Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4823/2021 06.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, İddiaçı Cavabdeh2 ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh2 ASC və cavabdeh Bakı şəhəri 36 saylı Notariat Kontoruna qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh2 ASC və cavabdeh Bakı şəhəri 36 saylı Notariat Kontoruna qarşı notariusun 8-ci -4413 nömrəsi ilə qeyd olunan və 21.12.2019-cu il tarixli icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh2 ASC arasında bağlanılmış kredit müqaviləsinə əsasən kredit pul götürmüşdür. İddiaçı kredit üzrə 2 il ödəniş etmiş, lakin az miqdarda borcu qalmışdı. İddiaçının səhhətində olan problemlərə görə az miqdarda gecikmələr oldu. İddiaçı Cavabdeh2 ASC-yə müraciət edərək faizləri azaltmağı xahiş etmişdir. Lakin bank iddiaçının müraciətlərinə məhəl qoymayaraq borcu indiki dərəcəyə çatdırdı. Hesab edir ki, göstərilən məbləğ haqsızlıqdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh2 ASC məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etid. Məhkəmə tərəflərin izahatlarını və mülki iş materiallarında olan sübutları araşdıraraq belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin məhkəmə araşdırması zamanı işin həqiqi halları ilə müəyyən edilmişdir ki, Belə ki, iş materiallarında olan Cavabdeh2 ASC ilə İddiaçı arasında bağlanmış 02.08.2019-cu il tarixli RK/89166/64 nömrəli kredit sazişinin surətindən görünür ki, İddiaçı illik 25,62 faiz ödəmək şərtilə 36 ay müddətinə 2778 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan Cavabdeh2 ASC-nin İddiaçı ünvanlanmış bildirişin və poçt qəbzinin surətindən görünür ki, bank borcluya 02.08.2018-ci il tarixli, RK/89166/64 saylı Kredit müqaviləsi üzrə borcunun 20 gün müddətində ödənilmədiyi halda “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği və verilməli əmlak barəsində notarius tərəfindən icra qeydi aparılması haqqında xəbərdarlıq edilmişdir. İş materiallarında olan 21 dekabr 2019-cu il tarixli 8İ-4413 nömrəli icra qeydinin surətindən məlum olur ki, Bakı şəhəri 36 saylı notariat ofisinin xüsusi notariusu X4 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən X1 Cavabdeh2 ASC-nin xeyrinə vaxtında ödənilməmiş 3121 manat 44 qəpik borc və tələbkar tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 3141 manat 44 qəpik məbləğində borcun tutulmasını təklif etmişdir. İşdə olan sübutlardan görünür ki, hazırkı mübahisə predmetini təşkil edən icra qeydinin verilməsinə əsas tərəflər arasında bağlanmış 02.08.2019-cu il tarixli RK/89166/64 nömrəli kredit saylı kredit müqaviləsi olmuşdur. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişsə, idarə, müəssisə və təşkilatlar arasındakı münasibətlərdə isə bir ildən çox keçməmişsə aparılır. Barəsində icra qeydi verilən tələb üçün qanunla başqa müddət müəyyən edilmişsə, icra qeydi bu müddət həddində verilir. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, 167 saylı qərarı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161-ci bəndinə əsasən borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli, 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda qeyd olunur ki, pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər üzrə icra qeydinin aparılması üçün notariat qaydasında 4 təsdiq edilmiş əqdin əsli; ödəniş müddətinin keçirilməsi (əmlakın qaytarılması və ya verilməsi) haqqında notarius vasitəsi ilə kreditorun borcluya göndərdiyi yazılı bildiriş təqdim olunur. Qanunvericiliyin tələblərinə əsasən notarius icra qeydini borcun mübahisəsiz olduğunu, borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq etdiyi, həmçinin notarius vasitəsi ilə kreditorun ödəniş müddətinin keçirilməsi haqqında yazılı bildirişin borcluya göndərildiyi halda aparır. İşdə olan sübutlardan aydın olur ki, borcun məbləği İddiaçı tərəfindən mübahisələndirilmir. Belə ki, iddiaçı məhkəmə iclasında verdiyi izahatında da göstərmişdir ki, icra qeydinin ləğv edilməsi barədə hazırkı iddia ərizəsi ilə kredit borcunu ödəmək üçün maddi imkanın olmamasıdır. Digər tərəfdən iş materiallarından göründüyü kimi icra qeydinin aparılması barədə bildiriş borclu, hazırkı iddia üzrə İddiaçı 02 oktyabr 2019-cu il tarixində göndərilmişdir. Məhkəmə tədqiq edilən sübutları araşdıraraq belə nəticəyə gəlir ki, icra qeydi qanunvericiliyin tələblərinə uyğun verilmişdir. Odur ki, İddiaçı Cavabdeh2 ASC və cavabdeh Bakı şəhəri 36 saylı Notariat Kontoruna qarşı notariusun 8-ci -4413 nömrəsi ilə qeyd olunan və 21.12.2019-cu il tarixli icra qeydinin ləğv edilməsi tələbinə dair iddia tələbi əsassız hesab edilərək rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh2 ASC və cavabdeh Bakı şəhəri 36 saylı Notariat Kontoruna qarşı notariusun 8-ci -4413 nömrəsi ilə qeyd olunan və 21.12.2019-cu il tarixli icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-4823/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4823/2021
06.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver