Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4798/2021 17.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə, X7 İstismarı idarəsinə və SOCAR İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə qarşı “aktın ləğv edilməsi və borcun silinməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh1nə, X7 İstismarı idarəsinə və SOCAR İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə qarşı “aktın ləğv edilməsi və borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin əməkdaşlarının hərəkətləri onun evinə borc yazılması hissəsində qanunsuz hesab edilməsi, ünvan 1i ünvanında yerləşən mənzilinə sayğacın sındırılması ilə bağlı tərtib edilmiş aktların ləvğ edilməsi və adına ayrı-ayrı vaxtlarda qanunsuz və əsassız vazılmış ümumilikdə 433 manat borc məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ailə üzvləri ilə birlikdə Bakı şəhərində yaşayır. Tətil günlərində ailə üzvləri ilə birlikdə istirahətə ünvan 1ində olan evinə gedir. Qonşuluqda yaşayan həyat yoldaşının əmisi oğlu Asif Adıgözəlovdan xahiş edirdi ki, həmin evə arada bir nəzarət etsin. Qaz sayğacı evindən 300 metr aralıda quraşdırılmış və evdən baxanda ümumiyyətlə həmin qaz sayğacı görsənmir. 07.07.020-ci il və 06.04.2020-ci il tarixlərində ünvan 2i ünvanında olan evin bayır girişində quraşdırılmış sayğaclar tanımadığı şəxslər tərəfindən sındırılmışdır. Bu barədə məlum olan dəqiqədən Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat vermiş və aidiyyatı qurumlar tərəfindən araşdırmalar aparılmışdır. Həmçinin ünvan 2i ünvanında olan evinə qaz sayğaclarının sındırılması ilə bağlı aktlar tərtib olunaraq ona həmin hadisələr ilə bağlı akt tərtib olunub və sayğacın sındırılması ilə bağlı borc hesablanmışdır. Cavabdeh təşkilatın ünvan 3 ünvanına yazılmış cərimə borclarının silinməsi ilə əlaqədar müraciət etsə də, məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Sayğaca heç bir müdaxilə etməmişdir, həmin sayğaca nəzarət etməsi mümkün belə deyil və əsassız olaraq yazılmış ümumilikdə 433 manat cərimə borclarını ödəmək fikri də yoxdur. Yekunda əlacsız qalıb cavabdeh təşkilata əlavə pul ödəyib sayğacı evə yaxın məsafəyə gətizdirilib quraşdırılmasını xahiş etmişdir. Qanunsuz və əsassız yazılmış həmin 433 manat cərimə borcu məbləğləri ilə razılaşmır və həmin borc adından silinməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim olunan sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 31.05.2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçıya məxsus ünvan 1i ünvanında yerləşən evə aid sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin sınıq olduğu, sayğacdan qaz keçdiyi, hesablama mexanizmi keçən qazın həcmim qeyd etmədiyi, hesablama mexanizminin kənar təsir nəticəsində sındığı və təbii qaz itkisi yarandığı aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş 31.05.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətinə əsasən müəyyən edilmişdir ki, iddiaçıya məxsus evdə Metrologiya Departamenti, Sayğacların müayinəsi laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə 22.05.2020-cı il tarixli 29/1710-01382-2 №-li Aktına əsasən qaz itkisi yarandığına görə cavabdeh tərəfindən iddiaçıdan 2160 kub metr itirilmiş qazın bərpası məqsədilə borc tələb edilir. İş materiallarında olan 29.01.2021-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçıya məxsus ünvan 1i ünvanında yerləşən evə aid sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin sınıq olduğu, rəqəmli çarxların öz oxundan çıxdığı, sayğacdan qaz keçdiyi, hesablama mexanizmi keçən qazın həcmim qeyd etmədiyi və təbii qaz itkisi yarandığı aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş 29.01.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətinə əsasən müəyyən edilmişdir ki, iddiaçıya məxsus evdə Metrologiya Departamenti, Sayğacların müayinəsi laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə 29.01.2021-ci il tarixli 29/1710-00524-1 №-li Aktına əsasən qaz itkisi yarandığına görə cavabdeh tərəfindən iddiaçıdan 2160 kub metr itirilmiş qazın bərpası məqsədilə borc tələb edilir. İş materiallarına əlavə edilmiş Şamaxı RPŞ-nin 16.04.2020-ci il və 17.07.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlarının surətindən görünür ki, X2 arvadı Adıgözəlova məxsus evin qaz sayğacının naməlum şəxs tərəfindən qəsdən sındırılması barədə məlumatları əsasında aparılmış araşdırma zamanı ünvan 2ində X3 məxsus evin sayğacının naməlum şəxs tərəfindən sındırılması faktı öz təsdiqini tapsa da, toplanmış materialda hər hansı bir inzibati xəta və ya cinayət hadisəsi olması müəyyən olunmamışdır. Yusif Adıgözəlova məxsus evin qaz sayğacının sınması ilə bağlı iddiası Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 4.1-ci maddəsinə uyğun olaraq məhkəmə müstəvisində öz həllini tapmalıdır. İş materiallarına əlavə edilmiş abonentin saldosundan onun 433 manat məbləğində borcunun olması görünür. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1 -ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir, Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011 -ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3.1.7-ci bəndinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli, istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz, edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-mn və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmçinin, Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 -ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğacın yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, iddia tələbi əsaslı və qanunu olduğuna görə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan az olduqda 20 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi tam təmin olunduğundan cavabdehdən 20 manat məbləğində rüsum tutularaq dövlət nəfmə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı məxsus ünvan 1i ünvanında yerləşən evə (Abonent kodu: **********00720) cavabdeh X7 İstismarı idarəsi tərəfindən tərtib olunmuş 31.05.2020-ci il tarixli ******* saylı akt və onun əsasında tərtib olunmuş 31.05.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə, 29.01.2021-ci il tarixli ******* saylı akt və onun əsasında tərtib olunmuş 29.01.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə, Cavabdeh1 X1 Departamenti, Sayğacların müayinəsi laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə 22.05.2020-cı il tarixli 29/1710-01382-2 nömrəli və 29.01.2021-ci il tarixli 29/1710-00524-1 nömrəli aktları ləğv edilin. Cavabdeh1 tərəfindən iddiaçı Adıgözəlova X5 məxsus ünvan 1i ünvanında yerləşən evə (Abonent kodu: **********00720) hesablanmış 433 (dörd yüz otuz üç) manat məbləğində borc silinsin. Cavabdeh1ndən 20 (iyirmi) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-4798/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4798/2021
17.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver