Məhkəmə qərarları › İş №2(011)-4734/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-4734/2025

10.06.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-4734/2025 10.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynova Nuranə Rafiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ:

1. xx.xx.2025-ci il tarixdə iddiaçı Cavabdeh İddiaçı Mikayil qızına qarşı mənzilə köçürmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun-Cavabdehh qızının ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra xx.xx.2025-ci il tarixdə İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehh qızını mülkiyyətçisi olduğu ünvan 2 ünvanından ona 3000 (üç min) manat kompensasiya ödəmək şərti ilə istifadə hüququna xitam verilməsi (itirilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3.Tətbiq edilən hüquq: 43.2. bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. 169.3. hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır.

Məhkəmənin mövqeyi:

4. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın icraatında olan iddiaçı Cavabdeh İddiaçı Mikayil qızına qarşı mənzilə köçürmə tələbinə dair 2(011)-2527/2025 saylı mülki işə birləşdirilməlidir.

5. Belə ki, iş materiallarından aydın olur ki, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 19 may 2025-ci il tarixli qərardadı ilə həmin iddia ərizəsi hakim Samirə Eyvazovanın icraatına qəbul edilmişdir. İddiaçı Cavabdeh İddiaçı Mikayil qızına qarşı mənzilə köçürmə tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Qeyd edilən iddia ərizəsi isə məhkəmənin 03 fevral 2025-ci il tarixli qərardadı ilə hakim Əminə Abbasovanın icraatına götürülmüşdür.

6. Məhkəmə hesab edir ki, hakim Əminə Abbasovanın icraatında olan 2(011)- 2527/2025 saylı mülki iş üzrə iddia tələbi 2(011)-4734/2025 saylı iş üzrə iddia tələbi ilə əlaqəli olduğundan, həmçinin gələcəkdə ziddiyyətli məhkəmə qərarlarının qəbul edilməsinin qarşısının alınması, ədalət mühakiməsinin düzgün və səmərəli həyata keçirilməsi üçün hazırki 2(011)-4734/2025 saylı mülki iş, hakim Əminə Abbasovanın icraatında olan 2(011)-2527/2025 saylı işə birləşdirilməlidir.

7. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 169.3, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏRARA ALDİ:

1. İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi tələbinə dair 2(011)-4734/2025 nömrəli mülki iş, iddiaçı Cavabdeh İddiaçı qarşı mənzilə köçürmə tələbinə dair 2(011)-2527/2025 nömrəli mülki işlə bir icraatda birləşdirilsin.

2. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar