Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-481/2023 15.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakimi Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh İB-i tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı (abonent kodu: **********00000) ilə bağlı tərtib olunmuş aktlara görə iddiaçıya itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 3186 (üç min yüz səksən altı) manat 20 qəpik məbləğində borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, ünvan 1 ünvanında əsasən ilin isti vaxtlarında öz ailəsiylə birlikdə yaşayır. O, vaxtı-vaxtında həmin ünvanlara aid qaz sayğacından qanunauyğun formada istifadə etmişdir. Bu ünvanda quraşdırılmış qaz sayğacı adına rəsmiləşdirilmişdir. Cavabdeh İB-rıin əməkdaşları onun məlumatı olmadan guya həmin ünvana baxış keçirtmiş guya həmin ünvanda təbii qazdan qeyri-qanuni istifadə etdiyini aşkar etmişdirlər. Buna görə də 30 aprel 2019-cu il tarixdən 30 iyun 2020-ci il tarixinədək hər ay akt tərtib edərək iddiaçıya ümumilikdə itirilmiş qaz sərfiyyatınm bərpa edilməsi məqsədi ilə 2939,80 manat məbləğində əsassız borc yazmışdırlar. Bundan başqa Birliyin əməkdaşklan həmin ünvana 2010-cu ildə 76,40 manat, 2011-ci ildə 40 manat və 2012-ci ildə isə 130 manat məbləğində əsassız borc yazmışdırlar. İddiaçıya məxsus yuxarıda qeyd etdiyi ünvanda təbii qazdan qeyri-qanuni istifadəetmə halı olmadan Birliyin əməkdaşları ondan məlumatsız aktlar tərtib etmiş, bu aktlar əsasında əsassız borc yazmışdırlar. Sözügedən aktlar onun iştirakı olmadan tərtib olunmuş və yalnız Birliyin əməkdaşları tərəfindən imzalanmışdır. Aktlara əlavə olunmuş fotoşəkillər isə həmin ünvana məxsus deyildir, yəni həmin aktlara əlavə olunan fotoşəkillər iddiaçıya məxsus fərdi yaşayış evində çəkilməmişdir. Başqa sözlə sözügedən ünvanda təbii qazdan qeyri-qanuni istifadə halı mövcud olmamışdır. Yuxanda qeyd etdiyim kimi Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlar əsasında Birliyin əməkdaşlarından ibarət hesablama komissiyası tərəfindən verilmiş 30 aprel 2019-cu il tarixli rəydə iddiaçıya məxsus ünvanda guya mövcud olmuş qaz cihazlarının adı göstərilmişdir, Həmin rəydə guya iddiaçıya məxsus ünvanda “PQ-4”, '*QSQ” və “Dəmir sobanın" olması qeyd olunmuşdur. PQ-4 tipli qaz peçinin saatlıq qaz sərfıyyatı 1,2 kub metr olmaqla orta günlük iş rejimi 6 saat, “QSQ”-nin saatlıq qaz sərfıyyatı 1,5 kub metr, orta günlük iş rejimi 8 saat, “Dəmir soban”nın saatlıq qaz sərfıyyatı 1.4 kub metr, orta günlük iş rejimi 18 saat olmaqla hesabat 180 gün üçün aparılmışdır. Həmin komissiya tərəfindən verilmiş 30 may 2019-cu il tarixli, 28 iyun 2019cu - il tarixli, 31 iyul 2019-cu il tarixli, 30 avqust 2019-cu il tarixli, 30 sentyabr 2019-cu il tarixli, 30 oktyabr 2019-cu il tarixli rəylərdə iddiaçıya məxsus ünvanda PQ-4 tipli qaz peçinin və QSSQ-nin olması qeyd edilmiş, PQ-4 tipli qaz plitəsinin saatlıq qaz sərfıyyatı 1,2 kub metr olmaqla orta günlük iş rejimi 4 saat, “QSQ”-nin saatlıq qaz sərfıyyatı 1,5 kub metr, orta günlük iş rejimi 4 saat olmaqla hesabat 30 günlük müddət üçün aparılmışdır. Komissiyanın 29 noyabr 2019-cu il tarixli rəyində həmin ünvanda PQ-4 tipli qaz peçinin, QSQ-nin və Dəmir sobanın olması qeyd edilmiş, PQ-4 tipli qaz peçinin saatlıq qaz, sərfıyyatı 1,2 kub metr olmaqla orta günlük iş rejimi 6 saat, “QSQ”-nin saatlıq qaz sərfıyyatı 1,5 kub metr, orta günlük i.ş rejimi 8 saat, “Dəmir soban”n saatlıq qaz sərfıyyatı 1,4 kub metr, orta günlük iş rejimi 18 saat olmaqla hesabat 30 gün üçün aparılmışdır. Komisiyyanın 30 dekabr 2019-cu il tarixli, 30 yanvar 2020-ci il tarixli, 28 fevral 2020-ci il tarixli və 30 mart 2020-ci il tarixli aktlarında mənə məxsus ünvanda PQ-4 tipli qaz peçinin, QSQ-nin və Dəmir sobanın olması qeyd edilmiş, PQ-4 tipli qaz peçinin saatlıq qaz sərfıyyatı 1,2 kub metr olmaqla orta günlük iş rejimi 24 saat, “QSQ”-nin saatlıq qaz sərfıyyatı 1,5 kub metr, orta günlük iş rejimi 24 saat, “Dəmir soban’nın saatlıq qaz sərfıyyatı 1,4 kub metr, orta günlük iş rejimi 24 saat olmaqla hesabat 30 gün üçün aparılmışdır. Komisiyyanının 30 may 2020-ci il tarixli rəyində eyni ünvanda PQ-4 tipli qaz peçinin, QSSQ-nin və Dəmir sobanın olması qeyd edilmiş, PQ-4 tipli qaz peçinin saatlıq qaz sərfıyyatı 1,2 kub metr olmaqla orta günlük iş rejimi 24 saat, “QSSQ”-nin saatlıq qaz sərfıyyatı 1,5 kııb metr, orta günlük iş rejimi 24 saat olmaqla hesabat 60 günlük müddət üçün, “Dəmir soban'nm saatlıq qaz sərfıyyatı 1,4 kub metr, orta günlük iş rejimi 24 saat olmaqla hesabat 30 günlük müddət üçün aparılmışdır. Komisiyyanının 30 iyun 2020-ci i i tarixli rəyində eyni ünvanda PQ-4 tipli qaz peçinin və QSSQ-nin olması qeyd edilmiş, PQ-4 tipli qaz peçinin saatlıq qaz sərfıyyatı 1,2 kub metr olmaqla orta günlük iş rejimi 24 saat. “QSSQ”-nin saatlıq qaz sərfıyyatı 1,5 kub metr, orta günlük iş rejimi 24 saat olmaqla hesabat 22 günlük müddət üçün aparılmışdır. İddiaçı sözügedən ünvanda əsasən bağ mövsümü ərəfəsində yaşadığı üçün “QSSQ'-nin və “dəmir soba” sözügedən ünvanda quraşdırılması üçün zərurət olmamışdır. Birliyin əməkdaşları tərəfindən aktlarda qeyd olunan cihazlardan yeganə PQ-4 tipli qaz plitəsi, aktlarda qeyd olunmayan su qızdırıcı cihaz (pitiminutka) mövcuddur. Lakin buna baxmayaraq, Komissiya mövcud olmayan cihazlara görə sərfiyyat hesablamış və iddiaçıya əsassız borc yükləmişdir. Bu onu deməyə əsas verir ki, birliyin əməkdaşları ona məxsus ünvana baxış keçirtmədən aktlar tərtib etmiş, aktlarda isə öz fərziyyələrinə uyğun, işin həqiqi hallarından kənar məlumatlar daxil etmişdirlər. Bu hal ayrı-ayrı aktlarda fərqli cihazların qeyd edilməsi ilə bir daha öz təsdiqini tapır. Bununla da Birliyin məqsədi işin həqiqi hallarını aşkara çıxartmaq deyil, vətəndaşlara əsassız borc yükləməkdən ibarət olmuşdur. Aktda göstərilən istilik sistemi mövcud olmadığı halda buna görə sərfıyyatın hesablanması, bu sərfıyyata görə iddiaçıdan hər hansı bir məbləğin tələb olunması heç bir halda ədalətli və qanuni ola bilməz. İddiaçı komissiya tərəfindən aparılmış hesablama ilə də razı deyil. Belə ki, komissiya . tərəfindən verilmiş rəylərin hamısında məişət qaz cihazlarının saatlıq qaz sərfıyyatı qeyd edilmişdir. Həmin cihazların saatlıq qaz sərfıyyatının reallıqda aktlarda göstərildiyi kimi olmasına dair iş materiallarında hər hansı bir sübut yoxdur. Ona görə də Cavabdeh İB-nin əməkdaşlarından ibarət komissiya tərəfindən tərtib olunmuş rəylərdə göstərilən qaz sərfıyyatı, bu sorfıyyat əsasında hesablanmış borc məbləğləri ilə razı deyil. Bundan başqa Birliyin əməkdaşkrından ibarət komissiyanın bəzi rəylərində qeyd olunan cihazların 24 saat fasiləsiz işləməsi qeyd olunmuşdur. Hər hansı bir qaz cihazının 180 gün müddətində fasiləsiz, işləməsi mümkün deyildir. Bu həmin cihazlarla bağlı istehsalçı tərəfindən verilmiş təlimatda da qadağan edilir. Birlik sözügedən ünvana qaz sorfıyyatma görə borc hesablayarkən qanuni normalara deyil, formal mülahizələrə əsaslanmışdır. Belə ki. Birliyin əməkdaşlarından ibarət təşkil olunmuş komissiyanın rəylərində iddiaçıya məxsus ünvanlarda istifadə olunan qaz cihazları və onların saatlıq şərli\yalı qeyd edilmişdir. Lakin həmin cihazların reallıqda mövcud olması və qaz sərfıyyatının komissiyanın rəylərində göstərildiyi kimi olmasına dair hər hansı bir siibul göstərilməmişdir. Digər tərəfdən Cavabdeh İB tərəfindən təşkil olunmuş komissiyanın üzvlərinin heç olmazsa birinin bu sahədə xüsusi biliyə malik mütəxəssis-ekspert olması barədə də iş materiallarında hər hansı bir sübut mövcud deyildir. Komissiyanın sırf Cavabdeh İD-nin əməkdaşlarından təşkil olunması həmin komissiyanın rəyini şübhə altına almığa əsas verir. Belə bir komissiyanın Birliyin maraqlarına uyğun rəy verməsi heç kimə sirr deyildir. Buna görə də qanunvericilikdə bu cür aktların qəbul olunması üçün əsas olan hallan sübut etmək vəzifəsi aktı qəbul etmiş orqanın üzərinə qoyulmuşdur. İddiaçının nümayəndəsi və vəkili X2 məhkəmə iclasında idda ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacına baxışın keçirilməsi zamanı Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı və xx.xx.2022-ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt”lar tərtib edilmiş həmin aktda qeyd edilmişdir ki, “abonent sayğacdan qeyri-qanuni istifadı edirdi”. Bundan sonra Cavabdeh İstehsalat Biriliyi tərəfindən itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 3186 (üç min yüz səksən altı) manat 20 qəpik məbləğində borc iddiaçıdan tələb edilmişdir (xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli və xx.xx.2022-ci il tarixli “Dəymiş ziyanın ödənilməsinə dair Tələbnamə”lərin surəti). İddiaçının yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin (abonent kodu **********00000) yerində müayinəsi zamanı müəyyən edilmişdir ki, “ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini təbii qaz ilə təmin edən qaz xəttinin sayğaca qədər olan hisəsində hər hansı qeyri leqal müdaxilə halları (qaynaq yeri, əlavə qoşulmalar) müəyyən edilmədi. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus fərdi yaşayış evi üzrə təbii qazdan qeyri-qanuni istifadə edilməsi əsası ilə aktlar tərtib edilmiş, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 3186.20 manat məbləğində borc iddiaçıdan tələb edilmişdir. Lakin, məhkəmə iclasında iddiaçı tərəfindən qaz sayğacına müdaxilə və ya qaz xəttinə qaz sayğacından kənar qeyri-qanuni xətlə qoşulması halları öz təsdiqini tapmadı. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının istehlakçı kimi qanunsuz olaraq qazpaylayıcısına məxsus şəbəkəyə qoşularaq sayğacdan kənar qazdan istifadə etdiyi məhkəmədə öz təsdiqini tapmadığından, iddiaçı cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, qazpaylayıcısı zərərin ödənilməsini iddiaçıdan tələb etməkdə haqlı deyildir. Buna görə də iddia təmin edilərək, qaz sərfinə görə iddiaçıya hesablanmış 3186.20 manat məbləğində borc silinməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan 51.86 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən abonent İddiaçı (abonent kodu: **********00000) hesablanmış 3186.20 (üç min bir yüz səksən altı manat, iyirmi qəpik) manat məbləğində borc silinsin. 51.86 (əlli bir manat, səksən altı qəpik ) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-481/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-481/2023
15.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver