Məhkəmə qərarları › İş №2(011)-4863/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4863/2022

07.12.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4863/2022 07.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndi, 1-ci Mədən küçəsində yerləşən fərdi yaşayış evi ona məxsusdur. O, əsasən ilin isti vaxtlarında bu ünvanda öz ailəsi ilə birlikdə yaşayır. O, vaxtı-vaxtında həmin ünvana aid qaz sayğacından qanunauyğun formada istifadə etmişdir. Bu ünvanda quraşdırılmış qaz sayğacı onun adına rəsmiləşdirilmişdir. Cavabdeh İB-nin əməkdaşları onun məlumatı olmadan guya 30 dekar 2021-ci il tarixində, 31 yanvar 2022-ci il tarixində, 28 fevral 2022-ci il tarixində və 31 mart 2022-ci il tarixində sözügedən ünvana gəlmiş, guya həmin ünvana baxış keçirtmiş, guya həmin ünvanda təbii qazdan qeyri-qanuni istifadə etdiyini aşkar etmişlər. Buna görə də eyni vaxtlarda akt tərtib edərək ona itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə 3268.80 manat məbləğində əsassız borc yazmışlar. Məhkəmənin nəzərinə çatdırmaq istəmişdir ki, ona məxsus yuxarıda qeyd etdiyi ünvanda təbii qazdan qeyri-qanuni istifadə etmə halı olmadan Birliyin əməkdaşları ondan məlumatsız aktlar tərtib etmiş, bu aktlar əsasında ona əsassız borc yazmışlar. Məhkəmənin nəzərinə onu da çatdırmışdır ki, sözügedən aktlar onun iştirakı olmadan tərtib olunmuş və yalnız Birliyin əməkdaşları tərəfindən imzalanmışdır. Aktlara əlavə olunmuş fotoşəkil isə həmin ünvana məxsus deyildir, yəni həmin aktlara əlavə olunan fotoşəkillər ona məxsus fərdi yaşayış evində çəkilməmişdir. Başqa sözlə sözügedən ünvanda təbii qazdan qeyri-qanuni istifadə halı mövcud olmamışdır. Birliyin əməkdaşlarından ibarət hesablama komissiyası tərəfindən verilmiş 30 dekabr 2021-ci il tarixində tərtib olunmuş tələbnamədə ona məxsus ünvanda guya PQ-4 tipli qaz cihazının, QSQ tipli qaz cihazının və Dəmir sobanın olması qeyd edilmişdir. PQ-4 tipli qaz plitəsinin saatlıq qaz sərfiyyatı 12 kub metr olmaqla orta günlük iş rejimi 24 saat, “QSQ”nin saatlıq qaz sərfiyyatı 2,6 kub metr “Dəmir soba”nın saatlıq qaz sərfiyyatı 1,4 kub metr, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 90 gün üçün götürülmüşdür. 31 yanvar 2022-ci il tarixli və 28 fevral 2022-ci il tarixli aktlarda isə həmin ünvanda PQ-3 tipli qaz cihazının, Kombi istilik cihazının olması qeyd edilmişdir. PQ-3 tipli qaz plitəsinin saatlıq qa sərfiyyatı 0,8 kub metr olmaqla orta günlü iş reimi 24 saat, Kombinin saatlıq qaz sərfiyyatı 2,6 kub metr, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 30 gün götürülmüşdür. 31 mart 2022-ci il tarixli aktda PQ-3 tipli qaz cihazının, Kombi istilik cihazının olması qeyd edilmişdir. PQ-3 tipli qaz plitəsinin saatlıq qaz sərfiyyatı 0,8 kub metr olmaqla orta günlük iş reimi 24 saat, Kombinin saatlıq qaz sərfiyyatı 3,5 kub metr, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 90 gün götürülmüşdür. Komissiya tərəfindən təsdiq edilmiş tələbnamələr arasında kəskin uyğunsuzluq vardır. Tələbnamələrin birində ona məxsus PQ-4 tipli qaz cihazının, QSQ-nin və Dəmir sobanın olması, digərində isə PQ-3 tipli qaz cihazının, kombi istilik cihazının olması qeyd edilmişdir. Cihazların saatlıq qaz sərfiyyatı ayrı-ayrı vaxtlarda müxtəlif cür yazılmışdır (bir tələbnamədə kombinin saatlıq qaz sərfiyyatı 2,6 kub metr, digərində 3,5 kub metr qeyd edilmişdir). Komissiya tərəfindən tərtib edilmiş 30 dekabr 2021-ci il tarixli və 31 mart 2022-ci il tarixli aktda hesabat 90 gün götürülmüşdür. Aktlarda göstərilən müddətin yalnız akt tərtib olunduğu tarixdən əvvəlki 90 günə şamil edilməsi ağlabatan ola bilər. Belə olduğu halda 31 mart 2022-ci il tarixində tərtib olunmuş aktda göstərilən müddət ilə yanaşı yanvar, fevral və mart ayları üçün əlavə aktlar tərtib olunmuş, hesabat aparılmış, bu aylara görə ona yenidən borc hesablanmışdır. O, sözügedən ünvanda yay mövsümündə yaşadığı üçün “Kombi” istilik sisteminin sözügedən ünvanda quraşdırılması üçün zərurət olmamışdır. Birliyin əməkdaşları tərəfindən aktlarda qeyd olunan cihazlardan yeganə PQ-4 tipli qaz plitəsi, aktlarda qeyd olunmayan su qızdırıcı cihaz (pitiminutka) mövcuddur. Lakin, buna baxmayaraq, Komissiya mövcud olmayan cihazlara görə sərfiyyat hesablamış və ona əsassız borc yükləmişdir. Bu onu deməyə əsas verir ki, Birliyin əməkdaşları ona məxsus ünvana baxış keçirmədən akt tərtib etmiş, aktlarda isə öz fərziyyələrinə uyğun işin həqiqi hallarından kənar məlumatlar daxil etmişdirlər. Bununla da Birliyin məqsədi işin həqiqi hallarını aşkara çıxarmaq deyil, vətəndaşlara əsassız borc verməkdən ibarət olmuşdur. Aktda göstərilən istilik sistemləri mövcud olmadığı halda buna görə sərfiyyatın hesablanması, bu sərfiyyata görə ondan hər hansı bir məbləğin tələb olunması heç bir halda ədalətli və qanuni ola bilməz. O, komissiya tərəfindən aparılan hesablama ilə də razı deyildir. Komissiya tərəfindən verilmiş rəyin hamısında məişət qaz cihazının 24 saat fasiləsiz işləməsi qeyd edilmişdir ki, bu hal həqiqəti əks etdirmir. İstənilən məişət qaz cihazının 24 saat fasiləsiz işləməsi heç bir halda mümkün deyildir. Bu hal onların istifadə qaydasına dair istehsalçı tərəfindən verilmiş təlimatlarda belə qadağan edilir. O, birlik tərəfindən göstərilən cihazların saatlıq sərfiyyatı ilə də razı deyildir. Birlik tərəfindən aparılmış hesablamalarda yalnız PQ tipli qaz cihazına görə ona bir aylıq dövr üçün 57 manat ekvivalentində sərfiyyat hesablanmışdır ki, bu da ağlabatan deyildir. PQ tipli qaz plitəsinin aylıq sərfiyyatı 5 manat ekvivalentindən çox olmaması heç kimə sirr deyildir. O, Cavabdeh İB-nin əməkdaşlarından ibarət komissiya tərəfindən tərtib olunmuş rəylərdə göstərilən qaz sərfiyyatı, bu sərfiyyat əsasında hesablanmış borc məbləğləri ilə razı deyildir. Birlik sözügedən ünvanda qaz sərfiyyatına görə borc hesablayarkən qanuni normalara deyil, formal mülahizələr əsaslanmşdır. Birliyin əməkdaşlarından ibarət təşkil olunmuş komissiyanın rəylərində ona məxsus ünvanda istifadə olunan qaz cihazları və onların saatlıq sərfiyyatı qeyd edilmişdir. Lakin həmin cihazların reallıqda mövcud olması və qaz sərfiyyatının rəylərində göstərildiyi kimi olmasına dair hər hansı bir sübut göstərilməmişdir. Digər tərəfdən Cavabdeh İB tərəfindən təşkil olunmuş komissiyanın üzvlərinin heç olmasa birinin bu sahədə xüsusi biliyə malik olması mütəxəssis-ekspert olması barədə də iş materiallarında hər hansı bir sübut mövcud deyildir. Komissiyanın sırf Cavabdeh İB əməkdaşlarından təşkil olunması həmin komissiyanın rəyini şübhə altına almağa əsas verir. Belə bir komissiyanın Birliyin maraqlarına uyğun rəy verməsi heç kimə sirr deyildir. Buna görə də qanunvericilikdə bu cür aktların qəbul olunması üçün əsas olan halları sübut etmək vəzifəsi aktı qəbul etmiş orqanın üzərinə qoyulmuşdur. İddiaçı göstərilənləri nəzərə alaraq, ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndi, 1-ci Mədən küçəsində yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı (abonent kodu: **********00011) ilə bağlı Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş aktlara görə ona itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədilə hesablanmış 3268.80 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X2 cavabdehə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin çıxışlarını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh İB-si tərəfindən verilmiş abonentin saldosundan məlum olur ki, İddiaçı 2022-ci il üçün 3268.80 manat borcu vardır. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 dekabr 2021-ci il tarixli, ******* nömrəli aktın surətindən məlum olur ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndi, 1-ci Mədən küçəsində yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və “abonentin sayğacsız təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkarlandı” qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 yanvar 2022-ci il tarixli, ******* nömrəli aktın surətindən məlum olur ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndi, 1-ci Mədən küçəsində yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və “abonentin sayğacsız təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkarlandı” qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 fevral 2022-ci il tarixli, ******* nömrəli aktın surətindən məlum olur ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndi, 1-ci Mədən küçəsində yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və “abonentin sayğacsız təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkarlandı” qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 mart 2022-ci il tarixli, ******* nömrəli aktın surətindən məlum olur ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndi, 1ci Mədən küçəsində yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və “abonentin sayğacsız təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkarlandı” qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/1326 saylı, 24 oktyabr 2022-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən qaz sayğacının üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, tədqiqata təqdim edilən borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan zədə aşkar edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən təbii qazın, elektrik və ya istilik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. 282.2-ci maddəyə görə təbii qazdan, elektrik və ya istilik enerjisindən istifadə qaydalarının pozulmasına görə - fiziki şəxslər otuz manatdan qırx manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanununun 13.8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Азярбайъан Республикасынын Мцлки Просессуал Мяъяллясинин 77.2-ъи маддясиня ясасян дюvlяt orqanlarыnыn, icra vя s. orqanlarыn aktlarыnыn etibarsız hesab edilmяsi barяdя mцbahisяlяrя baxыldыqda hяmin aktlarыn qяbul edilmяsi цчцn яsas olmuш hallarы sцbut etmяk vяzifяsi bu aktы qяbul etmiш orqanыn цzяrinя dцшцr. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Beləliklə, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda Cavabdeh İB-si tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 dekabr 2021-ci il tarixli, ******* nömrəli, 31 yanvar 2022-ci il tarixli, ******* nömrəli, 28 fevral 2022-ci il tarixli, ******* nömrəli və 31 mart 2022-ci il tarixli, ******* nömrəli aktların surətlərində “abonentin sayğacsız təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkarlandı” qeyd edilsə də, cavabdeh iddiaçı tərəfindən sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsi, eyni zamanda iddiaçının yaşadığı evinə dair hesablanmış 3268.80 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/1326 saylı, 24 oktyabr 2022-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən qaz sayğacının üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, tədqiqata təqdim edilən borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan zədə aşkar edilməmişdir. Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, iddia əsaslıolduğu üçün təmin edilməli, iddiaçının yaşadığı evə dair hesablanmış 3268.80 manat məbləğində borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndi, 1-ci Mədən küçəsində yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********00011) dair əsassız hesablanmış 3268.80 manat borc məbləğini silmək vəzifəsi Cavabdehnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar