab edib, təmin edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, iddia tələbi təmin edildiyinə görə ödənilməli olan 34,50 manat dövlət rüsumu və ekspertiza tədqiqatının dəyəri 102 manat cavabdehdən tutulub Dövlət büdcəsinə keçirilməlidir.. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X7 “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, 30.10.2019-cu il tarixli aktı ləğv olunsun. İddiaçı məxsus olan Abşeron rayonu, Digah qəsəbəsində yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********01260) hesablanmış qaz sərfiyyatına görə 1451,40 (bir min dörd yüz əlli bir manat, 40 qəpik) manat borcun silinməsi cavabdeh X5 həvalə edilsin. X2 dövlət rüsumuna görə 34,50 (otuz dörd manat 50 qəpik) manat tutularaq dövlət büdcəsinin hesabına köçürülsün. Ekspertiza tədqiqatının dəyəri 102 (bir yüz iki) manat cavabdeh X2 tutularaq X4, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar