Məhkəmə qərarları › İş №2(011)-473/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-473/2022

02.02.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-473/2022 02.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı4 və İddiaçı3 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdehlər Cavabdeh1 və qeyrisinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) “qanun üzrə X19 şəhadətnamənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğvi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar X10, İddiaçı2 oğlu, İddiaçı4 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və 2 saylı Bakı Cavabdeh2ndə Notariat Ofisinə qarşı – Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsi, 5 saylı fərdi yaşayış evi və Qusar rayonu, Tofiq İsmayılov küçəsi, 43 saylı fərdi yaşayış evindən ibarət miras əmlakına dair Cavabdeh1 verilmiş xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli vərəsəlik haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və onlar əsasında verilmiş çıxarışın ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsi, 5 saylı fərdi yaşayış evi və Qusar rayonu, Tofiq İsmayılov küçəsi, 43 savlı fərdi yaşayış evi iddiaçının mərhum xalası X5 xüsusi mülkiyyətində olmuşdur. X13 xx.xx.2020-ci il tarixdə vəfat etmiş və 2 saylı Bakı Cavabdeh2 Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-cı il qeydiyyat tarixli, 929 nömrəli ölüm haqqında şəhadətnamə verilmişdir. X5 vəfatından sonra həmin əmlaklar digər vərəsələrin xəbəri və məlumatı olmadan X5 qardaşı X16 tərəfindən tək vərəsə kimi 2 saylı Bakı Cavabdeh2ndə notariat ofisində onun adına sənədləşdirilmişdir. X5 digər qanuni vərəsələri, yəni iddiaçıların göstərilən notariat əməliyyatlarından xəbəri və məlumatı olmamışdır. Halbuki, həmin əmlaklar iddiaçıların istifadəsində və faktiki olaraq idarəetmələrində olmuşdur. Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsi, 5 saylı fərdi yaşayış evindən ibarət miras əmlakının qəbuluna dair Cavabdeh1 tərəfindən xx.xx.2020-ci il tarixdə 2 saylı Bakı Cavabdeh2ndə Notariat ofisinə ərizə ilə müraciət etmişdir. xx.xx.2020-ci il tarixdə isə ona qanun üzrə X19 şəhadətnamə verilmiş və nəzərdə tutulan miras əmlakına tam hissədə pay müəyyənləşdirilmişdir. Həmçinin, Qusar rayonu, Tofiq İsmayılov küçəsi, 43 saylı fərdi yaşayış evindən ibarət miras əmlakının qəbuluna dair o, xx.xx.2021-ci il tarixdə 2 saylı Bakı Cavabdeh2ndə Notariat ofisinə ərizə ilə müraciət etmişdir. xx.xx.2021-ci il tarixdə isə ona qanun üzrə X19 şəhadətnamə verilmiş və nəzərdə tutulan miras əmlakına tam hissədə pay müəyyənləşdirilmişdir. X5 yeganə qanuni vərəsəsi Cavabdeh1 deyildir. X2 və X8 birgə nikahdan Cavabdeh1, X13, X20, X14 və X15 adlı 5 övladı dünyaya gəlmişdir. Onlardan yalnız 3 övladı - X13, X14 və X20 vəfat etmişdir. Lakin, Cavabdeh1 miras əmlakının qəbuluna dair ərizədə bacısı Sanayeva (Cəfərova) Fəridə Şahbaz qızını, mərhum X11 övladları İddiaçı4 və İddiaçı3, X1 övladı İddiaçı1 Şahbaz oğlunu qanuni vərəsə qismində göstərməyərək, yalnız özünü yeganə qanuni vərəsə kimi qeyd etmişdir. Göründüyü kimi, Cavabdeh1 tərəfindən qəsdən iddiaçıların qanuni vərəsə olma faktı 2 saylı Bakı Cavabdeh2ndə Notariat Ofisindən gizlədilmişdir və bunun nəticəsində iddiaçıların vərəsəlik hüquqları pozulmuşdur. X1 vərəsəsi olaraq iddiaçı yəni Həsənov X23 rayonu, Tofiq İsmayılov küçəsi, 43 saylı fərdi yaşayış evindən ibarət miras əmlakı faktiki olaraq onu idarə etdirdiyini nümayiş etdirmişdir. Belə ki, iddiaçı həmin evdə uşaqlığından bəri daimi olaraq yaşayır. Yəni iddiaçının xalasının övladı olmadığı üçün həmin Nizami rayonunda yerləşən, həm də Qusar rayonunda yerləşən əmlakları faktiki olaraq iddiaçıya bağışlamışdır. Bunu iddiaçının bütün qohumları da təsdiqləyə bilərlər. Lakin, həmin əmlakların faktiki olaraq iddiaçı tərəfindən qəbul edilməsi, orada daimi olaraq yaşamağı faktı tamamilə gözardı edilmişdir. O cümlədən digər vərəsələrdə həmin evlərin idarə edilməsində və qorunub saxlanılmasında iştirak etmişlər. Həmçinin iş materiallarından da göründüyü kimi, notariat kontoru iddiaçılara qarşı qərəzli olmuş, vərəsə qismində mövcudluqları faktı ümumiyyətlə araşdırılmamışdır. Notariat orqanı mülki qanunvericiliyin normalarının tələblərini pozaraq vərəsələrin dairəsini müəyyən etməyərək tam miras əmlaka qanun üzrə X19 şəhadətnamə vermişdir ki, nəticədə bu iddiaçıların hüquqlarının pozulması ilə nəticələnmişdir. Bunun hüquqi nəticəsi olaraq isə cavabdeh əsassız olaraq miras əmlaka dair öz adına çıxarış almışdır. Yəni iddiaçılar həyatda ola-ola vərəsələr sırasında göstərilməmişdir. İddiaçılar X10, İddiaçı2, İddiaçı4 və İddiaçı3 sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək məhkəmədən, Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsindəki, 5 saylı fərdi yaşayış evinə və Qusar rayonu, Tofiq İsmayılov küçəsi, 43 saylı fərdi yaşayış evindən ibarət miras əmlaka dair Cavabdeh1 verilmiş xx.xx.2020-ci il tarixli, 2v-452 reyestr nömrəli və xx.xx.2021-ci il tarixli, 2v-132 reyestr nömrəli vərəsəlik haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, Qusar şəhəri, Tofiq ismayılov küçəsi, 43 saylı fərdi yaşayış evinə dair xx.xx.2021-ci il tarixli, 2v- 132 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən verilmiş xx.xx.2021ci il tarixli, ********** qeydiyyat nömrəli, Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsindəki 5 saylı fərdi yaşayış evinə dair xx.xx.2020-ci il tarixli, 2v-452 reyestr nömrəli qanun üzrə X19 şəhadətnaməyə əsasən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışların ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar X3, İddiaçı4 və İddiaçı3 nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və 2 saylı Bakı Cavabdeh2ndə Notariat Ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin nümayəndəsi, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Üçüncü şəxsin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli Qanun üzrə X19 Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixində vəfat etmiş X5 vərəsələri: ünvan 1 ünvanında qeydiyyatda olan qardaşı Cavabdeh1dur və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə əsasında verilən miras əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə X9 verilmiş **********67- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən mülkiyyətində olan 0,0143 ha torpaq sahəsindən və onun üzərində yerləşən ümumi sahəsi 64,20 kv.metr olan fərdi yaşayış evindən ibarətdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Qanun üzrə X19 Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixində vəfat etmiş X5 vərəsələri: ünvan 1 ünvanında qeydiyyatda olan qardaşı Cavabdeh1dur və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə əsasında verilən miras əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə X9 verilmiş **********12-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən istifadədə olan 0,02217 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 329,35 kv.metr, yaşayış sahəsi 60,4 kv.metr, yardımçı sahəsi 127 kv.metr olan fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə mərhum X9 məxsus 4 otaq (y/s – 60,4 kv.metr) hissəsindən ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində X5 xüsusi tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2020-ci il tarixində Dərbənd şəhərində ölmüşdür. İş materiallarında olan Cavabdeh1 tərəfindən notariat ofisinə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, o, bacısı X4 qalmış miras əmlaklar üçün X19 şəhadətnamənin verilməsini xahiş etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2007-ci il tarixində Bakı şəhərində ölmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 xx.xx.2009-cu il tarixində Bakı şəhərində ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsinin xx.xx.2009-cu il tarixli 34 saylı məktubundan görünür ki, Qusar şəhəri, T.İsmayılov küçəsində yerləşən 43 saylı fərdi yaşayış evi Qusar rayon Notariat kontorunun 2004-cü il 21 sentyabr tarixli 4Ə-6-796 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən X5 adına qeydə alınmış və ona Qusar rayon Tİ və MHQ idarəsi tərəfindən 2004-cü il 21 sentyabr tarixli 1128 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 3 üzərində X5 xüsusi tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1948-ci il tarixində Qusar rayonunda anadan olmuşdur. Onun valideynləri qrafasında atası “X18” anası “X7” qeyd edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Qusar şəhəri, T.İsmayılov küçəsi 43 saylı fərdi yaşayış evinə dair 2 saylı Cavabdeh2 notariusu H.M.Mirzəyev tərəfindən təsdiqlənmiş xx.xx.2021-ci il tarixli 2V-132 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən Cavabdeh1 adına qeydiyyatdan keçmişdir və xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsi, 5 saylı, 9 otaqlı evin 5 otağı 61 saylı DNK-nın 4Ə/72 reyestr nömrəli xx.xx.2005-ci il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2005-ci il tarixdə, 4 otağı 2 saylı Cavabdeh2ndə notariat ofisinin xüsusi notariusu H.Y.Vəliyev tərəfindən təsdiqlənmiş 2V-452 reyestr nömrəli xx.xx.2020-ci il tarixli qanun üzrə X19 şəhadətnaməyə əsasən xx.xx.2020-ci il tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir və xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsi, 5 saylı fərdi yaşayış evi və Qusar rayonu, Tofiq İsmayılov küçəsi 43 saylı fərdi yaşayış evi mərhum X9 məxsus olmuş, o öldükdən sonra isə həmin fərdi yaşayış evləri qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında onun qardaşı Cavabdeh1 verilmişdir. İddiaçı1 mərhum X5 bacısı X6 oğlu, İddiaçı2 mərhumun bacısı, iddiaçılar İddiaçı4 və İddiaçı3 isə mərhumun bacısı X12 uşaqlarıdır. Hazırda iddiaçılar qanun üzrə X19 Cavabdeh1 verilmiş şəhadətnamələrin etibarsız hesab edilməsini və mübahisəli əmlaklara dair çıxarışların ləğv edilməsini xahiş edirlər. Məhkəmə iddianın mahiyyəti ilə bağlı aşağıdakı qanunvericilik normalarını qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəllənin: 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1133-cü maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1243-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məhkəmə qeyd edir ki, qanunverici mirasın qəbul edilməsini iki formada müəyyən edir: 1. notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə; 2. əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə. Göründüyü kimi, miras əmlakı istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsələr qəbul edə bilər. Mirası qəbul edən vərəsə bunu hərəkətləri ilə şəksiz nümayiş etdirməli, yaxud mirasın açıldığı yer üzrə notariat ofisinə mirasın qəbul edilməsi ilə bağlı ərizə ilə müraciət etməlidir. Bundan başqa, mirası qəbul edən vərəsə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamalıdır. Vərəsənin əmlaka sahibliyə və onu idarə etməyə başlaması faktiki olmalı və heç bir şübhə yaratmamalıdır. Beləliklə, qanunverici miras əmlakın qəbul edilməsi üçün istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsənin vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç aylıq müddət müəyyən etmişdir. Göründüyü kimi, qanunverici mirasın qəbul edilməsi üçün 6 ay keçdikdən sonra mirasın qəbul edilməsinə yol verilməməsini göstərmişdir. Belə ki, iddiaçılar miras qoyan Validə Sanayevanın qanun üzrə vərəsələri olsalar da, lakin onlar miras qoyan öldükdən sonra 6 ay müddətində notariat ofisinə müraciət etmədiklərinə görə, 6 aylıq müddətin ötürülməsinə dair isə hər hansı üzrlü səbəbi təsdiq edən sübutu və həmçinin göstərilən müddətdə miras əmlaka sahibliyə və onu idarə etməyə faktiki başlamalarına və mirasın qəbul edilməsini şəksiz nümayiş etmələrinə dair mötəbər sübutları məhkəməyə təqdim etmədiklərinə görə, miras həmin vərəsələr tərəfindən qəbul edilmiş sayıla bilməz. Digər tərəfdən, məhkəmə Cavabdeh1 adına verilmiş qanun üzrə X19 şəhadətnamələrin etibarlılığına hüquqi qiymət verərək, hesab edir ki, həmin şəhadətnamələrin etibarsız hesab edilməsi üçün hər hansı əsas məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır. Belə ki, mərhum Validə Sanayeva öldükdən sonra Cavabdeh1 göstərilən müddətdə ona X19 şəhadətnamənin verilməsi üçün notariat ofisinə müraciət etmişdir və müvafiq olaraq ona şəhadətnamələr verilmişdir. Göstərilən xüsusatlara əsasən, məhkəmə hesab edir ki, Cavabdeh1 adına verilmiş qanun üzrə X19 şəhadətnamələrin etibarsız hesab edilməsinə dair əsas müəyyən edilmədiyindən, iddia təmin edilməməlidir. Məhkəmə həmçinin iddianın “X19 şəhadətnamələrə əsasən verilmiş çıxarışların ləğv edilməsi” barədə hissəsinə hüquqi qiymət verərək, hesab edir ki, X19 şəhadətnamələr etibarsız hesab edilmədiyindən, iddia qeyd edilən hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçılar X10, İddiaçı2, İddiaçı4 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və 2 saylı Bakı Cavabdeh2ndə Notariat Ofisinə qarşı – Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsindəki, 5 saylı fərdi yaşayış evinə və Qusar rayonu, Tofiq İsmayılov küçəsi, 43 saylı fərdi yaşayış evindən ibarət miras əmlaka dair Cavabdeh1 verilmiş xx.xx.2020-ci il tarixli, 2v-452 reyestr nömrəli və xx.xx.2021-ci il tarixli, 2v-132 reyestr nömrəli vərəsəlik haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, Qusar şəhəri, Tofiq ismayılov küçəsi, 43 saylı fərdi yaşayış evinə dair xx.xx.2021-ci il tarixli, 2v-132 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən verilmiş xx.xx.2021-ci il tarixli, **********qeydiyyat nömrəli, Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsindəki 5 saylı fərdi yaşayış evinə dair xx.xx.2020-ci il tarixli, 2v-452 reyestr nömrəli qanun üzrə X19 şəhadətnaməyə əsasən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışların ləğv edilməsinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar